Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə48/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

 
195 
etməyə  işin  sonunu  görməyə  imkan  vermədi.  Nə 
cənnət,  nə  də  cəhənnəm  haqqında  düşünə  bildim. 
Nadanlıq  məni  Səninlə  müxalifətə  günahkarlığa  sövq 
etdi. 
GÜNAHIN E’TİRAF OLUNMASI 
Pərvərdigara!  Ana  bətnində  olduğum  vaxt  hərtərəfli 
şəkildə  lütf  və  ehsanından  bəhrələndim.  Öz  inayətinlə 
məni  murdar  nütfədən  kamil  insan  şəklinə  gətirdin. 
Mənə  ehtiyac  duyduğum  beyin,  ürək,  göz,  dil  kimi 
əzalar əta etdin. Dünyaya sağlam gəlişim üçün anamın 
cisminə  qüvvə  verdin.  Onun  sinəsindəki  südü, 
mehriban  ana  ağuşunu,  məhəbbətlə  dolu  ata  qəlbini 
Sən qərar verdin. Mənə yaşayış üçün zəruri olan bütün 
vasitələri Sən yetirdin. 
Pərvərdigara,  bütün  ötən  yaxşılıqlar  məni  o  qədər 
arxayınlaşdırdı  ki,  nə  qədər  günah  etsəm  də 
bağışlanacağımı zənn etdim. 
Amma indi Sənin lütfünlə ayılmışam və öz kimliyimi 
görürəm. Bütün vücudumla Sənə üz tutub günahlarımı 
e’tiraf  edirəm:  «zələmtu  nəfsi.»  Anlayıram  ki, 
günahların  bu  sayaq  e’tirafı  bir  növ  tövbə  və  Sənə 
doğru qayıdışdır. 
İmam  Baqir  (ə)  buyurur:  «And  olsun  Allaha, 
günahlarını  e’tiraf  etməyən  kəs  nicat  tapmaz».
269
 «And 
olsun  Allaha,  xalqa  yalnız  iki  xasiyyət  lazımdır: 
ne’mətləri  e’tiraf  etsinlər  ki,  artsın,  günahları  e’tiraf 
etsinlər ki, bağışlansın».
270
 
                                                 
269
 «Biharul-ənvar», 6-cı cild, səh-36. 
270
 «Kafi», 2-ci cild, səh-426. 


 
196 
Həzrət  Əli  (ə)  buyurur:  «Günahını  e’tiraf  edən  kəs 
tövbəkar  hesab  olunur».
271
 «Günahın  e’tirafı  onun 
şəfaətçisi, günaha görə üzr istəmək onun tövbəsidir».
272
 
«Təzkirətul-avliya»  kitabında  nəql  olunur  ki,  İmam 
Sadiq (ə) buyurmuşdur: «Əvvəli qorxu, sonu üzrxahlıq 
olan hər bir günah bəndəni Allaha yaxınlaşdırır. Əvvəli 
xudbinlik,  sonu  xudpəsəndlik  olan  hər  bir  ibadət 
bəndəni Allahdan uzaqlaşdırır». 
GƏNC GÜNAHKARIN E’TİRAFI 
Mənsur ibn Əmmar deyir: 
Bir gecə küçədən keçərkən bir evdən belə bir münacat 
eşitdim:  «Pərvərdigara!  Sənə  qarşı  itaətsizlikdən  yox, 
şeytana  və  nəfsimə  aldandığımdan  günah  etmişəm. 
Nəticədə  Sənin  qəzəbinə  gəlmişəm».  Bu  sözləri  eşidib 
Qur’andan  bir  ayə  oxudum:  «Ey  iman  gətirənlər! 
Özünüzü  və  əhli-əyalınızı  elə  bir  oddan  qoruyun  ki, 
onun  yanacağı  insanlar  və  daşlar,  xidmətçiləri  isə 
Allahın  buyruqlarını  yerinə  yetirən  daşqəlbli  və  sərt 
təbiətli  mələklərdir».  («Təhrim»  surəsi,  ayə  6).  Mən  bu 
ayəni  oxuduqdan  sonra  həmin  gəncin  naləsi  ərşə 
ucaldı.  Səhəri  gün  həmin  qapıdan  keçərkən  bir  qoca 
arvadın ağlayaraq yanındakılara belə dediyini eşitdim: 
«Gecələr Allah qorxusundan ağlayan bir oğlum var idi. 
Gecə  o,  münacat  oxuyarkən  küçədən  keçən  bir  şəxs 
əzab  ayəsi  oxudu.  Oğlum  da  fəryad  çəkib  dünyasını 
dəyişdi». 
                                                 
271
 «Mustədrəkül-vəsail», 12-ci cild, səh-116. 
272
 «Ğürərul-hikəm», səh-195. 


 
197 
Yaxınlaşıb  dedim:  «Ana,  o  ayəni  mən  oxudum  və 
oğlunun  dünyadan  getməsinə  səbəb  oldum,  olarmı 
onun  qüslünü  mən  verim?»  Qarı  razılaşdı.  Oğlanın 
üzündən  örtüyü  qaldırdıqda  sinəsində  yaşıl  xətlə 
yazılmış bir yazı gördüm: «Biz bu bəndəyə tövbə suyu 
ilə qüsl verdik».
273
 
 
Mə’şuqdən özgəyə açma sirrini, 
Dağda-daşda gəzmə qiblə yerini. 
Bil, mə’şuq incisə eşqə düşəndən 
Naləylə fəryadla çətin gedə qəm. 
Elə ki, qırıldı əllər ətəkdən, 
Hicran alovunda qovrular bədən. 
Pərvanə görüşçün gözlər gecəni, 
Şəm’ olmasa, nalə olar həmdəmi. 
Çün şə’mə vermişdir nə ki, sirri var 
Başqası nə bilsə olası aşkar. 
Asmışam boynumdan bəndəlik ipin, 
O bir olan ağam mehriban, həkim. 
Sordum eşq odundan varmı bir əlac, 
Buyurdu ki, vüsal ağrıya möhtac. 
TÖVBƏKAR GÜNAHKARIN AQİBƏTİ 
Bir  gün  tanınmış  abid  Yusif  ibn  Hüseyn  məclisdə 
moizə  edirdi.  Günahkarlığı  ilə  tanınmış  Əbdül-Vahid 
ibn  Zeyd  də  bu  məclisdə  iştirak  edirdi.  Yusif  dedi: 
«Mehriban  Allah  günahkarları  özünə  doğru  elə  də’vət 
edib  ki,  sanki  onlara  möhtacdır».  Bu  sözlərdən 
tə’sirlənən  Əbdül-Vahid  yerindən  dik  qalxıb  fəryad 
                                                 
273
 «Ənisül-ləyl», səh-233. 


 
198 
edərək  birbaşa  qəbiristanlığa  üz  tutdu.  Həmin  gecə 
Yusifə  yuxuda  belə  nida  olundu:  «Günahkar  cavanı 
tap».  Üç  gün  Əbdül  Vahidi  gəzən  Yusif,  nəhayət,  onu 
qəbirisatanlıqda  tapdı.  Üzünü  torpağa  qoyub  ağlayan 
Əbdül-Vahid 
Yusifi 
görüb 
«üç 
gündür 
səni 
göndəriblər,  indi  gəlirsən»  -  dedi  və  gözlərini  əbədi 
olaraq yumdu! 
 
«Allahummə mövlayə kəm min qəbihin sətərtəhu və 
kəm  min  fadihin  minəl-bəlai  əqəltəhu  və  kəm  min 
isarin  vəqəytəhu  və  kəm  min  məkruhin  dəfə’təhu  və 
kəm min sənain cəmilin ləstu əhlən ləhu nəşərtəhu». 
(«Pərvərdigara,  ey  mənim  mövlam!  Yol  verdiyim  nə 
çox  çirkinliyi  örtmüsən,  nə  çox  ağır  bəlaları  məndən 
kənarlaşdırmısan,  məni  nə  çox  büdrəmələrdən  hifz 
etmisən,  məni  nə  çox  xoşa  gəlməyən  işlərdən  müdafiə 
etmisən, layiq olmadığım nə çox tə’rifləri xalq arasında 
yaymısan.»). 
 
Cümə  axşamı  gecənin  qaranlığında  bəndənin  dua  və 
tövbə  halında  “Ey  mənim  Ağam,  ey  mənim  Mövlam” 
çağırmasının başqa bir mənzərəsi var. Həzrət Musa (ə) 
öz  münacatında  belə  ərz  etdi:  “Ehtiyac  içindəyəm  və 
xəzinəndə  olmayan  bir  şey  məndədir.”  Həzrət 
Musadan  (ə)  soruşuldu  ki,  o  nədir?  Həzrət  Musa  (ə) 
belə  ərz  etdi:  “Sənin  kimi  Allahım  var.”
274
  
Çirkinliklərin örtülməsi böyük nemətlərdən və Allahın 
öz  bəndəsinə  olan  əsl  ehsanlarındandır.  Əgər  Allah-
Taala dünyada pis əməllərin üstünü örtürsə Qiyamətdə 
                                                 
274
 Ənisül-ləyl, 239. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə