154
qəlbdir. Günahdan xalis, dində möhkəm və din qardaşı
ilə mehriban olan qəlb!
183
Həzrət (s) başqa bir rəvayətdə buyurur: «Allah-Taala
mənə xalqla yumşaq davranmağı əmr etmişdir...»; «Hər
kəsdə üç şey olmazsa, əməli kamil deyildir: Allaha
qarşı günah etməkdən çəkindirən təqva, xalqla
mehribanlığa səbəb olan əxlaq, cahilin cəhlini rədd
edən helm»; «Şübhəsiz ki, yumşaq rəftar hər şeyi
gözəlləşdirir, müdarasız rəftar isə hər şeyi
çirkinləşdirir»; Əgər xoş rəftar gözə görünsəydi,
yaranmışların ən gözəli olardı».
184
Həzrət Əli (ə) bir rəvayətdə buyurur: «Əqlin meyvəsi
xalqla xoş rəftardır».
185
Həzrət (ə) buyurur: «Xalqla
mülayim rəftar ən üstün əməldir»; «Xalqla mülayim
rəftar et, onlarla qardaşlıqdan bəhrələn, xoş üzlə görüş,
kinlərini aradan apar».
186
İslam Peyğəmbəri (s) bildirir ki, Allahın öz bəndəsi ilə
mehriban rəftarı həmin bəndənin xalqla mehriban
rəftarının nəticəsidir: «Xalqla mülayim rəftar et ki,
səninlə də mülayim rəftar olunsun».
187
Müdara Allahın
əxlaqıdır və əgər Həzrət Peyğəmbərin (s) «Allah əxlaqı
ilə əxlaqlanın» buyruğuna əməl edilsə, insanlar
dünyada və axirətdə səadətə nail olarlar.tmək gözəl
olardı.
183
«Muhəccətul-bəyza», 3-cü cild, səh-322.
184
«Kafi», 2-ci cild, səh-116-120.
185
«Ğürərul-hikəm», səh-53.
186
«Ğürərul-hikəm», səh-445.
187
«Məhəccətul-bəyza», 3-cü cild, səh-186.
155
Ənbərlə yazılmış o gözəl yazı,
Müşk qoxusu verir kəlməsi, sözü.
Mərhəmət, sevgiylə ucalır səsi,
İncitməz özündən inan bir kəsi.
Bu xətt arxasında duran o pak ruh
Varlıq aləminə yağdırmış nurun.
Qəm sevdalısının dodaqlarından
Damdırır görməyən gözlərə dərman.
Reyhana yazılmış bu sirli nüsxə
Yasəmən ətirli şəfadır dərdə.
Surətindən azca vermiş mələyə
Gözəllikdən ucalmış o fələyə.
2-Rəhmət və mehribanlıq.
Kitabın əvvəlində imkan daxilində ilahi rəhmət
haqqında danışıldı. Qeyd edildi ki, ilahi rəhmət
bəndəlik
vəzifələrini
yerinə
yetirənlərin,
digər
bəndələrlə mehriban olanların, «rəhm et ki, rəhmət
görəsən» şüarına əməl edənlərin halına şamildir. Vacib
vəzifələri
yerinə
yetirməkdə
süstlük
göstərən,
günahdan çəkinməyən, xalqla qəzəbli rəftar edən kəs
heç kimdən mehribanlıq gözləməməlidir.
Həzrət Peyğəmbər (s) buyurur: «Allahın yüz rəhməti
var. Cinlər və insanlar, quşlar və heyvanlara nazil
edilmiş bir rəhmət vasitəsi ilə onlar bir-birləri ilə
mehribandırlar. Allah qalan doxsan doqquz rəhməti ilə
qiyamət günü bədənlərinə rəhm edər».
188
«Allah-Taala
qiyamət
günü
mö’minlərə
deyər:
«Mənimlə
görüşüməyi
sevərdinizmi?»
Deyərlər: «Bəli,
ey
188
«Məhəccətul-bəyza», 8-ci cild, səh-384.
156
Rəbbimiz». Soruşular ki, nə üçün? Deyərlər: «Çünki
bağışlayacağına ümidvar idik». Allah-Taala buyurar:
«Sizi bağışlamağım vacib oldu.»
189
«Allah-Taala
qiyamət günü buyurar ki, Məni bircə gün yada salanı
və ya hansısa məqamda Məndən qorxanı oddan
çıxarın.
190
«Allah-Taala öz mö’min bəndəsinə qarşı
övladına mehriban anadan daha mehribandır».
191
Mə’sum imamların kəlamından mə’lum olur ki, ilahi
rəhmət qazanmağın yolu ibadət və itaət, günahdan
uzaqlıq və xalqa mehribanlıqdır. Allah Rəsulu (s)
buyurur: «Rəhm edənlərə Allah rəhm edər. Yer üzündə
olanlara rəhm edin ki, Allah da sizə rəhm etsin».
192
«Ənisül-ləyl» kitabında belə nəql olunur: Həzrət
Musa (ə) Allah-Taalaya ərz etdi ki, Sənin razılığını
hansı xasiyyətlə qazanmadım? Buyurdu: «Şüeybin
qoyunlarını otarıb çobanlıq etdiyin vaxt, çox isti bir yay
günü sürüdən qaçmış çəpişin ardınca getdin. Uzun yol
və isti hava səni çox incitdi. Keçini tutduğun vaxt dedin
ki, özünü də məni də məşəqqətə saldın. Sonra onu
çiyninə alıb sürünün yanına qayıtdın. Keçiyə
göstərdiyin mehribanlığa görə başına tac qoyub, belinə
kəramət kəməri bağladım və səni peyğəmbərliyə
seçdim».
Bir kişi Həzrət Peyğəmbərə (s) ərz etdi ki, istəyirəm
Allahım mənə rəhm etsin. Həzrət (s) buyurdu: «Özünə
189
«Məhəccətul-bəyza», 8-ci cild, səh-384.
190
«Məhəccətul-bəyza», 8-ci cild, səh-384.
191
“Məhəccətul-bəyza», 8-ci cild, səh-385.
192
«Müstədrəkul-vəsail», 9-cu cild, səh-55.
157
və yaranmışlara rəhm et ki, Allah da sənə rəhm
etsin».
193
Həzrət Peyğəmbər (s) buyurur: «Allahın əmrinə itaət
etməklə özünüzü onun rəhmətinə çatdırın».
194
Həzrət
Əli (ə) buyurur: «Rəhməti artırmaq üçün ən tə’sirli iş,
bütün
xalqa
mərhəmət
istəyidir».
195
«Xalqı
bağışlamaqla rəhmət nazil olar».
196
«Zəiflərə mərhəmət
Allahın mərhəmətini nazil edər
197
3-Ruzidən razılıq və ona qənaət.
Allah-Taala bütün gizlində və aşkarda olan
mövcudları elm və hikmət, ədl və rəhməti ilə yaratmış,
hər birinə yer verib, ruzisini öhdəsinə götürmüşdür.
Çalışıb fəaliyyət göstərən insan onun üçün müəyyən
olunmuş ruziyə çatır. «Hud» surəsinin 6-cı ayəsində
buyurulur: «Allah yer üzərində olan bütün canlıların
ruzisini öhdəsinə götürmüşdür».
Ruzi bəndələrə iki surətdə çatır: kiminə gen-bol,
kiminə məhdud. Şəksiz ki, burada bir hikmət vardır.
«İsra» surəsinin 30-cu ayəsində oxuyuruq: «Şəksiz ki,
sənin Allahın istədiyi kəsə ruzini artırar, istədiyi kəsə
azaldar. Doğrudan da, O öz bəndələrindən xəbardar və
görəndir».
İnsanların halal ruzi qazanması üçün əkinçilik,
heyvandarlıq,
ticarət
və
sairə
sahələr
193
«Təfsire-Muin», səh-570.
194
«Məcmueye-vərram», 2-ci cild, səh-119.
195
”Ğürərul-hikəm», səh-450.
196
”Ğürərul-hikəm», səh-246.
197
».”Ğürərul-hikəm», səh-449.
Dostları ilə paylaş: |