Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə52/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

 
211 
Keçirməyib ona pis-pis vərdişi. 
Aldanma İblisin şirin vədinə  
Haqdan müjdələr var qalsan qeydinə. 
Bu dünyada durmaq yaraşmaz pirə  
Aldanıb dayanan dönər əsirə. 
Gör kimlər çağırır səni bəqadan,  
Şeytana uyası ağılsız insan. 
Arzular faydasız, əməl köməkçi,  
Saleh əməl yoxsa, arzular nəçi?! 
Çəkmə dünya qəmin, eşit sözümü 
Aldanmazsan Haqqa tutsan üzünü. 
Nə damaq qalası, nə damaqda dad,  
Hər kəs gözləyəsi əməldən imdad.  
Dəyişkən vücuddan gözləmə vəfa,  
Hər kim gözləmişsə qazanmış cəfa. 
Uyma qızılgülün təbəssümünə  
Qulaq ver bülbülün qəmli səsinə. 
Özümdən də vəfa görmədim inan,  
Ucaldan o oldu yıxılan zaman. 
 
İnsan  səadəti  üçün  çox  qorxulu  olan  uzun-uzadı 
arzulardan  qurtarmaq  üçün  Quran  və  Əhli-beyt  (ə) 
xəbərlərini mütaliə edib tarixi əhvalatlarla tanış olmaq, 
qəbiristanlığa  gedib  qəbirlərdə  yatanlar  haqqında 
düşünmək  çox  faydalıdır.  Bəli,  qəlb  arzular  ilğımına 
büründüyü  vaxt  insan  dünya  və  axirət  faydalarından, 
hətta elm və biliyin səmərələrindən belə məhrum olur.  
MARAQLI BİR HEKAYƏT 
Əttar Nişaburi belə rəvayət edir:  
Bir  gün  Həsən  Bəsri  səfər  zamanı  Dəclə  çayına  çatıb 
dayanır. Qəfildən tanınmış zahid Həbib Əcəmini görür. 


 
212 
Həbib  deyir:  “Nə  üçün  dayanmısan?”  Həsən  cavab 
verir  ki,  -  “Qayıq  gözləyirəm.”  Həbib  Əcəmi  deyir: 
“Ustad, mən səndən elm öyrənmişəm. Sən demisən ki, 
qəlbindən  həsədi  çıxarsan,  uzun-uzadı  arzulardan 
qurtarmaqla  dünya  sevgisindən  xilas  olsan,  ayağını 
qoyub suyun üstündən keçə bilərsən.” Həbib bu sözləri 
deyib  suyun  üstündən  keçir.  Həsən  bu  səhnənin 
təsirindən  huşunu  itirir.  Özünə  gəldikdən  sonra 
soruşurlar  ki,  -  “Sənə  nə  oldu?”  Deyir:  “O,  elmi 
məndən  öyrənib.  İndicə  məni  danlayıb,  özü  suyun 
üstündən  keçdi.  Əgər  Qiyamət  günü  Siratdan  keçmək 
əmr  olunduğunda  bu  sayaq  dala  qalsam,  halım  necə 
olacaq?”  Sonra  Həbibdən  soruşdu  ki,  -  “Bu  məqama 
necə  çatdın?”  Həbib  dedi:  “Ustad,  mən  qəlbimi 
ağardıram,  sən  kağız  qaralayırsan.”  Həsən  təəssüflə 
pıçıldadı:  “Elmimdən  başqası  faydalandı,  mən  isə  bir 
xeyir götürə bilmədim.” 
 
 xədəətnid-dünya biğururiha” 
(“Dünya öz hiylələri ilə məni aldatdı.”) 
 
Dünyanın xeyir və zərərləri, hiylə və yalanları insanın 
nəfs 
halına 
və 
təfəkkür 
tərzinə 
uyğun 
qiymətləndirilməlidir.  Nəfs  istəklərinə  məğlub  olan 
insan  dünyanın  bər-bəzəklərinə  aldanaraq  yalnız 
gördüklərini  həqiqət  hesab  edir.  O,  yalnız  ölüm 
məqamında  maddi  nemətlərdən  ayrılarkən  anlayır  ki, 
həqiqət  hesab  etdiyi  şeylər  yalanmış  və  bütün 
zəhmətləri bada getmişdir.  


 
213 
Fironlar  və  qarunlar  doğulduqları  vaxt  heç  də  bizim 
tanıdığımız  kimi  çirkin  doğulmurlar.  Yalnız  sonradan 
nəfs  istəkləri  onların  düşüncəsini  yanlışlığa  yönəldir. 
Amma nəfsani  çirkinliklərdən  təmiz olan, təfəkkürünü 
mənasız düşüncələrdən qoruyan, gözəl əxlaqa üstünlük 
verən  insanlar  ilahi  mərifətdən  faydalanır,  dünyanı 
əbədi  səadətə  çatmaq  üçün  vasitə  bilir  və  saleh  əməl 
dalınca gedirlər.  
İlahi  peyğəmbərlər  və  məsum  imamlar  dünya  bər-
bəzəyinə  aldanmayan  insanlardır.  Bütün  incəlikləri 
bəsirət  gözü  ilə  müşahidə  edən  hal  əhli  xalqı  qəflət 
yuxusundan oyatmaq üçün çoxlu nəsihətlər etmişlər ki, 
bu barədə düşünməyə dəyər.  
Həzrət  Əli  (ə)  buyurur:  “Həzrət  Zəhraya  (ə)  məxsus 
Fədək  bağlarında  işlədiyim  vaxt  Qureyş  tayfasından 
olan  gözəl  bir  qadın  mənə  yaxınlaşıb  dedi:  “Əgər 
mənimlə evlənmək istəsən, sənə gəlməyə razıyam. Sənə 
ehtiyaclarını aradan qaldırmaqda köməkçi olar, yerdəki 
xəzinələrin yolunu göstərər və səni dünyada sultanlığa 
çatdıraram.” Soruşdum: “Kimsən ki, səninlə evlənim?” 
Dedi:  “Dünya.”  Dedim,  get  özünə  başqa  bir  ər  axtar, 
çünki dünyaya üç dəfə talaq vermişəm və geriyə də yol 
yoxdur.”
297
  
Dünyanın  hiylələrinə  aldanan  insan  alnına  əbədi 
həlakət damğası basmış, dünya və axirət faydalarından 
məhrum  olmuşdur.  Dünyaya  rəğbət  göstərməyən  isə 
Allahın razılığı kimi bir xəzinəyə yol tapmışdır. 
İmam  Sadiq  (ə)  buyurur:  “Allah-Taala  dünyadan 
çəkinib,  ona  rəğbət  göstərməyən  kəsin  qəlbinə  hikmət 
                                                 
297
 “Biharul-ənvar”, 70-84. 


 
214 
vermiş,  dilini  açmış,  dünyanın  eyibləri,  ondakı 
xəstəliklər  və  şəfasını  görmək  üçün  qəlb  gözünə  işıq 
vermişdir  və  onu  dünyadan  sağ-salamat  və  nöqsansız 
əmin-amanlığa  doğru  aparacaqdır.”
298
 İmam  Kazım  (ə) 
buyurdu: 
Loğman öz oğluna belə dedi: “Ey övladım! Doğrudan 
da  dünya  dərin  bir  dəryadır.  Çox  aləmlər  onda  qərq 
olmuşdur.  Bu  dəryada  öz  gəmini  ilahi  təqva,  bu 
gəminin yükünü iman, yelkənini təvəkkül, sürücüsünü 
əql, yol göstərənini elm və mərifət, ləngərini (lövbərini) 
səbir qərar verəsən.”
299
  
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Dünyada  bir  qərib, 
bir yoldan ötən kimi ol və özünü qəbir əhli hesab et.”
300
 
İmam Sadiq (ə) İbn Cündəbə deyir: “Əgər axirət evində 
Allaha  yaxın  və  Firdövsə  sakin  olmaq  istəyirsənsə 
dünyanı yüngül saymalısan.”
301
  
Ayə  və  rəvayətlərdən  məlum  olur  ki,  dünya  saleh 
əməl  və  axirət  üçün  istifadə  olunarsa  xeyirlidir. 
Dünyanın  necəliyi  insanın  əqidəsindən  asılıdır.  Əgər 
insan  dünyada  iman,  əxlaq,  saleh  əməl  qazanırsa,  bu 
dünya,  heç  şübhəsiz  ki,  faydalıdır.  Günah  qazanılan 
dünya  isə  insanın  zərərinədir.  Dünya  ilə  əlaqədə 
olmadan  onun  haqqında  söz  demək  olmaz.  Dünyanın 
necəliyi  insanın  dünya  ilə  əlaqəsinin  keyfiyyətindən 
bəlli  olur.  İnsanı  doğru  yoldan  uzaqlaşdıran  dünya 
                                                 
298
 “Vəsailuş-şiə”, 16-10. 
299
 “Kafi”, 1-15. 
300
 “Biharul-ənvar”, 70-99. 
301
 “Tuhəful-uqul”, 303. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə