Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə38/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

 
154 
qəlbdir. Günahdan xalis, dində möhkəm və din qardaşı 
ilə mehriban olan qəlb!
183
  
Həzrət (s) başqa bir rəvayətdə buyurur: «Allah-Taala 
mənə xalqla yumşaq davranmağı əmr etmişdir...»; «Hər 
kəsdə  üç  şey  olmazsa,  əməli  kamil  deyildir:  Allaha 
qarşı  günah  etməkdən  çəkindirən  təqva,  xalqla 
mehribanlığa  səbəb  olan  əxlaq,  cahilin  cəhlini  rədd 
edən  helm»;  «Şübhəsiz  ki,  yumşaq  rəftar  hər  şeyi 
gözəlləşdirir,  müdarasız  rəftar  isə  hər    şeyi 
çirkinləşdirir»;  Əgər  xoş  rəftar  gözə  görünsəydi, 
yaranmışların ən gözəli olardı».
184
 
Həzrət Əli (ə) bir rəvayətdə buyurur: «Əqlin meyvəsi 
xalqla  xoş  rəftardır».
185
 Həzrət  (ə)  buyurur:  «Xalqla 
mülayim  rəftar  ən  üstün  əməldir»;  «Xalqla  mülayim 
rəftar et, onlarla qardaşlıqdan bəhrələn, xoş üzlə görüş, 
kinlərini aradan apar».
186
 
İslam Peyğəmbəri (s) bildirir ki, Allahın öz bəndəsi ilə 
mehriban  rəftarı  həmin  bəndənin  xalqla  mehriban 
rəftarının  nəticəsidir:  «Xalqla  mülayim  rəftar  et  ki, 
səninlə də mülayim rəftar olunsun».
187
 Müdara Allahın 
əxlaqıdır və əgər Həzrət Peyğəmbərin (s) «Allah əxlaqı 
ilə  əxlaqlanın»  buyruğuna  əməl  edilsə,  insanlar 
dünyada  və  axirətdə  səadətə  nail  olarlar.tmək  gözəl 
olardı. 
 
                                                 
183
 «Muhəccətul-bəyza», 3-cü cild, səh-322. 
184
 «Kafi», 2-ci cild, səh-116-120. 
185
 «Ğürərul-hikəm», səh-53. 
186
 «Ğürərul-hikəm», səh-445. 
187
 «Məhəccətul-bəyza», 3-cü cild, səh-186. 


 
155 
Ənbərlə yazılmış o gözəl yazı,  
Müşk qoxusu verir kəlməsi, sözü. 
Mərhəmət, sevgiylə ucalır səsi, 
İncitməz özündən inan bir kəsi. 
Bu xətt arxasında duran o pak ruh 
Varlıq aləminə yağdırmış nurun. 
Qəm sevdalısının dodaqlarından 
Damdırır görməyən gözlərə dərman. 
Reyhana yazılmış bu sirli nüsxə 
Yasəmən ətirli şəfadır dərdə. 
Surətindən azca vermiş mələyə 
Gözəllikdən ucalmış o fələyə. 
 
2-Rəhmət və mehribanlıq. 
Kitabın  əvvəlində  imkan  daxilində  ilahi  rəhmət 
haqqında  danışıldı.  Qeyd  edildi  ki,  ilahi  rəhmət 
bəndəlik 
vəzifələrini 
yerinə 
yetirənlərin, 
digər 
bəndələrlə  mehriban  olanların,  «rəhm  et  ki,  rəhmət 
görəsən» şüarına əməl edənlərin halına şamildir. Vacib 
vəzifələri 
yerinə 
yetirməkdə 
süstlük 
göstərən, 
günahdan  çəkinməyən,  xalqla  qəzəbli  rəftar  edən  kəs 
heç kimdən mehribanlıq gözləməməlidir. 
Həzrət Peyğəmbər (s) buyurur: «Allahın yüz rəhməti 
var.  Cinlər  və  insanlar,  quşlar  və  heyvanlara  nazil 
edilmiş  bir  rəhmət  vasitəsi  ilə  onlar  bir-birləri  ilə 
mehribandırlar. Allah qalan doxsan doqquz rəhməti ilə 
qiyamət  günü  bədənlərinə  rəhm  edər».
188
 «Allah-Taala 
qiyamət 
günü 
mö’minlərə 
deyər: 
«Mənimlə 
görüşüməyi 
sevərdinizmi?» 
Deyərlər:  «Bəli, 
ey 
                                                 
188
 «Məhəccətul-bəyza», 8-ci cild, səh-384. 


 
156 
Rəbbimiz».  Soruşular  ki,  nə  üçün?  Deyərlər:  «Çünki 
bağışlayacağına  ümidvar  idik».  Allah-Taala  buyurar: 
«Sizi  bağışlamağım  vacib  oldu.»
189
   «Allah-Taala 
qiyamət  günü  buyurar  ki,  Məni  bircə  gün  yada  salanı 
və  ya  hansısa  məqamda  Məndən  qorxanı  oddan 
çıxarın.
190
   «Allah-Taala  öz  mö’min  bəndəsinə  qarşı 
övladına mehriban anadan daha mehribandır».
191
 
Mə’sum  imamların  kəlamından  mə’lum  olur  ki,  ilahi 
rəhmət  qazanmağın  yolu  ibadət  və  itaət,  günahdan 
uzaqlıq  və  xalqa  mehribanlıqdır.  Allah  Rəsulu  (s) 
buyurur: «Rəhm edənlərə Allah rəhm edər. Yer üzündə 
olanlara rəhm edin ki, Allah da sizə rəhm etsin».
192
 
«Ənisül-ləyl»  kitabında  belə  nəql  olunur:  Həzrət 
Musa  (ə)  Allah-Taalaya  ərz  etdi  ki,  Sənin  razılığını 
hansı  xasiyyətlə  qazanmadım?  Buyurdu:  «Şüeybin 
qoyunlarını otarıb çobanlıq etdiyin vaxt, çox isti bir yay 
günü sürüdən qaçmış çəpişin ardınca getdin. Uzun yol 
və isti hava səni çox incitdi. Keçini tutduğun vaxt dedin 
ki,  özünü  də  məni  də  məşəqqətə  saldın.  Sonra  onu 
çiyninə  alıb  sürünün  yanına  qayıtdın.  Keçiyə 
göstərdiyin mehribanlığa görə başına tac qoyub, belinə 
kəramət  kəməri  bağladım  və  səni  peyğəmbərliyə 
seçdim». 
Bir  kişi  Həzrət  Peyğəmbərə  (s)  ərz  etdi  ki,  istəyirəm 
Allahım mənə rəhm etsin. Həzrət (s) buyurdu: «Özünə 
                                                 
189
 «Məhəccətul-bəyza», 8-ci cild, səh-384. 
190
 «Məhəccətul-bəyza», 8-ci cild, səh-384. 
191
 “Məhəccətul-bəyza», 8-ci cild, səh-385. 
192
 «Müstədrəkul-vəsail», 9-cu cild, səh-55. 


 
157 
və  yaranmışlara  rəhm  et  ki,  Allah  da  sənə  rəhm 
etsin».
193
 
Həzrət Peyğəmbər (s) buyurur: «Allahın əmrinə  itaət 
etməklə  özünüzü  onun  rəhmətinə  çatdırın».
194
 Həzrət 
Əli  (ə)  buyurur:  «Rəhməti  artırmaq  üçün  ən  tə’sirli  iş, 
bütün 
xalqa 
mərhəmət 
istəyidir».
195
 «Xalqı 
bağışlamaqla  rəhmət  nazil  olar».
196
 «Zəiflərə  mərhəmət 
Allahın mərhəmətini nazil edər
197
 
 
3-Ruzidən razılıq və ona qənaət. 
Allah-Taala  bütün  gizlində  və  aşkarda  olan 
mövcudları elm və hikmət, ədl və rəhməti ilə yaratmış, 
hər  birinə  yer  verib,  ruzisini  öhdəsinə  götürmüşdür. 
Çalışıb  fəaliyyət  göstərən  insan  onun  üçün  müəyyən 
olunmuş  ruziyə  çatır.  «Hud»  surəsinin  6-cı  ayəsində 
buyurulur:  «Allah  yer  üzərində  olan  bütün  canlıların 
ruzisini öhdəsinə götürmüşdür». 
Ruzi  bəndələrə  iki  surətdə  çatır:  kiminə  gen-bol, 
kiminə  məhdud.  Şəksiz  ki,  burada  bir  hikmət  vardır. 
«İsra»  surəsinin  30-cu  ayəsində  oxuyuruq:  «Şəksiz  ki, 
sənin  Allahın  istədiyi  kəsə  ruzini  artırar,  istədiyi  kəsə 
azaldar. Doğrudan da, O öz bəndələrindən xəbardar və 
görəndir». 
İnsanların  halal  ruzi  qazanması  üçün  əkinçilik, 
heyvandarlıq, 
ticarət 
və 
sairə 
sahələr 
                                                 
193
 «Təfsire-Muin», səh-570. 
194
 «Məcmueye-vərram», 2-ci cild, səh-119. 
195
 ”Ğürərul-hikəm», səh-450. 
196
 ”Ğürərul-hikəm», səh-246. 
197
 ».”Ğürərul-hikəm», səh-449. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə