Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə54/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

 
219 
“Bəqərə”  surəsinin  130-cu  ayəsində  isə  belə 
buyurulur: “Özünə səfehliyi rəva biləndən savayı kim 
İbrahim ayinindən üz döndərər?” (“Səfəhi”) 
“Yusif”  surəsinin  18-ci  ayəsində  buyurulur:  “Yəqub 
oğlanlarına  dedi:  -  Yusifi  canavar  yeməyib.  Əslində 
nəfsiniz çirkinliyi sizə gözəl göstərib.” (“Təsvili”) 
“Muddəssir” surəsinin 38-ci ayəsində oxuyuruq: “Hər 
bir nəfs batdığı günahın girovudur.” (“Rəhineyi”) 
“Naziat”  surəsinin  40-41-ci  ayələrində  buyurulur: 
“Allahın  məqamından  qorxan  və  nəfsini  fəlakətə 
düşməkdən 
saxlayan 
şəxsin 
yeri, 
həqiqətən, 
Behiştdir.” (“Həvayi”) 
“Zumər”  surəsinin  56-cı  ayəsində  oxuyuruq:  “İşi  o 
yerə çatdırmayın ki, Qiyamət günü nəfs desin: - Əfsus, 
Allahın 
qarşısında 
göstərdiyim 
itaətsizliyə.” 
(“Həsrəti”) 
Şeyx  Bəhai  “Ərbəin”  kitabında  deyir:  “Rəvayətlərdə 
nəfs  dedikdə  şəhvət  və  qəzəb  kimi  heyvani  qüvvələr 
nəzərdə tutulur.”  Qəzzali  deyir:  “Nəfs  əql  qüvvələrinə 
qarşı  çıxan  bütün  məzəmmət  olunmuş  sifətlərin 
cəmidir.” 
Hikmət  sahibləri  deyir:  -  “Nəfslə  cihad  dedikdə 
şeytani  hallara  düşmüş  nəfs  nəzərdə  tutulur.  Nəfsin 
digər halları əqlə aiddir. Nəfsin mələk sifətlərinə malik 
halları  var  və  məhz  bu  hallar  vasitəsi  ilə  ibadət  yerinə 
yetirilir.  Nəfslə  cihad  onu  sakitləşdirib,  heyvani 
meyllərdən uzaqlaşdıranadək davam edir.  
Sədi  deyir  ki,  bir  şəxsdən  “ən  pis  düşmən  nəfsdir” 
hədisi haqqında soruşdum. Dedi: - “Ona görə ki, bütün 


 
220 
düşmənlərə  ehsan  etdikdə  dost  olur.  Amma  nəfsə  öz 
ehsanını artırsan, düşmənçiliyini artırar.” 
Əqldən  kənarda  yaşayan  nəfs  həvasının  tabeçiləri 
əslində  divanədirlər.  Bəhluldan  soruşdular  ki,  - 
“Şəhərdə  neçə  divanə  var?”  Cavab  verdi  ki,  -  “Onları 
saymaq çox çətindir, aqillərin sayını soruşun, deyim.” 
NƏFSİN İSLAHI 
Kamil  bəsirətə  malik  məsum  İmamlar  (ə)  hər  bir  işin 
yolunu  və  maneəsini  bilirdilər.  Nəfsin  islahı  haqqında 
Həzrət  Əlinin  (ə)  dəyərli  buyruqları  “Ğurərul-hikəm” 
kitabında nəql olunmuşdur: 
“Nəfsini  islah  etmək  istəsən  orta  həddi  gözlə  qənaət 
et, dünyanı əhəmiyyətsiz bil.” 
“Nəfsin  süqutuna  aparan  namünasib  işlərlə  cihad 
nəfsin islahıdır.” 
“Nəfsin dərmanı hesabsız istəklərdən çəkinməkdir.” 
“İlahi  təqva  qəlb  xəstəliklərinizin  dərmanı,  nəfs 
çirkinliklərinizin pakedicisidir.”  
“Nəfsin  fəsadı  dünyaya  heyrətli  şəkildə  şövq 
duymaqdır.” 
“Fəsadların böyüyü qeyri-şəri ləzzətlərə heyrətlə şövq 
duymaqdır.” 
“Xoş o kəsin halına ki, nəfs Fironuna qarşı çıxır və ağıl 
Musasına itaət edir.”  
Bu  ilahi  kəlamlardan  məlum  olur  ki,  hər  kəsin 
daxilində bir Firon və bir Musa vardır. Musa kamalına 
çatmaq  istəyən  şəxs  Firon  nəfsinə  qarşı  çıxmalıdır. 
Firona  itaət  edənlər  fəlakətə  Musaya  itaət  edənlər 
qurtuluşa yetəsidir.  


 
221 
“Saffat” surəsinin 120-ci ayəsində buyurulur: “Salam 
Musaya  və  Haruna.”  Həmin  surənin  122-ci  ayəsində 
oxuyuruq:  “Şübhəsiz  ki,  onların  hər  ikisi  Bizim 
mömin bəndələrimiz idi.”  
Öz əql Musasına itaət edən insan fələklərdə Musa ilə 
qoşa 
pərvaz 
edir...”Nəfslərinizi 
haram 
şəhvət 
çirkinliklərindən pak edin ki, yüksək mənəvi dərəcələrə 
nail ola biləsiniz.” 
Bəli,  ali  məqamlara  çatmaq  istəyənlər,  dar  təbiət 
qəfəsindən  mərifət  bağına  keçməyi  arzulayanlar  öz 
nəfslərini 
heyvani 
şəhvət 
çirkabından 
təmizləməlidirlər.  Nəfs  çirkinlikdən  paklandıqdan 
sonra insan hətta mələkdən də uca məqama qalxa bilər.  
Hikmət  sahibləri  buyururlar  ki,  nəfsi  dörd  yolla 
paklamaq olar: 
 
1. Ədəbsizlərdən ədəb öyrənmək; 
2. Ədəb əhli ilə ünsiyyət; 
3. Həqiqi dostlardan öz eyblərini soruşmaq; 
4. Düşmənlərin qeyd etdiyi eyblərdən təmizlənmək. 
GÜNÜ GÜNƏ SATMAQ 
Tövbə  etməkdə  və  fəsadlardan  uzaqlaşmaqda, 
Qiyamət hazırlığı və saleh əməllərdə günahdan çəkinib 
mərifət  ardınca  getməkdə  süstlük  göstərib,  günü  günə 
satdıq,  vədlərimizə  əməl  etmədik.  “Bu  gün-sabah”lar 
şirin  yalanları  ilə  bizi  aldatdı,  kamilliyə  doğru 
hərəkətdən saxladı.  
Səndən  diləyirəm  ki,  mənə  vədə  vəfa  qüdrəti,  “bu 
gün-sabah”lardan  nicat  əta  edəsən!  Bu  büdrəmələr 


 
222 
məni  nəhayət  dərəcədə  zərərə  salıb,  Səninlə  görüşdən 
məhrum edə bilər. 
 
Bu yolunu azmış nəfsə dəva yox,  
Elə küfrə batıb, zərrə şəfa yox.  
Nə qədər olmuşsa həvəslərə qul 
Çətin sona yetə bu xətərli yol. 
 İbrahim eşqindən xəbərsiz insan  
İnanma atəşi görə gülüstan. 
Nəfsini danlayan peşiman olmaz,  
Əhrimənə uyan Süleyman olmaz. 
Ya Rəbbi, kənarda sığınacaq yox, 
Dərgahından qeyri isti qucaq yox. 
 
Ya Səyyidi,  fəəsəlukə biizzətikə ən la yəhcubə ənkə 
duai suu əməli  fiali” 
(“Ey  mənim  Ağam!  İzzətinə  and  verib  Səndən 
istəyirəm  ki,  çirkin  əməl  və  hərəkətlərim  Sənə 
dualarımın qarşısını almasın.”) 
 
Ey  mənim  mehriban  Allahım!  Əməllərimin  pisliyini 
və  hərəkətlərimin  çirkinliyini  dualarımın  qarşısında 
hicab qərar vermə! 
DUA YOLUNUN BAĞLILIQ SƏBƏBİ 
İnsan tövbə etmədiyi təqdirdə günahlar ilahi rəhmətə 
çatmaqda,  duaların  qəbul  olunmasında  bir  maneədir. 
Çirkin  əməl  insanı  dua  halından  məhrum  edir.  Hətta 
dua  etməyə  müvəffəq  olsa  da,  bu  dualar  qəbul 
dərəcəsinə çata bilmir.  


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə