Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə31/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   27   28   29   30   31   32   33   34   ...   175

68 

 

qoyduqdan  qısa  bir  müddət  sonra  çar  idarəsi  ilə  ingilislərin  arasındakı  gizli 



anlaĢmaları  açıqladılar.  Bu  anlaĢmalara  görə,  Osmanlı  dövləti  ilə  Avstriya-

Macarıstan imperatorluğu və Almaniya haqqındakı gizli sənədlər ortaya çıxdı.

68

 

BolĢeviklər  ölkədəki  anarxiya  vəziyyətində  Kerenskinin  qurduğu  keçici 



hökumətə  qarĢı  üç  önəmli  Ģüarla  ortaya  çıxdılar.  Bunlar,  müharibəyə  dərhal  son 

verilməsi,  barıĢ  təmin  edilməsi  və  kəndliyə  torpaq  paylanması  idi.  Bu  təbliğatlar 

qısa müddətdə təsirini göstərdi və ġərqi Avropa ilə Qafqazdakı rus ordusuna bağlı 

hərbi birliklər dağıldı, bolĢeviklər fəhlə, kəndli və yoxsul təbəqənin dəstəyini təmin 

etdi. Ölkədəki bu anarxiya vəziyyətində Lenin 8 noyabrda Peterburqa gedərək gizli 

anlaĢmaların  açıqlanacağı,  hər  millətə  öz  gələcəyini  təyin  etmə  haqqı  tanınacağı, 

kəndliyə  torpaq  paylanacağı,  hər  kəsə  iĢ  və  yemək  veriləcəyini  qeyd  edirdi. 

Rusiyada  qanlı  bir  ixtilalla  iĢ  baĢına  gələn  marksist-bolĢeviklər  ixtilalın  qısa 

müddətdə Almaniya, Avstriya-Macarıstan ilə Ġngiltərə və digər Avropa ölkələrinə 

yayılacağını  düĢünürdülər.  Fəqət  gözlənilənin  əksinə  Leninin  bu  düĢüncəsi 

gerçəkləĢməmiĢdi.

69

 



Rus  çarlarının  basqı,  Ģiddət  və  zülmü  altında  inləyən  Qafqaz  və  Orta 

Asiyadakı  türk  və  müsəlman  xalqların  liderləri  və  ziyalıları  da  Leninə  dəstək 

verərək,  rusların  boyunduruğundan  qurtula  biləcəklərini  umurdular.

70

  Ancaq 



aradan on il belə keçmədən, Leninin verdiyi sözlərin heç birinin üstündə durmadığı 

görüldü. Türkçülük və turançılıq əsaslarıyla baĢda Sultan Qaliyev olmaq üzrə, Zəki 

Vəlidi Toqan və Məmməd Əmin Rəsulzadə kimi önəmli türk ziyalıları və liderləri 

qısa müddətdə ya ortadan qaldırıldı, ya da vətənlərindən qaçmağa məcbur edildi. 

Rusiyadakı  bolĢevik  idarəsi  iĢ  baĢına  gəlmədən  öncə  müharibənin  sona 

çatması üçün verdiyi sözlərdən birinin üstündə duraraq, Ġttifaq dövlətləri ilə atəĢkəs 

istədi.  Buna  görə  bütün  cəbhələrdə  15  dekabr  1917-ci  ildən  etibarən  atəĢkəs 

müqavilələri  imzalanmağa  baĢladı.  BarıĢ  görüĢmələri  üçün  Almaniya,  Avstriya-

Macarıstan  və  Osmanlı  dövləti  ilə  Sovet  Rusiyası  təmsilçiləri  Brest-Litovsk 

Ģəhərində 22 dekabr 1917-ci il tarixində toplandı.

71

 

Sovet  heyətinə  bir  müddət  sədrlik  edən  Leon  Trotski  Almaniya  və 



Avstriyada  marksist-kommunist  bir  ixtilal  çıxacağını  düĢünərək,  görüĢmələri 

uzatmaq  istəyirdi.  Almaniya  isə  bir  an  əvvəl  barıĢ  imzalayıb,  Ģərq  cəbhəsindəki 

qüvvələrini ingilis və fransız cəbhəsinə sürmənin təlaĢındaydı.

72

 



Osmanlı  dövləti  isə  ġərqi  Anadolu  ilə  Qars,  Ərdahan  və  Batumdakı  rus 

iĢğalının  təcili  olaraq  sona  çatmasını  və  bu  bölgənin  özünə  verilməsini  istəyirdi. 

Mütarikə imzalandıqdan sonra da Qafqazdan Suriya və Ġraq cəbhələrinə əsgər nəql 

etmənin  hesabını  görürdü.  Bundan  baĢqa  Azərbaycan,  Dağıstan  və  Qafqazda 

yaĢayan  türk  və  müsəlman  xalqların  müstəqilliklərini  qazanmaları  və  bölgədə  bir 

dövlət qurmaları üçün cəhd göstərirdi. Türklərin bu arzusu bolĢevik Rusiya heyəti 

tərəfindən  Ģiddətlə  rədd  edildi.  Ruslar  da  bölgədə  yaĢayan  türk  və  müsəlman 



69 

 

xalqlara geniĢ səlahiyyət və haqlar verəcəklərinə dair vəd verməklə kifayətləndilər. 



Almanlar  isə  Bakı  neftinə  sahib  olmaq  üçün  gizli  planlar  hazırlayırdı.  Bu  üzdən 

Qafqazda qurulacaq "Ġslam dövləti" fikrinə dəstək vermirdilər. 

Osmanlı dövlətinin  müttəfiqinin  maraqlarını qoruyaraq,  ağır qıĢ Ģərtlərində 

Qafqaz cəbhəsində hücuma keçmiĢ olmasına və 90.000 övladının Ģəhid düĢməsinə 

rəğmən  almanların  barıĢ  görüĢmələrində  öz  maraqlarını  sonuna  qədər  müdafiə 

etmələri  və  türklərin  istəklərinə  qarĢı  çıxmaları,  üzərində  durulması  gərək  olan 

önəmli bir məsələdir. 

Brest-Litovsk  barıĢ  görüĢmələri  sırasında  bölgənin  durumuna  qısaca 

baxmaqda  fayda  vardır.  Rusların  Qafqazdakı  ordusu  dağılmıĢ,  ġərqi  Avropadakı 

cəbhəsi  də  çökmüĢdü.  Ölkə  böyük  bir  xaosun  içində  çalxalanırdı.  Xalqın  və 

əsgərlərin savaĢacaq gücü və istəyi də qalmamıĢdı. Osmanlı Ali BaĢ Qərargahı bu 

Ģərtləri lazımi ölçüdə dəyərləndirə bilməmiĢdi. 

Qafqazda  erməni  bandalarından  baĢqa  Osmanlıların  önündə  heç  bir  hərbi 

güc  qalmamıĢdı.  Brest-Litovsk  barıĢ  görüĢmələrini  gözləmədən  fevral  ayında 

baĢladılacaq  bir  hərbi  hərəkatın  Dağıstan  və  ġimali  Qafqaza  qədər 

geniĢləndirilməsi  mümkündü.  Düzdür,  Suriya,  Fələstin,  və  Ġraq  cəbhələrində 

durum çox parlaq deyildi, ancaq Ġngiltərə, Fransa  və Ġtaliya kimi iĢğalçı güclər də 

son dərəcə ağır Ģərtlərdə savaĢa davam etmək durumunda idilər. 

Ruslar  1800-cü  illərin  əvvəlində  ġimali  Qafqazda  nəzarəti  təmin  etməyə 

çalıĢırdılar.  Ancaq  Dağıstanda  1810-cu  ildə  baĢladılan  dirəniĢ,  Ġmamlar  dövründə 

zirvə  nöqtəsinə  çıxmıĢdı.  ġeyx  ġamil  hərəkatının  1859-cu  ildə  sona  çatdığı 

düĢünülürsə,  1918-ci  ildə  belə  rusların  Qafqazda  qəti  bir  hakimiyyət  təmin  edə 

bilmədiyi  nəticəsinə  asanca  gəlinər.  Bu  düĢüncədən  hərəkətlə  Azərbaycan, 

Dağıstan  və  ġimali  Qafqazda  yaĢayan  bir  çox  türk  qrupların  və  o  biri  müsəlman 

qövmlərin  müstəqilliklərini  əldə  edə  bilmələri  üçün  baĢ  verəcək  hərbi  hərəkatda 

gecikilmiĢdir. Bəlkə də böyük bir tarixi fürsət qaçırılmıĢdır. 

Ġstər  ruslar  və  istərsə  almanlar  öz  maraqlarına  uyğun  olaraq  hərəkət 

edəcəkdilər.  Bu  onların  vəzifəsidir.  Brest-Litovsk  görüĢmələri  sırasında  elə  də 

etdilər.  Ancaq  Osmanlı  dövlətinin  müharibəni  yönəldən  heyətinin  türklərin 

maraqlarını  lazım  gəldiyi  kimi  qoruması  və  bunun  zərurətlərini  yerinə  yetirməsi 

lazımdı. Aparılan bir müharibədə hər hansı bir dövlət ilə ittifaq qurulmuĢ olsa belə, 

hər dövlətin əsasən  milli  ideallarını,  milli  maraqlarını  həyata keçirməyə çalıĢdığı, 

Almaniyanın davranıĢlarından da anlaĢıldığına görə, bir daha görülmüĢdür. 

Brest-Litovsk barıĢ görüĢmələrində rusların gözlətmə taktikasını baĢa düĢən 

Almaniya, anlaĢma təmin edilə bilməsi üçün ordularına rus cəbhəsində irəli hərəkat 

əmri verdi. Həmin günlərdə 8 fevral tarixində də Ukraynanın müstəqilliyini tanıdı. 

Alman  hərbi birlikləri  qısa  müddətdə  Peterburq  üzərinə  hərəkət  etdi.  Bu durumda 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə