97
Birinci və ikinci maddələrdəki qərarların həyata keçirilməsi üçün Türkiyə
Ermənistanı xalqına hər cür yardım etmək və Türkiyə Ermənistanındakı rus
ordusunu çıxarmaq məqsədilə məhəlli komissiyalar vücuda gətirmək kimi
xidmətlərlə Qafqaz iĢləri fövqəladə komissarı Stepan ġaumyan vəzifəlidir.
Qeyd: Türkiyə Ermənistanının coğrafi hüdudları, erməni xalqının
demokratik əsaslar daxilində ediləcək seçimlə müəyyən olunacaq təmsilçiləri
tərəfindən, qonĢu ölkələrlə münaqiĢəli məntəqələr müsəlman və digər xalqlarla
anlaĢmaq surətiylə və Qafqaz fövqəladə komissarının iĢtirakı ilə təyin olunacaqdır.
Ġmza: Xalq Komissarları Heyəti rəisi Ulyanov Lenin - Milli İşlər Komissarı
Cuqaşvili Stalin.
3
Bu sənəddən də anlaĢıldığına görə, Lenin də özündən əvvəlki rus çarlarının
isti dənizlərə enmək üçün tətbiq etdiyi politikaları sürdürməyə qərarlı görünürdü.
BolĢevik liderlər dünya hakimiyyəti üçün Qafqaz üzərindən Bəsrə körfəzi və Hind
okeanına çatmağı xəyal edirdilər. Bu planın hərəkət bazası yenə Qafqaz olacaqdı
və bunun üçün də bölgənin bolĢevik Rusiya idarəsi altına girməsi lazım gəlirdi.
ġaumyan Tiflisdəki Seym Məclisində olan adamlarının müvəffəqiyyət qazana
bilməməsindən sonra çalıĢmalarını Bakı və ətrafında yoğunlaĢdırdı. Çünki
cəbhədən qaçaraq evlərinə dönməyə çalıĢan 20-25 minə yaxın rus və erməni əsgər
Bakıda toplanmıĢdı. Osmanlı dövlətinə xəyanət etdikləri üçün ġərqi Anadoludan
qaçan minlərlə erməninin böyük bir hissəsi də Bakıda idi. Xəzər dənizində isə rus
çarlığının savaĢ gəmiləri vardı. Bakı və ətrafındakı neft quyularının baĢında da rus
və erməni iĢçilər çalıĢırdı. Bu Ģərtlər ġaumyanı olduqca ümidləndirirdi.
Azərbaycan Atatürk Mərkəzinin sədri professor Nizami Cəfərov o
günlərdəki vəziyyəti belə xülasə etmiĢdir:
"Azərbaycanın o tarixlərdə türk ordusunun yardımına böyük ehtiyacı var
idi. Rus iĢğalı dövründə çar idarəsi Azərbaycan türklərini hərbiyə almırdı.
Azərbaycan Cümhuriyyəti qurulunca özünü qoruya biləcək sistemli bir ordusu
yoxdu. Azərbaycanı müdafiə edəcək baĢqa bir gücü təsəvvür etmək mümkün
deyildi. Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycan böyük basqılarla qarĢı-
qarĢıya qalmıĢ, hər tərəfdən mühasirə altına alınmıĢdı. Bir tərəfdən tamamilə
vəhĢiləĢmiĢ, Ģəxsiyyətini itirmiĢ rus bolĢevik Qızıl Ordusu, o biri tərəfdən yeni
imperialist məqsədlər güdərək Qafqaza gələn ingilis əsgərləri, baĢqa bir tərəfdən
ayrı iddialarla bölgədə erməni dövləti qurmaq üçün hərəkətə keçən ermənilər
Azərbaycan üzərində hesablar aparırdılar".
4
BolĢeviklər və ermənilər AbĢeron yarımadasındakı zəngin neft yataqlarını
tamamən ələ keçirmək üçün türkləri bölgədən uzaqlaĢdırmaq istəyirdilər. Türkiyə
və Avropa cəbhəsindən Qafqaza dönən erməni əsilli rus əsgərlərini də Bakıda
toplayırdılar.
5
ġaumyanın bir baĢqa düĢüncəsi də Xəzər dənizi ilə Qara dəniz və
Aralıq dənizinə sahili olan
"Böyük Ermənistan" təsəvvürünü həyata keçirə
98
bilməkdi. Rus və erməni ortaqlığı, bu xəyala çata bilmək üçün 19 mart 1917-ci ildə
Bakıda "ĠĢçilər soveti" (Proletar soveti) adlı bir məclis qurdular. ĠĢçilər sovetində
çoxluğu ixtilalçı sosialistlər və menĢeviklər təĢkil edirdi. BolĢeviklər isə azlıq
təĢkil edirdi. Buna rəğmən sovetin baĢına ġaumyan gətirildi. Bu birlikdə dərin
görüĢ ayrılıqları var idi. Qısa müddət sonra ġaumyan devrilərək yerinə ixtilalçı
sosialistlərdən erməni əsilli Sako Sakiyan seçildi. Fəqət Sakiyan da idarəyə hakim
ola bilmirdi. Bu dəyiĢikliklərdən sonra həmin ilin oktyabr ayında Bakıda
mübahisəli bir seçki keçirildi. Təxminən 25.700 seçicinin səs verdiyi seçkidən bu
nəticə ortaya çıxdı:
-Türklərin dəstəklədiyi Müsavat Xalq Partiyası: 9.617 səs,
-Rusların çoxluqla və ermənilərin qismən dəstəklədiyi Ġxtilalçı Sosialist
Partiyası:
6.285 səs,
-Erməni DaĢnak Partiyası: 5.288 səs,
-Rusların böyük çoxluqla dəstəklədiyi BolĢevik Partiyası: 3.823 səs,
-Rus ziyalılarının dəstəklədiyi MenĢevik Partiyası: 687 səs.
Çox mübahisəli və Ģübhəli seçkinin nəticələrinə görə, Bakı sovetində türklər
azlıqda qalmıĢ, rus və erməni təmsilçilər çoxluğu ələ keçirmiĢdilər. Bu səbəbdən
Fətəli xan Xoyski kimi türk ziyalıları da bu məclisdə artıq bir varlıq göstərə
bilmirdilər.
Bakıda təĢkil olunan yeni sovet, qısa müddətdə bütün iqtidarı ələ keçirdi.
Türklərin dəstəklədiyi Müsavat Partiyası ilə digər siyasi partiyalar hökumətdən
çəkildilər. Bakı sovetinin baĢına Lenin tərəfindən geniĢ səlahiyyətlərlə göndərilən
Stepan ġaumyan, komitəçi üsullarla yenidən gətirildi. Bakıda əhali etibarilə böyük
çoxluğu təĢkil edən türklərə qarĢı qısa müddətdə basqı, təhdid və hədələmə
hərəkətləri baĢladı. Zatən ġaumyanın baĢlıca vəzifəsi Bakı və ətrafını türklərdən
təmizləməkdi. Rus bolĢeviklər və erməni daĢnaklar siyasi güclərinin də verdiyi
cəsarətlə Bakıda qısa müddətdə müsəlman-xristian qarĢıdurması əmələ gətirdilər.
Bakı sovetinin baĢında duran ġaumyan Cənubi Qafqazda kommunist hakimiyyətini
qəti bir Ģəkildə təmin etmək üçün Ģərtlərin yetiĢdiyini düĢünürdü. Bölgədə etnik
təmizlik aparmaq üçün fürsət gözləyirdi. 18 mart (31 mart) 1918-ci ildə bu fürsəti
də yaxaladıqlarını düĢündülər. Lənkərandan Bakıya gedən 20-yə qədər Azərbaycan
türkünün silahlarını almaq bəhanəsiylə çıxarılan gərginlikdə gözü dönmüĢ rus
bolĢevik və erməni daĢnak militanlar qarĢılarına çıxan türklərə təcavüz göstərməyə
baĢladılar. Rus və erməni ittifaqı, üç gün, üç gecə davam edən qətliamda qadın,
kiĢi, qoca, cavan, uĢaq demədən 14 mindən çox türkü acımadan öldürdülər.
Bakının türk məhəllələri, dənizdəki donanmadan, təyyarələrlə havadan və yerdən
top atəĢinə tutuldu. Məscidlər, məktəb və mədəniyyət mərkəzləri dağıdıldı, mətbəə,
teatr, məktəb və kitabxanalar yandırıldı. Türklərin önəmli bir hissəsi canilərin