59
Duyulmaz dərdimə dərman harada?
Dağıtdılar yuvasını bülbülün,
Xəzan vurdu yarpağını hər gülün,
Susdurdular nəğməsini bir elin,
Canana can verən o can harada?
Məskənimiz həp fəlakət bucağı,
Besterimiz fırtınalar qucağı,
Sönmüşdürmü əcəb Türkün ocağı,
Anadolu harda, Turan harada?
Lənətəmi uğramışız həpimiz:
Cavanımız, ixtiyarımız, igidimiz,
Bir sahil yoxdurmu çıxa gəmimiz,
Ağlaşır analar, duyan harada?
Qərib, sürgün, öksüz cocuqlar ağlar,
Layla söylər uğultulu dalğalar;
Mərhəmət naminə səni haraylar,
Ədalət harada, vicdan harada?
Səba, yetir sevgilimə sözümü,
Mükəddər halımı, gülməz üzümü,
Yanıqlı halımı, ağlar gözümü,
Aşiqlərin harada, canan harada?
Nargin adasından qaçırılan, ya da Sibirdən bir yolunu tapıb, Türkiyəyə
dönməyə çalıĢan əsir türk zabit və əsgərləri də Qafqazda yaĢayan qardaĢlarına
yardım edirdilər. Anadolu və Qafqazda müharibənin davam etdiyini öyrənən gənc
zabitlər, Azərbaycan türklərinin qurduğu müqavimət birliklərində könüllü olaraq
xidmət göstərməyə baĢlamıĢdılar. Bilgi, səriĢtə və təcrübələrini Qafqazın müxtəlif
bölgələrində ruslara qarĢı qurulan müqavimət təĢkilatlarında qardaĢlarıyla
bölüĢürdülər. Bu yeraltı təĢkilatlarında, xüsusilə gənc azərbaycanlı türklərə,
təĢkilatlanma, kəĢfiyyat, silahdan istifadə etmə və hərbi təlim dərsləri verirdilər.
Əsarətdən qurtarılan türk zabitləri arasında olan Hüsaməddin Tuğaç,
Osmanlı dövlətindən hərbi yardım istəmək üçün Ġstanbula göndərilən Azərbaycan
heyətində də yer almıĢdı. Müzəffər Tuğsavul isə Qafqazdakı vəzifəsinin sona
60
çatmasından sonra Türkiyəyə dönmüĢ, Milli Mücadiləyə qatılmıĢ və Türk Silahlı
Qüvvələrində ordu generalı rütbəsinə qədər yüksəlmiĢdi.
Azərbaycan mənbələri, ġəkidə təĢkil edilən könüllü birliklərə türk
zabitlərindən Bədri və Sidqi bəylərin rəhbərlik etdiyini qeyd edir. Rus bolĢevik və
erməni daĢnak qüvvələrindən ibarət olan Qızıl Ordu birlikləri ġamaxını iĢğal
etdikdən sonra Göyçay və QutqaĢen istiqamətinə yönəlmiĢdi. Bədri və Sidqi
bəylərin rəhbərlik etdiyi könüllü müqavimətçilər çalıĢmalarını sürətləndirmiĢdilər.
Bu çalıĢmaların davam etdiyi tarixlərdə Gəncəyə girən Türk Qafqaz Ġslam Ordusu
komandanı Nuru PaĢa ġəki bölgəsi komandirliyinə Bədri bəyi təyin etmiĢdi.
QutqaĢen bölgəsində yürüdülən müqavimət hərəkatının daha nizamlı davam
etdirilməsi üçün də Sidqi bəyi bu bölgəyə göndərmiĢdi. Zaqatalada qurulan könüllü
müqavimət birliklərini təĢkilatlandırmaq üçün isə Haqqı və Ələddin bəylərə
tapĢırıq vermiĢdi.
5.Rusiyadakı bolĢevik ixtilalının cəbhəyə təsiri:
Rusiyada 1916-cı ilin payızından etibarən rahatlıq və sabitlik pozulmuĢdu.
Ölkədə sosial tarazlıq yox olmuĢ, xalq yüksək infilasiya və yoxsulluğun
pəncəsində qıvrılmağa baĢlamıĢdı. Rus çarlığının paytaxtı Sn.Peterburqda baĢ
verən nümayiĢ və tətillər idarəni təhdid edəcək ölçüyə çatmıĢdı. Rusiyanın içinə
düĢdüyü bu anarxiya Ģəraiti gedərək idarəyə qarĢı bir üsyana dönmüĢ, bu durumdan
ġərqi Avropa və Qafqazdakı cəbhələrdə olan rus hərbi birlikləri də təsirlənməyə
baĢlamıĢdı. Rus ordusu 1917-ci ildə savaĢ, aclıq, xəstəlik və nizam-intizamsızlıq
üzündən təxminən 100 min əsgərini itirmiĢdi. Ġxtilal cərəyanının ordu arasında
sürətlə yayılması, savaĢma istəyini ortadan qaldırmıĢ və əsgərlərin kütləvi halda
fərarilik etməsinə yol açmıĢdı.
48
Rus çarının 12 mart 1917-ci il tarixində taxtdan çəkildiyini açıqlaması ilə
Romanov sülaləsi tarixə qarıĢdı. Peterburqda 16 martda sosialist menĢeviklər,
Kerenski rəhbərliyində keçici bir hökumət qurdu.
49
Bu hökumət savaĢın davam
etməsini istəyirdi. Rus ordusu Alman cəbhəsində əsas bir hücuma keçdi, ancaq
ehtiyatda olan əsgərlərin savaĢmaq istəməməsi üzündən uğursuzluğa düçar oldu.
Rus xalqı və ordusu savaĢdan təngə gəlmiĢdi. Bu və buna bənzər uğursuzluqlar
nəticəsində idarə avtoritetini itirdi. Kəndlilər, torpaq sahibləriylə zənginlər və
əsilzadələrin evlərini və əkin sahələrini talan etməyə baĢladılar. Əsgərlər
komandirlərini öldürür, kütləvi Ģəkildə fərariliklər baĢ verirdi. Ordudakı nizam-
intizam tamamilə ortadan qalxmıĢdı.
Rusiyada meydana gələn ixtilaldan və Rus çarının vəzifəsindən
çəkilməsindən sonra, ġərqi Anadolu və Ġranda yaĢayan ermənilər, Azərbaycan və
ġimali Qafqazın müxtəlif bölgələrinə köç etməyə baĢladılar. Ərdahan, Qars, Oltu,
Artvin, Təbriz və buna bənzər bir çox bölgədə yaĢayan ermənilər axın halında
61
Cənubi Qafqaza qaçırdılar. Ermənilərin Cənubi Qafqaza köçü savaĢın ilk
günlərində baĢlamıĢdı. Rus səlahiyyətliləri tərəfindən hazırlanan raportlarda
evlərindən qaçan ermənilərin sayının 120 mini keçdiyi haqqında bilgilər var idi.
Bakıya isə yalnız 1915-ci ilin avqustunda 1820 erməni getmiĢdi.
Rusiyanın Qafqaz BaĢ Ġdarəsi ermənilərin bölgəyə köç etməsindən məmnun
deyildi. Paytaxta göndərdiyi raportlarda əsasən ermənilərin yerlə, yemək və
içməklə təmin edilməsində yaĢanan çətinliklərə diqqəti çəkirdi. Göndərilən "gizli"
və "çox gizli" ibarəli yazılarda isə ermənlərin bölgədə asayiĢi poza biləcəkləri
bildirilir və Rusiya dövlətinə qarĢı muxtariyyət, ya da müstəqillik istəkləriylə
üsyan edə biləcəklərinin göz ardı edilməməsi gərəkliyi qeyd edilirdi. Qafqaz BaĢ
Valiliyi bu görüĢlərini savaĢ baĢlamazdan öncə də sıx-sıx dilə gətirirdi.
4 sentyabr 1915 tarixli "Bakı qəzeti"ndə yer alan "Ermənistanın göz yaĢları"
baĢlıqlı məqalədə Türkiydə təxminən 1.200.000 erməni yaĢadığı bildirilərək,
"savaĢın sonuna qədər bunlardan əcəba neçəsi həyatda qalacaq?", deyə soruĢulur
və "Onlardan 200.000 nəfərinin Cənubi Qafqaza köç etdiyi" bildirilirdi. Həmin
qəzetin 8 sentyabr tarixli sayında isə Cənubi Qafqaza köçən ermənilərin sayının
250.000 olduğu yazılmıĢdı.
Bakıdakı Ermənilərə Yardım Komitəsinin sədri Ter-Mikaelyan, Rusiyanın
Qafqaz Köçkünlərinə Yardım Xidmətlisi general TamamĢevə göndərdiyi 18 dekabr
1915 tarixli məktubda Bakıya gələn ermənilərdən yaĢlı, qadın və uĢaqların sayının
2.300 nəfərə çatdığını bildirmiĢdi. Qafqaz Erməni Yardım Mərkəzi Heyətinin sədri
və Erməni Mərkəz Komitəsi rəisi Arutunov da Rusiyanın Qafqaz BaĢ Ġdarəsi
Komandanlığına göndərdiyi 18 yanvar 1916-cı il tarixli məktubda 1 avqust - 1
dekabr 1915-ci il tarixləri arasında Bakıya 3.200-ü erməni olmaq üzrə 4.690
nəfərin köç etdiyini yazmıĢdı.
50
Zaqafqaziyada ermənilər ilə yerli türklər arasında qısa müddətdə sürtüĢmə
baĢladı. Gəncə valisi 4 iyun 1914/1440 tarix və saylı gizli raportunda bölgədəki
türklər ilə ermənilər arasında anlaĢmazlığın gedərək arta biləcəyini bildirirdi.
Rus Qafqaz Ġdarəsi Mülki ĠĢlər Yardımçısı Peterson Bakı valisi AlıĢevskiyə
göndərdiyi 9 avqust 1914/1457 tarix və saylı "gizli və Ģəxsi" məktubda bölgədə
türk-erməni qarĢıdurması çıxa biləcəyi xəbərdarlığını edərək, ermənilərin türklərə
hücum etmək üçün fürsət gözlədiklərini və imkan tapa bilərlərsə bu hücumlara hər
an baĢlaya biləcəklərini bildirdi. Peterson ermənilərin müsəlmanlara qarĢı indilik
açıq düĢmənçilik göstərmədiklərini, ancaq bəzi davranıĢlarının da yaxĢı qonĢuluq
münasibətlərinə uymadığını yazdı. Qafqazda erməni-türk qarĢıdurmasına
Rusiyanın idarəçiliyində olan digər bölgələrdəki türklərin laqeyd qala
bilməyəcəyini xatırladan Peterson iki xalq arasında toqquĢma çıxması halında o
bölgənin yüksək polis məmurlarını dərhal vəzifədən alınacaqlarını da vurğuladı.