70
təlaĢa qapılan Sovet Rusiyası hökuməti Almaniya və müttəfiqlərinin bütün
istəklərini qəbul etmək məcburiyyətində qaldı.
Sovet heyətinin sədri Sokolnikov barıĢın və anlaĢma hökmlərinin bolĢevik
hökumətinə zorla diktə etdirildiyini bilərək, Ġttifaq dövlətlərinə qəti etiraz etdi.
Ancaq görə biləcəkləri bir Ģey də qalmamıĢdı. Uzun müzakirələrin ardından,
nəhayət, 3 mart 1918-ci ildə Brest-Litovsk müqaviləsi imzalandı.
73
Brest-Litovsk Müqaviləsinin Osmanlı dövləti və Qafqazı əlaqələndirən
maddələri belə idi:
1.
Rus əsgərləri ġərqi Anadolunu 6 - 8 həftə içində tamamən tərk
edəcəkdir.
2.
Türk hərbi birlikləri boĢaldılan yerlərdə nəzarəti təmin edincəyə qədər
rus ordusu bölgədə asayiĢi və güvənliyi təmin edəcək, qisas alma və soyğun
hadisələrinin qarĢısını alacaqdır.
3.
Erməni bandaları silahsızlandırılaraq tamamən dağıdılacaqdır.
4.
Ruslar Ərdahan, Qars və Batumu dərhal boĢaldacaqdır. Rusiya bu
bölgədə dövlətlər hüququ ilə cəmiyyət hüququ baxımından yenidən
təĢkilatlanmağa qarıĢmayacaqdır. Bu bölgələrin gələcəyinə, yerli xalq ilə qonĢu
dövlətlər və xüsusilə Osmanlı dövləti anlaĢaraq qərar verəcəkdir.
5.
Osmanlı dövləti ilə Rusiya arasında indiyə qədər olan bütün anlaĢmalar
və xüsusilə ekonomik və ticari sözləĢmələr qüvvədən düĢəcəkdir.
Türk ordusu görüĢmələrin davam etdiyi tarixlərdə Əlviyəi-səlasə (üz
vilayət) deyilən Qars, Ərdahan və Batumi xaricindəki torpaqlarını geri almıĢdı.
Ancaq erməni quldurları bölgədə qətliama davam edirdi. AnlaĢma Ģərtlərində Qars,
Ərdahan və Batumi sancaqlarının Osmanlı dövlətinə nə zaman və necə qatılacağı
məsələsində bir açıqlıq yox idi. Hökmlərə görə bu üç sancağın bilavasitə zəbt
edilməsi lazım gəlirdi. Fəqət bolĢevik liderlər bölgəni Rusiyanın ayrılmaz bir
parçası olaraq görürdülər.
Məclisi-Məbusanın Brest-Litovsk müqaviləsi haqqında təĢkil etdiyi bir
toplantıda məlumat verən baĢkomandan vəkili Ənvər paĢa Qafqazda yaĢayan türk
və müsəlman xalqların müstəqil bir dövlət qurması haqqındakı Osmanlı təklifinin
barıĢ görüĢmələri əsnasında qəbul edilməsini bir itki olaraq dəyərləndirməmiĢdi.
Ənvər paĢa Qafqazda yaĢayan türklərə dəyiĢik yollardan yardımda olacağını da
bildirmiĢdi. Osmanlı Məclisi də bolĢeviklərin ixtilal məruzəsində yer alan "hər
millət öz gələcəyini təyin etmə haqqına sahibdir" ifadəsi doğrultusunda Dağıstan
və Azərbaycanın qısa müddətdə müstəqilliyinə qovuĢacağını proqnozlaĢdırırdı.
1.
Albay Hüsaməddin Ərtürkün Xatirələri, (nəĢrə haz. Samih Nafiz
Tansu), Ġstanbul, 1957, s. 170-200.
71
2.
Xəlil Ġbrahim Göytürk, Bilinməyən tərəfləri ilə ġövkət Sürəyya
Aydəmir, Ankara, 1977, s. 27.
3.
Təhsin Ünal, Türk siyasi tarixi, Ankara, 1978, s. 469.
4.
Əli Fuad Türkgəldi, Görüb eĢitdiklərim, Türk Tarix Qurumu nəĢriyyatı,
Ankara, 1951, s. 114.
5.
Yenə orada, s.439; Ġttihad və Tərəqqi partiyası tərəfindən
Ģeyxülislamlıq vəzifəsinə gətirilən Musa Kazım əfəndi Saraya getdiyində, "Mən
nəticəni yaxĢı gönnürəm; kaĢ ki, bu iĢin izindən az zərərlə çıxa bilsək demiĢ,
vəkillərdən Lütfi bəy, "Ey xoca, bu sözləri burada deyil, Nazirlər Kabinetində
söylə deyəndə, Musa Kazım əfəndi, "Söyləyirəm, söyləyirəm, amma dəliqanlıya
(Ənvər paĢaya) söz anlada bilmirəm" Ģəklində cavab vermiĢdi.
6.
Bu mövzuda daha geniĢ məlumat üçün bax: Əli Fəthi Okyar, Üç dövrdə
bir adam, Ġstanbul, 1980, s. 23-29.
7.
Ünal, Türk siyasi tarixi, s. 437-440.
8.
Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, I
c, Genelkurmay mətbəəsi, Ankara, 1993, s. 100; Alman gəmiləri "Geoben
("Yavuz) və "Breslav ("Midilli) 8/9 avqustda Zanaqqala boğazından Mərmərə
dənizinə girdi. 27 oktyabr 1914 tarixində "təlim məqsədiylə Qara dənizə çıxdı.
Odessa, Sevastopol, Novorossiysk və Kofedəki rus dəniz bazalarını bombaladı.
Ənvər paĢa, bu hadisəni, "Ruslar təlim üçün Qara dənizə çıxan gəmilərimizə
hücum etdilər Ģəklində dəyərləndirmiĢdi. Bu hadisədən sonra Çar Rusiyası 1
noyabr 1914 tarixində ġərqi Anadoluda 3-cü ordunun bölgəsində dörd yerdən
sərhədi keçərək Osmanlı dövlətinə hücum etdi. Bu surətlə Osmanlı dövləti Birinci
Dünya müharibəsinə girdi.
9.
Tələt paĢa, sədrəzəm olaraq 1917-ci ilin ilk günlərində Berlinə getmiĢ,
dönüĢdə Sofiya elçisi Əli Fəthi Okyar ilə görüĢmüĢdü. Okyar, Tələt paĢanın, Sultan
Əbdülhəmid ilə görüĢündə, sabiq sultanın savaĢ haqqında bunları söylədiyini
bildirməkdədir: "Bu hərbi, dənizlərə hakim olan udar. Almanların təbii qaynaqları
məhduddur. Biz, geniĢ sərhədlərimizi qorumaq üçün böyük çətinliklərlə
qarĢılaĢacağıq. Əgər bu savaĢa girmək zəruri olmuĢsa, heç olmasa mümkün olduğu
qədər dar cəbhələrdə müharibə aparmaq və uzaq yerləri yerli xalqın çoxluq təĢkil
etdiyi qüvvələrlə müdafiə elmək yolunu seçmək vacibdir... Bunları əvvəlcədən
fikirləĢmək lazım idi. Mənfi nəticələrlə qarĢılaĢdıqdan sonra fikir soruĢmağın nə
faydası var? Tələt paĢa, Əbdülhəmidin, "Tətbiq edilən qərarlardan əvvəl yada
düĢsəydim, uzun təcrübələrim nəticəsində bəzi tövsiyələrim ola bilərdi. Amma hal-
hazırda hadisələr yaxĢı ya da pis nəticələrini göstərmək üzrədir. Artıq nə deyə
bilərəm ki? deyərək, onu əməlli-baĢlı tənqid etdiyini bildirməkdədir. Okyar, Öz
dövrdə bir adam, s. 213-214.