Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə37/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

 
150 
İlham  olunmuş  zikr  dil  yox,  hal  zikridir.  Bu  zikr 
vasitəsi ilə insanın bəsirət gözü açılır və o, sonsuz gözəl 
bir görüşə nail olur. 
 
Bir sevgidir ki, yeri könüldə 
Çətin ki, bir kimsə saxlaya əldə. 
Bu sevgidir qəlbi nura bürüyən, 
Yalnız könül içrə odda əriyən. 
Endiyi məkanın itmiş qərarı,  
Gecə də gündüz də axtarır yarı. 
Xəyalı dağınıq, addımı titrək, 
Dil-dodaq nə bilsin nə çəkir ürək. 
Özgədən yalandır tapıla çarə  
Vüsala yetincə əlbət avarə. 
Müxlisdir, riyadan büsbütün uzaq,  
Dünyaya, varına göstərməz maraq. 
Mələklər də «amin» söylər bu eşqə 
Anlayarlar onun sevdası başqa. 
 
İlhami  zikr  imam  Səccad  (ə)-ın  «bizi  gizli  zikrə 
mə’nus  et,  pak  əmələ  və  bəyənilmiş  səyə  yetir» 
duasıdır. 
İslam Peyğəmbəri (s) öz «mənzilət» hədisində, güman 
ki,  bu  həqiqətə  işarə  etmişdir:  «Hər  zaman  Allahı 
xatırlayan  mö’min  üçün  beş  nur  mövcuddur:  daxil 
olduğu  yer,  çıxdığı  yer,  dediyi  sözlər,  yediyi  qida 
nurdur və qiyamət günü üzü nura tərəfdir». 
Mə’rifət  əhli,  haqq  yolçusu  üçün  varlıq  aləmində 
Allahın  zikrindən  şirin  şey  yoxdur.  İnsan  dünyəvi 


 
151 
bağlılıqların  və  heyvani  istəklərin  əsarətindən  çıxmasa 
heç zaman bu zikrə nail ola bilməz.  
 
«Əllahummə  inni  əs’əlukə  sualə  xaziin  mutəzəllilin 
xaşiin,  ən  tusamihəni  və  tərhəməni  və  təc’ələni 
biqismikə raziən qaniən və fi cəmiil-əhvali mutəvaziən» 
(«Pərvərdigara,  Səndən  təvazökar,  zəlil,  itaətkar  bir 
bəndə  kimi  mənim  riayətə  etməyimi  etməyini,  mənə 
rəhm  etməyini,  qismət  etdiyindən  razı  salmağını  və 
bütün hallarda təvazökar saxlamağını istəyirəm».) 
ALLAHDAN DÖRD İSTƏK 
Heç  şübhəsiz  ki,  sınıq  qəlb  və  göz  yaşları  ilə  gecə 
yarısı  xəlvətdə  edilən  dua  qəbula  çox  yaxındır.  Allah-
Taala Musa ibn İmrana belə xitab edir: «Ey İmran oğlu! 
Mənim  hüzuruma  qəlbindən  sınıqlıq,  cismindən 
təvazö’,  gözündən  gecə  yarısı  olan  yaş  gətir.  Məni 
çağır, yəqin ki, icabət edəcəyəm».
177
 
Dua  edən  şəxs  duanın  bu  hissəsində  Allah-Taaladan 
dörd  şey  istəyir.  O,  inanmalıdır  ki,  duadakı  itaətkarlıq 
və  təvazökarlığın  duanın  qəbulunda  tə’siri  olacaqdır. 
İstənilən  dörd  şeyə  nəzər  salaq:  1-Allahın  müdara  ilə 
yumşaq rəftarı; 2-Rəhmətə qovuşmaq; 3-Verilən ruziyə 
qane olmaq; 4-Bütün hallarda təvazö’. 
Dua edən şəxs anlamalı və unutmamalıdır ki, yaxşılıq 
edən  insan  özünə  edir.  («İsra»  surəsi,  ayə  7).  Allahdan 
mehribanlıq  görmək  üçün  hökmən  müsəlmanlara, 
layiqli  şəxslərə  mehriban  olmaq  lazımdır.  Öz 
                                                 
177
 «Biharul-ənvar», 67-ci cild, səh-14. 


 
152 
ətrafındakılara  qarşı  mərhəmətli,  mehriban  olmayan 
insan Allah-Taaladan mehribanlıq görə bilməz. 
1-Müdara və xoş rəftar. 
Müqəddəs İslam ayinləri bütün ardıcıllarını bir-birləri 
ilə  düşmənçilikdən,  nifaqdan  çəkinməyə  eləcə  də 
mərhəmət  və  mehribanlığa  çağırır.  İslamda  mö’minlər 
bir-birlərinə  qardaş  bildirilir  və  bu  qardaşlıq  əlaqələri 
xüsusi  hüquqlarla  tənzimlənir.  Bu  hüquqlara  riayət 
etmək bə’zən əxlaqi, bə’zən isə şər’i cəhətdən vacibdir. 
Qardaşlıq  əlaqələrinin  möhkəmləndirilməsi,  mə’nəvi 
bağlılıqlar 
və 
onların 
davamı 
yalnız 
əxlaqi 
çirkinliklərdən  təmizlənməklə  mümkündür.  Lovğalıq, 
təkəbbür,  mənəm-mənəmlik,  paxıllıq,  tamahkarlıq  və 
xəsislik  kimi  çirkin  sifətlər  yoldaşlar,  ailə  və  cəmiyyət 
arasında münasibətləri viran edən amillərdir. 
İslam Peyğəmbəri (s) çox mühüm bir rəvayətdə xalqı 
əxlaqi 
çirkinliklərdən 
çəkinməyə 
və 
qardaşlıq 
hüquqlarına  riayət  etməyə  çağırır:  «Bir-birinizlə 
düşmənçilik  etməyin.  Bir-birinizə  qəzəblənməyin.  Bir-
birinizə həsəd etməyin. Dostluq və qardaşlıq əlaqələrini 
kəsməyin. 
Müsəlman 
müsəlmanın 
qardaşıdır, 
qardaşına zülm etməz, onu tənha qoymaz».
178
 
Həzrət  Peyğəmbərin  (s)  digər  buyruqlarına  nəzər 
salaq:  «Xalqla  müdara  imanın  yarısı,  onlarla  xoş  rəftar 
həyatın  yarısıdır».
179
 «Allah  rəhmət  etsin  o  şəxsə  ki, 
satanda,  alanda,  borcludan  pulunu  alanda  yumşaq 
                                                 
178
 «Məhəccətul-bəyza», 3-cü cild, səh-329. 
179
 «Məhəccətul-bəyza», 3-cü cild, səh-401. 


 
153 
rəftar  edər».
180
 İmkansız  borcluya  möhlət  verənlə,  onu 
rahat buraxanla Allah yüngül hesab çəkər».
181
  
Həzrət (s) bir rəvayətdə belə buyurur: «Qiyamət günü 
günah  və  israfla  özünə  zülm  edəni  sorğuya  çəkərkən 
onun xilası üçün bir savab tapılmadıqda deyərlər: «Hər 
hansı  xeyir  bir  iş  görmüsənmi?»  Belə  cavab  verər: 
«Xeyir  iş  görməmişəm.  Amma  itaətimdə  olanlara 
tapşırardım ki, borc verdiyim  insanlarla yumşaq rəftar 
edib,  onlara  möhlət  versinlər».  Allah-Taala  buyurar: 
«Yaxşılığa mən daha layiqəm».  Sonra isə həmin şəxsin 
günahlarını bağışlayar».
182
 
Həmmam ibn Osman deyir: «Bir şəxs İmam Sadiqə (ə) 
onun  səhabəsindən  şikayət  etdi.  Çox  keçməmiş  həmin 
səhabə  gəldi  və  Həzrət  İmam  (ə)  ondan  bu  şikayət 
haqqında soruşdu. Səhabə bildirdi ki, verdiyi borcu son 
dinarədək  tələb  etməsi  bu  kişini  narazı  salıb.  İmam 
Sadiq  (ə)  narahat  halda  buyurdu:  «Elə  güman  edirsən 
ki, pis iş görməmisən?! Yoxsa Allahın «onlar pis haqq-
hesabdan  qorxarlar»  buyruğunu  eşitməmisən?  Elə 
bilirsən  ki,  Allahın  hesabı  zamanı  Onun  zülmündən 
qorxarlar? And olsun Allaha ki, yox! Onların qorxduğu 
şey dəqiq, tükü-tükdən ayıran hesabdır. Belə hesab «pis 
hesab»  adlandırılır.  Öz  haqqını  istəyən  şəxs  belə  rəftar 
edərsə pis iş görmüşdür». 
İslam  Peyğəmbəri  (s)  buyurur:  «Agah  olun  ki,  yer 
üzündə  Allah  üçün  yerlər  var  və  bu  yerlər  qəlblərdir. 
Ən  yaxşı  yer  isə  ən  xalis,  ən  möhkəm  və  ən  yumşaq 
                                                 
180
 «Məhəccətul-bəyza», 3-cü cild, səh-186. 
181
 Həmən mənbə. 
182
 «Məhəccətul-bəyza», 3-cü cild, səh-186. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə