Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə160/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   156   157   158   159   160   161   162   163   ...   175

341 

 

Məclis  nizamnaməsinə  görə  hökumətə  üzv  ola  biləcəklərini,  bundan  baĢqa  irəli 



sürüləcək heç bir Ģərtin qəbul edilməyəcəyini" qətiyyətlə elan etdi.

41

 



General Tomsonun Bakını iĢğal etdikdən sonra gördüyü ilk iĢlərdən biri də 

Ģəhərin ingilis, rus və erməni partizanların əlindən qurtarılması zamanı iddia edilən 

qətliamı  araĢdırmaq  oldu.  Nuru  paĢaya  21  noyabrda  fransız  dilində  yazılmıĢ  bir 

məktub  göndərərək,  məsələ  barədə  məlumat  istədi.  Ermənilərin  törətdikləri  31 

martda  Bakı  və  ətrafında  yaĢayan  minlərlə  müsəlmanın  qətliamı  ilə  isə  heç 

maraqlanmadı. Məktub belə idi: 

"Bakıya gələn kimi türk əsgərlərinin qarət və basqınlarda iĢtirak etdiklərini 

mənə  bildirdilər.  Vurulan  zərərin  dəyərini  təyin  etmək  üçün  ingilis,  fransız  və 

amerikanlardan ibarət bir komissiya təĢkil olunacaqdır. Bu dəyər, Türkiyə hesabına 

ödəniləcəyindən,  sizə  oğurlanmıĢ  malların  geri  qaytarılması  imkanını  vermək  və 

bizə  ünvanlanan  Ģikayətləri  araĢdıracağımızı  bildirmək  məqsədi  ilə  bu  məktubu 

yazıram." 

O  dövrdə  Azərbaycandakı  Türk  Qafqaz  Ġslam  Ordusuna  Mürsəl  bəy 

rəhbərlik edirdi. General Tomsona bu cavabı göndərdi: 

"Nuru  paĢanın  adına  göndərdiyiniz  21.11.1918  tarixli  məktubunuzda, 

Bakıya  gəldikdən  sonra  türk  əsgərinin  qarət  və  soyğunçuluqla  məĢğul  olduğu 

haqda  sizə  Ģikayət  daxil  olduğunu  bildirirsiniz.  Uzun  illərdən  bəri  dövlətlərarası 

müharibələrdə iĢtirak edən Osmanlı ordusunda bu kimi hallar heç bir vaxt olmadığı 

kimi, Bakıda da meydana gəlməmiĢdir. Əksinə, Osmanlı ordu hissələri Azərbaycan 

əsgəri  ilə  birlikdə  Bakıya  girərkən,  küçə  döyüĢlərinə  məruz  qalmıĢ  yerli  xalqın 

qarĢılıqlı olaraq qətliam və  qarətlə  məĢğul olmalarının qarĢısını almıĢ  və  əsgərlik 

xidmətini xoĢ niyyət və uğurla yerinə yetirmiĢdir. Bakıda sabitlik təmin edildikdən 

sonra  Bakı  Komandanlığı  Polis  MüfəttiĢliyi  bu  məsələyə  xüsusi  əhəmiyyət 

vermiĢdir.  Əsgər  qiyafəsində  bir  çox  Ģəxs  yaxalanmıĢ  və  cəzalandırılmıĢdır.  Bu 

barədə gündəlik qəzetlərdə elanlar verilmiĢ, bildiriĢlər yayılmıĢ və xalqa bu barədə 

xəbərdarlıq edilmiĢdir. 

Buna görə də tərəfinizdən edilən suçlamaları rədd edir, sözlərimizə etimad 

etməyinizi xahiĢ edirəm." 

Bakıdakı  bu  mübahisə  və  müzakirələrin  davam  etdiyi  günlərdə  ölkədəki 

milli  azlıqların  da  təmsil  edilə  bilməsi  üçün  imkan  yaradıldı.  Milli  Məclisin  120 

deputatdan ibarət olması qərara alındı. 7 dekabr 1918 tarixində çağırılan Məclisin 

açılıĢında  danıĢan  Məmməd  Əmin  Rəsulzadə  bəzi  dairələrin,  müstəqilliyin  geri 

alınmasından  danıĢdığını  xatırladaraq,  bu  məsələnin  tamamilə  qapandığını 

vurğulamıĢdı. 



"Bir kərə yüksələn bayraq bir daha enməz" deyərək Azərbaycan xalqının 

azad və müstəqil yaĢamaq üçün əzm və iradəsini nümayiĢ etdirmiĢdi

42



4. Türk Ordusunun Azərbaycan və Dağıstandan çəkilməsi 




342 

 

Bakıda olan türk hərbi birləĢmələri Ģəhərin ətrafındakı münasib yerlərdə və 



sanki  Ģəhəri  mühasirəyə  almıĢ  kimi  yerləĢmiĢdi.  Bu  vəziyyət,  ingilisləri 

Ģübhələndirdi  və  türk  hərbi  birliklərinin  geri  çəkilməsinin  nə  üçün  gecikdiyini 

soruĢdular.  "Yolların  dağılması  səbəbindən  geri  çəkilmə  iĢlərinin  mümkün 

olmadığı"  cavabını  aldılar.  Alınan  qərara  görə,  ilk  olaraq  106-cı  Qafqaz  alayı  19 

noyabr  1918-ci  il  tarixində  birbaĢa  Qarsa  getmək  üçün  Biləcəridən  qatarla  yola 

çıxacaqdı. 13-cü Qafqaz Alayı isə Puta stansiyasından qatarla Gəncə istiqamətində 

yola düĢəcəkdi

43



Bakıda  bu  hadisələr  cərəyan  edərkən,  zabit,  çavuĢ  və  sıravilərdən  arzu 

edənlərin  Azərbaycan  ordusu  sıralarında  xidmətə  keçməsi  ilə  əlaqədar  Hərbiyə 

Nazirliyinin 27 oktyabr 1918-ci il tarixli qərarı, 23 noyabrda verilən yeni bir əmrlə 

ləğv  edildi.  9-cu  Ordu  əmrinə  görə,  ġimali  və  Cənubi  Qafqazdakı  bütün  zabit, 

çavuĢ  və  sıravilərin  30  dekabr  1918-ci  il  tarixinə  qədər  9-cu  Ordu  sıralarına 

keçməyi tələb olunurdu. Əmrə tabe olmayanlar haqqında qanunla ölçü götürüləcəyi 

də bildirilirdi

44



Bu  əmrə  görə  5-ci  Qafqaz  piyada  diviziyası  da  Türkiyəyə  qayıtmalı  idi. 

Mürsəl  paĢa  ingilis  generalına  göndərdiyi  məktubda  türk  hərbi  qüvvələrinin 

nəqlinə 19 noyabrdan etibarən baĢlanılacağını və 5-ci Qafqaz piyada diviziyası ilə 

106-cı  Qafqaz  alayının  24  noyabr  axĢamüstü  Biləcəri  stansiyasından  yola 

salınacağını  bildirdi.  Dağıstandakı  birliklərin  köçürülməsinə  isə  21  noyabrda 

baĢlanılacağını  və  son  eĢelonun  26  noyabr  1918-ci  il  tarixində  Biləcəridən 

keçəcəyini qeyd etdi

45



Türk  ordusunun  Qafqazdan  çəkilməsi  baĢlanmıĢdı.  Qəhrəman  Mehmetçik, 

yalnız qurtardığı torpaqları deyil, qurduğu böyük xəyalları da geridə qoyub gedirdi. 

Ərgənəkon, Türküstan və Turan xəyalları qeyri-müəyyən gələcəyə təxir edilmiĢdi. 

Qatarlar  relslərin  üzəri  ilə  qərbə  doğru  hərəkət  etdikcə  mübarək  Turan  da 

Mehmetçiyin  arxasında  bir  ilğım  kimi  getdikcə  gözdən  itir  və  solurdu.  ġövkət 

Sürəyya  Aydəmir  Türklərin  Azərbaycandan  getməsini  həzin  və  duyğu  dolu 

cümlələrlə belə təsvir edirdi: 

"Axtarıb tapdığımı zənn etdiyim suyu yenə itirmiĢdim... Yollar, atlı, piyada, 

qoca,  cavan,  qadın  və  kiĢilərlə  dolu  idi.  Hamısı  da  hərbi  hissələrin  yanına  gedir, 

ağlayır,  sızlayır,  fəryad  edirdilər:  "Bizi  kimə  tapĢırıb  gedirsiniz?  Haraya 

gedirsiniz?... 

Artıq  Anadolu  demək  olan  Araz  çayı  üzərindəki  Markara  körpüsünə 

çatdığımız zaman təəssüf və həyəcan son həddinə çatdı. Bölüyün önündə sandıqlılı 

Nuru çavuĢ Ģərqi deyə-deyə irəliləyirdi: 



Cəzayirə qara bayraq çəkildi  

Qərib anaların beli büküldü.  

Qoç igidlər Cəzayirdən çəkildi  


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə