Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə50/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

 
203 
“Möhtac 
olduğum 
vaxt 
ödəmədin, 
ehtiyacım 
olmayandamı  ödəmək  istəyirsən?”  Osman  dedi:  “Qoy 
ödəyim,  qızların  istifadə  edər.”  Əbdullah  imtina  etdi: 
“Qızlarımın  ona  ehtiyacı  yoxdur.  Onlara  demişəm  ki, 
“Vaqiə”  surəsini  oxusunlar.  Həzrət  Peyğəmbərdən  (s) 
eşitmişəm  ki,  hər  gecə  “Vaqiə”  surəsini  oxuyan  heç 
vaxt fəqir olmaz.” 
ÜVEYS QƏRƏN İLƏ SÖHBƏT  
“Təzkirətül-övliya”  kitabında  nəql  olunmuş  bir 
rəvayətdə Hərim ibn Həyyan deyir:  
«Üveys  Qərənin  şəfaət  məqamı  haqqında  eşitdikdən 
sonra  onunla  görüşmək  arzusuna  düşdüm.  Kufəyə 
gəlib  onu  axtarmağa  başladım.  Nəhayət,  tapdım.  O, 
dəstəmaz  alırdı.  Məni  görüb  soruşdu:  “Bura  gəlişinin 
səbəbi  nədir?”  Dedim  ki,  -  “Səninlə  görüşmək  eşqi.” 
Dedi:  “Allahı  tanıyan  insanın  Ondan  başqası  ilə 
ünsiyyət  axtarmasına  inanmıram.”  Dedim  ki,  -  “Mənə 
nəsihət  et.”  Dedi:  “Ölümü  yatanda  başının  altında, 
oyananda  isə  qarşında  gör.  Günahın  kiçikliyinə  yox, 
Allahın  böyüklüyünə  diqqət  et.  Gör  kimin  qarşısında 
dayanmısan.  Günahı  kiçik  saysan,  Allahı  kiçik  saymış 
olarsan!» 
2. Yaxın məqamdan uzaqlıq. 
Alimlərin  fikrincə  «böyük  bəla»  Allaha  yaxın 
məqamdan  uzaq  düşməkdir.  Bu  elə  bir  məqamdır  ki, 
iman, saleh əməl və gözəl əxlaq vasitəsi  ilə  əldə edilir, 
Qiyamətdə insanın peyğəmbərlər, siddiqlər, şəhidlər və 
salehlərlə yoldaşlığına səbəb olur.  
Belə  bir  məqamdan  uzaq  düşənlər,  nəhayət, 
insanlıqdan,  iman  və  saleh  əməllərdən  əsər-əlamət 


 
204 
olmayan  bir  səviyyəyə  -  şeytanlara  və  dördayaqlı 
heyvanlara məxsus olan bir səviyyədə enirlər.  
İlahi  məqama  doğru  daim  hərəkətdə  olanlar  xüsusi 
feyzlərdən  faydalanırlar.  Bu  feyzlərin  təsirindən  insan 
vəsfəgəlməz bir şadlıqla ibadət edir, xalqa yardım əlini 
uzadır.  Belələri  üçün  xalis  bəndəlikdən  başqa  bir  iş 
yoxdur.  Onların  yeganə  arzusu  məhbubun  ağuşuna 
yetişməkdir.  
Yusif Siddiq rəbbani eşqin təsiri altında Kənanın evini 
məscidə  döndərdi.  Yolun  başlanğıcında  röyalar 
aləminə səyahət edib bəzi məqamlardan xəbərdar oldu. 
Züleyxa  üçün  zəlalət  uçurumu  olan  saray  Yusif  üçün 
yüksəliş  zirvəsinə  döndü.  Yusif  zindanı  ibadət 
məkanına  çevirdi.  Nəhayət,  Misir  sultanlığını  xalqa 
xidmət üçün vasitə etdi.  
 
Ey qəlb fəryad qopar, nalə çək, ağla,  
Ol vəfalı yarı axtar, soraqla. 
Sirrini açmaqçün o qara zülfün, 
Hər telini götür, ayrı daraqla. 
Bu eşq kitabında çatmaqçün haqqa, 
Oxu asta-asta, aram varaqla. 
Ya Rəbb, bu candakı həvəs ağacın, 
 Kökdən qopar, yerdə otun oraqla. 
Eşqindən qəlbimə düşməsə işıq, 
Süzəcək dünyanı şirin maraqla. 
Yaddan çıxarılmaq istəməyən can,  
Götür eşq kəmərin, belinə bağla. 
 
3. Nadanlıq. 


 
205 
Cəhalət  və  nadanlıq  da  «böyük  bəla»  hesab  olunur. 
Bütün  bədbəxtliklərin  və  məhrumiyyətlərin  kökü 
nadanlıqdır. Həzrət Əli (ə) buyurur:  
“Cəhalət xəstəlik və gücsüzlükdür.”
275
  
“Cəhalət xəstəliklərin ən şiddətlisidir.”
276
  
“Cəhalət  diriləri  öldürür,  bədbəxtlikləri  əbədi 
edir.”
277
  
“Cahil təqsirini anlamır, nəsihəti qəbul etmir.”
278
  
“Cahil diri də olsa, ölüdür.”
279
  
“Cahil  su  axmayan  daş,  budağı  cücərməyən  ağac, 
otsuz torpaqdır.”
280
  
Həzrət Əli (ə) bir duasında Allaha belə münacat edir: 
“Mən  cəhaləti  səbəbindən  Sənə  itaətsizlik  göstərmiş, 
günaha  batmış,  Səni  unutmuş  və  dünyaya  könül 
vermiş cahiləm.”
281
  
HAL PİSLİYİ 
«Hal pisliyi» dedikdə ən pis xəstəliklərdən olan əxlaqi 
çirkinliklər  nəzərdə  tutulur.  Bəsirət  əhlinin  fikrincə  bu 
xəstəlik insanı bir çox həqiqətlərin dərkindən, səadət və 
ilahi razılıqdan məhrum edən bir hicabdır. “Mutəffifin” 
surəsinin 15-ci ayəsində oxuyuruq:  
“Xeyr,  o  gün  onlar  Rəbbinin  mərhəmətindən 
məhrum olacaqlar.” 
                                                 
275
 Ğurərul-hikəm”, 73. 
276
 Ğurərul-hikəm”, 73. 
277
 Ğurərul-hikəm”, 75. 
278
 Ğurərul-hikəm”, 75. 
279
 Ğurərul-hikəm”, 75. 
280
 Ğurərul-hikəm”, 74. 
281
 “Biharul-ənvar”, 94-219. 


 
206 
Allah-Taala  gözəl  əxlaqa  bütün  digər  vəzifələrdən 
daha təkidlə tövsiyə edir. “Şəms” surəsində on bir dəfə 
and  içildikdən  sonra  əxlaqlı  insanların  əbədi  səadətə 
çirkin 
əxlaqlıların 
isə 
ümidsizliyə 
qovuşacağı 
buyurulur:  
“Nəfsini  təmizləyən  mütləq  nicat  tapacaqdır;  onu 
çirkləndirən isə əlbəttə ziyana uğrayacaqdır.”
282
  
Bəsirət  gözünün  korluğu,  həqiqətdən  uzaqlıq,  haqqa 
münasibətdə  karlıq,  rəhmət  qoxusunu  duymamaq  hal 
pisliyi əlamətlərindəndir.  
Həzrəti  Peyğəmbər  (s)  buyurur:  “Mömində  iki 
xasiyyət ola bilməz: xəsislik və pis əxlaq.”
283
  
Həzrət  Əli  (ə)  buyurur:  “Pis  əxlaqdan  da  qorxunc  bir 
dəhşət yoxdur.”
284
  “Ən pis yoldaş pis əxlaqdır.”
285
  
İslam Peyğəmbəri (s) buyurur: “Şübhəsiz ki, bəndə pis 
əxlaqına görə Cəhənnəmin lap dibinə enəcəkdir.”
286
  
ƏMƏLDƏ QÜSUR 
Əgər  insan  səadətə  mənəvi  kamilliyə  Behiştə  çatmaq 
istəyirsə  öz  əməllərini  Quran  və  Əhli-beyt  (ə) 
göstərişlərinə  uyğunlaşdırmalı,  zəruri  şərtlərə  əməl 
etməlidir.  
Əgər  əməllər  mərifət  libası  geyməmişsə  Allahın 
istəyincə 
deyilsə 
sevgi 
və 
məhəbbətlə 
yerinə 
yetirilmirsə  onda  riya,  tamah,  təkəbbür,  düşmənçilik 
                                                 
282
 “Şəms”, 9-10. 
283
 “Şərhe-Nəhcül-Bəlağə”, 6-337. 
284
 Ğurərul-hikəm”, 265. 
285
 Ğurərul-hikəm”, 264. 
286
 “Məhəccətul-bəyza”, 5-93. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə