Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə59/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

 
240 
etiraz edərək deyir ki, ailən çətinlik içində yaşadığı vaxt 
ziyarətə getməyi necə rəva bilirsən? Övladlar da ananın 
dediklərini  təsdiq  edirlər.  Amma  Hatəmin  kiçik  qızı 
belə deyir: “Bizə ruzi verən Allahdır, atam isə vasitədir. 
Əgər  atam  ziyarətə  getsə  Allah  bizə  başqa  vasitə  ilə 
ruzi  yetirər.”  Qızcığazın  sözləri  bütün  ailə  üzvlərinə 
təsir edir və onlar Hatəmə icazə verirlər.  
Beləcə  Hatəm  Həcc  karvanına  qoşulub  ziyarətə  yola 
düşür.  Bu  ziyarətin  səbəbkarı  olan  qızcığazı  qonşular 
və yaxınlar çox danlayırlar. Onların fikrincə bu ziyarət 
səbəbindən ailə böyük çətinliklərə düçar olasıydı. 
Hatəmin qızı çox qəmgin olur. Qəm içində üzüldüyü 
vaxt  belə  dua  edir:  “Pərvərdigara!  Bunlar  Sənin 
ehsanına  adət  ediblər,  daim  nemət  süfrəndən 
bəhrələniblər. Məni onların yanında xəcil etmə.” 
Bir gün Hatəmin evinin yanından keçən şəhər hakimi 
onun  evinə  adam  göndərib  su  istəyir.  Hatəmin  xanımı 
öz-özünə  deyir:  Biz  dünən  gecə  ac  yatmışıq,  bu  gün 
şəhər  hakimi  bizə  möhtac  olub  su  istəyir.”  Hakim 
yoldaşlarından soruşur ki, bu ev kimindir? Deyirlər ki, 
Hatəm Əsəmin. Hakim kəmərindəki pul kisəsini çıxarıb 
Hatəmin həyətinə atır və deyir: “Məni istəyənlər də pul 
kisələrini atsınlar.” Hamı pul kisəsini çıxarıb həyətə atır.  
Bu  hadisəni  müşahidə  edən  qızcığaz  ağlamağa 
başlayır... 
Karvanda  Hatəmdən  kasıbı  yox  idi.  Onun  nə  atı,  nə 
də azuqəsi var idi. Karvanda onu tanıyanlar onun səfər 
ehtiyaclarını  ödəyirlər.  Bir  gecə  Həcc  əmiri  ağır 
xəstələnir.  Karvanın  həkimi  onun  müalicəsində  aciz 
qalır.  Əmir  deyir:  “Karvanda  elə  bir  hal  əhli  varmı  ki, 


 
241 
mənə dua etsin? Bəlkə dua mənə kömək edə!” Deyirlər 
ki,  Hatəm  Əsəm  karvandadır.  Əmir  xidmətçiləri 
göndərib  Hatəmi  yanına  çağırır.  Hatəm  çadıra  daxil 
olub salam verir. Əmirin yanında əyləşib, ona dua edir. 
Dua qəbul olunur və əmir sağalır.  
Bu  hadisədən  sonra  əmir  göstəriş  verir  ki,  Hatəmə 
minik  versinlər  və  onun  Həcc  səfərinin  xərcini 
ödəsinlər.  Hatəm  əmirə  təşəkkür  edib  həmin  gecə 
mehriban  Allahı  ilə  xüsusi  raz-niyaz  edir.  Gecə  yatıb 
yuxuda gördü ki, ona deyirlər: “Ey Hatəm! Bizə etimad 
göstərən  şəxsin  halına  lütfümüzü  şamil  edərik.  Ailə-
övladından  ötəri  narahat  olma.  Onların  ehtiyacını 
ödəmişik.” Yuxudan oyanan Hatəm Allaha həmd-səna 
oxuyur. 
Həcdən  qayıdarkən  övladları  Hatəmin  pişvazına 
çıxırlar.  Hatəm  körpə  qızını  qucağına  alıb  öpür  və 
deyir:  “Nə  çoxdur  batinində  böyüklük  olan  zahirən 
kiçiklər.  Allah  yaşın  çoxluğuna  yox,  mərifətin 
çoxluğuna nəzər salır. Allaha mərifətli və etimadlı olun. 
Çünki Ona təvəkkül edən himayəsiz qalmaz.”
318
  
KƏRAMƏTLİ NƏZƏR 
Böyük arif Seyyid Cəfər Müzarei belə nəql edir:  
Nəcəfin  əzəmətli  hövzəsinin  bir  tələbəsi  çox  çətin 
vəziyyətdə yaşayırdı. Bir gün bu sıxıntıların təsirindən 
Həzrət Əlinin (ə) ziyarətinə gəlib Həzrətə (ə) müraciətlə 
deyir:  “Ey  mənim  Mövlam,  mənim  maddi  vəziyyətim 
bu qədər ağır olduğu halda nə üçün sən öz hərəmindən 
bu qədər qiymətli çil-çıraqlar asmısan?!” 
                                                 
318
 “Ənisül-ləyl”, 292. 


 
242 
Bu  tələbə  gecə  yuxuda  Həzrət  Əlini  (ə)  görür  və 
Həzrət  ona  belə  buyurur:  “Əgər  Nəcəfdə  mənim 
yanımda 
qalmaq 
istəyirsənsə 
qatıq-çörəklə 
razılaşmalısan. Əgər yüksək maddi təminat istəyirsənsə 
Hindistanın  Heydərabad  şəhərinə  gedib  filankəsə 
müraciət  etməlisən.  Onunla  görüşərkən  bu  misranı 
oxuyarsan: “Göydə günəş kimi nur saçıb gəzər.” 
Tələbə kitablarını və başqa olanlarını satıb Hindistana 
yola  düşür.  Heydərabad  şəhərində  deyilən  ünvanı 
tapıb  qapını  döyür.  Ev  sahibi  ilə  görüşüb  həmin 
misranı  oxuyur.  Olduqca  varlı  olan  ev  sahibi  hörmətli 
qonaq  gözləyirmiş  kimi  onu  qəbul  edib  böyük  diqqət 
göstərir. 
Xidmətçilər 
oğlanı 
hamama 
aparır, 
yuyundurub bahalı libaslar geyindirir və ona lazımınca 
xidmət göstərirlər.  
Tələbə  səhəri  gün  bu  böyük  imarətdə  ciddi  hazırlıq 
işlərinin getdiyini görür. Bir müddət sonra şəhərin varlı 
adamları,  alimlər  təşrif  gətirirlər.  Məclis  qurulur  və  ev 
sahibi qonaqlara müraciətlə deyir: “Əziz qonaqlar, mən 
öz  sərvətimin  yarısını  Nəcəfdən  gəlmiş  bu  tələbəyə 
bağışlayıram və iki qızımdan birini ona ərə verirəm.” 
Gördüklərindən  heyrətə  gəlmiş  tələbə  ev  sahibinə 
yaxınlaşıb  astadan  soruşur:  “Bütün  bunlar  nə 
deməkdir?”  Ev  sahibi  deyir:  “Bir  neçə  il  əvvəl  Həzrət 
Əlinin  (ə)  şəninə  şer  demək  istədim.  Birinci  misranı 
yaza bilsəm də ikinci misra heç vəchlə alınmadı. Neçə-
neçə şairlərə müraciət etsəm də, bu beyti tamamlamaq 
mümkün  olmadı.  İş  o  yerə  çatdı  ki,  ikinci  misranı 
deyəcək  şəxsə  var-dövlətimin  yarısını  bağışlayacağımı 
və  qızımı  ona  ərə  verəcəyimi  nəzir  etdim.  Bu  misranı 


 
243 
isə  siz  dediniz.”  Tələbə  deyir  ki,  bu  misranı  mənə 
Həzrət Əli (ə) yuxuda öyrətmiş idi. Ev sahibi də şükür 
səcdəsi edərək hər iki misranı oxuyur:  
 
Dəyərsiz zərrəyə Əli (ə) salarsa nəzər, 
Zərrə göyə qalxaraq günəşin işini görər. 
Zərrəyə salsa əgər, Əli (ə) bir anlıq nəzər, 
Zərrə səmaya gedər, günəşin işini görər. 
 
İlahi    Mövlayə  əcrəytə  ələyyə  hukmənit-təbətu 
fihi  həva  nəfsi    ləm  əhtəris  fihi  min  təzyini  əduvvi 
fəğərrəni  bima  əhva    əs’ədəhu  əla  zalikəl  qəza
fətəcavəztu bima cəra ələyyə min zalikə bəzə hududikə 
 xaləftu bəzə əvamirikə 
(“İlahi, ey mənim Mövlam! Sən hökm verdin, mən isə 
onun  icrasında  nəfsimin  istəyinə  tabe  oldum. 
Düşmənimin  işlərimi  mənə  gözəl  göstərəcəyindən 
qorxmadım,  o  da  məni  aldatdı.  Qəzavü-qədər  də  ona 
kömək etdi. Bu qəzalar səbəbindən verdiyin hökmlərdə 
bəzən  həddi  aşdım  və  bəzi  göstərişlərinə  müxalif 
oldum.”) 
 
Allah-Taalanın  müəyyənləşdirdiyi  qəlbə  aid  əqidə 
nəfsə aid əxlaq, əzalara aid saleh əməl insanın dünya və 
axirət  səadətini  təmin  edən  bəndəlik  vəzifələridir.  Bu 
vəzifələr xalis niyyətlə icra olunarsa, insan kamala çatar, 
əbədi Behiştə qovuşar.  
Allah  istəklərinin  yerinə  yetirilməsində  insan  üçün 
əsas  maneə  nəfs  istəkləridir.  O,  insan  qəlbində  dünya 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə