Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə55/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

 
223 
Dua  qapısının  insanın  üzünə  bağlanması  bəndənin 
Allahın hüzurundan qovulması əlamətidir. Aşiq bir arif 
deyir:  -  “Duadan  məhrum  olmağım  onun  qəbulundan 
məhrum olmağımdan daha pisdir.” 
Duanın  bu  hissəsində  dua  edən  şəxs  Allahı  Onun 
izzətinə  and  verib  belə  istəyir:  “Ey  mənim  Ağam, 
dualarımı Sənin hüzurunda təsirsiz edəcək pis əməl və 
hərəkətlərimi  aradan  götür.  Qoy  bu  əməllər  məndən 
dua  gücünü  almasın  və  mən  dərgahına  gəda  kimi 
gəlim, Sən də öz rəhmətinlə dualarımı qəbul edəsən.” 
Bir  rəvayətdə  nəql  olunur  ki,  Həzrət  Əli  (ə)  bir  neçə 
səhabəsi  ilə  birlikdə  yoldan  keçərkən  başını  divara 
söykəyib  istəyinin  qəbulu  üçün  Allahı  Onun  izzətinə 
and  verən  bir  gənc  görür.  Həzrət  (ə)  buyurur:  -  “Bu 
andla bu cavanın duası hökmən qəbuldur.” 
Bəli, mehriban Allah duaların qarşısını alan maneələri 
aradan  qaldırmaq  gücünə  malikdir.  Yandırıcı  odu 
İbrahimə iti bıçağı İsmailə təsirsiz edən Odur! 
 
 la təfzəhəni bixəfiyyi məttələtə ələyhi min sirri” 
(“Məni  daxilimdə  bildiyin  gizli  günahlarla  rüsvay 
etmə.”) 
PƏRDƏNİN GÖTÜRÜLMƏSİ 
Bəndə  bilməlidir  ki,  bütün  aşkar  və  gizlinlərdən 
xəbərdar  olan  Allah  nədənsə  xəbərsiz  qala  bilməz. 
Keçmiş,  bu  gün  və  gələcək  Onun  qarşısında  aşkardır. 
O, bütün gizli işlərdən xəbərdardır. Əgər günahlarımızı 
açsa, nə ata-anamızın, nə ailə-övladımızın, nə də xalqın 
gözünə  baxa  bilərik.  Günahlar  aşkarlansa,  insanlar 
arasındakı inam və etibar itər.  


 
224 
Bəndə  duanın  bu  yerində  eyibləri  örtən  Allahdan 
rüsvay  edilməməsini  istəyərək  sızıldayır.  Bəndə  əmin 
olmalıdır  ki,  Allah-Taala  tövbə  edən  bəndəsini  rüsvay 
etmir.  O,  bəzi  bəndələri  haqqında  buyurur:  “Onlardan 
Özüm 
sorğu-sual 
edərəm 
ki, 
hətta 
rəhmət 
peyğəmbərimin  yanında  belə  günahları  açılmasın.” 
İmam  Səccad  (ə)  “Əbu  Həmzə”  duasında  Allahın  bəzi 
sifətlərini  belə  bəyan  edir:  “Eyibləri  örtən,  günahları 
bağışlayan, 
gizlinləri 
bilən 
(Allah), 
günahları 
böyüklüyünlə  örtər,  cəzaları  helminlə  təxirə  salarsan.” 
Bəzi 
bəndələr 
vücudlarının 
məhdudluğuna 
baxmayaraq  o  qədər  eyiblərin  üstünü  örtürlər  ki, 
onların  haqqında  olan  dastanlar  insanı  heyrətə  gətirir. 
Belə isə, vücudu nəhayətsiz və naməhdud olan Allahın 
eyib örtməyi görün necə ola bilər?! 
Yəqub  peyğəmbər  (ə)  qardaşlarının  Yusifin  başına 
gətirdiklərini  bilmək  istədiyi  vaxt  Yusif  yalnız  bunu 
deyir:  “Ey  ata,  Allah  baş  verənlərdən  keçdi  və  göz 
yumdu.”
303
  
MARAQLI ƏHVALAT 
Xorasanın  təqvası  ilə  tanınmış  insanlarından  olan 
Əbu  Əbdürrəhman  haqqında  yazırlar:  “Bir  şəxs  öz 
suallarına  cavab  tapmaq  üçün  onun  yanına  gəlir. 
Söhbət  zamanı  həmin  şəxsdən  yel  xaric  olur.  Əbu 
Əbdürrəhman  dərhal  özünü  karlığa  vuraraq  deyir: 
“Ucadan danış, yaxşı eşitmirəm.” Baş vermiş hadisədən 
özünü  itirən  şəxs  alimin  zəif  eşitməsinə  inanıb  özünə 
gəlir.” 
                                                 
303
 “Maidə”, 95. 


 
225 
Əbu Əbdürrəhman Hatəm ibn Yusuf Əsəm (yə’ni kar) 
dünyasını dəyişdikdən sonra hikmət sahiblərindən biri 
onu  yuxuda  görüb  soruşur:  “Allah  səninlə  necə  rəftar 
etdi?” 
Hatəm 
Əsəm 
deyir: 
“Bir 
eşitdiyimi 
eşitməməzliyə vurduğum üçün Allah bütün eyiblərimi 
bağışladı.” 
 
 
 la tuacilni bil-uqubəti əla ma əmiltuhu fi xələvati 
min  sui  fili    isaəti    dəvami  təfriti    cəhaləti   
kəsrəti şəhəvati  ğəfləti” 
(“Xəlvətdə 
yol 
verdiklərimə 
çirkin 
işlərimə 
günahlarıma,  bəndəlikdə  süstlüyümə  nadanlığıma, 
şəhvətiminin 
çoxluğuna, 
qəflətimə 
görə 
cəzalandırmağa tələsmə”) 
 
İlahi  maarifdən  məlum  olur  ki,  əgər  insan  möhlət 
verilmədən  cəzalandırılsaydı,  yer  üzündə  bir  nəfər  də 
sağ  qalmazdı.  Lakin  Allah-Taala  öz  bəndələrini 
cəzalandırmağa 
tələsmir, 
onlara 
tövbə 
edib 
təmizlənmək  üçün  möhlət  verir.  Bəzən  də  cəza  ona 
görə  təxirə  salınır  ki,  bu  nəsildən  mömin  insanların 
vücuda  gəlməsi  mümkün  olsun.  Bəzən  isə  uşaqların 
göz  yaşı,  gecəni  oyaq  qalan  aşiqlərin  duaları  cəzaları 
yubandırır.  
Ola  bilər  ki,  günah  əhlinin  etinasızlığı  bu  təxirin 
qarşısını  alsın.  Amma  dua,  yalvarış,  göz  yaşı,  tövbə 
yolu  ilə  cəzalar  təxirə  düşə  bilər.  Yunis  qövmünün 
tövbə və dua vasitəsi ilə Allahın cəzasını təxirə salması 
deyilənlərə nümunədir.  


 
226 
Bunu  da  qeyd  etməliyik  ki,  artıq  gəlib  çatmış  cəzanı 
kimsə  yubada  bilməz.  Bəzən  bu  cəzalar  qıtlıq,  bahalıq, 
səma  bəlaları,  cəmiyyətdə  biganəlik  və  inamsızlıq  və 
sairə şəkillərdə də təzahür edə bilər.  
Mənəviyyatın 
pozulması 
şəklində 
gələn 
cəza 
haqqında  Həzrət  Peyğəmbər  (s)  Həzrət  Əli  (ə)-a  belə 
buyurur: “Ya Əli, məndən sonra bu ümmət tezliklə var-
dövləti ilə imtahana çəkilər. Onlar dindarlıqlarına görə 
Allaha  minnət  qoyar  və  Allahdan  rəhmət  istəyərlər, 
özlərini  əzabdan  amanda  bilər  və  yalan  şübhələri, 
haramları  halal  tanıyarlar.  Məstedici  içkiləri  halal  içki, 
haram  malı  hədiyyə  sələmi  al-ver  zənn  edərək  özləri 
üçün halala çıxararlar.”
304
  
Əgər  insanların  batini  günah  səbəbindən  çirkaba 
batmazsa,  onlar  haramı  halal  hesab  etməzlər.  Bu 
günahkarlığın  səbəbi  əslində  Allahın  cəzası  olaraq 
insani  mənəviyyatın  şeytani  xislətə  çevrilməsidir.  Bu 
hala Bəni-İsrail qövmünün düşdüyü vəziyyət misal ola 
bilər:  “İlahi  rəhmətdən  məhrum  edilmiş  meymunlara 
çevrildilər.”
305
  
İmam  (ə)  bu  mövzuya  toxunarkən  dörd  məsələni 
qeyd edir:  
 
1. Təfrit (ifratın ziddi); 
2. Cəhalət; 
3. Şəhvət;  
4. Qəflət 
                                                 
304
 “Nəhcül-Bəlağə”. 
305
 “Bəqərə”, 65. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə