345
yemək verdik. Bir gürcü lokomotivi əlimizə keçdi və onu qoĢaraq yolumuza davam
etdik.
2.
Stansiya iĢçiləri müxtəlif bəhanələrlə qatarımızı gecikdirirdilər. Yol
vermirdilər. Bəzən stansiyaya da salmırdılar. Tək xətt üzərində arxadan gələcək
digər bir qatarla toqquĢma təhlükəsi ilə üz-üzə qoyurdular. Gəncə stansiyasına və
digər stansiyalara zorla və oxları əsgərlərimizə açdıraraq girmiĢdik.
3.
Lokomotivlər tez-tez xarab olurdu və elə həmin yerdə də qalaraq
qatarların hərəkətinə mane olurdu.
4.
Bəzi stansiyalarda lokomotiv depoya gedərək qatarımızı tərk edir və
gardfrenlər qaçırdı. Depodan zorla lokomotiv götürüb və orada əlimizə keçəni
gardfren edərək yolumuza davam edə bilirdik.
5.
Bir qatarımız kifayət qədər gardfren olmadığı üçün və yoxuĢu aĢağı
enərkən, aramsız fit verməsinə baxmayaraq, girəcəyi stansiya bağlı olduğundan,
vaqonlar bir-birinə girdi. Qatar aĢdı. Faciəvi surətdə bir çox Ģəhid və yaralımız
oldu. Hər halda, bunların gizli əllər vasitəsilə edilmiĢ olduğu mütləqdir. Lakin biz
bunları araĢdıracaq vəziyyətdə deyildik
52
.
Azərbaycan torpaqlarında son türk hərbi birliyi olan 15-ci piyada diviziyası
komandanı və qərargahı 30 noyabr 1918-ci il tarixində Gəncədən Tiflisə yola
düĢdü. Ġstər Gəncədə, istərsə də Azərbaycanın son dayanacağı olan Ağstafa
stansiyasında böyük bir izdiham var idi. Ortada heç bir məsul Ģəxs olmadığı üçün,
sərhədin digər tərəfindəki gürcülər də türk əsgərinə böyük çətinliklər yaradırdılar.
Süleyman Ġzzət bəy bu Ģərtlər altında Tiflisə çatdı. Burada Osmanlı Dövlətinin
siyasi və hərbi təmsilçisi olan Əbdülkərim paĢa ilə görüĢdü. PaĢa, Tiflis və
Batumdakı vəziyyəti müxtəsər belə söyləmiĢdi:
"Yeni Kabinetdən hələ bir xəbər almamıĢam. Nəqliyyat olacaq, mənim
xəbərim yoxdur. Nuru paĢa, "mənə yol verməsələr, savaĢaraq keçərəm" deyir.
Yaqub ġövqü paĢa "bu kafirlərə de, yol versinlər" deyir. Axalkalaki və Axıskaya
göndəririk, meydanda sahibi yox. Ermənistan qatarlarımızı keçirmir. Gürcülər
qəsdən problemlər yaradır. Burada, hökumət də daxil olmaqla, hamı türklərin
əleyhinədir. Qəzetlər bizləri tənqid etdi və Azərbaycana çox hücum etdi. Gürcüstan
hökuməti məni və hərbi təmsilçiliyimi heç tanımır. Yazdıqları Ģeylər daim siyasi
təmsilçi adına göndərilir. Yanımda tək bir mühafizə edənim də yoxdur. Böyük
çətinliklər içindəyəm"
53
.
Həqiqətən də gürcülər türklərə qarĢı böyük tərbiyəsizlik edirdilər. Tiflisdə
qadınlar yollarda türk əsgəri görüncə, yumruqlarını bir-birinə vuraraq "Ġngilislər
gəlir, ingilislər gəlir" deyə qıĢqırırdılar. Osmanlı Dövləti və türk ordusunun
Gürcülərə heç bir pisliyi dəyməmiĢdi. Həqiqətən də Gürcüstanda nəqliyyat böyük
çətinliklərlə tapılırdı. Gürcülər, ən böyüyündən ən kiçiyinə qədər türklərə düĢmən
kəsilmiĢdilər.
346
Böyük ümidlərlə baĢlayan Turan yolçuluğunda, Osmanlı Dövlətinin ilk
olaraq Gürcüstanı nəzarət altına alması lazım idi. Türk ordusu Batuma girdiyi
zaman, irəli hərəkət edərək, ətrafdakı Poti limanı ilə dəmiryolu üzərindəki
Özerketi, Samzedi, Kutaisi və nəhayət Tiflisin əldə edilməsi üçün zəmin var idi. O
dövrdəki Gürcü hökuməti və Osmanlı Dövləti arasında "Azərbaycan və Dağıstanda
irəli hərəkat baĢa çatdıqdan sonra geri çəkilmək" qeydi ilə bir müqavilə imzalana
bilərdi. Bu müqavilə vaxtında bağlansaydı, ilk növbədə almanların Gürcüstana
girməsinin qarĢısı alınardı. Qafqaza ediləcək hərbi yardımlarda müxtəlif
problemlər və hərbi birliklərin geri çəkilərkən qarĢılaĢdığı çətinliklər də ortaya
çıxmazdı.
Türk Qafqaz Ġslam Ordusu və 15-ci piyada diviziyasına mənsub olan son
hərbi birliklər Tiflis yaxınlığındakı Mixaylovkadan 3 dekabr 1918-ci il tarixində
hərəkət edərək, tam 9 gün davam edən qatar yolçuluğundan sonra, Gürcüstanın son
stansiyası Nataliyə çata bildi
54
. Beləliklə, 5-ci Qafqaz piyada diviziyası ilə 15-ci
piyada diviziyası hərbi birliklərinin hamısı 1918-ci il dekabr ayının ilk həftəsində
Gürcüstanı tərk edərək, Osmanlı Dövlətinin torpaqları olan Batuma çatdılar. Lakin
Batum da ingilislərin iĢğalı altındaydı.
Hərbi birliklər, Gəncə və Ağstafa stansiyalarında gedəcəkləri istiqamətə
görə qruplaĢdırılmıĢdılar. 5-ci Qafqaz piyada diviziyası Sivasda, 15-ci piyada
diviziyası isə Samsunda xidmət edəcəkdi
55
. Azərbaycan və Dağıstanı düĢmən
iĢğalından qurtaran və məğlub olmayan qəhrəman 5-ci Qafqaz və 15-ci piyada
diviziyaları Batumda ingilislərin təzyiqi ilə qarĢılaĢdılar
56
. Çünki Batum, ingilislər
tərəfindən iĢğal edilmiĢdi. 17-18 dekabr 1918-ci il tarixində iki Ġngilis döyüĢ
gəmisi gəldi. 19 dekabrda Batum limanını nəzarətə götürdülər. 24 dekabrda da
Ģəhərə hərbi vali təyin etdilər. Bütün idarə onun nəzarəti altında olmaq Ģərti ilə,
müxtəlif millətlərdən ibarət bir heyət təĢkil etdirərək, 27 dekabrda hakimiyyəti ələ
aldılar
57
. Müqavilə Ģərtlərinə uyğun olaraq, türk əsgərinin yüngül və ağır silahları
müsadirə edildi, ərzaq, heyvan və digər imkanları müsadirə olundu. Nümunə üçün
deyə bilərik ki, Batumda 100 ton buğda, 15-ci piyada diviziyasına məxsus və pulu
ödənilərək satın alınmıĢ 44.000 kiloqram Ģəkər, 12 çəllək kürü, 2 çəllək tomat
pastası, bir neçə çəllək balıq, gön, dəri, bolluca konserv və taxıl Ġngilislər
tərəfindən müsadirə edilmiĢdi.
58
YüzbaĢı Səlahəddin bəy xatirələrində Türkiyəyə köçürülməyə çalıĢılan türk
əsgərinin silah və sursatı haqqında bunları qeyd edir:
"Hərbi material və cəbbəxananı Azərbaycandan Türkiyəyə göndərməyə
çalıĢırdıq. Bunlardan iki qatar dolusu cəbbəxana (sursat) Tiflis stansiyasında
dayanmıĢdı. Bunlar Bakıya göndəriləcəkdi. Lakin barıĢıq imzalandığı üçün burada
qalmıĢdı. Gürcülər bu sursatı bizdən pulla almaq istədilər. Hər mərmiyə 50 quruĢ
təklif etdilər. Mən Batumun vəziyyətini bildiyim üçün bu təkliflə razılaĢdım. Lakin