Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə57/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

 
232 
rəhmət  peyğəmbəri  olsan  da,  ərhəmər-rahimin 
deyilsən.  Əgər  onların  bəzi  günahlarından  xəbərdar 
olsan, zara gələrsən. Qoy sənin ümmətinin günahından 
yalnız  Özüm  agah  olum.  Ya  Məhəmməd,  onlara  elə 
hesab  çəkərəm  ki,  çirkin  işlərindən  sən  də  xəbər 
tutmazsan. 
Əgər 
onların 
günahını 
səndən 
gizləyəcəyəmsə  sözsüz  ki,  biganələr  üçün  də 
açmayacağam.  Ya  Məhəmməd!  Əgər  sənin  onlara 
peyğəmbər  mehribanlığı  varındısa,  Mənim  onlara 
Allah 
mərhəməti 
varımdır. 
Sən 
onların 
peyğəmbərisənsə  Mən  onların  Allahıyam.  Əgər  sən 
onları bu gün görürsənsə Mənim onların üzərində əzəli 
və əbədi inayət nəzərim var.” 
GÜNAHKARIN BAĞIŞLANMASI 
Şeyx Bəhai deyir: “Etibarlı bir şəxsdən belə bir əhvalat 
eşitdim:  Bir  günahkar  şəxs  dünyasını  dəyişir.  Onun 
xanımı  dəfn  üçün  camaatdan  kömək  istəyir,  amma  bu 
günahkar  şəxs  dərin  nifrət  qazandığından  heç  kim 
onun  dəfnində  iştirak  etmək  istəmir.  Qadın  muzdla 
adam  tutub  cənazəni  şəhər  mərkəzindəki  müsəllaya 
gətirdir ki, bəlkə möminlər ona kömək edərlər. Amma 
heç  kim  cənazəyə  yaxınlaşmır.  Qadın  məcbur  qalıb 
cənazəni  səhraya  gətirir  ki,  qüslsüz,  namazsız  dəfn 
etsin.  
Bu səhranın yaxınlığındakı dağda bir zahid yaşayırdı. 
Bu  şəxs  xalq  arasında  öz  möminliyi  ilə  məşhur  idi. 
Zahid  cənazəni  görüb,  dəfndə  iştirak  etmək  üçün  ona 
yaxınlaşır.  Ətrafda  yaşayan  insanlar  abidlə  birlikdə 
cənazəni dəfn etmək üçün gəlirlər.  


 
233 
Camaat  abiddən  onun  bu  dəfndə  iştirak  etməsinin 
səbəbini soruşduqda abid deyir: “Yuxuda mənə dedilər 
ki,  sabah  səhraya  get.  Orada  tənha  bir  qadın  və  bir 
cənazə  olacaq.  Cənazə  üçün  namaz  qıl,  çünki  o,  artıq 
bağışlanmışdır.” 
Bu 
sözlər 
eşidənləri 
çox 
təəccübləndirdi.  Abid  qadını  çağırıb  meyyit  haqqında 
soruşdu. Qadın dedi: “Əksər günlər bir günaha batırdı. 
Amma üç xeyir əməli vardı:  
1. Hər gün günaha batdıqdan sonra paltarını dəyişər, 
dəstəmaz alıb səmimi qəlbdən namaz qılardı; 
2.  Hər  vaxt  evində  yetimlər  olardı.  Övladlarından 
daha çox onlara ehsan edərdi; 
3. Hər gecə ayılar, ağlayar və deyərdi: “Pərvərdigara, 
bu günahkarı Cəhənnəmin hansı guşəsinə atacaqsan?” 
ƏBDULLAH MÜBARƏKİN QULU 
Əttar Nişaburi deyir:  
«Əbdullah  Mübarəkin  bir  qulu  vardı.  Bu  qul  ilə  şərt 
kəsmişdi  ki,  işləyib  öz  qiymətini  ödəsə  onu  azad 
edəcəkdir.  Bir  gün  Əbdullaha  deyirlər  ki,  sənin  qulun 
qəbirləri  açıb,  meyyitlərin  kəfənini  oğurlayır,  sonra 
kəfənləri  satıb,  pulunu  sənə  ödəyir.  Bu  xəbər  onu  çox 
pərişan edir.  
Bir gün gizlicə qulun arxasına düşüb onu izləyir. Qul 
qəbiristanlıqda  boş  bir  qəbirə  girib  ağlaya-ağlaya  dua 
etməyə  başlayır.  Bu  səhnəni  görən  Əbdullahı  ağlamaq 
tutur. Qul səhər açılanadək dua oxuyub qəbirdən çıxır 
və  şəhərə  üz  tutur.  Qarşısına  çıxan  ilk  məscidə  girib, 
namaz qılır. Namazdan sonra deyir: “Ey mənim həqiqi 
Ağam! Gecə gündüz oldu, müvəqqəti ağam isə məndən 
pul  gözləyir.  Pərvərdigara,  sən  çarəsizlərin  ümid 


 
234 
yerisən!”  Bu  vaxt  qulu  kənardan  müşahidə  edən 
Əbdullah bir nur görür. Nur qulun əlinə doğru hərəkət 
edir  və  ovcunda  itir.  Əbdullah  qulun  əlində  bir  qızıl 
dinarın işıltısını görür. Bu səhnə onu haldan salır. Qula 
yaxınlaşıb,  onu  qucaqlayır.  Başını  sinəsinə  sıxıb  deyir: 
“Min  mənim  kimisinin  canı  sən  tək  qula  fəda  olsun. 
Kaş sən ağa, mən isə sənin qulun olaydım!” 
Hadisənin  aşkarlandığını  görən  qul  deyir:  - 
“Pərvərdigara, bu sirr açıldı, daha yaşamaq istəmirəm, 
məni  öz  yanına  apar!”  Bu  sözlər  sona  yetən  kimi  qul 
Əbdullahın qucağındaca keçinir!..» 
 
Ey ulu şah, xətamızı ötür sən,  
Biz günahkar, Sənsə günahdan keçən. 
Sən xeyirxah, bizimsə eybimiz çox,  
Eybimizin, xətamızın sonu yox.  
Hər anımız üsyan dolu, şərr dolu, 
Ayağımız nəfsimizlə buxovlu. 
Könlümüz dünyaya, üzümüz Sənə  
Min bir səcdə qılaq, borculuyuq yenə. 
Qol-boyunuq gecə-gündüz günahla, 
Sinə dolu ehtirasla, tamahla. 
Tövbə qılıb, yenə aşırıq həddi,  
Bu nəfs şeytan caynağında kəmənddi. 
Yenə ümidimiz Səndən üzülməz,  
Cəza nə ki, ayrılığın dözülməz. 
Əmmarə nəfsimiz şeytanın qulu, 
Şeytanla birləşib bağlayıb yolu.  
Sınasıyam yardım olmasa göydən, 
Yapışmışam rəhmət dolu ətəkdən.  


 
235 
Aparma dünyadan məni imansız,  
Günah odu günahdan da amansız. 
 
 
 
İlahi    Rəbbi  mən  li  ğəyrukə  əsəlukə  kəşfə  zurri
vənnəzərə fi əmri” 
(“İlahi,  Pərvərdigara!  Səndən  başqa  kimim  var  ki, 
ondan 
narahatlıqlarımın  aradan  götürülməsini,  işlərimə  lütf 
nəzəri etməsini istəyim?!”) 
 
Ey  mənim  Rəbbim!  Mənim  üçün  səndən  başqa  feyz 
və  xeyir  çeşməsi  varmı?  Çətinliklərin  və  halsızlıqların, 
xəstəliklərin  və  uğursuzluqların  çarəsini  Səndən 
istəyirəm.  
Ey  mənim  Mövlam!  Dərdimə  o  kəs  çarə  qıla  bilər  ki, 
hər  cəhətdən  qüdrətli  olsun,  məni  öz  mərhəmətindən 
uzaq salmasın, ehsanının qarşısını ala bilən tapılmasın, 
bütün kamal sifətlərinə malik olsun və o kəs Sənsən.  
Səndən  başqa  kimə  ağız  açsam,  ya  mənə  ürək 
yandırmayacaq, ya çətinliyimi aradan qaldırmağa gücü 
çatmayacaq,  ya  da  xəsislik  göstərəcəkdir.  Ona  görə  də 
gözümü  və  ümidimi  yaranmışların  köməyindən  - 
xüsusilə  dostların  və  yaxınların  yardımından  -  kəsib 
zəlil  halda  Sənə  əl  açıram.  Səndən  bütün  çətinlikləri, 
bütün  çirkin  sifətləri  məndən  uzaqlaşdırmağını,  zahiri 
və  batini  müşküllərdən  mənə  nicat  verməyini 
istəyirəm! 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə