Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə18/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   14   15   16   17   18   19   20   21   ...   175

41 

 

hərbi dəstələrə rus ordusu tərkibində ciddi bir təlim verilirdi. Ermənilər ideyalarına 



çatmaq  üçün  sonrakı  illərdə  də  vəzifələrini  icra  edə  bilmək  üzrə  müstəqil  hərbi 

dəstələrinin  təməlini  də  beləcə  atmıĢ  olurdu.  Rus  hərbi  qüvvələri  yanında  əsgəri 

xidmətə  cəlb  edilən  ermənilərin  sayı  minlərlə  idi.  Bunlar  arasından  əsgərlik 

sənətinə  uyğun  olanlar  döyüĢçü  sinif  olaraq  yetiĢdirilməyə  baĢlamıĢdı.  Çarın 

fərmanı  ilə  bunlardan  4  erməni  alayı  təĢkil  edildi.  Hər  alayın  tərkibi  də  985 

nəfərdən ibarət idi. 

Ermənilər bununla da kifayətlənmədilər. Rus hərbi qüvvələrinə bağlı olaraq 

təĢkil  edilən  alaylarla  bərabər,  müstəqil  bir  ordu  qurmağı  da  qərarlaĢdırdılar. 

Dünyanın  dörd  bir  yanında  yaĢayan  ermənilər  arasında  bir  yardım  kampaniyası 

baĢlatdılar. Türkiyə, Rusiya, Ġran və Avropada yaĢayan ermənilər bu kampaniyaya 

qatıldılar. Rusiyada Rostov, Yekaterinburq, Romanov, Odessa, Don, Bakı, Tiflis və 

bir  çox  bölgələrdə  yerli  komitələr  quraraq  pul,  əĢya  və  ərzaq  topladılar.  Bu 

komitələr  qurulacaq  ordunun  Osmanlı  dövlətinə  qarĢı  vuruĢacaq  erməni  könüllü 

dəstələrindən yaranacağını da bildirirlər.

18

 

Voronsov-DaĢkov raportunda erməni və kürd qrupların silahlandırılması və 



təlimi üçün gizliliyə böyük önəm verilməsi, çalıĢmaların yalnız konsullar və hərbi 

vəzifəlilər  tərəfindən  aparılması  və  rusların  qəti  təlimatı  olmadan  hərəkətə 

keçilməməsi gərəkliliyi ilə bağlı əmrlərin əlaqəli Ģəxslərə bildirildiyini qeyd etdi. 

Voronsov-DaĢkovun  Rusiya  xarici  iĢlər  naziri  Sazonova  göndərdiyi  20/7/ 

sentyabr  1914/760  tarix  və  saylı  məktubundan  da  aydın  olur  ki,  ermənilərin 

Osmanlı  dövlətinə  qarĢı  ġərqi  Anadoluda  üsyan  etmək  üçün  hazır  olduqları 

görünür.  DaĢkov  bu  raportda  Oltu,  SarıqamıĢ,  Kağızman  və  Ġqdır  ilə  ətrafdakı 

qəsəbə və kəndlərdə olan rus hərbi dəstələrinin ermənilərə yardım etməsinin gərək   

olduğunu  bildirdi.  Cənubi  Azərbaycan  bölgəsində      isə      general  Voropanovun, 

xüsusilə  Xoyda  yerləĢən  Rusiya  konsulluğu  ətrafındakı  Xoy  və  Dilman 

bölgələrində  kiçik  qruplar  hazırlamağa  baĢladıqlarını  yazdı.  Buna  görə  erməni 

silahlı  qruplarının  qurulması  və  təlim-tərbiyəsi  Urmiyədə  konsul  Vedenski  ilə 

polkovnik  Andrievskiyə tapĢırıldı. Kürd qrupların silahlandırılması üçün də Maku 

və  ətrafında  konsul  Olferov  vasitəsilə  Əbdülrəzzaq  adında  biri  çalıĢmalara 

baĢladı.

19

 



Türklərə  qarĢı  vuruĢacaq  erməni  könüllü  dəstələrinə  qatılanların  sayı 

gözləniləndən  çox  olmuĢdu.  Voronsov-DaĢkov  Rusiya  Xarici  ĠĢlər  Nazirliyinə 

20/7/fevral 1915/1185 tarix və saylı bir məktub ilə müraciət edərək 15 mindən çox 

erməninin  türklərlə  vuruĢmaq  üçün  Qafqaza  gəldiyini,  Rusiya  tərəfindən  təmin 

edilən  silahların  bunların  hamısına  çatmadığını  bildirdi.  DaĢkov  erməni  liderlərə 

Ġngiltərə  və  Fransadan  silah  təmin  edilməsini  tövsiyə  etdiyini  də  qeyd  etdi. 

Vorosov-DaĢkovun  bu  təklifi  Rusiya  Xarici  ĠĢlər  Nazirliyi  tərəfindən  22/9/fevral 

1915/708 tarix və sayı ilə London və Parisə göndərildi.

20

 



42 

 

Erməni  quruluĢlarının  Qafqazda  təĢkil  edilməyə  çalıĢılan  ordunun  silah, 



sursat  və təchizat ehtiyacını qarĢılaya  bilmək  üçün baĢlatdığı  yardım kampaniyası 

müvəffəqiyyətlə davam edirdi. Bu məqsədlə 1915-ci ildə toplanan pulun 1.450.000 

rubl olduğu məlumdur. Toplanan bu, pul ilə 5 yeni erməni alayı quruldu. Beləliklə, 

Qafqazdakı  erməni  hərbi  dəstələrinin  sayını  9  alaya  çatdırdılar.  Rus  ordusundan 

müstəqil olaraq təĢkil edilən bu, 5 erməni alayı 1915-ci ilin aprel ayında Ġrəvanda 

bir rəsmi keçid mərasimi (hərbi parad) təĢkil etmiĢdi. 

Rusiya  Azərbaycanda  bir  yandan  Osmanlı  dövlətinə  qarĢı  üsyan  etmək  və 

terror  əməliyyatlarında  iĢtirak  etmək  üçün  erməni  və  kürdlərdən  ibarət  ayrı-ayrı 

hərbi dəstələr qurur, digər yandan da bölgədəki ermənilər vasitəsilə özləri üçün çox 

əhəmiyyətli bilgilər toplayırdı. Bu agentlər vasitəsilə türklərin öndə gedənlərini və 

türkçüləri  təqib  edir  və  onlara  qarĢı  təzyiq  göstərirdilər.  Toplanan  bu  bilgilərdə 

Astara  camaatının  rus  və  ingilislərə  nifrət  etdiyi  və  Osmanlı  dövlətinin 

müharibədən qalib çıxa bilməsi üçün dua etdikləri də yazılırdı. Ənzəlidə isə xalqın 

və tacirlərin rus savaĢ gəmilərinin Ģəhərə gəlməsini istəmədikləri və türk ordusunu 

dörd  gözlə  gözlədikləri  bildirilirdi.  Gilan  və  RəĢt  camaatının  isə  "kafirlərlə 

mücadilə  etmək"  üçün  yardım  kampaniyaları  təĢkil  etdikləri  və  hər  gün  toplanan 

pulları  Osmanlı  dövlətinin  bölgədəki  konsuluna  çatdırdığı  qeyd  edilirdi.  Bölgədə 

yaĢayan  türklərdən  indiyə  qədər  3  min  adamın  Osmanlı  dövləti  vətəndaĢlığına 

keçərək  pasport  aldıqlarını,  bundan  baĢqa,  düĢüncə,  duyğu  və  hisslərini  türk 

konsulluğunda açılan dəftərə yazdıqları bildirilirdi.

21

 

Rusiya hökuməti erməni casusların hazırladığı raportlara inanmırdı. Rusiya 



hesabına  çalıĢan  erməni  agentlərin  topladığı  bilgilərin  öz  kadrları  tərəfindən  də 

araĢdırılması  üçün  kəĢfiyyat  mərkəzindən  Lənkəran  bölgəsi  səlahiyyətlisinə  gizli 

bir  məktub  göndərilmiĢdi.  Buna  verilən  oktyabr  1914/900  tarix  və  saylı  cavabda 

belə deyilirdi: 

"Türk casusların bölgədəki fəaliyyəti güclüdür. Bəzi türk vətəndaĢları həbs 

edildi.  Türkiyənin  Təbrizdəki  konsulu  saxlanaraq  Culfaya  göndərildi.  Almanların 

isə bölgədə heç bir ağırlığı yoxdur. Bu çalıĢmalarda Ġran hökumətinin bizə böyük 

yardımı  var.  RəĢt  Ģəhərində  10-u  Osmanlıdan,  10-u  da  Azərbaycan  türklərindən 

ibarət  olan  və  bir  müharibə  vəziyyətində  istifadə  olunmaq  üçün  ianə  toplayan 

komitə üzvləri həbs edilmiĢdir. Osmanlı dövlətinin RəĢt konsulu yunan əsillidir və 

həbs  olunmalar  barəsində  heç  bir  təĢəbbüsdə  olmamıĢ  və  bir  açıqlama 

verməmiĢdir...".

22

 

Ermənilər  müharibənin  ilk  illərində  Türkiyə  ilə  bərabər  Rusiyada  da 



müstəqillik  istəklərini  səsləndirməyə  baĢladılar.  Qafqazda  muxtar  bir  Ermənistan 

qurulması  üçün  hərəkətə  keçdilər.  Xəstəliyi  səbəbindən  vəzifəsindən  ayrılan 

Voronsov-DaĢkovun  yerinə  Qafqaz  baĢ  valiliyinə  təyin  olunan  Nikolay 

Nikolayeviç  1915-ci  ilin  sonuna  doğru  Eçmiədzin  erməni  patriarxını  Tiflisdəki 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə