Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə19/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   15   16   17   18   19   20   21   22   ...   175

43 

 

məqamına çağıraraq, "Rusiyada bir erməni məsələsi" olmadığını sərt bir dillə ifadə 



etdi.  Buna  görə  erməni  patriarxı  rusların  Türkiyədə  bir  Ermənistan  qurmaq  üçün 

göstərdikləri  fəaliyyətlərə  verdikləri  dəstəyin  və  etdikləri  yardımın  kəsilməsindən 

qorxaraq, "heç olmazsa Türkiyədə var" cavabını verdi. 

Qafqazda  xidmət  edən  Rusiya  kəĢfiyyatı  ermənilərin  fəaliyyətləri 

mövzusunda  sağlam  bilgilər  ala  bilirdi.  Ermənilər  Osmanlı  dövlətinə  qarĢı 

müharibə  təĢkil  etmiĢdi,  ancaq  Rusiyanın  Qafqazdakı  torpaqlarında  da  gözləri 

vardı.  Bu  vəziyyətdən  Rusiya  heç  də  məmnun  deyildi.  Rusiya  kəĢfiyyat  xidməti 

tərəfindən  ermənilərin  içərisində  yerləĢdirilmiĢ  casuslardan  alınan  məlumatlara 

görə  hazırlanan  21  yanvar  1916-cı  il  tarixli  və  353  saylı  raportda  ermənilərin 

Türkiyəyə  qarĢı  yürüdülən  müharibənin  ləng  getməsindən  narahat  olduqları  və 

müharibəni tez axıra çatdırmaq istədikləri, türkləri məğlub edib, ġərqi Anadolunun 

altı vilayətində  muxtariyyət qurmaq  üçün çalıĢmaları sürətləndirdikləri bildirilirdi. 

Bu  mövzunun  müzakirəsi  üçün  təĢkil  edilən  toplantıda  erməni  liderlərdən  Zurab 

Cambazyan,  Amazasp  Nehretyan,  Ervand  Hamamcıyan,  Liparid  Allahverdiyan, 

Aristakes  Tiroyan,  Evand  Ter-Minasyan,  Stepan  Stepanyan,  Xaçatur  Bznuni  və 

Vahan Vatirosyan iĢtirak etmiĢdi.

23

 

Güney Qafqazda yaĢayan gürcü və türklərin heç bir hərbi dəstələri yox idi. 



Ermənilər  qurduqları  silahlı  qüvvələr  sayəsində  Gürcüstan  və  Azərbaycan 

torpaqlarında  yaĢayan  türklərə  qarĢı böyük  bir üstünlük  əldə  etmiĢdilər.  Beləliklə, 

Qafqazın  bu  bölgəsində  meydana  gələcək  siyasi  və  hərbi  hadisələrin  və  Ģərtlərin 

seyrində ermənilərin diqqətə alınması lazım gəlirdi. 

Ermənilər arasında baĢlanan yardım kampaniyası nəticəsində toplanan pulla 

və  Rusiyanın  yardımlarıyla  təchiz  edilən  erməni  alaylarının  birinci  və  əsl  hədəfi 

türk  torpaqlarını  ələ  keçirməkdi.  Bu  həqiqət  Osmanlı  dövləti  və  Azərbaycanda 

yaĢayan türklər tərəfindən bilinir və ermənilərin hərəkəti diqqətlə izlənirdi. Erməni 

alayları  ġərqi  Anadoluda  və  Azərbaycanda  türklərə  qarĢı  basqın  və  təcavüzə 

baĢlamaqda  gecikmədilər.  Birinci  Dünya  müharibəsi  boyunca  tarixin  görə 

bilmədiyi  ən  qanlı  qırğınlar,  etnik  təmizlik  və  soyqırım  etdilər.  Ermənilər  Birinci 

Dünya  müharibəsi  boyunca  ġərqi  Anadoludan  alacaqları  torpaqlarla  bərabər, 

Naxçıvan,  Zəngəzur  və  Qarabağı  quracaqları  Ermənistanın  bir  parçası  olaraq 

görürdülər. 

Rusiyada  bolĢevik  ixtilalı  olmasından  və  çarın  devrilməsindən  sonra  da 

ermənilərin  silahlanması  davam  etdi.  Qızıl  Ordu  Qafqaz  Cəbhəsi  komandiri 

general  Lebedinskinin  10  yanvar  1918-ci  ildə  verdiyi  bir  əmrə  görə,  Azərbaycan 

torpaqlarında  erməni  hərbi  dəstələrinin  qurulması  tələb  olunurdu.  Buna  görə 

ġuĢada bir erməni niĢançı alayı Nuxaya (ġəki) bağlı VartaĢen kəndində bir niĢançı 

batalyonu, Naxçıvan və Gəncə Ģəhərlərində də bir erməni ehtiyat piyada batalyonu 

təĢkil edilmiĢdi. 



44 

 

3.Qafqaz Cəbhəsində müharibənin baĢlaması: 



a.Rus  Qafqaz  Ordusunun  sərhədi  keçməsi:  Qara  dənizdə  türk  və  rus 

donanması arasında 29 oktyabr 1914-cü ildə meydana gələn savaĢdan sonra, ġərqi 

Anadoludakı  rus  sərhədindən  də  hərəkətlilik  baĢlandı.

24

  Rus  Qafqaz  Ordusu  1 



noyabr 1914-cü il səhər saat 04.00 radələrində Musun, Kötək, Narman, Qalaboğazı 

kimi  bölgələrdəki  türk  sərhədindən  hücuma  keçdi.  Beləliklə,  ġərqi  Anadoluda 

Qafqaz  Cəbhəsi  açıldı  və  dörd  il  sürəcək  qanlı  bir  müharibə  də  baĢlamıĢ  oldu.

25

 



ġərqi  Anadoluda  olan  3-cü  Ordu  Komandanlığı  isə  rusların  hücumu  qarĢısında 

müharibəni  Ərzurumun  Ģərqində  qəbul  etmək  üçün  hərbi  dəstələri  toplamağa 

baĢladı.

26

 



Qafqaz  Cəbhəsindəki  rus  hərbi  qüvvələrinin  kifayət  qədər  güclü  olmadığı 

bilinirdi. Rus qüvvələri  xüsusilə cinahlardan  mühasirə  hərəkatına qarĢı son dərəcə 

zəif  idi.  Böyük  çoxluğunu  yığma  qoĢunun  təĢkil  etdiyi  5  min  nəfərlik  bir  türk 

birliyi  Batumi  tərəfdə  hücuma  keçərək,  Artvin,  Ardanuç  və  Borçkanı  ələ  keçirdi. 

Beləliklə, Çoruh vadisi düĢməndən təmizləndi. 

Bu  irəliləyiĢə  görə  Rus  Qafqaz  Ordusu  5  noyabr  1914-cü  ildə  Köprüköy-

Ərzurum istiqamətində hücuma keçdi. Qafqaz Cəbhəsindəki 3-cü Orduya bağlı 9-

cu  və  11-ci  korpuslar  qısa  müddətdə  müvəffəqiyyət  əldə  edəcəklərinə  inanan 

rusların  qarĢısını  Köprüköy  yaxınlıqlarında  aldı.  Ruslar  17  noyabra  qədər  davam 

edən bir çox hücumlardan da bir nəticə ala bilmədi və yeddi mindən artıq döyüĢçü 

itirərək geri çəkildilər. Çoruh vadisinin ələ keçirilməsi və Ərzurum yaxınlıqlarında 

qazanılan bu müvəffəqiyyət 3-cü Ordunun mənəviyyatını olduqca yüksəltmiĢdi.

27

 

Ruslar  ġərqi  Avropada  almanlara  qarĢı  böyük  bir  hərbi  toplantı  təĢkil 



etmiĢdilər.  Almanlar  türklərin  Qafqaz  Cəbhəsində  baĢladacağı  hücum  səbəbilə 

rusların  əhəmiyyətli  bir  hərbi  qüvvəni  Qafqaza  nəql  edəcəyini  düĢünürdülər. 

Beləliklə,  ġərqi  Avropadakı  alman  qüvvələri  böyük  bir  rahatlığa  qovuĢacaqdı. 

BaĢkomandan  vəkili  Ənvər  PaĢanın  ətrafındakı  alman  zabitlər  bu  görüĢü 

dəstəkləmək  üçün,  ruslara  qarĢı  bir  basqın  hücumu  edilməsinin  gərək  olduğunu 

davamlı  olaraq  təlqin  edirdilər.  Çoruh  vadisinin  ələ  keçirilməsi  və  rusların 

Ərzurumun  Ģərqində  saxlanılıb,  geriyə  oturdulması  Ənvər  PaĢanı  basqın  hücumu 

edilməsinə inandırmağa bəs etdi.

28

 

Ənvər PaĢanın Qafqaza ediləcək hərbi hərəkat planının ana xətləri belə idi:  



Türk  ordusu  Oltu  və  Ərdahanı  ələ  keçirdikdən  sonra  SarıqamıĢda  olan  rus 

ordusunu  məhv  edəcək  və  ardından  da  Qarsı  qurtaracaqdı.  Bu  planın 

müvəffəqiyyətlə  baĢa  çatmasından  sonra  hərbi  hərəkat  geniĢləndirilib  Cənubi 

Azərbaycan və Cənubi Qafqaza giriləcək və beləliklə, rusların 1-ci Qafqaz Ordusu 

mühasirəyə alınıb, tamamən yox ediləcəkdi. Qafqaz cəbhəsində rus iĢğalının sona 

çatmasından sonra Dağıstan və Azərbaycanda yaĢayan türk və müsəlman xalqın öz 

müstəqil dövlətlərini qurmaları təmin olunacaqdı.

29

 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə