Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə46/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   42   43   44   45   46   47   48   49   ...   81

 
186 
Mə’şuqla görüşdür hicran dərmanı  
Bilə-bilə Sən tək pənahımız var 
Xəcilik qarşında, günahımız var. 
Hər nə yazılmışsa kəlməsi doğru,  
Bu yolda büdrəyən çəkəsi ağrı. 
 
«La ilahə illa əntə subhanəkə və bihəmdikə» 
(«Səndən  başqa  bir  mə’bud  yoxdur,  Sən  paksan  və 
mən Sənə həmd və səna edirəm.») 
 
«La  ilahə  illa  əntə»  təhlil,  «subhanəkə»  təsbih, 
«bihəmdikə»  təhmid  kimi  tə’bir  olunur.  Hər  kəs  dildə 
təhlil,  yə’ni  Allahın  birliyinin  iqrarını  desə  eləcə  də 
dediklərinə  sadiq  olsa,  həqiqətən  müvəhhid,  yə’ni  tək 
Allaha  imanlıdır.  Belə  insan  Allahın  amanındadır, 
dünya  və  axirət  əzabı  ona  haramdır.  Bu  şəxs  behiştdə 
peyğəmbərlər  və  digər  ləyaqətə  çatanlarla  yoldaş 
olasıdır. 
Həqiqi  təhlil  insan  qəlbində  o  zaman  təcəlla  edir  ki, 
insan  Qur’an  və  Əhli-beyt  (ə)  vasitəsi  ilə  öz  Allahını 
tanısın və Ona itaət etsin. Bu yolu gedən insanın bütün 
vücudu «Allahdan başqa hər şey batildir» deyə  fəryad 
qoparır. 
 
Kimsədə eşqinə varmağa güc yox, 
O eşqə varanda durmağa güc yox. 
Hansı könül quşu düşsə qəfəsə 
Qəmli nəğmə üçün gələr həvəsə. 
Dirilməz ölü qəlb min bir acıdan,  
Yalnız eşq qəmindən ucalır insan. 


 
187 
Sevgidir gecəyə layla çalan da, 
Bal kimi yuxunu gözdən alan da. 
Əfsus ki, bayquş tək görmədik nuru. 
Gizli xəzinələr olmasa aşkar, 
Üstündə fəqirik, gözlərimiz dar. 
Olsa da zərrələr haqqa harayda 
Bu kar qulaqlara çətin ki, çata. 
 
Doğrudan  da  varlıq  aləmində  insanı  ne’mətlərə  qərq 
edəcək,  Onu  çətinliklərdən  qurtaracaq  və  nəhayət, 
xoşbəxtliklərə qovuşduracaq ikinci bir kəs yoxdur. Dua 
edən  şəxs  öz  acizliyinə  və  günahlarına  e’tiraf  etdikdən 
sonra  təbii  olaraq  öz  çətinliklərini  həll  etmək  üçün 
bunları  həll  etmək  iqtidarında  olan  varlığa  üz  tutaraq 
deməlidir: «la ilahə illa əntə subhanəkə və bihəmdikə». 
BEHİŞTİN DƏYƏRİ 
Allahı tanıyaraq Ona təhlil deyən, əməldə bütün saxta 
mə’budlardan  üz  döndərib  Allahdan  qeyrisinə  itaət 
etməyən 
insan 
behiştin 
dəyərini 
hazırlamağa 
başlamışdır.  Həzrət  Peyğəmbərdən  (s)  nəql  olunur  ki, 
Allah-Taala  buyurmuşdur:  «Tövhid  (Allahın  birliyinə 
inam)  Mənim  qalamdır.  Mənim  qalama  daxil  olan  kəs 
əzabımdan amandadır».
259
 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Tövhid  ne’məti  əta 
olunmuş  şəxsin  mükafatı  yalnız  behiştdir».
260
 «Allaha 
yəqinliyi olan halda ölən şəxs behiştə daxil olar».
261
 
                                                 
259
 «Biharul-ənvar», 3-cü cild, səh-5. 
260
 «Biharul-ənvar», 3-cü cild, səh-5. 
261
 «Biharul-ənvar», 3-cü cild, səh-9. 


 
188 
İmam  Sadiq  (ə)  buyurur:  «La  ilahə  illəllah  demək 
behiştin dəyəridir.»
262
  «Xalisliklə la ilahə illəllah deyən 
şəxs  behiştə  daxil  olar.  Bu  işdə  xalislik  odur  ki,  bu 
sözlər  insanı  Allahın  haram  buyurduqlarından 
çəkindirsin».
263
 
İslam  Peyğəmbəri  (s)  buyurmuşdur  ki,  «la  ilahə 
illəllah  deyən  şəxs  behiştə  daxil  olar.  Bir  kişi  İmam 
Baqirin  (ə)  yanına  gəlib,  bu  hədis  haqqında  soruşdu. 
İmam  (ə)  buyurdu:  «Rəvayət  doğrudur,  amma  şərtləri 
var və bu şərtlərdən biri mənəm».
264
 
Bəli, bütün hallarda yeganə çıxış yolu tövhid və onun 
şərtləridir.  Allahı  tanıyıb,  Onun  birliyini  təsdiq  edən, 
peyğəmbərliyi 
və 
imaməti 
qəbul 
edən, 
dinin 
göstərişlərinə  tabe  olan  şəxs  yeganə  doğru  yolu 
tapmışdır.  Tövhid  kölgəsində  bütün  xeyir  əməllər 
qəbuldur  və  qəflətdən  baş  vermiş  günahlar  tövbədən 
sonra  bağışlanır.  Tövhiddən  kənarda  isə  heç  bir  əməl 
qəbul olunmur və ən kiçik günah belə bağışlanmır. 
Tövhid  əhli  ağır  günaha  görə  qiyamət  əzabına  düçar 
olsa, belə tövhid sayəsində qurtulur. 
Həzrət  Peyğəmbər  (s)  Cəbrailə  buyurdu:  «Mənim 
üçün cəhənnəmi təsvir et». Cəbrail cəhənnəmi və onun 
əhlini  təsvir  edərkən  birinci  təbəqəyə  çatdıqda  susdu. 
Həzrət  Peyğəmbər  (s)  soruşdu  ki,  bu  təbəqənin 
sakinləri  kimlərdir?  Mələk  dedi:  «Bura  ən  asan 
təbəqədir və onun sakinləri sənin ümmətinin asiləridir. 
Onlar  böyük  günaha  yol  verib,  dünyadan  tövbəsiz 
                                                 
262
 «Vəsailuş-şiə», 7-ci cild, səh-210. 
263
 «Biharul-ənvar», 90-cı cild, səh-197. 
264
 «Biharul-ənvar», 3-cü cild, səh-13. 


 
189 
gedənlərdir».  Bu  sözləri  eşidən  Peyğəmbər  (s)  üç  gün 
ağladı.  Dördüncü  gün  Həzrətin  (s)  ziyarətinə  gəlmiş 
Zəhra  (s)  gördü  ki,  Həzrət  (s)  üzünü  torpağa  qoyub 
ağlayır. Soruşdu ki, nə baş verib? Həzrət Peyğəmbər (s) 
Cəbrailin  dediklərini  Zəhraya  çatdırdı  və  buyurdu: 
«Vəhy mələyi mənə xəbər vedi ki, Cəhənnəmin birinci 
təbəqəsi mənim ümmətimin günahkarlarının yeridir və 
ağlamağımın səbəbi də elə budur.» Həzrət Zəhra (ə) ərz 
elədi:  «Vəhy  mələyindən  soruşdunmu  ki,  günahkarlar 
Cəhənnəmə hansı surətdə gələcəklər?» Buyurdu: «Bəli, 
kişilərin  saçlarından  və  qadınların  hörüklərindən 
yapışaraq onları Cəhənnəmə sarı çəkərlər və elə ki, ora 
yaxınlaşarlar, Maliki (Cəhənnəmin böyüyü olan mələk) 
gördükdə  dad-fəryad  qoparar  və  ona  belə  yalvararlar: 
«bizə  bir  qədər  möhlət  ver  ki,  öz  halımıza  ağlayaq.» 
Malik möhlət verdikdə o qədər ağlayarlar ki, gözlərinin 
yaşı  quruyar  və  qan  ağlayarlar.  Malik  deyər:  Nə  yaxşı 
olardı  ki,  dünyada  bu  cür  ağlayaydınız  və  bu  günün 
qorxusundan gözlərinizdən axıdaydınız! 
Sonra  Malik  onları  Cəhənnəmə  atar  və  onlar  birdən 
fəryad  edərlər  ki:  «La  ilahə  illəllah.»  Bu  zaman  od 
onlardan uzaqlaşar. Malik odun üstünə qışqırar ki, «ey 
od,  onları  bürü!»  Od  deyər:  «Dillərində  pak  «la  ilahə 
illəllah» kəlməsi olan halda onlrı necə bürüyə bilərəm?» 
Malik  yenə  qışqırar  ki:  «Onları  bürü!»  Lakin  Haqq 
tərəfindən  xitab  olunar  ki,  «üzlərini  yandırma,  çünki 
Allaha  səcdə  etmişlər,  və  qəlblərini  yandırma,  çünki 
mübarək  Ramazan  ayında  susuzluq  çəkmişlər.» 
Beləliklə, Allah istəyənə kimi onlar orada qalarlar. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə