Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə49/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

 
199 
tövbə  etmiş  mömin  bəndəsinin  günahlarına  hökmən 
pərdə  çəkəsidir.  Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Bu 
dünyada  əgər  bəndənin  bir  günahı  örtülürsə,  axirətdə 
də örtüləcəkdir.» 
Peyğəmbər  (s)  və  Əhli-beytdən  (ə)  nəql  olunmuş 
dualarda  tez-tez  Allahın  “eybləri  örtən”  sifətinə  işarə 
olunur.  Tövbə  edən  günahkara  müjdə  verilir  ki, 
mehriban Allah möminin hörmətini dünya  və axirətdə 
qoruyur,  onun  çirkinliklərini  örtür.  İbn  Fəhəd  Hillinin 
məşhur  “Uddətud-dua”  kitabında  mühüm  bir  hədis 
nəql olunur: 
Cəbrail  (ə)  Peyğəmbərə  (s)  dedi:  “Allah-Taala  sənin 
üçün  hədiyyə  göndərib.  Bu,  ərş  xəzinələrindən  olan 
kəlmələrdir.  Allah  Öz  ərşini  bu  kəlmələrə  görə  əziz 
tutub.”  Sonra  həmin  kəlmələri  oxumağa  başladı:  “  Ey 
yaxşılıqları aşkarlayıb pisliklikləri örtən Kəs, ey günaha 
görə  cəzalandırmayıb,  hörmət  pərdəsini  götürməyən 
Kəs, ey əfvi əzəmətli, bağışlaması geniş olan Kəs, ey iki 
qüdrət əli açılmış Kəs, ey hər sirrin sahibi, şikayətlərin 
sonu,  ey  böyüklüklə  keçən  (bağışlayan)  qapayan,  ey 
neməti  əzəmətli,  ey  neməti  istənilmədən  verən,  ey 
Rəbb,  ey  Ağa,  ey  Mövla,  ey  rəğbət  və  şövqümüzün 
sonu!  Səndən  istəyirəm  ki,  vücudumu  odla  çirkin 
surətə döndərməyəsən.” Həzrət Peyğəmbər (s) Cəbrailə 
(ə) buyurdu: “Bu kəlmələrin savabı nədir?” Cəbrail (ə) 
dedi:  “Bu  kəlmələrin  savabından  agahlığa  güc  çatmaz. 
Əgər  yeddi  göy  və  yeddi  yerin  mələkləri  toplanıb 
Qiyamət  gününədək  bu  duanın  savabını  vəsf  etsələr, 
onun  mində  biri  üçün  yetərli  olmaz.  “Ya  mən  əzhərəl-
cəmilə  və  sətərəl-qəbihə”  deyənin  günahı  örtülər, 


 
200 
dünyada rəhmətə və axirətdə yaxşılığa çatar və  dünya 
ilə axirətdə min pərdəyə bürünər. “Ya mən ləm yuaxiz 
bil-cərirəti  və  ləm  yəhtikis-sitrə”  deyəni  Allah 
Qiyamətdə  hesaba  çəkməz  və  pərdələr  götürülən  gün 
onun pərdəsi qalar. “Ya əziməl-əfv” deyənin günahları 
dəryaca  da  olsa  belə,  bağışlanar.  “Ya  həsənət-təcavuz” 
deyənin  hətta  böyük  günahları  belə  əfv  edilər.  “Ya 
vasiəl-məğfirəti”  deyən  Allahın  rəhmətinə  qərq  olar. 
“Ya 
basitəl-yədəyni 
bir-rəhməti” 
deyənə 
Allah 
rəhmətlə  qüdrət  əlini  açar.  “Ya  sahibə  kulli  nəcva  və 
muntəha  kulli  şəkva”  deyənə  hər  bir  müsibətin  savabı 
əta olunar. “Ya əziməl-mənni” deyən bütün arzularına 
çatar.  “Ya  mubtədiən  bin-niəmi  qəbləstihqaqiha” 
deyənə  şükür  edən  bəndənin  savabı  verilər.  “Ya 
Rəbbəna  və  Səyyidəna”  deyən  haqqında  Allah-Taala 
buyurar:  -  “Ey  mələklərim!  Şahid  olun  ki,  onu 
bağışladım...”  “Ya  Mövlana”  deyənin  qəlbi  imanla 
doldurular.  “Ya  ğayətə  rəğbətina”  deyənə  xalqın 
istəyincə  əta  olunar.  Bəndə  “əsəlukə  ya  Allahu  ən  la 
tuşəvvihə  xəlqi  bin-nari”  dedikdə  Allah  buyurar: 
“Bəndəm  oddan  qurtuluş  istədi.  Ey  mələklər,  şahid 
olun  ki,  onu,  ata-anasını,  qardaşlarını,  ailə-övladını, 
qonşularını  azad  etdim.  Onun  min  od  əhli  haqqında 
şəfaətini 
qəbul 
etdim 
və 
onu 
Cəhənnəmdən 
qurtardım.” 
Cəbrail  (ə)  dedi:  “Ya  Məhəmməd,  bu  sözləri  təqva 
əhlinə öyrət, münafiqlərə yox! Bu duanı oxuyanın duası 
qəbuldur...” 


 
201 
Möhtərəm  oxucular  bu  duadakı  böyük  savablara 
təəccüb etməməlidirlər. Çünki  Allahın rəhməti  sonsuz, 
mükafatları tükənməzdir. 
Həzrət  Əli  (ə)  “Kəm  min  qəbihin  sətərtəhu”  cümləsi 
haqqında  buyurur:  “Zəlzələ  tufan,  sel,  yanğın,  qəza, 
səma bəlaları, qıtlıq, bahalıq, ağır müsibətlər, yaxınların 
itkisi  kimi  ağır  bəlaları  məndən  uzaqlaşdırdın.  Məni 
imanımı  aparacaq,  əxlaqımı  məhv  edəcək,  saleh 
əməllərimi 
fənaya 
döndərəcək, 
xalq 
arasında 
hörmətdən 
salacaq 
büdrəmələrdən 
hifz 
etdin. 
Rahatlığımı pozacaq, pərişanlığa qərq edəcək, yuxumu 
gözümdən  alacaq,  ruhuma  və  qəlbimə  narahatlıq 
gətirəcək  pislikləri  məndən  dəf  etdin.  Əməl  naməm 
günahla  dolu  olsa  da,  məni  xalq  arasında  əziz  etdin. 
Ata-ana,  bacı-qardaş,  qohum-əqrəba  arasında  məni 
üstün  tanıtdırdın,  mənə  tərif  dedilər  –  halbuki,  bütün 
bunlara layiq deyildim!” 
 
Allahummə  əzumə  bəlai    əfrətə  bi  suu  hali   
qəsurət bi əmali  qəədət bi əğlali” 
(“Pərvərdigara,  bəlam  böyükdür,  halımın  pisliyi 
həddini  aşmış,  əməllərim  yetərsiz  olmuş,  zəncirlərim 
məni yerə oturtmuş.”) 
 
Bu  cümlələrdən  aydın  olur  ki,  günah  xəstəsi,  üsyan 
əsiri, maddiyyat düşkünü, halının pisliyi həddini aşmış 
bəndə  alim  və  həkim,  qadir  və  güclü  həkimə  yol 
tapmışdır.  Bu  həkim  öz  mərhəmət  və  məhəbbəti 
sayəsində  xəstəyə  şəfa  vermək  üçün  Özü  onu  dəvət 
etmişdir.  


 
202 
BƏLANIN MƏNASI 
Kəramət  və  bəsirət  sahibləri  “Allahummə  əzuməl-
bəlai” cümləsindəki “bəla” kəlməsini bir neçə cəhətdən 
mənalandırmışlar: 
1. Günah. 
Qeyd  olunur  ki,  “bəla”  dedikdə  xəstəliklərin  ən 
böyüyü  olan  günah  nəzərdə  tutulur.  Əgər  insan  tövbə 
və  saleh  əməl  vasitəsi  ilə  bu  xəstəliyi  müalicə  etməsə 
qəlbi ölümə məhkumdur. Qəlb öldükdən sonra Allahla 
bəndə  arasındakı  bağlar  qırılır  və  insan  Allahın 
rəhmətindən əbədi məhrum olur. 
İmam Səccad (ə) “Taibin” duasında bu həqiqətə işarə 
edərək  belə  buyurur:  “Böyük  cinayətim  olan  həmin 
günahkarlığım  qəlbimi  öldürmüşdür.”  Əbuzərdən 
hansı  xəstəliyə  düçar  olduğunu  soruşdular.  Cavab 
verdi ki, «günahlarımın xəstəliyinə.»  
ÇOX MÜHÜM BİR SUAL-CAVAB 
Əminül-İslam  Təbərsi  “Məcməul-bəyan”  təfsirində 
“Vaqiə”  surəsinin  təfsirinin  müqəddiməsində  belə 
rəvayət edir: 
Osman ibn Əffan , Əbdullah ibn Məsud xəstə olduğu 
vaxt  ona  baş  çəkməyə  getdiyi  zaman  ondan  soruşdu: 
“Nədən  şikayətin  var?”  Cavab  bu  oldu  ki,  - 
“Günahlarımdan”.  Yenə  sual  verdi:  “İştahan  nə 
istəyir?”  Əbdullah  cavab  verdi:  “Allahın  rəhmətini.” 
Osman  ondan  həkim  gətirilməsi  barədə  soruşduqda 
Əbdullah  dedi:  “Məni  həkim  xəstələndirib.”  Osman 
soruşdu  ki,  -  “Haqqını  (maaşını)  beytül-maldan 
(xəzinədən)  ödəyimmi?”  Əbdullah  cavab  verdi: 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə