Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə58/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

 
236 
Bəli, insan dənizdə qərq olmuş və hər şeydən ümidini 
üzmüş bir kəs kimi yalnız Allaha üz tutmalıdır. Allah-
Taala  həzrət  İsaya  (ə)  buyurur:  “Ey  İsa,  məni  dənizdə 
qərq olmuş və yardımçısı olmayan kəs kimi çağır.”
316
  
İmam  Sadiq  (ə)  buyurur:  “Əgər  Allahın  sizə  bir  şey 
əta  etməsini  istəsəniz,  ümidinizi  hamıdan  kəsib  yalnız 
Ona ümid bağlamalısınız. Allah-Taala bəndəsində belə 
bir hal gördükdə onun istədiyini əta edir.”
317
  
“Ey mənim Allahım” deyən kəs bütün əqidə əməl və 
əxlaq  nöqsanlarından  təmizlənməli,  dünyanın  bütün 
nemətlərini  kamala  çatmaq  üçün  bir  vasitə  bilməlidir. 
Çünki Allahdan qeyrisini məbud qəbul edən müşrikdir, 
müşrikin duası isə heç vaxt qəbul olmaz.  
“Ey  mənim  Rəbbim”  deyən  kəs  bütün  batil 
fironlardan, 
ilahi 
mədəniyyətdən 
qeyri 
bütün 
mədəniyyətlərdən 
azad 
olmalıdır. 
Çünki 
batil 
mədəniyyətlərə  bağlanan  insan  nəhayət  elə  bir 
uçuruma yuvarlanar ki, duaları rədd edilər.  
Bəli,  Allahın  izni  olmadan  kimsədən  yardım  istəmək 
faydasızdır.  Yalnız  Allaha  ümid  bağlamaqla  dünya  və 
axirət  səadətinə  nail  olmaq  mümkündür.  Allahı  və 
Onun məxluqunu lazımınca tanıyanlar bilirlər ki, bütün 
çətinliklərin  həlli  yalnız  qadir  Allahın  əlindədir.  Ona 
görə  də  Allah  aşiqləri  öz  müşküllərinin  həlli  üçün 
yalnız  Ona  üz  tuturlar.  Həzrət  Musa  (ə)  Allahın 
dərgahına belə ərz edir: “Ey mənim məbudum! Gədalıq 
boxçamda  Sənin  bütün  xəzinələrində  olmayan  bir  şey 
                                                 
316
 “Biharul-ənvar”, 14-295. 
317
 “Kafi”, 2-148. 


 
237 
mövcuddur və o da budur ki, Sənin kimi bir məbudum 
vardır!” 
Elə ki, ümid hər yerdən üzüldü, yalnız Həzrət Haqqa 
əl  açıldı,  gözlərdən  bulaq  tək  yaş  süzüldü,  üz  torpağa 
sürtüldü,  inayət  qapıları  insanın  üzünə  açılar,  bütün 
müşküllər öz həllini tapar.  
ANA İLƏ OĞULUN HEKAYƏTİ 
Bir arif nəql edir:  
Bir ana itaətsizlik etdiyi üçün yeniyetmə oğlunu evdən 
qovur.  Oğlan  evdən  çıxıb  məhəllədə  yaşıdları  ilə 
axşamadək  vaxt  keçirir.  Gecə  düşdükdə  hərə  öz  evinə 
gedir.  Oğlan  da  öz  evlərinə  qayıdır.  Amma  qapı  bağlı 
olur.  Pərişan  halda  anasını  çağırıb  ondan  qapını 
açmasını  istəsə  də  ana  qapını  açmır.  Bu  vaxt  yoldan 
ötən bir alimin oğlana ürəyi yandır və anadan xahiş edir 
ki, övladını qəbul etsin. Ana deyir: “Ey ağsaqqal, sənin 
xahişini  qəbul  edirəm,  amma  o  söz  versin  ki,  bir  daha 
itaətsizlik  göstərməyəcək.”  Oğlan  söz  verir  və  arada 
sülh yaranır.  
Bir  müddət  sonra  küçədən  keçən  abid  təkrar  həmin 
hadisə  ilə  rastlaşır.  Oğlan  qapı  ağzında  nə  qədər 
sızıldasa  da,  ana  onu  evə  buraxmır.  Nəhayət,  oğlan 
huşunu  itirib  yerə  yıxılır.  Qapının  arxasında  səsin 
kəsildiyini  görən  ana  qapını  açıb  bayıra  çıxır.  Oğlunu 
yerə  yıxılmış  görüb  onun  başını  dizləri  üstünə  alır  və 
deyir:  -  Ey  mənim  gözümün  nuru!  Bu  işdə  məqsədim 
yalnız səni günahdan uzaqlaşdırmaq idi...” 
Hekayədən belə bir nəticəyə gəlirik ki, Allahı çağırdığı 
an duası qəbul olmayan insan ümidini üzüb şeytana üz 


 
238 
tutmamalıdır.  O,  öz  sızıltıları  və  nalələri  ilə  rəhmət 
qapılarının onun üzünə açılmasına nail olmalıdır.  
 
Ya Rəbb, bu vüsalı hicran buyurma,  
Sevgili canları nalan buyurma. 
Könül bağçasına gəlməsin xəzan, 
Gül üzləri bürüməsin çən-duman. 
Hansı ürək qırılarsa yarından 
Şübhəsiz ki, sorğu günü peşiman. 
Budaqda oxuyan bülbül Sənindir, 
Qırma budağı ki, ol həmdəmindir. 
Eşqə üz tutanı ayır günahdan,  
Düşmənini məhrum elə pənahdan.  
Bayquşlar sevinir günah doğursun 
Sitarələr səmalarda boğulsun.  
İqbal kəbəsidir saleh bir əməl,  
Mərhəmət qıl, onu viran qoyma gəl. 
Hicrandır dünyada ən acı duyğu, 
Nə xoşdur vüsalın, olsa da sorğu.  
 
Əgər  Allah-Taala  insanın  işlərinə  nəzər  salırsa,  bu 
nəzər  sonsuz  rəhmət  nəzəri  olduğundan  insanın  halı 
islah olar, dərdinə çarə tapılar, batini və zahiri  fəqirliyi 
aradan qalxar.  
ŞƏFALI NƏZƏR 
Nəql  edirlər  ki,  bir  gün  sultan  Mahmud  Qəznəvi 
dənizin  sahilindən  keçərkən  bir  gəncin  pərişan  halda 
oturub  dənizə  tilov  atdığını  görür.  Sultan  gəncdən 
pərişanlığının  səbəbini  soruşur.  Gənc  deyir:  “Yeddi 
yetim  qalmış  qardaşıq.  Qoca  bir  anamız  var.  Atamdan 


 
239 
sonra bu ailənin xərci  mənim öhdəmə düşüb. Hər gün 
bura  gəlir,  bir-iki  balıq  tuturam.  Ailəni  çox  çətinliklə 
dolandırıram.”  Sultan  deyir:  “Bu  gün  mənimlə  şərik 
balıq  tutarsan?”  Gənc  öz  razılığını  bildirir.  Şah  deyir: 
“Atdığın  torun  şərikinin  adına  sudan  çək.”  Gənc  toru 
sudan çəkməyə başlayır Tor ağır olduğundan sultan və 
onun  yanındakılar  da  oğlana  kömək  etdilər.  Torda 
saysız-hesabsız balıq olur. 
Sultan  Mahmud  saraya  qayıtdıqdan  sonra  oğlanı 
yanına  gətirdib  yanında  əyləşdirir  və  ona  son  dərəcə 
lütf  göstərir.  Ətrafdakılar  oğlanı  bu  hörmətə  layiq 
bilmədikdə, şah deyir ki, necə olsa, o bizim şərikimizdir 
və  bizim  ixtiyarımızda  olanlardan  o  da  istifadə 
etməlidir.» 
Əgər  bir  sultanın  nəzəri  insanı  çox  çətinliklərdən 
qurtara bilirsə qadir Allahın nəzəri altında olan insanın 
müşkülü  qalarmı?!  Bu  nəzər  Nuh  və  başqa  möminləri 
dəhşətli tufan təhlükəsindən qurtardı, qurumuş budağı 
Musanın  əlində  əjdahaya  döndərdi,  Əyyubu  bəlalar 
dünyasından  qurtardı,  Yusifi  qaranlıq  quyunun 
dibindən çıxarıb Misir taxtına oturtdu! 
HATƏM ƏSƏM HAQQINDA BİR HEKAYƏ 
Hatəm  İsəm  öz  dövrünün  tanınmış  arifi  olmuşdur. 
Xalq  arasında  böyük  hörmətə  malik  olmasına 
baxmayaraq, maddi çətinliklər içində yaşamışdır.  
Bir  gecə  dostlarla  oturub  Kəbə  evinin  ziyarətindən 
danışdıqları  vaxt  Hatəmin  qəlbində  bu  ziyarətə  böyük 
bir  eşq  alovlanır.  Evə  qayıtdıqdan  sonra  ailə-
övladlarına  deyir:  “Əgər  razı  olsaydınız,  Allah  evinin 
ziyarətinə  gedər,  sizin  üçün  də  dua  edərdim.”  Xanımı 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə