Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə47/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   43   44   45   46   47   48   49   50   ...   81

 
190 
Bir  neçə  müddətdən  sonra  Cəbrailə  nida  olunar: 
«Ümmətin  günahkarlarının  halı  necədir?»  Malik 
Cəhənnəmin  örtüyünü  çəkər  və  günahkarlar  Cəbraili 
gözəl  bir  surətdə  müşahidə  edər  və  deyərlər:  Bu  gözəl 
üzlü şəxs kimdir görəsən? Cavab verilər: Bu, Cəbraildir 
–  o ki,  dünyada  həzrət  Məhəmmədə  (s)  vəhy  gətirirdi. 
Elə  ki,  Cəhənnəm  əsirləri  Peyğəmbərin  mübarək  adını 
eşidərlər,  fəryad  çəkib  deyərlər:  Bizim  tərəfimizdən 
Məhəmmədə  (s)  salam  yetir  və  söylə  ki,  ümmətin 
günahkarları Cəhənnəmdə giriftardırlar. 
Vəhy  mələyi  bu  xəbəri  Peyğəmbərə  (s)  yetirər,  bu 
zaman  o  həzrət  başını  səcdəyə  qoyar  və  Allah 
dərgahına  ərz  edər  ki:  «Ümmətimin  günahkarlarını 
Cəhənnəmə  apardın,  indi  də  onları  mənə  bağışla.» 
Xitab  yetişər:  «Onları  sənə  bağışladım.»  Beləliklə, 
Peyğəmbər  (s)  onları  Cəhənnəmdən  çıxarar  və  onlar 
kömür  kimi  qapqara  olduqlarından  əvvəlcə  «eynül-
həyat»  adlı  bulağa  aparılarlar.  Elə  ki,  o  bulaqdan 
içərlər,  zahiri  və  batini  çirkinlikləri  təmizlənər  və  pak-
pakizə olarlar, alınlarında isə belə bir ifadə yazılar: 
«Mehriban Allahın oddan azad etdiyi şəxslər.» Onlar 
Behiştə  aparıldıqları  zaman,  Behişt  əhli  onları  bir-
birlərinə  göstərib  deyərlər:  «Bunlar  nicat  tapmış 
Cəhənnəm əhlidirlər.» 
Belə  olduqda  onlar  deyərlər:  «Ey  Rəbbimiz!  Rəhm 
edərək  bizi  Behiştə  gətirdin,  elə  isə  bu  əlaməti 
alnımızdan  sil.»  Onların  istəkləri  yerinə  yetirilər  və 
həmin əlamət alınlarından yox olar.»  


 
191 
TƏSBİH VƏ HƏMD 
Təsbih  Həzrət  Haqqı  hər  bir  eyibdən  pak  bilmək, 
Onun sonsuz kamalını təsdiq etməkdir. 
Təlhə  ibn  Übeydullah  deyir:  «Həzrət  Peyğəmbərdən 
(s)  «sübhan  Əllah»  haqqında  soruşduğum  zaman 
Həzrət  (s)  buyurdu  ki,  «sübhan  Allah»  Allahı  hər  bir 
eyibdən pak bilməkdir».
265
 
Qur’ani-Məciddə  «İsra»  surəsinin  44-cü  ayəsində 
buyurulur: «Elə  bir  şey  yoxdur  ki,  Allaha  tə’rif  deyib 
Ona  şükür  etməsin.  Lakin  siz  onların  təsbihini 
anlamahsınız». 
Duanın  bu  hissəsində  Allahın  təsbihindən  məqsəd 
günah  və  xataların  e’tirafından  sonra  bağışlanmaq 
üçün təsbihin ən üstün vasitə olmasıdır. Yunus gecənin, 
dənizin,  düşdüyü  yerin  qaranlığında  belə  fəryad  etdi: 
«Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən 
pak və müqəddəssən! Mən isə həqiqətən zalımlardan 
olmuşam».
266
 Bu  ayə  haqqında  Həzrət  Peyğəmbər  (s) 
buyurur:  «Bu  duanı  oxuyan  hər  bir  dərdlinin  duası 
qəbuldur».
267
 Həzrət  Əli  (ə)  buyurur  ki,  təsbih  əməl 
tərəzisini savabla doldurar».
268
 
Əllamə  Məclisi  «Biharul-ənvarda»  belə  nəql  edir: 
«Həzrət Peyğəmbər (s), qarşısına onu xoşhal edəcək bir 
iş  çıxdıqda  bu  ne’mətə  görə  Allaha  həmd  oxuyardı. 
Qarşısına  onu  qəmləndirəcək  bir  iş  çıxdıqda  isə 
deyərdi: «Bütün hallarda Allaha həmd olsun». 
                                                 
265
 «Mizanul-hikmət», 5-2362. 
266
 «Ənbiya» surəsi, ayə 87. 
267
 «Ənisül-ləyl», səh-226. 
268
 «Ənisül-ləyl», səh-228. 


 
192 
 
«Zələmtu  nəfsi  və  təcərrə’tu  bicəhli,  və  səkəntu  ila 
qədimi zikrikə li və mənnikə ələyyə» 
(«Özümə  zülm  etdim  və  nadanlıqdan  cəsarətə  yol 
verdim, 
keçmişdə 
əta 
etdiklərini 
xatırlamaqla 
arxayınlaşıb oturdum.») 
İNSANIN ÖZÜNƏ ZÜLMÜ 
Pərvərdigara! Səni düşüncə yolu ilə varlıq aləmindəki 
əsərlərinə  tamaşa  etməklə  alimlərdən  həqiqətləri 
eşitməklə  kitabları  mütaliə  etməklə  lazımi  həddə 
tanısam da, Sənə doğru hərəkət etmədim, istəyinə tabe 
olmadım,  qarşında  təvazö’  göstərmədim,  bütün 
işlərimdə  Səndən  qəflətdə  qaldım  və  bütün  bunlarla 
özümə böyük zülm etdim! 
Aldığım mə’lumatlardan peyğəmbərlərini tanısam da, 
onların doğru yola çağırdığını bilsəm də insanlar üçün 
səadət 
istədiklərini 
anlasam 
da 
onlardan 
üz 
döndərdim.  Biganələrə  üz  tutub,  peyğəmbərlərinin 
zəhmətini  qiymətləndirmədim.  Özümə  böyük  zülm 
etdim! 
Qur’anla  kifayət  qədər  tanış  olsam  da,  onun 
peyğəmbər  vasitəsi  ilə  göndərilmiş  ilahi  vəhylərdən 
ibarət  olduğunu  bilsəm  də  yenə  arxa  çevirdim  və 
ondan ayrılıqda yaşadım. Bu, özümə rəva bildiyim ağır 
bir zülm idi! 
Müxtəlif  vasitələrlə  mə’sum  imamların  ilahi  bir  dəlil 
olduğunu  bilsəm  də  onların  peyğəmbər  tərəfindən 
özündən 
sonra 
üçün 
ilahi 
rəhbər 
kimi 
tanıtdırıldığından  xəbərdar  olsam  da,  onların  Allah 
düşmənləri tərəfindən min bir müsibətə düçar etdirilib 


 
193 
şəhadətə  yetirildiklərini,  nəfsimə  uyub  şərqi  və  qərbi 
azğınlığa  sürükləmiş  cahillərə  üz  tutdum,  onları 
imamlardan  üstün  bildim.  Bununla  da  özümə  böyük 
zülm etdim! 


 
194 
 
Alimin yerində otursa cahil 
Dünyanın işləri olası müşkül. 
Bu könül xanəsi pərvanə sayaq 
Qalacaq hörümçək torunda dustaq. 
Zahirdə güləcək sevgi, məhəbbət, 
Batində görəcək işini nifrət. 
Dost-dostdan, yar-yardan düşəcək ayrı, 
Hamı üz tutacaq günaha sarı. 
Yarılacaq iffət, həya pərdəsi, 
Boğulacaq qəlbdə vicdanın səsi. 
 
Bilsəm  də  ki,  «Nəhcül-bəlağə»  Həzrət  Əlinin  (ə) 
sonsuz  biliyindən  bir  parçadır,  bu  xəzinədə  Allaha  və 
səadətə  doğru  hərəkət  üçün  göstərişlər  toplanıb,  onu 
«Qur’anın  qardaşı»  adlandırıblar,  mə’nasız  qəzet  və 
jurnallara  maraq  göstərdim.  Əlli  dörd  duadan  ibarət 
olan  «Səhifeyi-Səccadiyyədən»,  abidlər  mövlası  İmam 
Səccadın  (ə)  ürək  döyüntülərindən  ibarət  olan  bir 
kitabdan  xəbərdar  olsam  da,  vaxtımı  mə’nasız 
romanlar oxumaqla tələf etdim. Səadət yolunu göstərən 
«Kafi»,  «Təhzib»,  «İstibsar»,  «Biharul-ənvar»,  «Vəsail» 
və  sair  kimi  kitabların  bərəkətindən  məhrum  oldum. 
Özümə çox böyük zülm etdim! 
NADANLIQDAN GÜNAH 
Pərvərdigara!  Elm  və  bilik  ardınca  getmədiyimdən 
dini  maarifdən  məhrum  oldum.  Dünyanın  tufanlı 
dəryasında 
cəhalət 
gəmisinə 
minib, 
günah 
burulğanında  qərq  oldum.  Nadanlıq  həqiqətləri  dərk 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə