Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə64/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

 
260 
Bilirsənmi necə çəkdi iztirab,  
Bircə dəfə olsun vermədin cavab.  
İnan, çağırsaydı bir dəfə Məni, 
Çəkərdim yolundan qüssəni, qəmi.  
Yaratmış olsaydın əgər sən onu  
İstərdin əzabdan qurtulsun canı 
Yaxşıya yaxşılıq asandan asan, 
Bacar günahkara rəva qıl ehsan.  
Min günahdan sonra damla göz yaşı 
Əlbət ki, tərpətməz cansız bir daşı. 
Mənsə həmin damla göz yaşı üstə  
Qaldırram bəndəmi buludlar üstə. 
 Güzəşt etməyə’nin nəyi var axı, 
Böyüklər bacarır bağışlamağı. 
 
VALİDEYNİN ÜZÜNƏ AĞ OLMUŞ GƏNC 
“Təfsire-Nişaburi”də nəql olunur:  
İslam  Peyğəmbərinin  (s)  dövründə  bir  gənc  ölüm 
ayağında olarkən Həzrət (s) onun yanına getdi. Oğlanın 
dili  tutulduğundan  şəhadət  kəlmələrini  deyə  bilmirdi. 
Həzrət (s) soruşdu ki, bəlkə namazqılan deyil, ona görə 
dili  tutulub?  Dedilər  ki,  namaz  qılandır.  Həzrət  (s) 
buyurdu ki, bəlkə zəkat ödəməyib? Dedilər ki, ödəyib. 
Həzrət  (s):  -  “Bəlkə  atasının  üzünə  ağ  olub?”  deyə 
maraqlandı. Yenə də “yox” dedilər. Nəhayət, Həzrət (s) 
belə bir sualla müraciət etdi: “Bəlkə anasının üzünə ağ 
olub?”  Cavab  verdilər  ki,  -  “Bəli,  anasının  üzünə  ağ 
olub.” Ananı dəvət edib oğlunu halal etməsini istədilər. 
Ana dedi: “Mən onu necə halal edə bilərəm ki, üzümə 
sillə vurub?!” 


 
261 
Həzrət  Peyğəmbər  (s)  buyurdu:  “Od  gətirin.”  Ana 
soruşdu  ki,  “Odu  nə  üçün  istəyirsiniz?”  Həzrət 
buyurdu ki, “Pis əməlinə görə onu yandıracağam.” Ana 
dedi:  “Mən  razı  olmaram  ki,  onu  yandırasınız.  Onu 
doqquz  ay  bətnimdə  gəzdirib,  sonra  iki  il  süd 
vermişəm, illər uzunu kənarında durmuşam. Mən onu 
oddan qurtarmaq üçün bağışlayıram.” 
İnsan  üçün  həqiqi  mürəbbi  olmayan  ana  günahkar 
övladının yanmağına razı olmursa, həqiqi mürəbbi olan 
Allah öz bəndəsinin əzabına razı olarmı?! Əsla! 
ÇÖRƏK KƏSMƏYİN HAQQI 
Nəql  edirlər  ki,  Xorasan  ağalarından  biri  Yəzib  ibn 
Mühəlləbdən borc almışdı. Yəzidin adamları borclunun 
vəkilini  incidir,  borcun  ödənməsini  tələb  edirdilər.  Bir 
gün  həmin  nümayəndəni  Yəzidin  yanına  gətirirlər  ki, 
möhlət  istəsin.  Bu  gəliş  yemək  vaxtına  düşür  və 
nümayəndə də əyləşib təamlardan yeməyə başlayır.  
Bunu  görən  Yəzid  adamlarını  çağırıb  deyir:  “Daha 
ondan pul tələb etməyin. Çünki süfrəmizdə çörək kəsdi. 
Bundan sonra ona əziyyət verməyimiz düz olmaz.”  
Biz  günahkar  bəndələr  Allahın  süfrəsində  çörək 
kəsmirikmi?! 
QONAĞIN HAQQI 
Tarixçilər yazır:  
Məşhur  sərkərdə  Mən  ibn  Zaidə  300  əsirin  qətlinə 
fərman  verir.  Əsirlərin  arasında  olan,  hələ  büluğ 
həddinə  çatmamış  bir  oğlan  deyir:  “Ey  əmir,  səni  and 
verirəm  Allaha,  su  içməmiş  bizi  qətlə  yetirmə.”  Əmir 
göstəriş verir ki, əsirlərə su paylansın. Oğlan suyu içib 


 
262 
deyir:  “Ey  əmir,  sənin  süfrəndən  istifadə  edib,  sənə 
qonaq  olduq.  Böyüklər  qonağa  hörmət  göstərməyə 
layiqdirlər.”  Mən  deyir:  “Düz  deyirsən.”  Sonra  isə 
bütün əsirləri azad edir.  
Bəli,  Həzrət  Əli  (ə)  buyurduğu  kimi,  Allahın 
süfrəsində  qonaq  olmuş  bəndənin  əzab  görəcəyi 
ehtimal olunmur.  
 
Kiçilmişik torpağadək,  
«Mən» bütümüz çilik-çilik. 
Kiçilməklə ucalmışıq, 
Məhəbbətdən kam almışıq. 
Sənsən səbrü-qərarımız, 
Yox dünya adlı yarımız.  
Göz açılır görür Səni, 
İnan, yox başqa həmdəmi. 
Günahımız olsa da çox 
Səcdəmizin qatqısı yox. 
Yoxsa da bir günah duyan  
Nəyimiz var Sənə əyan. 
Çıxsa da suçumuz dizə 
Öz qəmimiz yetər bizə.  
Qaradırsa da naməmiz. 
Göz yaşıdır nişanəmiz.  
Olarmı ki, sınıq könül  
Od içində qala zəlil? 
 
Və  ləytə  şiri,  ya  Səyyidi    İlahi    Məvlayə, 
ətusəllitun-narə 
əla 
vucuhin 
xərrət 
liəzəmətikə 
sacidətən,    əla  əlsunin  nətəqət  bitəvhidikə  sadiqətən 


 
263 
  bişukrikə  madihətən    əla  qulubinitərəfət 
biilahiyyətikə  mühəqqiqətən    əla  zəmairə  həvət 
minəl-ilmi bikə hətta sarət xaşiətən  əla cəvarihə səət 
ila  əvtani  təəbbudikə  taiətən    əşarət  bistiğfarikə 
muzinətən,  ma  hakəzəz-zənnu  bikə    la  uxbirna 
bifəzlikə Ənkə ya Kərimu ya Rəbb.” 
(“Ey mənim Ağam, ey mənim Məbudum, ey  mənim 
Mövlam!  Ey  kaş  biləydim  ki,  əzəmətin  qarşısında 
torpağa səcdə edən çöhrələri oda salacaqsan? Tovhidin 
və  həmdin  üçün  sədaqətlə  mədh  oxuyan  dilləri, 
İlahiyyətini etiraf edən qəlbləri, mərifətinin əhatə etdiyi 
və  qarşında  təvazökar  olan  batinləri,  pərəstişgahlarına 
eşqlə  tələsən  və  bağışlamağını  axtaran  əzaları  odda 
yandıracaqsanmı? Xeyr, Sənin haqqında belə bir güman 
yoxdur.  Fəzl  və  ehsanın  haqqında  belə  bir  xəbər 
verilməyib, ey Kərim, ey Pərvərdigar!”)  
NAMAZ 
İbadətlər  arasında  ən  əhatəli  olan  namazdır.  Namaz 
vasitəsi  ilə  təvazökarlıq  və  mütilik  izhar  olunur, 
Allahın  birliyi  etiraf  edilir,  təşəkkür  bildirilir.  İnsanın 
iradəsinə  tabe  olaraq  bütün  əzalar  Kəbə  evinə 
peyğəmbər  və  imamların  (ə)  hərəminə  tələsir.  Məhz 
namaz  yolu  ilə  mərifət  əhli  Allahı,  özünü,  yaranış 
hədəflərini  tanıyır.  Beləcə  ilahi  məzhərdə  təvazö’ 
göstərir,  gizlində  və  aşkarda  Allahın  birliyi  təsdiq 
olunur, qəlb dili ilə nemətlərə şükür edilir, mərifət dolu 
könüllərlə müqəddəs məkanlar ziyarət olunur.  
Mərifət  əhli  nə  üçün  Allaha  nikbin  olmamalıdır?! 
Hansı 
peyğəmbər, 
hansı 
kitab 
iman 
əhlinin 
cəzalandırılacağını xəbər verir?! Əksinə bütün mötəbər 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə