Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə63/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

 
256 
peyğəmbərlərin  dili  ilə  yaxşını,  pisi  tanıtdırıb.  Bütün 
dəlillər  tamamlanıb,  üzr  üçün  yer  qalmayıb,  itaətsizlik 
müqabilində  əzab  vəd  edilib.  Qalan  ömrünüzü  itaət 
edin, dözüm göstərin.”
326
  
Tövhid 
etiqadını 
Qurandan, 
peyğəmbərlərdən, 
imamlardan  və  övliyalardan  əxz  edib  Allah  əmrlərinə 
itaət  edən,  günahdan  çəkinən,  batil  məbudları  inkar 
edən  şəxs  müvəhhiddir  və  Qiyamət  günü  nicat 
tapasıdır.  
Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı  ibadət “La 
ilahə  illəllah”  deməkdir.”
327
   “Allaha  şərik  qərar 
vermədən ölən kəs Behiştə daxil olar.”
328
  
İmam Baqir (ə) buyurur: “Ən böyük mükafat “la ilahə 
illəllah”  şəhadətinə  məxsusdur.  Çünki  Allah-Taala  ilə 
bərabər  bir  şey  yoxdur  və  heç  kim  Onunla  şərik 
deyildir.”
329
  
İmam  Sadiq  (ə)  buyurur:  “Şübhəsiz  ki,  Allah-Taala 
müvəhhidlərin  cismini  oda  haram  etmişdir.”  “Behiştin 
dəyəri “la ilahə illəllah” deməkdir.”
330
  
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “La  ilahə  illəllah” 
kəlməsi  Allah  yanında  ən  böyük  və  dəyərli  kəlmədir. 
Bu  kəlmələri  ixlasla  deyən  şəxs  Behiştə  gedər.  Kim  bu 
sözləri  yalandan  desə  dünyada  var-dövləti  qorunar, 
amma  axirətdə  oda  düşər.”  “And  olsun  məni  həqiqət 
                                                 
326
 “Nəhcül-Bəlağə”. 
327
 “Kafi”, 2-506. 
328
 “Tövhide-Səduq”, 19. 
329
 “Tövhide-Səduq”, 19. 
330
 “Tövhide-Səduq”, 20. 


 
257 
müjdəçisi  göndərənə  heç  bir  müvəhhidə  əsla  atəşlə 
əzab verilməz.”
331
  
Ey mehriban Allah, ey tövhid əhlinin aşiqi! İnanmırıq 
ki,  xalis  qəlblə  tovhidini  təsdiq  etdikdən  sonra, 
qarşında  təvazökarlıq  göstərdiyimiz  halda  bizə  əzab 
edəsən! 
 
Heyhatə,  Əntə  əkrəmu  min  ən  tuzəyyiə  mən 
rəbbəytəhu,  əv  tubə’idə  mən  ədnəytəhu,  əv  tuşərridə 
mən avəytəhu, əv tusəllimə iləl-bəlai mən kəfəytəhu  
rəhimtəhu” 
(“Heyhat,  inanmıram  ki,  məni  Cəhənnəm  oduna 
düçar edəsən. Çünki bu iş Səndən çox-çox uzaqdır. Sən 
bundan daha böyüksən ki, yaratdığını sıxıntıya salasan, 
yaxınlaşdırıb 
bu 
yaxınlıqdan 
faydalandırdığını 
uzaqlaşdırasan,  sığınacaq  verdiyini  qovasan,  təmin 
edib rəhm buyurduğunu bəlaya salasan.” 
RÜBUBİYYƏT CİLVƏSİ 
Allah-Taala  insanı  doğulduğu  gündən  dünyasını 
dəyişdiyi  günədək  iki  istiqamətdə  tərbiyələndirir: 
maddi və mənəvi.  
Maddi  tərbiyə  insanın  ixtiyarına  verilmiş  saysız-
hesabsız 
nemətlərdən 
istifadə 
qaydalarını 
müəyyənləşdirir.  “Yunus”  surəsinin  31-ci  ayəsində 
buyurulur: “De  ki,  sizə  göydən və  yerdən  ruzi  verən, 
qulaqlara  və  gözlərə  sahib  olan,  ölüdən  diri  və 
diridən  ölü  çıxaran,  işləri  sahmana  salan  kimdir? 
                                                 
331
 “Tövhide-Səduq”, 23, 29. 


 
258 
Deyəcəklər  ki,  Allahdır.  De  ki,  bəs  Allahdan 
qorxmursunuz?” 
İnsan  öz  orqanizminin  bir  üzvünün  funksiyalarını 
dərk etməkdə acizdir. Məsələn, göz əsasən altı hissədən 
ibarətdir:  göz  kasası,  göz  kürəsi,  xarici  əzələlər,  göz 
qapaqları,  qapaq  daxili,  göz  yaşı  qurğusu.  Göz  kürəsi 
göz  kasasının  yalnız  1/5  hissəsini  doldurur.  Gözün 
hərəkətinə  beyin  kürələri  nəzarət  edir.  Qapaqlar  və 
kirpiklər  gözü  xarici  təsirlərdən  qoruyur.  Burunla 
əlaqəli  olan  göz  yaşı  qurğusu  gözü  şəffaf  və  təmiz 
saxlayır.  Göz  kürəsi  gözün  xarakterik  xüsusiyyətlərini, 
eləcə də rəngini təyin edən üç hissədən ibarətdir.  
İnsan  orqanizmində  təqribən  15  milyard  sinir 
hüceyrəsi  iştirak  edir.  Bu  mexanizmin  ən  primitiv 
nümunəsini yaratmaq üçün yüksək ixtisaslı elektronika 
mütəxəssisinə qırx min il vaxt lazımdır! İnsanı nütfədən, 
nütfəni torpaqdan yaradan Xaliq yenidən insanda nütfə 
vücuda  gətirir.  Toyuqdan  yumurta,  yumurtadan  isə 
toyuq  yaranır.  Bu  mürəkkəb  proseslərə  yalnız  Allahın 
qadir  olduğunu  bilən  insan  hansı  məntiqlə  Ona  şərik 
axtarır?! 
İnsan  əql,  fitrət,  vicdan,  nübuvvət,  imamət,  ilahi 
kitablar kimi mənəvi tərbiyə vasitələri ilə həqiqi azadlıq 
qazanır.  Bu  azadlıq  sayəsində  Allahın  razılığına 
müvəffəq olur.  
Həzrət Əli (ə) duanın bu hissəsində ərz edir ki, maddi 
və  mənəvi  nemətlər  vasitəsi  ilə  Allahın  rübubiyyətini 
qəbul  etmiş  bəndənin  Allah  dərgahından  qovulması 
çox  uzaq  bir  fikirdir.  Allah-Taala  buyurur:  “Məni 
çağırdınız - cavab verdim. Məndən istədiniz əta etdim. 


 
259 
Müxalifət  göstərdiniz  -  möhlət  verdim.  Məni  tərk 
etdiniz - sizi qorudum. Günah etdiniz - üstünü örtdüm. 
Mənə  arxa  çevirsəniz  -  geri  dönməyinizi  gözlər  və 
Mənə 
tərəf 
qayıtsanız, 
qəbul 
edərəm. 
Mən 
bağışlayanların 
bağışlayanı, 
kərimlərin 
kərimi, 
mehribanların mehribanıyam.”
332
  
MUSA VƏ QARUN 
Əllamə  Məclisi,  Əli  ibn  İbrahim  Qummidən  belə 
rəvayət edir:  
Qarun  Musanı  və  onun  peyğəmbərliyini  inkar  edib, 
zəkat  verməkdən  boyun  qaçırdıqdan  sonra  Musa 
Allaha  şikayət  etdi.  Allah-Taala  buyurdu:  “Göyləri  və 
yeri sənin itaətinə qoydum, nə istəyirsən əmr et.” 
Musa  Qarunun  qəsrinə  üz  tutdu.  Qarun  köməkçilərə 
göstəriş  vermişdi  ki,  Musaya  qapı  açmasınlar.  Musa 
qapıları  bir  işarə  ilə  açdığı  zaman  Qarun  anladı  ki, 
Musa  Allahın  əzabı  ilə  gəlib.  Qarun  dedi:  “Ya  Musa, 
aramızdakı  yaxınlığa  görə  mənə  rəhm  et.”  Musa 
torpağa  Qarunu  udmaq  əmri  verdi.  Torpağa  batan 
Qarun  Musaya  yalvararaq,  tövbə  edirdi.  Amma 
Qarunun hərəkətləri Musanı çox incitmişdi.  
Qarun  həlak  olduqdan  sonra  Allah-Taala  Musaya 
buyurdu: “Ey Musa, onlar sənə çox yalvardılar,  amma 
sən onlara rəhm etmədin. And olsun izzət və cəlalıma, 
əgər Məni çağırsaydılar, onlara rəhm edərdim!” 
 
Nida oldu: Musa, yetmişcə dəfə  
Qarun əlin açdı sənin tərəfə. 
                                                 
332
 “Təfsire “Kəşful-əsrar”, 3-374. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə