Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə45/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

 
182 
Kim yaşlar axıtsa göz bulağında  
Vüsala yetişər yar sorağında. 
 
«Allahummə la əcidu lizunubi ğafirən, və la liqəbahi 
satirən,  və  la  lişəy’in  min  əməliyəl-qəbihi  bilhəsəni 
mubəddilən ğəyrəkə» 
(«Pərvərdigara, 
Səndən 
başqa 
günahlarımı 
bağışlayacaq,  qəbahətlərimi  örtəcək  və  pis  əməllərimi 
yaxşıya döndərəcək bir kəs tapmıram.») 
GÜNAHLARI BAĞIŞLAYAN 
«Ğafir»  və  «Ğəfur»  adları  mehriban  Allahın  gözəl 
adları  və  ali  sifətlərindəndir.  Yə’ni,  Onun  müqəddəs 
vücudu  çox-çox  bağışlayandır.  Bu  bağışlanmanı  əldə 
etmənin  şərti  həqiqi  tövbə  və  haqqa  qayıdışdır. 
Günahkar  insan  Allahın  ğəfur  sifətinə  əsasən  ümidvar 
olmalıdır 
ki, 
günahlarına 
tövbə 
etsə 
mütləq 
bağışlanacaqdır.  Bağışlanmağa  ümidsizlik  böyük 
günahdır  və  əzabı  vardır.  «Yusif»  surəsinin  87-ci 
ayəsində  buyurulur:  «Allahın  mərhəmətindən  yalnız 
kafirlər  ümidini  üzər».  «Zumər»  surəsinin  53-cü 
ayəsində  oxuyuruq:  «De  ki,  ey  mənim  özlərinə  zülm 
etməkdə 
həddi 
aşmış 
bəndələrim, 
Allahın 
rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları 
bağışlayar». 
«Nisa»  surəsinin  23-cü  ayəsindən  görünür  ki,  Allah-
Taala  hər  bir  günahkarın  tövbəsini  qəbul  edir: 
«Həqiqətən  Allah  bağışlayan  və  rəhm  edəndir». 
«Maidə»  surəsinin  39  ayəsini  oxuyuruq:  «Hər  kəs 
gördüyü  haqsız  işdən  sonra  tövbə  edib  özünü 
düzəltsə Allah onun tövbəsini qəbul edər». 


 
183 
Bəli,  tövbə  edib,  tövbədən  sonra  böyük  günaha  və 
təkrar kiçik günaha yol verməyən, qəzaya verdiyi vacib 
əmrləri  yerinə  yetirən,  xalqın  haqqını  ödəyən  şəxs 
hökmən bağışlanasıdır. 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Həqiqi  tövbəkarın 
dörd  əlaməti  vardır:  Əməldə  Allah  əmrlərinin  sözsüz 
icrası,  batildən  uzaqlaşmaq,  həqiqətə  bağlılıq  və 
xeyirxahlığa  güclü  rəğbət».
253
 Həzrət  Əli  (ə)  buyurur: 
«Allah-Taala  bəndəsinin  üzünə  şükür  qapısını  açıb, 
ne’mətin artım qapısını bağlamaz. O, dua qapısını açıb, 
qəbul  qapısını  örtməz.  Allah  tövbə  qapısını  açıb, 
bağışlanma qapısını bağlamaz».
254
 
GÜNAHLARI ÖRTƏN 
Allah-Taala  gizlində  günah  edib,  onu  kimsəyə 
açmayan  bəndənin  günahını  açmağı  sevməz.  Həzrət 
Haqq özünü «Səttarul-uyub» adlandırır ki, hamı Onun 
gizli günahı açmadığını bilsin. Əlbəttə ki, həyasızcasına 
xalqın  gözü  qarşısında  günah  edən  şəxsin  günahını 
örtməyə dəyməz. 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Allah  tövbə  edən 
şəxsin tövbəsini qəbul edib, onun əzalarına əmr edər ki, 
onun  günahlarını  özündən  gizlətsinlər.  Torpağa  əmr 
olunar  ki,  günahları  örtsünlər.  Hətta  bu  günahı  onun 
əməl naməsinə yazanların belə yadından çıxarılar.»
255
  
Müaviyə ibn Vəhəb nəql edir ki, İmam Sadiq (ə) belə 
buyurdu:  «Allah-Taala  xalis  tövbə  etmiş  mö’min 
                                                 
253
 «Mizanul-hikmət» 2-ci cild, səh-638. 
254
 «Nəhcül-bəlağə». 
255
 «Biharul-ənvar», 6-cı cild, səh-28. 


 
184 
bəndəsinə  məhəbbət  bəsləyir,  günahlarını  dünya  və 
axirətdə 
örtər.  Yazdıqları 
günahları 
mələklərin 
yadından  çıxarar.  Onlar  Allahla  görüşdükləri  vaxt 
şahidlik etməyə günah tapmazlar».
256
 
Rəvayətə  görə  qiyamət  günü  bəndə  Allah  hüzuruna 
gətirildiyi  vaxt  Allah-Taala  əmr  edər  ki,  qübbə  qurub 
bəndəmi  orada  yerləşdirin.  Sonra  bəndəyə  buyurar: 
«Ey  mənim  bəndəm,  ne’mətlərimi  günaha  xərclədin, 
ne’mətimi  artırdıqca,  günahlarını  artırdın».  Bəndə 
xəcalətdən başını aşağı  salar: Xitab olunar: «Ey mənim 
bəndəm,  başını  qaldır.  Günah  etdiyin  saat  günahını 
bağışladım».  Sonra  başqa  bir  bəndə  gətirilər.  O  da 
danlanar  və  xəcalətdən  ağlayar.  Allah-Taala  buyurar: 
«Günah  edib  güldüyün  vaxt  səni  utandırmadım.  Bu 
gün  ki,  günah  etməyib  ağlayırsan,  səni  necə  rüsvay 
edim?!  Səni  bağışladım  və  behiştə  getməyinə  icazə 
verdim».
257
 
PİSLİYİ YAXŞILIĞA ÇEVİRƏN 
Mehriban Allahın sifətlərindən biri də budur ki, tövbə 
edən  bəndənin  günahını  savaba  çevirər.  «Fürqan» 
surəsinin  70-ci  ayəsində  oxuyuruq:  «Tövbə  edib  iman 
gətirən  və  yaxşı  işlər  görənlərin  pis  əməlləri  yaxşı 
əməllərə  çevrilər.  Allah  bağışlayan  və  rəhm  edəndir». 
«Hud»  surəsinin  114-cü  ayəsində  oxuyuruq:  «Namazı 
gündüzün iki başında və gecənin bə’zi saatlarında qıl. 
Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar». 
                                                 
256
 «Kafi», 2-ci cild, səh-430. 
257
 «Mənhəcüs-sadiqin». 


 
185 
Pis işin yaxşı işə çevrilməsi barədə elmi, fəlsəfi, ürfani 
söhbətlər çoxdur. «Təfsire-nümunə»də bu əvəzolmanın 
bir neçə təfsiri bəyan olunur: 
1.  İnsan  tövbə  edib  Allaha  iman  gətirdikdən  sonra 
onun  bütün  vücudunda  böyük  bir  təlatüm yaranır.  Bu 
insan  əvvəllər  qatil  olubsa,  indi  məzlumları  müdafiə 
edir, əvvəllər zina edibsə indi iffətini qoruyur. Bu daxili 
inqilab nəticəsində günahlar savaba çevrilir. 
2.  Əbuzər  nəql  edir  ki,  Həzrət  Peyğəmbər  (s)  belə 
buyurdu:  «Qiyamət  günü  Allah-Taala  bə’zi  insanlar 
haqqında  əmr  edər  ki,  bu  bəndənin  kiçik  günahlarını 
çıxarın, böyük günahlarını isə örtün. Kiçik günahlarına 
e’tiraf  edən  bəndə  böyük  günahlarının  qorxusundan 
qəlbi titrəyər. Bu an Allah istəsə lütf edib göstəriş verər 
ki,  hər  günahın  yerinə  bir  savab  verilsin.  Bəndə  ərz 
edər  ki  Pərvərdigara,  mən  mühüm  günahlarımı 
görmürəm».  Əbuzər  nəql  edir  ki,  Peyğəmbər  (s) 
söhbətinin bu yerində gülümsündü və bu ayəni oxudu: 
«Allah  onların  pis  əməllərini  (günahlarını)  yaxşı 
əməllərlə əvəz edər.»
258
  
3.  Savaba  çevriləcək  pis  işlər  dedikdə  bu  pis  işlərin 
özü  yox,  onların  insanda  qalmış  tə’sirləri  nəzərdə 
tutulur.  Yə’ni  insan  tövbə  etdiyi  zaman,  vaxtilə 
gördüyü 
pis 
işdən 
vücuduna 
düşmüş 
ləkə 
təmizlənəcəkdir. 
 
Aşiqdə əğyara zərrə maraq yox,  
Dərgahından özgə yerdə pənah yox. 
Aşiqik, söyləmiş sevgi sultanı 
                                                 
258
 «Nurus-səqəleyn» 4-cü cild, səh-33. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə