Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə37/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   33   34   35   36   37   38   39   40   ...   175

80 

 

olduğuna  və  yaxın  bir  zamanda  Rusiyadakı  inqilab  idarəsi  ilə  birləĢəcəklərinə 



inanırdılar.  Ermənilər  də  bölgənin  parçalanmasına  və  Rusiyadan  ayrılmasına 

tərəfdar  deyildilər.  Onlar  da  gürcülər  kimi  düĢünürdülər.  Türklər  isə  gürcü  və 

ermənilərlə  eyni  görüĢə  sahib  deyildilər.  Seymdə  15  fevral  1918-ci  ildə  təĢkil 

olunan  yığıncaqda  türklərin  baxıĢlarını  Müsavat  Partiyası  adından  Dr.  Həsən 

Ağaoğlu,  türk  bloku  adından  Ġbrahim  Heydərov  və  Ġttihad  Partiyası  adından 

Miryaqub Mirmehdiyev açıqladı. Bu düĢüncələrdən belə nəticə çıxarılırdı: 

"Seymin gündəmində olan "milliyyətlər" məsələsi milli-məhəlli muxtariyyət 

əsası  üzərində  çözülməlidir.  Bu  məsələ  siyasi  və  iqtisadi  baxımdan  araĢdırılaraq 

birləĢmiĢ  bir  Qafqaz  hökuməti  və  millətlərə  mədəni  muxtariyyət  əsasında  həll 

edilməlidir."

2

 

Həmin  günlərdə  Brest-Litovsk  barıĢ  görüĢmələrinə  qatılan  bolĢevik 



liderlərdən Qaraxan 4 mart 1918-ci il tarixində Seymə Qars, Ərdahan və Batuminin 

Türkiyəyə  veriləcəyinə  dair  bir  teleqraf  göndərdi.  Hərbi  nazir  və  baĢkomandan 

vəkili Ənvər PaĢa da gürcülərin liderliyindəki Seym Məclisinin gözlətmə taktikası 

güddüyünü  anladı  və  rus  iĢğalı  altında  olan  torpaqların  ancaq  hərbi  qüvvə  ilə 

qurtarılacağı  nəticəsinə  gəldi.  3-cü  Ordu  komandanı  Vəhib  PaĢaya  bir  təlimat 

göndərərək,  "Müstəqil  Zaqafqaziya  Seymi  ilə  əlaqə  qurulmasını,  hər  iki  tərəf 

arasında  barıĢın  təsisi  üçün  müstəqil  Qafqaz  hökumətinin  nə  kimi  düĢüncəsi 

olduğunu,  hətta  Tiflisə  bir  heyət  göndərmək  fikrində  olduğunu"  bildirdi  və  vacib 

iĢlərin  həyata  keçirilməsini  əmr  etdi.  Osmanlı  dövlətinin  bu  istəyi  Tiflisə 

çatdırıldıqdan sonra Seym, belə bir qərar eskizini qələmə aldı: 

"Rusiya  demokratiyası  üçün  məqbul  bir  sülh  bağlamağa  tərəfdar  olmaqla 

bərabər,  Rusiyanın  bir  hissəsi  olduğumuzu  düĢünərək,  bu  günlərdə  toplanmıĢ 

Məclisdən izin aldıqdan barıĢ müzakirələrinə baĢlaya biləcəyimizi ərz edirik"

3



3-cü Ordunun  hərbi hərəkata  baĢlaması səbəbindən  Seym bu qərar eskizini 

cavab  olaraq  göndərməyi  gecikdirdi.  Digər  tərəfdən  də  zaman  qazanmaq  üçün 

Rusiyadakı anarxiyanın durulmasını  gözləyirdi.  Fəqət Rusiyada  məclis  toplanmaq 

üzrə ikən xalq komissarları millət vəkillərini bölgələrinə geri göndərmiĢdi.  



2. Trabzon Konfransı: (14 mart - 14 aprel 1918-ci il) 

Brest-Litovsk  müqaviləsinin  hökmlərinə  görə,  rusların  boĢaltdığı  Əlviyəi-

Səlasə  sancaqlarından  Qars  və  Ərdahanı  ermənilər,  Batumini  də  gürcülər  iĢğal 

etmiĢdi.  3-cü  Ordu  komandanı  Vəhib  PaĢa,  Zaqafqaziya  hökumətindən  bu  üç 

sancağın boĢaldılmasını istədi. Tiflisdəki ortaq hökumət bu istiqamətdə bir hərəkət 

göstərmədiyi  kimi,  Brest-Litovsk  müqaviləsini  də  tanımadığını  açıqladı.

4

  Bu 


səbəbdən Osmanlı dövləti anlaĢılmazlığı siyasi yolla həll etmək üçün Zaqafqaziya 

hökuməti təmsilçilərini 14 mart 1918 tarixində Trabzona dəvət etdi. Bu hökumətin 

məclisi  olan  Seym  də  11-i  nümayəndə  olmaqla,  43  adamlıq  bir  heyəti  Trabzona 

göndərdi. Heyyətdə erməni əsilli nümayəndələr də var idi. 




81 

 

Heyyətin baĢçısı gürcü əsilli Çenkeli idi. Heyyətdə yer alan türk təmsilçilər 



isə  bunlar  idi:  Məmməd  Əmin  Rəsulzadə,  Əkbər  Ağa  ġeyxülislamov,  Ġbrahim 

Heydərov  (Dumada  Bakı  millət  vəkili olub,  Dağıstan  adından  Seymə  qatılmıĢdı), 

Miryaqub  Mehdiyev,  Heydər  AyaĢidze (gürcü  əsilli  müsəlman,  Acarıstanlı),  Xəlil 

Xasməhəmmədov  və  Məmmədhəsən  Hacinski.  Osmanlı  dövlətini  də  Ədliyyə 

naziri Xəlil bəy və albay Hüseyn Rauf təmsil edirdi.

5

 



Trabzon görüĢmələrinin baĢlamasından bir gün əvvəl Qafqazdakı vəziyyəti 

öyrənmək və məlumat toplamaq məqsədilə Hüseyn Rauf ilə Zaqafqaziya Seyminin 

türk  əsilli  üzvləri  arasında  bir  yığıncaq  təĢkil  olundu.  Türk  təmsilçilər  bu 

görüĢmədə  qəti  və  açıq  bir  dillə  "Türk  əsgərinin  çəkməsini  Qafqazda  görmək 

istədiklərini"  ifadə  etdilər.  Hansı  partiyadan  olursa-olsun,  Qafqaz  türkləri  və 

müsəlmanlarının  Osmanlı  ordusunun  tezliklə  bölgəyə  girməsini  gözlədiklərini, 

bundan  baĢqa  xalq  arasındakı  bəzi  çəkiĢmə  və  anlaĢılmazlıqların  da  bu  yolla 

aradan qaldırılacağını bildirdilər.

6

 

Qafqaz  türk  heyəti  üzvləri  ingilislərin  erməniləri  təĢkilatlandırdığını, 



almanların isə gürcülərə dəstək verməyə hazırlandığını, bolĢevik rusların da daxili 

çəkiĢmələri  sona  çatdırdıqdan  sonra  Qızıl  Ordunu  Qafqaza  göndərəcəklərini 

anlatdılar. Qızıl Ordunun Qafqaza yenidən  gəlməsinin bölgə xalqı üçün böyük bir 

təhlükə təĢkil edəcəyini də qeyd etdilər. 

Miryaqub  Mehdiyev  bu  görüĢmədə  Brest-Litovsk  müqaviləsi  hökmlərinə 

görə  Trabzon  toplantılarının  sağlam  fəaliyyət  göstərməsi  üçün  Zaqafqaziya 

hökumətinin özünü müstəqil bir hökumət olaraq elan etməsinin vacibliyini söylədi. 

Hüseyn Rauf da bu görüĢə qatıldığını bildirdi. 

Həqiqətən  də  Zaqafqaziya  hökumətinin  idarə  Ģəkli  və  siyasi  vəziyyəti 

müəyyən  deyildi.  Seym  Məclisi  və  hökumətdə  ermənilərlə  gürcülər  çoxluq  təĢkil 

edirdilər. Hökumətdəki erməni  və  gürcülər, Əlviyəi-Səlasə üçün, Osmanlı dövləti 

ilə  ediləcək  bir  müharibədə  bolĢeviklərdən  hərbi  yardım  ala  biləcəklərini  hesab 

edirdilər.  Bu  səbəbdən  bolĢevik  rusları  hirsləndirməmək  üçün  Zaqafqaziya 

hökumətinin müstəqilliyini elan etmirdilər.

7

 

Osmanlı dövlətinin Brest-Litovsk sülh görüĢmələrinə müĢahidəçi statusunda 



təmsilçi  göndərməsini  dəfələrcə  təklif  etməsinə  rəğmən,  Zaqafqaziya  hökuməti 

müstəqilliyin yolunu açacaq belə bir çağırıĢa qarĢılıq verməmiĢdi. 

Həmçinin  Brest-Litovsk  görüĢmələrindən  dərhal  sonra  bolĢevik  heyətinin 

katibi  Qaraxan  Zaqafqaziya  hökuməti  komissarlığına  göndərdiyi  teleqrafda  Qars, 

Ərdahan  və Batumini tərk etməyə  məcbur qalmalarını "dərd və iztirab  verici" bir 

itki olaraq dəyərləndirmiĢdi. Xarici iĢlər komissarının müavini Çiçerin isə Əlviyəi-

səlasə  Sancaqlarının  boĢaldılmasını  "güc  və  təzyiq  altında"  qəbul  edilmək 

məcburiyyətində  qalınmıĢ  bir  qərar  olaraq  gördüyünü  açıqlamıĢdı.  Həqiqətən  də 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə