Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə53/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

 
215 
haqqında deyilir: “Pisliklər bir evdə toplanmışdır və bu 
evin açarı dünya məhəbbətidir.” 
“Dünyaya  daxil  olmaq  asan,  ondan  sağ-salamat 
çıxmaq isə olduqca çətindir.” 
“Əgər axirət əbədi gil qab, dünya isə müvəqqəti qızıl 
cam  olsaydı,  axirəti  seçmək  lazım  gələrdi.  Halbuki, 
axirət əbədi qızıl qab, dünya isə müvəqqəti gil camdır.” 
Əbu  Hazim  Məkki  deyir:  “Dünyadan  çəkinin. 
Eşitmişəm  ki,  Qiyamət  günü  bəndə  sorğuya  çəkildiyi 
vaxt  Allah-Taala  belə  nida  edər:  “Bu  o  bəndədir  ki, 
Allahın  kiçik  saydığını  böyük  sayıb,  Allahın  düşmən 
tutduğunu dost tutub.” 
 
 nəfsi bi xiyanətiha  mitali” 
(“Nəfsim  öz  cinayətləri  və  xəyanətləri  ilə  məni 
aldatdı.”) 
 
Nəfs  elə  bir  mövcuddur  ki,  onu  dərk  etmək  çətin, 
bəzən isə imkansızdır. Amma onun ayə və rəvayətlərdə 
qeyd  edilmiş  xüsusiyyətlərini  tanımaq  olar.  Əgər  nəfs 
tərbiyə  olunmazsa,  yolunu  azar  və  istənilən  hər  bir 
günaha  aparar.  “Həva  və  həvəs”  nəfs  üçün  çox 
təhlükəlidir.  “Həva”nın  lüğəvi  mənası  hündür  yerdən 
aşağı  yıxılmaq  və  ya  səhv  yolda  həlak  olmaqdır.  Bu 
sözün  digər  bir  mənası  maddi  və  mənəvi  işlərə  ifrat 
məhəbbətdir.  “Həvəs”  kəlməsinin  lüğəvi  mənası  isə 
sınmaq,  fəsad,  avaralıq  və  heyrətdir.  Nəfs  bəhsində 
“həvəs” dedikdə müəyyən bir məsələdə nəfsin eşq, kin, 
qəzəb,  nifrət  kimi  iztirablara  düçar  olması,  aramlığını 
itirməsi başa düşülür.  


 
216 
Hər an hansısa həvəsdə olan insanın kamilliyə doğru 
addım  atması  qeyri-mümkündür.  Kamala  doğru 
hərəkətin  ilkin  şərti  ruhi  aramlıq  və  sakitlikdir.  Həvəs 
olan  yerdə  aramlıq  yoxdur  və  əql  heç  bir  hakimiyyətə 
malik deyildir.  
Uşağa  həvəs  hakim  olur.  Ona  daim  nəzarət  etmək 
lazımdır  ki,  həvəs  xasiyyətə  çevrilib  sabitləşməsin. 
Qadın  da,  adətən,  həvəsə  tabe  olur.  Daxili  həyatın 
idarəsi  üçün  xəlq  edilmiş  qadının  belə  bir  xüsusiyyətə 
malik  olması  təbii  haldır.  Onlar  xırdalıqlara  daha  çox 
diqqət  yetirir  və  həsəd  onlara  iztirab  verir.  Belə  isə, 
onların  nəfsi  təlim-tərbiyə  vasitəsi  ilə  əqlə  itaətə  vadar 
edilməlidir.  
Özbaşına buraxılmış nəfs şəhvətə çevrilir. İnsanın özü 
və ya bir başqası bu şəhvətin qarşısını almazsa,  şəhvət 
xəstəlik və dəlilik həddinə çatar.  
Bu  xəstəlik  insanda  hərislik,  vəzifəpərəstlik  şəklində 
təzahür  edə  bilər.  İnsan  nə  qədər  kar  və  kor  olmalıdır 
ki,  öz  istəyinə  çatmaq  üçün  min  bir  günaha  batsın, 
müqəddəslikləri  ayaq  altına  atsın,  hətta  vətənini 
satmaqdan belə çəkinməsin! 
Belə  insanların  dostluğuna,  əhdinə  bel  bağlamaq 
olmaz. Çünki onlar öz istəklərinə çatmaq üçün ən əziz 
adamlarını  belə  qurban  verməyə  hazırdırlar.  Belələri 
ətrafındakılara  bir  vasitə  kimi  baxır.  Təqvalı,  mömin 
insanlar belələrində nifrət doğururlar.  
Dedik  ki,  həvəs  şəhvətə  şəhvət  isə  dəliliyə  çevrilir. 
Çünki  şəhvətə  məğlub  olanlar  ağlını  itirir.  Ağlını 
itirmək isə dəlilərə məxsus əlamətdir. Xəstə isə o insanı 
hesab etmək olar ki, xəstəlik qarşısında çarəsizdir.  


 
217 
Vəzifə’ 
məqampərəstlik 
şəhvəti 
bütün 
digər 
şəhvətlərdən  şiddətlidir.  Şəriətə  bu  şəhvətdən  böyük 
zərbələr  dəymişdir.  İnsanlar  vəzifəyə  məqama  çatmaq 
üçün hətta öz atalarının qatili olmaqdan çəkinmirlər.  
Sözsüz  ki,  həva-həvəsə  uymuş  nəfsin  bu  qədər 
məzəmmət  edilməsi  o  demək  deyil  ki,  insan  birdəfəlik 
nəfsini  ayaqları  altına  atıb,  özünü  məhv  etməlidir. 
Məzəmmət  olunan  nəfs  həddi  aşan  nəfsdir.  İnsanda 
nəfsin  yaradılmasında  məqsəd  vardır.  İnsanın  bütün 
müsbət 
özünümüdafiə 
fəaliyyətləri 
nəfsdən 
qaynaqlanır  və  bu  işdə  nəfsin  faydalarını  inkar  etmək 
olmaz.  
Eqoist meyllər Allaha və Qiyamətə iman, Peyğəmbər 
(s)  və  İmamlara  (ə)  bağlılıq,  şəri  vəzifələrin  icrası  və 
xalqa  xidmət  vasitəsi  ilə  cilovlanmalıdır.  Müsbət 
özünüistəyin  mənfi özünəvurğunluğa çevrilməsinə yol 
vermək olmaz. Eqoist insan üçün yalnız şəxsi maraqlar 
mövcuddur.  Bu  çirkin  sifət  əvvəlcə  insanın  özü,  sonra 
isə 
cəmiyyət 
üçün 
zərərlidir. 
Məsələn, 
qəzəb 
özünüistəkdəndir.  Amma  bu  xüsusiyyət  məzlumları 
incitmək  yox,  canını  və  malını,  namusunu  və  dinini 
qorumaq istiqamətində fəaliyyət göstərməlidir.  
Azadlıq həyatın şirin neməti, iradə kamilliyin şərtidir. 
Çünki  azad  insan  başqalarının  əsiri  deyil.  Amma 
azadlıq  əqlin  hakimiyyəti  altında  olmalı  və  ifrata 
varılmamalıdır.  Azadlıq  hərc-mərclik,  özbaşınalıq 
demək deyildir.  
Dünya nemətlərini istəmək təbii bir haldır. Amma bu 
istək  ifrata  varıb,  insanı  cinayətə  günaha,  oğurluğa, 
qumara sövq edirsə əlbəttə ki, pisdir.  


 
218 
Ətrafdakılarla 
münasibətdə 
ən 
yaxşı 
yol 
xeyirxahlıqdır.  Amma  bu  işdə  də  həddi  gözləmək 
lazımdır.  Xeyirxahlıq  elə  bir  həddə  çatmamalıdır  ki, 
insan özünə və ailəsinə zülm etmiş olsun.  
Xoş  rəftar,  mehribanlıq  çox  gözəl  sifətlərdir.  Amma 
orta  həddi  aşıb  şit  zarafata  çevrilən  mehribanlıq 
bəyəniləsi  iş  deyildir.  Xeyirxahlığa  həvəsləndirən  tərif 
də həddi aşmamalıdır.
302
  
NƏFSİN HALLARI 
Qurani-Kərimdə  nəfsin  halları  zikr  olunmuşdur.  Bu 
hallar  insanın  gerçəkliyə  dini  həqiqətlərə  əxlaqi 
dəyərlərə diqqətsizliyi nəticəsində yaranır. Nəfsin qeyd 
olunmuş hallarına nəzər salaq: 
 
1. Əmmarə nəfs; 
2. Dəssayi nəfs; 
3. Səfəhi nəfs; 
4. Təsvili nəfs; 
5. Rəhineyi nəfs; 
6. Həvayi nəfs; 
7. Həsrəti nəfs. 
 
“Yusif” 
surəsinin 
53-cü 
ayəsində 
oxuyuruq: 
“Doğrudan  da,  Allah  rəhm  etməyəcəyi  təqdirdə  nəfs 
pisliyə əmr edəndir.” (“Əmmarə”) . 
“Şəms” surəsinin 10-cu ayəsində oxuyuruq: “Nəfsini 
günah və fisq-fücurla örtən şəxs Allahın rəhmətindən 
məhrum oldu.” (“Dəssayi”) 
                                                 
302
 Elmül-əxlaq”, 101. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə