Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə62/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

 
252 
bir  aqibətə  düçar  olurlar  ki,  kimsə  onun  fəryadına 
yetişə bilmir! 
HARUNUN ÖLÜMÜ 
Məşhur  xəlifə  Harun  ər-Rəşid  Xorasanda  ağır 
xəstəliklə  yatdığı  vaxt  öz  sidik  nümunəsini  digər  sidik 
nümunəsi  ilə  birlikdə  ustad  bir  həkimə  göndərir. 
Həkim  Harun  ər-Rəşidin  sidiyi  olan  qabı  ayırıb  deyir: 
“Bu qabın sahibinə deyin ki, vəsiyyətini etsin.” 
Xəlifəyə  xəbər  verirlər  ki,  şəhərdə  ölümün  haqqında 
şayiələr  yayılıb.  Bu  şayiəni  aradan  qaldırmaq  üçün 
xəlifə şəhərə çıxmaq qərarına gəlir. Əmr edir ki,  minik 
gətirsinlər.  Xəlifə  ata  minmək  istəyərkən  atın  qıçı 
qatlanır. Xəlifə deyir: “Şayiə yayanlar düz deyib. Mənə 
kəfən  hazırlayın  və  yatağımın  yanında  qəbir  qazın.” 
Xəlifənin  göstərişi  yerinə  yetirilir.  O,  qəbrə  baxıb  bu 
ayəni  oxuyur:  “Var-dövlətim  mənə  heç  bir  fayda 
vermədi; səltənətim də məhv olub getdi.”
324
  
Ey mənim Allahım! Qiyamət zəncirləri, buxovları çox 
ağrıdır!  Cismimin  zəifliyinə  dərimin  yuxalığına  rəhm 
et.  Bu  günkü  günah  zəncirlərindən  xilas  etməsən,  bu 
zəncirlər  Qiyamət  günü  od  zəncirlərə  çevriləsidir.  Zəif 
cismimlə  əbədi  olaraq  bu  zəncirlərdə  qalmaq  necə  də 
ağırdır! 
DƏQİQ HESAB 
Əzizlər,  şeyx  Bəhainin  rəvayət  etdiyi  Tövbə  adlı  kişi 
kimi hər gün nəfsimizi hesaba çəkməyimiz zəruridir. O, 
altmış  yaşında  ikən  21500  gün  yaşadığını  hesablayıb, 
                                                 
324
 “Haqqə”, 28-29. 


 
253 
nalə  çəkdi:  “Vay  olsun  mənə!  Əgər  gündə  bir  günah 
etmiş  olsam,  21500  günaha  batmışam.  Bu  qədər 
günahla Allahın görüşünə gedə bilərəmmi?!” Bu sözləri 
deyib huşunu itirdi və dünyasını dəyişdi! 
Pərvərdigara,  hər  nəyəmsə  Sənin  bəndənəm,  Sənin 
iradənə  tabeyəm  və  qaçmağa  bir  yerim  yoxdur.  Ya 
Rəbb,  məni  yada  salıb  yoxluqdan  var  etdin, 
tərbiyələndirib ruzi verdin. İndi də Səndən istəyirəm ki, 
əvvəlki  ehsanlarının  davamı  olaraq  dünya  və  axirət 
əzabından məni qurtarasan! 
 
Bu eşqdən hər könül məstanə olmuş,  
Dağlara daşlara yolunu salmış. 
Vəsl olmuş ruhumuz alır güc ondan,  
Ömür tükənər eşq tükənən zaman.  
Rəhmət dünyasında gəlmişik cana,  
Varmı ondan başqa yanan insana.  
Hər zərrə dolanır nəvazişindən, 
Yaxşı bizləri də qurtardı qəmdən.  
Lütfüylə çəkilib qayıdır nəfəs,  
Bir Odur bu ruhda saxlayır həvəs. 
Kainat qurulub bu mərhəmətdən, 
Eşq yağışı yağır altı cəhətdən. 
Vüsalı arzular fərağın duyan,  
Bilməz bu dünyanın eyşinə uyan. 
Əlbət hicranın da şirinliyi var, 
Çünki qışdan sonra gələsi bahar. 
 
Ya  İlahi    Səyyidi    Rəbbi,  əturakə  muəzzibi 
binarikə  bədə  tovhidikə    bədə  məntəva  ələyhi  qəlbi 


 
254 
min  mərifətikə  və  ləhicə  bihi  lisani  min  zikrikə 
vətəqədəhu  zəmiri  min  hubbikə    bədə  sidqitirafi   
duai xaziən lirububiyyətikə.” 
(“Ey  Məbud,  ey  Ağam,  ey  Rəbbim!  Səni  belə 
görməyim mümkündürmü ki, Sənin yeganəliyini etiraf 
edəndən,  qəlbim  mərifət  nuru  ilə  işıqlandıqdan,  dilim 
Sənin  zikrinlə  danışandan,  batinim  eşqinin  bəndinə 
düşdükdən, 
tövhidinə 
sədaqətlə 
etirafından, 
hüzurunda  müt’i  dualarımdan  sonra  mənə  odda  əzab 
verəsən?!” 
 
Xeyr, and olsun müqəddəs zatına, heç bir peyğəmbər, 
imam,  övliya,  arif,  aşiq,  abid,  zahid,  tövbəkar  belə 
deməyib  və  belə  də  deyil.  Həqiqət  budur  ki,  öz 
bəndənə  Qiyamət  günü  lütfünlə  nəvaziş  göstərəcək, 
mərhəmət  göstərib  nöqsanlarını  bağışlayacaq  və 
Behiştdə aşiqlərlə birgə yer verəcəksən. 
TÖVHİD 
Ayə  və  rəvayətlərdən  kömək  alaraq,  hikmət  əhlinin 
söhbətlərini  dinləyərək,  varlıq  aləmindəki  nizamı 
mütaliə  edərək  Səni  bir  olaraq  tanıyan  kəs  bütün  batil 
məbudlardan  üz  döndərir,  qəlb  dili  və  vücudunun 
bütün zərrələri ilə “la ilahə illəllah” deyir. Bütün böyük 
peyğəmbərlər belə bir tövhidə əsaslanmış və hamını bu 
əsasa  dəvət  etmişlər.  Bütün  insanlar  bir  Allaha  olan 
etiqada çağırılmışdır.  
Tövhidin  etiqadi  mənası  düşüncələrin  şirkdən 
təmizlənməsində çox əhəmiyyətlidir. Allaha şərik qərar 
verənlər,  bütpərəstlər,  istənilən  şəkildə  Allahın 


 
255 
sifətlərini  təhrif  edənlər  tovhiddən  kənardır.  İnhirafa 
düçar olanların ən cahili əsrimizdəki vəhhabilərdir.  
Peyğəmbər  daim  cəmiyyəti  şirk  çirkinliyindən 
təmizləməyə 
çalışmışlar. 
“Saffat”surəsinin 
35-ci 
ayəsində  oxuyuruq:  “Onlara  “Allahdan  başqa  heç  bir 
tanrı 
yoxdur” 
deyildiyi 
zaman 
təkəbbür 
göstərirdilər.”  Çünki  bu  kəlmələr  fironların,  zalım 
hakimlərin  xalqı  qul  etmək  məqsədinə  mane  olurdu. 
Tövhid  kəlmələrini  deyən  insan  özünü  yalnız  Allaha 
qul  hesab  etməliydi.  Belə  bir  əqidə  isə  heç  zaman 
istismarçılara sərf etməmişdir.  
Haqqın  yeganəliyinə  etiqad,  Onun  oxşarsız  olması, 
şəriksizliyi,  zatının  sifətləri  ilə  eyniliyi,  varlıq  aləminə 
hakim  olması,  bir  sözlə  Quranın  tanıtdırdığı  Allaha 
etiqad  əsil  tovhiddir.  “La  ilahə  illəllah”,  yəni  tövhid 
kəlmələrini  dili  ilə  deyib,  əməli  ilə  təsdiq  edən  şəxs 
həqiqi mömin və gerçək müvəhhiddir.  
Həzrət  Əli  (ə)  buyurur:  “Dinin  başlanğıcı  Onu 
tanımaqdır. Kamil tanıma Ona inam, inamın sonu Onu 
yeganə bilmək, yeganə bilməyin əsası hüzurunda xalis 
olmaq,  ixlasın  ən  uca  həddi  Onu  pak  bilməkdir...”
325
 
Başqa  bir  xütbədə  oxuyuruq:  “Ey  xalq!..  Allah  sizi 
məqsədsiz  yaratmadı,  özbaşına  buraxmadı,  nadan 
saxlamadı,  əməlləri  xeyir  və  şər  olaraq  tanıtdırdı.  O, 
sizin  əməllərinizdən  xəbərdardır,  dünyada  qalacağınız 
müddəti  müəyyən  etmiş,  həqiqətləri  tanıtdıran  Kitab 
nazil  etmiş,  hidayətiniz  üçün  Peyğəmbərə  (s) 
göndərmiş, 
dinini 
onun 
və 
sizin 
üçün 
kamilləşdirmişdir.  O,  bu  dini  özü  üçün  bəyənib, 
                                                 
325
 “Nəhcül-Bəlağə”. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə