Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə61/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

 
248 
etirafı, nəfs istəklərinin həddi aşmasına görə üzrxahlıq, 
tövbə  etməklə  bağışlanmaq  istəyi,  günahların  etirafı, 
Allahın rəhmətindən savayı sığınacaq tapmamaq və s. 
Bu  nalələr  və  sızıltılar  Allahın  xoşuna  gələn 
həqiqətlərdir.  Nəql  olunur  ki,  haqq  yolçusu  olmaq 
istəyən  bir  şəxs  İlahi  övliyalardan  birinin  yanına  gəlib 
dedi:  “Mən  Haqq  dərgahına  üz  tutmuş  bir  yolçuyam. 
Mehriban  və  bağışlayan  Allahın  hüzuruna  hədiyyə 
olaraq  nə  aparım?  Axı  Onun  hüzuruna  əliboş  getmək 
mərifətsizlik  olar.”  Övliya  deyir:  “Elə  bir  şey  apar  ki, 
orada  olmasın.  Ağlar  qəlb  və  gözdən  savayı  bütün 
kamilliklər oradadır.” 
Bəli,  Allah-Taala  tövbəkar  günahkarın  nalələrinə 
aşiqdir.  Şübhəsiz  ki,  bütün  məşuqlar  öz  aşiqinin  səsini 
eşitmək  arzusundadır.  Eləcə  də  bütün  aşiqlər  öz 
məşuqunun lütf nəzərlərinə möhtacdır.  
YUSİF VƏ ZÜLEYXA 
Nəql olunur ki, Züleyxa öz gücündən istifadə edərək 
Yusifi  zindana  saldırdıqdan  sonra,  məşuqunun  səsini 
eşitmək  üçün  yollar  axtarırdı.  O,  xidmətsinə  göstəriş 
verdi  ki,  Yusifi  fəryad  edənədək  qamçılasın.  Amma 
Yusifin  ilahi  məqamından  çəkinən  xidmətçi  hiyləyə  əl 
atdı  və  Yusifə  qalın  köynək  geyindirib  astaca 
qamçıladı.  Xəlvətdə  durub  Yusifin  naləsini  eşitməyən 
Züleyxa  -  ”Onu  bərk  vur!”  -  dedi.  Xidmətçi  Yusifdən 
üzr  istəyib  zərbələrini  gücləndirdi.  Yusifin  naləsi  ərşə 
ucaldı. Bu nalələr aşiqə ləzzət verirdi.  
 
Züleyxa dinləyib onun naləsin  
Qucurdu qəlbində eşqin şöləsin. 


 
249 
Bu nalə önündə durmağa güc yox, 
Qüssə şahə qalxıb, zərrə sevinc yox. 
Yüz növhəçi yaza bu dərdi - bitməz, 
Şimşək çaxa - qəmdən kimsə eşitməz.  
 
YUNUSUN QÖVMÜ 
Yunusun onları tərk edib başqa bir diyara köçdüyünü 
eşidən  qövm  yəqin  etdi  ki,  qarşıdan  əzab  gəlir. 
Aralarındakı  rəbbani  alim  onlara  bildirdi  ki,  qarşıdakı 
bəladan qurtarmağın yeganə yolu günahların etirafı və 
tövbədir.  Beləcə  böyük-kiçik,  qadın-kişi  köhnə  libas 
geyinib, yalın ayaqla tövbə üçün səhraya çıxdılar.  
Kişilər  ayrıca,  qadınlar  ayrıca,  südəmər  körpələr  də 
analarından  uzaq  bir  yerdə  yerləşdilər.  Hamı  bir  səslə 
Allahın dərgahına üz tutaraq raz-niyaza başladı. Onlar 
deyirdilər:  ”Pərvərdigara!  Yunus  demişdi  ki,  qulları 
azad  edib  savab  qazanın.  Demişdi  ki,  biçarələrin 
fəryadına  çatın.  İndi  isə  biz  bəndələr  çarəsizik  və 
Səndən başqa bir pənahımız yoxdur. Dadımıza çat!” 
Bu  dualar  qəbul  olduqdan,  əzab  buludları  rəhmət 
buludları  ilə  əvəz  olunduqdan  sonra  şəhər  camaatı 
rahatca evə qayıdıb gündəlik işinə məşğul oldu.  
Allaha  üz  tutmaq,  günahları  etiraf  edərək  tövbə 
qılmaq bağışlanmanın təsirli amillərindəndir.  
 
Səninlə görüşdə olmaq bircə an 
Yüz illik ömürdən üstündür inan.  
Hər cilvən danışır əzəmətindən, 
Şəm kimi eşqindən alışıram mən.  
Turundan kənara götürsəm qədəm, 


 
250 
“Lən tərani” sözün anlaya bilməm.  
Pərvanə yanaraq ucaldığı tək 
Əbədiyyət verir bu odlu istək.  
Doğru yoldan kənar həqiqət nədir,  
Gümanların çoxu boş əfsanədir.  
Bu pirdə quş könlü saxlayan da Sən,  
Çarəsiz anlarda yoxlayan da Sən. 
Eşqinlə məst edib, itir özümü, 
Dünyaya asudə yumum gözümü.  
Sənə aşiq qəlbin bilinməz ömrü, 
Yetəsən yetməmiş əcəlin əmri. 
 
Allahummə  fəqbəl  uzri,  vərhəm  şiddətə  zurri,   
fukkəni min şəddi vəsaqiya Rəbirhəm zəfə bədəni 
riqqətə  cildi,    diqqətə  əzmi,  ya  mən  bədəə  xəlqi   
zikri,    tərbiyəti    birri    təğziyəti,  həbni  libtidai 
hərəmikə  salifi birrikə bi.” 
(“Pərvərdigara!  Üzrümü  qəbul  et,  pisliyi  son  həddə 
çatmış  halıma  rəhm  et,  əl-ayağımı  bağlamış  günah 
zəncirindən  məni  azad  et.  Ya  Rəbb!  Bədənimin 
zəifliyinə 
dərimin 
yuxalığına, 
sümüklərimin 
kövrəkliyinə rəhm et. 
Ey  yaranışın  əsasını  qoyan,  məni  yada  salan,  tərbiyə 
edən,  xeyirxahlıq  edib  ruzi  verən!  İndi  məni  əvvəlki 
kərəminlə bağışla.”) 
MƏHBUBUN QARŞISINDA 
Duanın  bu  hissəsində  mərifətli  aşiq  hiss  edir  ki, 
rəhmət qapıları açılmışdır və məşuq onu dinləyir. Ona 
görə  də  ərz  edir  ki,  mənim  günaha  sövq  edən 
nadanlığımı  üzürlü  say,  bundan  sonra  Sənin 


 
251 
yardımınla 
tapdığım 
mərifət 
hesabına 
nəfsin 
bəlalarından qurtarım. 
Pərvərdigara!  Təkəbbür  və  lovğalıq,  hərislik  və 
tamah,  riya  və  özününümayiş  kimi  sifətlər  məndə 
qalarsa, sağalmaz yaraya, xərçəng xəstəliyinə çevrilər. 
Pərvərdigara!  Şeytan  və  əmmarə  nəfs  buxovları  əl-
ayağımı,  ağıl  düşüncəmi  hərəkətdən  saxlayaraq  məni 
yerə oturdub. İndi ki, öz lütfünlə bu aşiqi zəncirlərdən 
azad  etmisən,  o  da  qarşında  göz  yaşları  axıtmağa 
müvəffəq olub, yardım əlini uzadıb ona şeytan və nəfs 
əsarətindən nicat ver.  
Pərvərdigara!  Əgər  bu  gün  fəryadıma  çatıb  fironi, 
qaruni  hallarımdan  qurtarmasan  Qiyamət  günü  daha 
ağrılı zəncirlərlə buxovlanasıyam.  
 
“İnsan”  surəsinin  4-cü  ayəsində  buyurulur:  “Biz 
kafirlər  üçün  zəncirlər,  qandallar  və  alovlu  atəş 
hazırlamışıq”.  “Haqqə”  surəsinin  30-33-cü  ayələrində 
oxuyuruq:  “Onu  tutub  qandallayın!  Sonra  da 
Cəhənnəmə  atın!  Daha  sonra  onu  yetmiş  zər 
uzunluğunda  zəncirlə  bağlayın!  Çünki  o,  böyük 
Allaha inanmırdı.” 
Ya Rəbb! Əgər bu gün bizi zəncirlərdən azad etməsən, 
elə  bir  gün  gələcək  ki,  azadlığımız  mümkün 
olmayacaq! 
Əlbəttə  ki,  bu  buxovlardan  azad  olan  insanlar  ibadət 
yolunda  rahatlıqla  irəli  gedir  və  ömrünün  sonunda 
asudəliklə məşuqa doğru qanad açırlar. Lakin şeytan və 
nəfs əsarətində olanlar qolu bağlı əsir tək yaşayır və elə 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə