Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə60/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

 
244 
bər-bəzəyinə  maraq  oyatmaqla  diqqəti  əsil  məqsəddən 
yayındırır.  
 
Ey həvəsə uyan dost! 
Gəl, özünə etmə qəsd. 
Bülbülsən, məşuqun var,  
Bu qəfəs deyilmi dar?! 
Tikanda ağrı, üsyan,  
Çiçəkdir ətir saçan.  
Şir tamah salmaz leşə’  
Qul olma hər vərdişə. 
Dövlət gəzmə kənarda, 
Korda deyilsə karda. 
Bağlısa dua əlin,  
Faydasızdır əməlin. 
Rəhm etməsən özünə  
Vurasısan dizinə. 
Özünə zülm edənin  
Axı kim çəkər qəmin?! 
 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Sənin  ən  qatı 
düşmənin iki sinən arasındakı maddi nəfsdir.”
319
  
Bəli,  əmmarə  nəfs,  ayə  və  rəvayətlərdə  “həva” 
adlandırılan  şey  insanın  ən  qatı  düşmənidir  və  onu 
əbədi səadətdən uzaqlaşdıraraq çirkin işlərə sövq edir.  
Bir şəxs İmam Rizadan (ə) soruşur ki, dünya və axirət 
xeyrinin  bir  yerə  toplandığı  həqiqət  nədir?  İmam  (ə) 
buyurur: “Nəfsinə müxalif ol.”
320
  
                                                 
319
 “Biharul-ənvar”, 67-64. 
320
 “Səfinətül-bihar”, 8-298. 


 
245 
Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün cihad nəfsi 
ilə  vuruşanın  cihadıdır.”
321
   “Ey  Əli!  Sübh  oyanarkən 
kimsəyə  zülm  etmək  fikrində  olmayan  kəs  ən  böyük 
cihad sahibidir.”
322
  
Özünü  əmmarə  nəfsə  təslim  edən  insan  onun 
vəsvəsələrinə  aldanır  və  beləliklə  Allah  və  Qiyamət, 
vəzifə  və  ölüm  unudulur,  insana  kamala  yetmək  üçün 
verilmiş azadlıq günah və xətalara sərf olunur. 
 
Fələkəl huccətu ələyyə fi cəmii zalikə  la huccətə li 
fi ma cəra ələyyə fihi qəzaukə  əlzəməni hukmukə  
bəlaukə” 
(“Sənin  üçün  mənə  qarşı  bütün  işlərdə  dəlillər 
tamamlanıb.  Mənim  üçün  nəfs  həvəslərinin  təhriki  ilə 
həyata keçən və Sənin hökmünün vadar etdiyi şeylərdə 
heç bir üzr yoxdur.”) 
DƏLİLLƏR 
Batdığı  günahlar,  yol  verdiyi  xətalara  görə  insanın 
Allah  qarşısında  heç  bir  üzrü  yoxdur.  Əgər  desə  ki, 
qüvvəm  çatmayıb,  yalan  deyir.  Bəhanə  gətirsə  ki, 
nadan  olmuşam,  yenə  də  yalan  deyir.  124  min 
peyğəmbərin,  beş  ilahi  kitabın,  milyonlarla  din 
təbliğatçısının,  minarələrdən  ucalan  azan  səslərinin 
xəbərdarlığı  nadanlığı  bəhanə  gətirənlərin  ziddinə 
dəlildir.  
                                                 
321
 “Vəsailüş-şiə”, 15-163. 
322
 “Vəsailüş-şiə”, 15-162. 


 
246 
Əgər  insan  ağıldan  zəif  olduğunu  səbəb  göstərsə 
dünya  işlərində  göstərdiyi  fərasət  bu  bəhanəni  də 
yalana çıxarar.  
Yuxarıda  sadalananlar  axirət  günü  insanın  ziddinə 
gətiriləcək  dəlillərin  cüzi  bir  hissəsidir.  Demək,  bütün 
bəhanə qapıları bağlanmışdır. İmam Sadiq (ə) buyurur: 
“Qiyamət günü gözəlliyi ucbatından fəsada düşmüş bir 
qadın  gətirilər.  O  deyər  ki,  mənə  verdiyin  gözəllik 
səbəbindən  günaha  düçar  oldum.  Onun  gətirdiyi 
bəhanəyə  qarşı  Həzrət  Məryəmi  (ə)  misal  gətirib 
deyərlər:  “Sən  gözəlsən,  yoxsa  bu  böyük  qadın?!  Biz 
onu  daha  gözəl  yaratdıq,  amma  o  özünü  qorudu  və 
fəsada  düşmədi.”  Sonra  gözəlliyinə  görə  günaha 
düşmüş  bir  kişi  gətirilər.  O  da  düşdüyü  günahlarda 
gözəlliyini  təqsirləndirər.  Onun  dəlilini  puça  çıxarmaq 
üçün  Həzrət  Yusifi  (ə)  gətirər  və  deyərlər:  “Sən 
gözəlsən,  yoxsa  bu  böyük  insan?!  Biz  onu  daha  gözəl 
yaratdıq,  amma  o  özünü  günahdan  qorudu.”  Sonra 
bəladan  qurtarmaq  üçün  günaha  düşmüş  bir  şəxs 
gətirilər.  Bu  şəxs  düşdüyü  bəlanı  üzr  gətirəndə  ona 
Həzrət  Əyyubu  göstərib  deyərlər:  “Sənin  bəlan  böyük 
idi,  yoxsa  bu  böyük  insanın  bəlası?  O  daha  böyük 
bəlalara düşdü, amma fəsaddan qorundu.”
323
  
 
Candan keç, canan axtar,  
Cananda başqa can var. 
Gör hara çatdı Səlman,  
Saf ürəklə gəz İslam. 
Ötmə’ yaxşı sal nəzər, 
                                                 
323
 “Kafi”, 8-228. 


 
247 
Bəzən gizli olur şər.  
Burax dünya dərdini, 
Əyəsidir qəddini. 
Düş o şeyin ardına, 
Gorda çatsın dadına. 
Vüsal gəzirsənsə sən, 
Sel axmalı gözündən. 
Çox şirin sonda acı,  
Hamı əməl möhtacı. 
Xızır tək tər axıtsan, 
Şad olarsan bir zaman. 
Bu sözdə tapsan şəfa, 
Bizlərə də et dua.  
 
  qəd  ətəytukə  ya  İlahi,  bədə  təqsiri    israfi  əla 
nəfsi  mutəzirən  nadimən,  munkəsirən,  mustəqilən
mustəğfirən,  munibən,  muqirrən,  muzinən,  mutərifən 
la  əcidu  məfərrən  mimma  kanə  minni,    la  məfzəən 
ətəvəccəhu  iləyhi  fi  əmri  ğəyrə  qəbulikə  uzri,   
idxalikə iyyayə fi səətin min rəhmətikə.” 
(“İndi,  ey  Məbud,  lütf  və  mərhəmət  dolu  hüzuruna 
gəlmişəm.  Amma  təqsirə  yol  verib  nəfs  istəklərində 
həddi  aşdıqdan  sonra!  Üzrxah,  peşman,  qəlbisınıq, 
bağışlanma  diləyən,  Sənə  tərəf  qayıdan,  günahlarını 
etiraf  edən,  qaçmağa  yer  tapmayan  halda  ki,  Sən,  ey 
mehriban Allah,  üzrlərimi qəbul edəsən və məni geniş 
rəhmətinə çatdırasan!” 
AŞİQANƏ RAZ-NİYAZ 
Duanın  bu  hissəsində  Həzrət  Əli  (ə)  rəhmətə  səbəb 
olacaq  bütün  incəliklərə  işarə  edir:  ibadətdə  süstlüyün 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə