Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə65/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

 
264 
mənbələrdə  təsdiq  olunur  ki,  iman,  saleh  əməl,  gözəl 
əxlaq  sahibləri  büdrəsələr  də  tövbə  etdikləri  üçün 
Cəhənnəm atəşi ilə cəzalandırılmayacaqlar.  
İnsanı əzabdan qurtaracaq ibadət olan namazda ixlas 
üçün Allah dərgahına əl açaq! 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Namaz  dinin 
qanunlarındandır. Allahın razılığı namazdadır. Namaz 
peyğəmbərlərin  yoludur.”
333
   “Tə’rifi  böyük  olan  Allah 
gözümün  nurunu,  qəlbimin  sevincini  namazda  qərar 
verib, namazı mənə məhbub edib. Necə ki, təam aclığın, 
su  isə  təşnənin  məhbubudur.  Şübhəsiz  ki,  ac  yedikcə 
doyur,  təşnə  su  içdikcə  sirab  olur.  Mən  isə  namazdan 
doymuram.”
334
   “Elə  ki,  namaza  durdun,  qibləyə  üz 
tutdun,  “Fatihə”  və  müyəssər  olan  bir  surə  oxudun, 
rükuya  getdin,  səcdələri  başa  vurdun,  təşəhhüd  və 
salam  oxudun,  səninlə  qıldığın  namaz  arasında  olan 
bütün günahlar növbəti namazadək bağışlanar.”
335
  
Həzrət  Əli  (ə)  buyurur:  “Namaz  mərhəmət  nazil 
edər.”
336
   “Namaz  hər  bir  təqvalını  Allaha 
yaxınlaşdırır.”
337
   “Sizə  namaz  və  onun  hifzini 
tapşırıram.  Çünki  namaz  əməllərin  üstünü  və  dinin 
sütunudur.”
338
   “Namazda  olan  insanın  cismi,  libası  və 
bütün  ətrafındakılar  təsbih  deyir.”
339
   “Ey  Kumeyl! 
Namaz qılmaq, oruc tutmaq, sədəqə vermək əsas deyil. 
                                                 
333
 “Xisal”, 2-522. 
334
 “Məkarimul-əxlaq”, 461. 
335
 “Əmaliye-Səduq”, 544. 
336
 “Ğürərül-hikəm”, 175. 
337
 “Xisal”, 2-620. 
338
 “Əmaliye-Tusi”, 522. 
339
 “İləlüş-şəraye”, 2-336. 


 
265 
Əsas odur ki, namazı pak qəlb ilə əməli Allahın razılığı 
üçün və xuşu ilə yerinə yetirəsən.”
340
  
ALLAHA NİKBİNLİK 
Doğrudan  da,  müəyyən  həddə  qədər  iman,  saleh 
əməl  və  əxlaqa  malik  olan  şəxs,  ömrünün  axırınadək 
kamala  doğru  hərəkət  etmək  məqsədində  olan  mömin 
insan  Allaha  nikbin  olmalı,  Onun  rəhmətinə  bel 
bağlamalıdır. Bəndə Qiyamət əzabından qorxduğu vaxt 
ümidvar  olmalıdır  ki,  Qiyamət  səhnəsində  onunla 
mərhəmətli 
davranılacaq, 
onun 
günahları 
bağışlanacaqdır.  
Həzrət  Əli  (ə)  buyurur:  “Nikbinlik  odur  ki,  Allah 
qarşısında  öz  səylərini  xalis  edəsən  və  büdrəmələrinin 
bağışlanacağına ümidvar olasan.”
341
  
İmam  Sadiq  (ə)  buyurur:  “Allaha  nikbinlik  odur  ki, 
yalnız  Allaha  ümid  bağlayıb,  yalnız  öz  günahlarından 
qorxasan.”
342
  
İslam  Peyğəmbəri  (s)  nikbinlik  haqqında  buyurur: 
“And  olsun  Ona  ki,  Ondan  başqa  məbud  yoxdur. 
Mömin  bəndə  Allaha  ümidsiz  olmaz.  Çünki  Allah 
Kərimdir  və  bütün  yaxşılıqlar  Onun  əlindədir.  Allah 
Ona  nikbin  olan  mömin  bəndənin  gümanına  qarşı 
çıxmaqdan  həya  edər.  Allaha  nikbin  olun,  Ona  doğru 
şövq  göstərin.
343
   “Heç  biriniz  Allaha  nikbin  olmadan 
                                                 
340
 “Tuhəful-uqul”, 174. 
341
 “Ğürərül-həkim”, 83. 
342
 “Kafi”, 2-72. 
343
 “Kafi”, 2-71. 


 
266 
dünyadan  getməyin.  Çünki  Behiştin  dəyəri  Allaha 
nikbinlikdir.”
344
  “Allaha nikbinlik ibadətdir.”
345
  
 
 Əntə tələmu zəfiən qəlilin min bəlaid-dünya  
uqubatiha,    ma  yəcri  fiha  minəl-məkarihi  əla  əhliha
əla ənnə zalikə bəlaun  məkruhun qəlilun məksuhu
yəsirun  bəqauhu,  qəsirun  muddətuhu,  fəkəyfəhtimali 
libəlail  axirəti,    cəlili  vuquil  məkarihi  fiha,    huvə 
bəlaun tətulu muddətuhu  yədumu məqamuhu  la 
yuxəffəfu ən əhlihi liənnəhu la yəkunu illa ən ğəzəbikə 
vəntiqamikə    səxətikə    haza  ma  la  təqumu  ləhus-
səmavatu  vəl-ərzu,  ya  Səyyidi,  fəkəyfə  li  və  ənə 
əbdukəz-zəifuz-zəlilul həqirul miskinul mustəkin.” 
(“Sən dünyanın kiçik qəmləri və cəzaları qarşısındakı 
zəifliyimizdən,  əhlinə  ağır  gələn  işlərdən  xəbərdarsan. 
Belə ki, bu qəm-qüssə və çətinliklər yüngül və ötəridir. 
Elə  isə  zamanca  uzun,  məkanca  əbədi  olan  ağır  axirət 
çətinlikləri  qarşısında  necə  tab  gətirəcəyəm?!  Həmin 
çətinlik  Sənin  qəzəbin,  intiqamın  və  narazılığından 
doğduğu üçün yüngülləşdirilməz. Bu, göylərin və yerin 
tab  gətirmədiyi  bir  çətinlikdir.  Ey  mənim  Ağam,  zəif, 
zəlil, həqir, miskin, köməksiz bir bəndə olduğum halda 
mən necə dözüm?!”) 
DÜNYA VƏ AXİRƏT BƏLALARI 
Həzrət  Əli  (ə)  buyurur  ki,  dünya  bəlası  axirət 
bəlasından bir neçə cəhətdən fərqlənir:  
                                                 
344
 “Əmaliye-Tusi”, 379. 
345
 “Mizanul-hikmə”, 7-3400. 


 
267 
Əvvəla tufan, zəlzələ və digər dünya bəlaları  yüngül 
və ötəri, axirət bəlaları isə ağır və həmişəlikdir. 
İkincisi,  dünya  bəlaları  imtahan  məqsədi  də  daşıya 
bilər. Axirət çətinlikləri isə itaətsizlik və günahlara görə 
cəzadan  başqa  bir  şey  deyil.  “Ənfal”  surəsinin  46-cı 
ayəsində  oxuyuruq:  “Səbir  yolunu  seçin,  şübhəsiz, 
Allah  səbir  edənlərlədir.”  Bəli,  Qurani-Kərim  dünya 
bəlalarına səbir edənləri böyük mükafatla müjdələyir.
346
  
Həzrət Peyğəmbər (s) buyurur: “Səbir üçdür: müsibət 
zamanı  səbir,  itaətdə  səbir  və  günah  məqamında 
səbir.”
347
 Lakin  axirət  bəlası  imtahan  xarakteri  daşımır; 
o,  əməlin  cəzası  olduğundan,  burada  səbir  etmək 
təsəvvürolunmazdır və əgər bir kəs onun müqabilində 
səbir  etsə  də  belə,  bu  səbrin  heç  bir  savabı  və  əcri 
olmayacaqdır! 
BƏRZƏX VƏ QİYAMƏT ƏZABLARI 
Qurani-Kərimdə  xüsusi  ilə  onun  son  üç  cüzvündə 
Bərzəx  və  Qiyamət  əzabları  təsvir  olunur.  Bu  mövzu 
rəvayətlərdə də geniş şərh olunur. Həzrət Əli (ə) Allah 
düşmənləri  haqqında  buyurur:  “Allahın  düşməninə 
rəftar  və  görünüşcə  çox  çirkin,  üfunət  qoxuyan  bir 
mələk  yaxınlaşar.  Mələk  deyər:  “Səni  qaynar  su  və 
Cəhənnəmlə müjdələyirəm...”
348
  
İmam Baqir (ə) buyurur: “Od əhli əzabın ağırlığından 
it  və  canavar  kimi  ulayar.  Onlar  üçün  ölüm  yoxdur, 
                                                 
346
 “Bəqərə”, 154-156. 
347
 “Kafi”, 2-91. 
348
 “Təfsire-Qummi”, 1-370. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə