Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə51/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

 
207 
varsa,  bu  əməllərə  ümid  etmək  olarmı?!  Onlar  insanı 
nicat sahilinə çıxara bilərmi?! 
Böyük mənəvi sərmayəyə malik olan Həzrət Əli (ə) öz 
münacatında  göz  yaşları  axıdaraq  deyir:  “Aman 
ehtiyatın 
azlığı, 
səfərin 
uzunluğu 
və 
yolun 
qorxusundan!”
287
  
Əsl  bəndəlik  eşqi  və  ixlasını  dərindən  dərk  etmək 
üçün  övliyaların  həyatını  əks  etdirən  kitablar  oxumaq 
faydalıdır.  İnsan  bu  yolla  qəlbində  mərifət  çırağı 
yandırıb mənəvi həyatın zövqlərini əldə edə bilər. 
Şəhid  Qazi  Nurullah  Şüştəri  “Məcalisul-muminin” 
kitabında belə rəvayət edir: 
Üveys  Qərən  gecələrin  bir  qismində  “bu,  rüku 
gecəsidir”  deyib,  həmin  gecələri  rüku  halında  keçirər, 
digər  qismini  də  “bu  səcdə  gecəsidir”  deyib,  həmin 
gecələri  səcdə  halında  başa  vurardı.  Soruşurlar  ki,  - 
“Uzun  gecələrin  rükusu,  səcdəsi  səni  yormurmu?” 
Cavab  verir:  “Kaş  bütöv  həyat  bir  gecə  olaydı  və  onu 
bir səcdə ilə sona çatdıraydım!” 
ZƏNCİRLƏR VƏ BUXOVLAR 
Bəsirət  əhli  “və  qəədət  bi  əğlali”  cümləsi  haqqında 
deyirlər:  “Əğlal”  insanı  hərəkətdən  saxlayıb  oturdan 
böyük  günahlara  işarə  ola  bilər.  Bu  günahlar  insanı 
ibadət  imkanından  məhrum  edir,  onu  məhrumiyyət 
uçurumuna  yuvarladır.  Həzrət  Əli  (ə)  “Mən  əvvəllər 
namaz  və  gecə  nafiləsi  qılırdım,  indi  bu  tofiqdən 
                                                 
287
 “əl-Mənaqib”, 2-103. 


 
208 
məhrum  olmuşam”  deyən  kişiyə  belə  buyurdu: 
“Günahların səni buxovlayıb.”
288
  
“Əğlal”  dünyaya  hədsiz  bağlılıq  da  ola  bilər.  Bu 
bağlılıq  insanı  kamillikdən,  mənəviyyatdan,  saleh 
əməllərdən kənarlaşdırır. “Əğlal” insanı əsl məqsəddən 
yayındıran mənasız məşğuliyyətlər də ola bilər. Həzrət 
Peyğəmbər  (s)  buyurur:  “Faydasız  işləri  boşlamaq 
insanın İslamının gözəl olmasındandır.”
289
  
 
 həbəsəni ən nəfi bodu amali” 
(“Uzun-uzadı arzular məni faydalardan saxladı.”) 
UZUN-UZADI ARZULAR 
Arzu və ümid mehriban Allahın  insana əta etdiyi bir 
nemətdir. Əgər arzu və ümid olmasaydı, insan heç vaxt 
bir işə maraq göstərməz, çalışmazdı. 
Rəvayət olunur ki, sahədə şum edən qoca kişini görən 
Həzrəti  İsa  (ə)  əlini  qaldırıb  belə  dua  etdi: 
“Pərvərdigara!  Bu  qocanın  arzu  və  ümidini  bir  an 
saxla.”  Dua  qəbul  olan  kimi  qoca  əlindəki  beli  yerə 
qoyub, ağacın kölgəsində uzandı. Bir neçə saat keçsə də 
qoca  yerindən  tərpənmirdi.  Yalnız  Həzrət  İsa  (ə) 
duasını  geri  götürdükdən  sonra  qoca  işinə  davam 
etməyə başladı.
290
  
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Arzu  mənim 
ümmətim  üçün  bir  rəhmətdir.  Əgər  arzu  olmasa,  heç 
bir ana övladına süd verməz və heç bir əkinçi bir ağac 
                                                 
288
 “Kafi”, 3-450. 
289
 “Biharul-ənvar”, 1-150. 
290
 “Mizanul-hikmət”, 1-184. 


 
209 
əkməz.”
291
   İmam  Səccad  (ə)  belə  dua  edir: 
«Pərvərdigara! Səndən ən doğru arzunu istəyirəm.»
292
  
Elm  mərtəbəsinə  yüksəlmək,  əxlaqi  dəyərlər  əldə 
etmək,  bəndəlik  zirvəsinə  ucalmaq,  xalqa  xidmət 
etmək, məscid tikmək, yol çəkmək, kitabxana yaratmaq 
imana  dəlalət  edən  ali  arzulardandır.  Amma  insanın 
arzuları  yalnız  dünyaya  aid  olsa  və  həddini  aşsa, 
rahatlığını  əlindən  alar,  onu  tamah,  təkəbbür  kimi 
günahlara sövq edər. Həzrət Əli (ə)  buyurur: “Arzular 
ilğım  kimidir.  Ona  baxan  aldanar,  ona  ümid  edən 
əliboş 
qalar”; 
“Arzu 
hiyləgər, 
yalançı 
və 
ziyanvericidir”;  “Arzular  bəsirət  gözünü  bağlayar”; 
“Arzu qafillərin qəlbində şeytani bdir padşahdır.”
293
  
Həzrət  Musa  (ə)  münacat  zamanı  Allahın  belə 
buyurduğunu eşitdi: “Ey Musa! Dünya arzularını uzun 
etmə  ki,  qəlbini  bərkidər.  Qəlbi  bərkiyən  isə  Məndən 
uzaqdır.”
294
  
İmam  Sadiq  (ə)  «Ərəfə»  gününün  duasında  Allaha 
belə ərz etdi: “Sənə insanı üstün axirətdən uzaqlaşdıran 
dünyadan,  üstün  ölümdən  məhrum  edən  həyatdan, 
üstün  əməllərin  qarşısını  alan  arzulardan  pənah 
gətirirəm.”
295
  
Həzrət  Əli  (ə)  buyurur:  “Ölüm  qılıncıyla  dostlardan 
ayrılacağına, 
torpağa 
sakin 
olacağına, 
sorğuya 
çəkiləcəyinə qoyub getdiklərindən ehtiyacsız olacağına, 
                                                 
291
 “Biharul-ənvar”, 74-175. 
292
 “Biharul-ənvar”, 91-155. 
293
 Ğurərul-hikəm”, 312-313. 
294
 “Kafi”, 2-329. 
295
 “İqbal”, 390. 


 
210 
qabaqcadan  göndərdiklərindən  faydalanacağına  əmin 
olan şəxs arzularını qısaldıb, səylərini artırmalıdır.”
296
  
Uzun-uzadı  arzular  insana  ağır  zərbələr  vurub  onu 
ilahi  feyzlərdən  məhrum  edir.  İnsan  doğulduğu 
gündən  başlayaraq  münbit  torpaq  kimi  bəhrə  vermək 
istedadına  malikdir.  Əgər  bu  istedad  min  bir  günahla 
məhv 
edilməsə, 
Allahın 
rəhmət 
yağışından 
faydalanaraq  iman,  gözəl  əxlaq  və  saleh  əməl  kimi 
çiçəklər yetirəcəkdir.  
“Əraf”  surəsinin  58-ci  ayəsində  buyurulur:  “Pak  bir 
məmləkətin  bitkiləri  Rəbbinin  izni  ilə  çıxar.  Pis  bir 
məmləkətin bitkiləri isə həm çox çətinliklə həm də az 
bitər.”  İnsan  düşüncəsini  hörümçək  toru  tək  bürümüş 
arzular  onun  qavrayış  bacasını  qapayır  və  həqiqətlərə 
diqqət  yoluna  sədd  çəkir.  Beləcə  insan  Allahın 
zikrindən  və  axirət  hazırlığından  məhrum  olur. 
Doğrudan  da,  arzular  girdabında  çabalayan,  yalnız 
dünya  nemətlərinə  çatmaq  barədə  düşünən  insan 
Allah,  Qiyamət,  saleh  əməl  və  tövbə  haqqında  düşünə 
bilərmi?! 
Həzrət Peyğəmbər (s) mühüm bir rəvayətdə buyurur: 
“Sizin üçün iki şeydən qorxuram: nəfs istəyinə tabeçilik 
və  uzun-uzadı  arzular.  Nəfs  istəyinə  tabeçilik  insanı 
həqiqətdən  uzaqlaşdırır,  uzun-uzadı  arzular  isə  axirəti 
yaddan çıxarır.” 
 
Axı arzulardan ömrə nə fayda,  
Sütunlar titrəyir bu boş sarayda. 
Qul ol o kəsə ki, dövrün gedişi 
                                                 
296
 “Biharul-ənvar”, 70-167. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə