Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə


-Cabir Co’fidən iki hekayə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə36/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   32   33   34   35   36   37   38   39   ...   81

 
146 
 
4-Cabir Co’fidən iki hekayə. 
Bir qrup şəxs Həzrət Baqirin (ə) yaxınlarından olmuş 
Cabirin  yanına  gəlib  ondan  məscid  tikintisi  üçün 
kömək  istədi.  Cabir  dedi  ki,  mən  mö’min  bir  kişinin 
düşüb öləcəyi binaya kömək etmirəm. Gələnlər Cabirin 
yanından çıxıb onu xəsis və yalançı hesab etdilər. 
Camaat  pul  toplayıb  məscidin  tikintisinə  başladılar. 
Tikinti  zamanı  ehtiyatsızlıq  edən  bənna  yıxılıb  həlak 
oldu. Cabiri qınayanlar öz səhvlərini anladılar. 
Ə’la  ibn  Şərik  nəql  edir  ki,  «bir  gün  Hişam  ibn 
Əbdülməlik  Cabiri  yanına  çağırdı.  Mən  də  ona  yoldaş 
oldum.  Yolda  istirahət  üçün  bir  çobanın  yanında 
əyləşdik. Sürüdən camış səsi gəldi. Cabir gülümsündü. 
Səbəbini soruşdum. Dedi camış balasına deyir ki, yaxın 
gəl,  ötən  il  canavar  burada  balamı  apardı.  Cabirin 
sözlərinin 
düzlüyünü 
yoxlamaq 
üçün 
çobana 
yaxınlaşıb «bu camışı mənə sat» dedim. Cavab verdi ki, 
bu  camış  sürünün  ən  doğumlu  və  südlü  heyvanıdır, 
ötən il balasını canavar apardı...» 
Yolumuza davam edib Kufə körpüsünə çatdıq.  Cabir 
yaxında  durmuş  kişidən  barmağındakı  yaqut  üzüyü 
istədi.  Kişi  sakitcə  üzüyü  çıxarıb  Cabirə  verdi.  Cabir 
üzüyə  baxıb  onu  çaya  atdı.  Cabirin  bu  hərəkətindən 
qəzəblənən  kişi  «sən  nə  edirsən»  deyə  qışqırdı.  Cabir 
«narahat olma» dedi. Əlini çaya uzadıb ovcundakı suda 
olan üzüyü sahibinə qaytardı ... 


 
147 
ŞÜKÜR MƏQAMI 
Şükür  məqamı  haqq  yolçularının  çatmaq  istədiyi  ən 
dəyərli  məqamlardandır.  Bu  məqama  çatmaq  çətin 
olduğundan ona nail olanlar çox azdır. 
Mərhum  Molla  Məhəmməd  Baqir  Məclisi  şükür 
haqqında  deyir:  «Şükür  zahiri  və  batini  ne’mətin 
e’tirafı,  ne’mət  sahibini  tanımaq  və  ne’məti  Onun 
göstərişinə uyğun sərf etməkdir».
172
 
İmam  Sadiq  (ə)  buyurur:  «Şükür  bütün  haramlardan 
çəkinməkdir».
173
 
Aşura  gecəsi  İmam  Hüseyn  (ə)  xütbəsinin  sonunda 
deyir:  «Pərvərdigara,  bizi  şükür  edənlərdən  qərar 
ver».
174
 
Rağib  İsfəhani  deyir:  Şükrün  üç  mərtəbəsi  var:  qəlb 
şükrü, dil şükrü və əməl şükrü. Qəlb ne’mət verəni və 
ne’məti  tanıyır,  dil  e’tiraf  edir.  Ne’məti  Allah  buyuran 
yerlərdə sərf etmək isə əməli şükürdür. 
İmam  Sadiq  (ə)  buyurur  ki,  Musaya  belə  vəhy 
olundu:  «Ey  Musa,  Mənə  layiq  olduğum  kimi  şükür 
et».  Musa  ərz  etdi:  «Pərvərdigara,  şükrünü  yerinə 
yetirdiyim  ne’mət  yoxdursa,  şükür  edən  dili  Sən  əta 
etmisənsə  Sənə  layiq  necə  şükür  edim?»  Allah-Taala 
buyurdu:  «Ey  Musa!  Şükür  edən  dilin  də  məndən 
olduğunu bilməklə şükrü yerinə yetirdin».
175
 
İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: «Əgər mən 
və  ne’mətlərini  sayan  bütün  insanlar  yalnız  bir 
                                                 
172
 «Biharul-ənvar», 64-cü cild, səh-268. 
173
 «Kafi», 2-ci cild, səh-95. 
174
 «Əl-İrşad», 2-ci cild, səh-91. 
175
 «Kafi», 2-ci cild, səh-98. 


 
148 
ne’mətinin  şükrünü  yerinə  yetirmək  istəsək,  Sənin 
tofiqin olmasa bacarmarıq». 
Həzrət  Davud  (ə)  belə  ərz  edir:  «Pərvərdigara!  Sənə 
necə  şükür  edim  ki,  şükür  etməyim  özü  də  bir 
ne’mətdir  və  ikinci  bir  şükrə  ehtiyaclıdır  ...»  Allah 
buyurdu:  «Ey  Davud!  Əgər  hər  bir  ne’mətin  mənim 
tərəfimdən  əta  olunduğunu  anlamısansa,  elə  şükür 
etmisən». 
Yuxarıda  deyilənlər  dil  şükrünə  aid  idi.  Şükrün  ən 
üstün  mərtəbəsi  isə  əməli  şükürdür.  Həqiqi  iman 
qazanmaq,  saleh  işlər  görmək,  gözəl  əxlaqa  sahib 
olmaq,  bütün  haramlardan  çəkinmək  əməli  şükrün 
nümunələridir. 
MARAQLI BİR ƏHVALAT 
Səm’  ibn  Əbdülməlik  belə  nəql  edir:  Minada  Həzrət 
Sadiqin (ə) yanında əyləşib üzüm yeyirdik. Bu vaxt bir 
fəqir gəlib  imamdan kömək istədi. Həzrət (ə) buyurdu 
ki,  ona  bir  miqdar  üzüm  verin.  Amma  fəqir  üzüm 
almaqdan  imtina  edib,  pul  istədi.  İmam  (ə)  buyurdu: 
«Allahın  əta  etsin».  Fəqir  uzaqlaşıb,  tez  də  qayıtdı  və 
üzüm istədi. Həzrət (ə) buyurdu: «Allahın əta etsin». 
Bu  vaxt  ikinci  bir  fəqir  göründü.  Həzrət  (ə)  bir 
salxımdan  üç  gilə  üzüm  qoparıb  fəqirə  uzatdı.  Fəqir 
üzüm  gilələrini  alıb  dedi:  «Əlhəmdulillahi  rəbbil-
aləmin». 
İmam  (ə)  ona  buyurdu  ki,  səbir  etsin,  sonra  hər  iki 
əlini  üzümlə  doldurub  ona  verdi.  Fəqirin  yenidən 
şükür  etdiyini  görən  İmam  (ə)  evində  olan  son  iyirmi 
dirhəmi  gətirib  fəqirə  verdi.  Fəqir  təkrar  şükür  edərək 
dedi:  «Həmd  olsun  Allaha.  Pərvərdigara  bütün  bu 


 
149 
bəxşişlər  Səndəndir,  Sən  təksən  və  şərikin  yoxdur». 
İmam  Sadiq  (ə)  otağa  daxil  olub  köynəyini  çıxartdı  və 
gətirib  fəqirə  verdi.  Fəqir  dedi:  «Həmd  olsun  o  Allaha 
ki,  mənə  libas  yetirdi».  Sonra  üzünü  imama  tutub 
«Allah sənə xeyir əta etsin»-deyə ərz etdi.
176
  
Böyük  alim  və  filosof  Molla  Möhsin  Feyz  Kaşani 
«Vafi» kitabında mə’sumlardan belə rəvayət edir: 
Əgər  namaz  qılan  şəxs  namazını  bitirdikdən  sonra 
şükür  səcdəsi  edib,  mehriban  Allahın  ona  əta  etdiyi 
ne’mətləri  bir-bir  xatırlayarsa,  Allah-Taala  mələklərə 
belə  xitab  edər:  «Ey  mələklər,  bəndəm  vacib  namazını 
qılıb,  mənə  şükür  etdi,  onunla  necə  müamilə  edim?» 
Mələklər deyər: «İstəklərini ver». Yenə xitab olunar ki, 
bəs  sonra?  Mələklər  deyər:  «Ona  axirət  qurtuluşu  əta 
et».  Xitab  olunar  ki,  bəs  sonra?  Deyərlər:  «Onun 
ruzisini  artır».  Allah-Taala  bunu  da  əta  edib  yenə 
soruşar  ki,  bəs  sonra?  Deyərlər:  «Ona  saleh  övladlar 
nəsib  et».  Nəhayət,  mələklər  «daha  bir  şey  bilmirik» 
deyərlər.  Allah-Taala  buyurar:  «O  mənə  şükür  etdi, 
mən də ona təşəkkür edirəm və ne’mət qapılarını onun 
üzünə açıram». 
ZİKR MƏQAMI 
Öz  bəndəsinin  qəlbini  təmizlədikdən  sonra  Allahın 
ona  ilham  etdiyi  zikr  dua  kitablarındakı  zikrlərdən 
fərqlənir. Bəndəyə ilham olunmuş zikr dünya və axirət 
səadətinin  əsasıdır.  Qafil  kəslər  bu  zikrlərdən 
məhrumdurlar. 
                                                 
176
 «Kafi», 4-cü cild, səh-49. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə