Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə56/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

 
227 
TƏFRİT 
Təfrit  dedikdə  Allaha  itaətdə  və  xalqa  xidmətdə 
göstərilən  etinasızlıq  və  süstlük  nəzərdə  tutulur. 
Vəzifəyə  münasibətdə  təfrit,  yəni  yüngül  münasibət 
insanın  başına  böyük  bəlalar  aça  bilər.  Həzrət  Əli  (ə) 
buyurur:  “Təfrit  böyük  müsibətdir.”
306
   “Təfritin  sonu 
peşmançılıq,  uzaqgörənliyin  meyvəsi  salamatlıqdır.”
307
  
“Sə’y  edərək  irəli  düşənlərin  sonu  Behişt,  səhlənkarlıq 
edənlərin sonu isə atəşdir.”
308
  
İmam Sadiq (ə) buyurur: “Təfritə yol verən kəs böyük 
çətinliklərə düçar olar.”
309
  
CƏHALƏT 
Həqiqətdən  xəbərsizlik,  dünya  və  axirət  işlərinə 
münasibətdə  cəhalət  olduqca  təhlükəli  bir  xəstəlikdir. 
Bu  xəstəliyə  elm  və  mərifət  yolu  ilə  əlac  olunmazsa 
nəticə  olduqca  ağır  ola  bilər.  Ötən  söhbətlərimizdə  bu 
mövzuda yetərincə danışdıq.  
ŞƏHVƏT 
Şəhvət  insanın  ələ  keçirmək  istədiyi  bir  şeyə  şiddətli 
rəğbətidir.  Əgər  bu  rəğbət  çirkin  şeylərədirsə  insanı 
günaha  batıracaq  və  nəhayət  insan  dünya  və  axirət 
əzabına düçar olacaqdır.  
Şəhvətin  oyanmasının  səbəbi  dünyaya  hədsiz 
məhəbbətdir.  Bu  insan  şeytan  qucağında  bitmiş  ağac 
                                                 
306
 “Ğürərul-hikəm”, 479. 
307
 “Nəhcül-Bəlağə”. 
308
 “Nəhcül-Bəlağə”. 
309
 “Tuhəful-uqul”, 356. 


 
228 
kimidir. Onun budaqları şəhvət, meyvəsi günahdır. Bu 
ağac  Cəhənnəmdəki  Zəqqum  ağacının  oxşarıdır. 
Əlbəttə  ki,  həyəcanlanmış  şəhvət  qarşısında  moizə  və 
nəsihət təsirsizdir.  
Bəsirət əhli belə bəyan edir ki, çox nəfslərdə kök atmış 
bu qorxulu ağacın yeddi çox çirkin budağı var: 
 
1. Məqam, vəzifə və cah-cəlal şəhvəti; 
2. Var-dövlət şəhvəti; 
3. Ev-eşik, imarət şəhvəti; 
4. Qadına şəhvət; 
5. Ləzzətli yeməklər və məstedici içkilər şəhvəti; 
6. Qiymətli və əlvan geyim şəhvəti; 
7. Günahkarlarla yaxınlıq şəhvəti. 
 
Bu  yeddi  şəhvət  istər-istəməz  insanda  yeddi  şeytani 
sifət doğurur:  
 
1. Təkəbbür; 
2. Riyakarlıq və lovğalıq; 
3. Həsəd; 
4. Hərislik və tamah; 
5. Xəsislik; 
6. Zülm; 
7. Qəzəb. 
 
Dünya  məhəbbəti  quyusuna  düşənlər,  şəhvət 
zülmətində  qərq  olanlar  ölüm  məqamında  qəflətən 
oyandıqları  zaman,  anlayırlar  ki,  düzəlişi  mümkün 
olmayan bir səhvə yol veriblər.  


 
229 
BƏDBƏXT ŞAHZADƏ 
Oğlunu  evləndirmək  istəyən  bir  padşah  onun  üçün 
əsilli-nəcabətli bir ailədən gözəl bir qız tapır. Toy günü 
varlı-kasıb  saraya  toplaşaraq  şənləməyə  başlayırlar. 
Padşah  da  ehsan  xəzinəsini  açıb  hamıya  hədiyyə 
paylayır.  
Ay  üzlü  gəlin  saraya  gətirildiyi  vaxt  məlum  olur  ki, 
şahzadə  yoxa  çıxıb.  Məclisdə  həddindən  artıq  şərab 
içən 
şahzadə 
məst 
olub, 
saraydan 
çıxmış, 
atəşpərəstlərin  yaşadığı  məhəlləyə  gəlmiş  idi.  Adətən, 
ölülərini bir daxmanın ortasında uzadıb onun ətrafında 
gecə  yarı  şam  yandıran  atəşpərəstlər  yenə  də  belə  bir 
mərasim qurmuşdular. Məclis dağıldıqdan sonra tənha 
meyyitin  uzadıldığı  otağı  bəy  otağı  zənn  edən  məst 
şahzadə ölünü qucaqlayıb səhərədək yatmışdı! 
Görün  dünya  məhəbbəti,  dünya  nemətlərinə  olan 
şəhvət insanı nə hala salır! Məhz bu şəhvət səbəbindən 
şahzadə  atəşpərəst  daxmasını  saraydan,  ölünü  isə  ay 
üzlü gəlindən fərqləndirə bilmir! 
 
Yetməzmi xəbərsiz qaldın özündən, 
Çəkindin əməlin, sözün düzündən. 
Bəsirət əhlinə arxa çevirdin, 
Uydu ehtirasa, həvəsə qəlbin. 
Qartal, zirvə quşu, deyilsə xəstə 
İlan kimi sürünməz torpaq üstə. 
Vurulma özünə inan bu məstlik 
Gətirəcək sənə ağır şikəstlik.  
Əgər unutmasa şikar özünü 
Ovçu tapa bilməz onun izini. 


 
230 
Minmə qəflət atın, cilovsuz atdır.  
Oyanmayan süvarini aldadır.  
Soruş yolu mənzilinə çatandan, 
Avaradır qəflətdə qalan insan. 
Eşit ki, nə demiş pirani kamil: 
Əsla bel bağlamaz dünyaya aqil. 
Sən də onun kimi burax dünyanı,  
Dünyanı sevərək ucalan hanı?! 
Vücuduna əqlini seç hökmran,  
Nəfsi seçsən olasısan peşiman. 
Bilirsənmi, qazanc nədir dünyadan? 
Bir yaxşı ad qalır köç edən zaman! 
 
Həzrət Peyğəmbər (s) buyurur: “Xoş o kəsin halına ki, 
hal-hazırda  mövcud  olan  şəhvəti,  görmədiyi  Behişti 
qazanmaq  üçün  tərk  edir.”
310
   “Behişt  bəndəlik  və 
ibadət  əziyyəti,  Cəhənnəm  odu  isə  şəhvətlərlə  əhatə 
olunmuşdur.”
311
  
Bir şəxs Həzrət Baqirə (ə) dedi: “İbadətim zəif, ruzim 
isə  azdır.  Amma  elə  bilirəm  ki,  yediyim  yalnız 
halaldır.” 
Həzrət  (ə)  buyurdu:  “Hansı  iş  qarını  və  şəhvəti 
haramdan qorumaqdan üstün ola bilər?!”
312
  
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Mənim  ümmətimi 
Cəhənnəm  oduna  daxil  edən  əsas  səbəblər  qarın  və 
cinsi şəhvətdir.”
313
  
                                                 
310
 “Əmaliye-Mufid”, 51. 
311
 “Biharul-ənvar”, 68-72. 
312
 “Biharul-ənvar”, 68-269. 
313
 “Biharul-ənvar”, 68-269. 


 
231 
QƏFLƏT 
Qəflət  insanın  bilməli  olduğu  şeylərdən  xəbərsiz 
qalmasıdır.  Allahdan  və  Qiyamətdən,  bəndəlik  və 
ibadətdən  qəflətdə  qalmanın  əsas  səbəbləri  maddiyyat 
məsələləri  ilə  çox  məşğul  olmaq,  qəlbi  dünya  fikirləri 
ilə doldurmaq, gecə-gündüz həvəs dalınca qaçmaqdır.  
Həzrət  Əli  (ə)  buyurur:  “Ən  ziyanlı  düşmən 
qəflətdir;”  “Vay  o  kəsin  halına  ki,  qəflət  ona  qalib 
gəlsin, 
nəticədə 
axirət 
səfərini 
unudub 
ona 
hazırlaşmasın;”  “Qəflətin  qalib  gəldiyi  kəsin  qəlbi 
ölər;” “Davamlı qəflət bəsirət gözünü kor edər.”
314
  
İmam  Həsən  (ə)  buyurur:  “Məscidi  tərk  edib 
fəsadçıya itaət etmək qəflətdir.”
315
  
 
  kunillahummə  biizzətikə  li  fil-əhvali  kulliha 
rəufən  ələyyə fi cəmiil umuri ətufən” 
(“Pərvərdigara!  Səni  izzətinə  and  verirəm,  mənə 
bütün hallarda rəuf və bütün işlərdə mehriban ol.”) 
 
Bəşəriyyət  nə  qədər  elm  və  bilik  qazansa  da  Allahın 
rəufluğu  və  mehribanlığını  şərh  etməkdə  acizdir.  Bu 
sifətləri ayə və rəvayətlərin köməyi ilə qismən anlamaq 
olar. Bu işdə ən asan yol isə bu sifətlərin təzahürlərinə 
nəzər salmaqdır.  
Həzrət  Peyğəmbər  (s)  buyurur:  -  “Allahdan  bir  neçə 
şey  istədim  və  dedim:  -  Pərvərdigara,  ümmətimin 
hesabını mənim özümə tapşır. Belə xitab olundu: - Sən 
                                                 
314
 “Ğürərul-hikəm”, 265-266. 
315
 “Biharul-ənvar”, 78-115. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə