Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə42/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

 
170 
Böyüklər mə’rifət sahibi olmuş,  
Arif olmayana kiçiklik qalmış. 
Sədəf gərəklidir qiymətli dürrə  
Daşda nə hal var ki, sədəfə girə. 
Onu görən könül eşqini dadır, 
Görməyən könülsə özün aldadır. 
Səni canan bilən uymaz özgəyə 
Aşiq olan girməz boş bütxanəyə. 
«Yusif» surəsini oxusan əgər, 
həqiqi sevgiyə verərsən dəyər. 
Bəzərsən könlünü sevgi nuruyla, 
Görüşər bu qərib aşiq yarıyla. 
 
«Və ənzələ bikə indəşşədaidi hacətəhu» 
(«Çətinliklər  içində  istəyini  qarşına  gətirmiş  kəs 
kimi...») 
Əlbəttə  ki,  mehriban  Allah  istək  və  dua  olmadan  da 
çətinliyə,  müsibətə  düşmüş  bəndəsinin  halından 
xəbərdardır.  Amma  ayə  və  rəvayətlərdən  belə  mə’lum 
olur  ki,  Allah  öz  bəndəsinin  ah-zarla  dua  etməsini,  öz 
ehtiyaclarını mövlasından istəməsini sevir. 
Ey  mehriban,  ey  mənim  məhbubum!  Öz  lütf  və 
inayətinlə  çətinliklərimi  aradan  qaldır,  müsibətləri 
məndən  uzaqlaşdır,  məni  bəlalar  zindanından  xilas  et, 
rəhmət və ehsanınla duamı qəbul et, istəklərimi yerinə 
yetir, boş könlümü ilahi feyzlərinlə doldur! 
İnsanın  öz  möhtaclığını,  ah-nalədən  başqa  bir  şeyə 
malik  olmadığını  izhar  etməsi  Həzrət  mövlanın 
istəyincədir.  Elə  buna  görə  də  Allah-Taala  dua  etməyə 
çağırır və bu duaları qəbul edəcəyinə zəmanət verir. 


 
171 
Bəli, dua və ehtiyacın izharı istəkləri dilə gətirmək və 
göz  yaşları  ibadət  və  Allah  əmrinə  itaət  etməyin  bir 
növüdür.  Allah  çətinliyə  düşmüş  bəndəsinin  Ondan 
qeyrisini çağırmasını sevmir. 
Mühüm  kitablarda  nəql  olunmuş  qüdsi  bir  hədisdə 
qeyd edilir ki, bəndə öz müşkülünü yalnız Allaha izhar 
etməlidir. Uyğun hədisdə Allah-Taala buyurur: «Məgər 
çətinliyə  düşmüş  bəndəm  başqalarına  bel  bağlayıb, 
çətinliklərin  onlar  tərəfindən  həll  olunacağınımı 
gözləyir?! Halbuki, çətinlikləri aradan qaldırmaq yalnız 
mənim əlimdədir. Mənim bəndəm başqaları tərəfindən 
ehtiyaclarının 
ödənməsinimi 
gözləyir?! 
Halbuki, 
imkanlı,  bağışlayan,  kərim  olan  Mənəm  və  bütün 
dərdlərin açarı Mənim əlimdədir. 
Nə  üçün  bəndəm  Məndən  üz  döndərib?!  Halbuki, 
bütün  istəklərini  vermişəm.  İndi  isə  o  bir  bu  qədər 
ehtiyacla başqalarına üz tutub onlara ağız açır. 
Mənəm  Allah  və  Məndən  başqa  bir  mə’bud  yoxdur. 
İstəmədiyini  əta  etdiyim  halda,  istədiyini  əta 
etmərəmmi?!  Məgər  sonsuz  səxavət  dəryası  Məndən 
deyilmi?! Dünya və axirət Mənim əlimdə deyilmi?! 
Əgər  göylərin  və  yerin  əhli  göylərcə  və  yercə  bir  şey 
istəsələr  və  Mən  onlara  əta  etsəm,  mülkümdən  milçək 
qanadı  qədər  də  azalmaz.  Vay  halına  Məndən  üz 
döndərib başqasına ağız açanın və çətinliklərinin həllini 
özgəsindən gözləyənin».
230
 
 
«Və əzumə fima indəkə rəğbətuhu» 
(«Səndə olana rəğbətim, meylim böyükdür») 
                                                 
230
 «Ənisül-ləyl», səh-196. 


 
172 
Həzrət  Əli  (ə)  Allah-Taalanın  nəzərində  olanlardan 
yaxşı  xəbərdar  idi.  Ona  görə  də  bu  duanı  oxuyarkən 
üzünü  torpağa  qoyar,  sızıltı  ilə  ərz  edərdi:  «Və  əzumə 
fima indəkə rəğbətuhu». 
Əgər  Allah-Taalanın  hər  bir  insan  üçün  müyəssər 
olanlarını sadalayıb açıqlamaq istəsək, bir neçə yüz cild 
kitab  yazmalı  olarıq  və  ömrümüz  sona  çatar.  Lakin 
həmin kitablar Allahın nəzdində olanlarla münasibətdə 
bir  damlanı  xatırladar.  Sadəcə  rəğbət  və  sevgilimizi 
artırmaq üçün bə’zi həqiqətlərə işarə edirik. 
ƏMƏL MÜQABİLİNDƏ MÜKAFATLAR 
Allah-Taala  öz  lütf  və  mərhəmətindən  bütün 
bəndələrini  namaz,  oruc,  həcc,  cihad,  sədəqə  xalqa 
xidmət,  hüquqlara  riayət,  günahdan  uzaqlığa  də’vət 
etmiş,  hər  bir  əməl  müqabilində  də  mükafat  tə’yin 
etmişdir. Qur’ani-Kərimdə qəti  şəkildə e’lan olunur ki, 
heç kimin saleh əməli mükafatsız qalmayacaqdır. 
Allah-Taala mö’min və saleh bəndələri üçün bir neçə 
növ mükafat tə’yin etmişdir: 1. Əzim əcr; 2. Kərim əcr; 
3. Daimi əcr; 4. Böyük əcr; 5. İkiqat əcr. 
«Yaxşı  işlər  görüb  pis  işlərdən  çəkinənləri  əzim  bir 
mükafat gözləyir».
231
 
«Şübhəsiz  ki,  sədəqə  verən  kişi  və  qadınların,  Allah 
yolunda  gözəl  borc  verənlərin  mükafatları  qat-qat 
artırılacaq.  Onları  həm  də  yaxşı,  kərim  bir  mükafat 
gözləyir». («Hədid» surəsi, ayə 18).  
«Doğrudan  da,  iman  gətirib  saleh  işlər  görənləri 
daimi mükafat gözləyir». («Fussilət» surəsi, ayə 8). 
                                                 
231
 «Ali-İmran» surəsi, ayə 172. 


 
173 
«İman  gətirib  yaxşı  işlər  görənləri  bağışlanma  və 
böyük bir mükafat gözləyir» («Fatir» surəsi, ayə 7). 
«Səbir  edib,  pisliyi  yaxşılıqla  dəf  etdikləri  və 
verdiyimiz  ruzidən  sərf  etdikləri  üçün  onlara  ikiqat 
mükafat veriləcəkdir».
232
 
İman  və  saleh  əməl  sahiblərinə  veriləcək  daimi 
mükafat Allaha məxsusdur və Ondan qeyri kimsə belə 
bir  qüdrətə  malik  deyildir.  Bu  mövzuda  Qur’an 
ayələrini açıqlayan bə’zi rəvayətlərə nəzər salaq: 
Həzrət  Əli  (ə)  buyurur:  «Sizin  yaxşı  əməllərinizin 
mükafatı  əməllərinizdən  üstündür»,
233
 «Səbir  və 
dözümün mükafatı ən yaxşı mükafatdır».
234
 «Doğrudan 
da  ən  böyük  mükafat  insaf  mükafatıdır».
235
 «Cihadın 
mükafatı ən böyük mükafatlardandır».
236
 
Həzrət  Baqir  (ə)  buyurur:  «Məkkədə  yatan  ziyarətçi 
şəhərlərdə çalışanlar kimidir. Məkkədə səcdə edən kəs 
Allah  yolunda  qanına  bələnmiş  şəhid  kimidir. 
Ziyarətçinin  yerinə  onun  ev  işlərini  idarə  edən  kəsin 
savabı  qara  daşa  toxunan  ziyarətçinin  savabı 
kimidir».
237
 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Allah  yolunda  bir 
gün  cihad  bütün  dünya  və  onda  olanlardan 
üstündür».
238
 «Allah  yolunda  bir  gecə  keşik  çəkmək 
gecələri  ibadət  edilən,  gündüzləri  oruc  tutulan  min 
                                                 
232
 «Qəsəs» surəsi, ayə 54. 
233
 «Təfsire-Muin», səh-299. 
234
 «Ğürərul-hikəm», səh-281. 
235
 «Ğürərul-hikəm», səh-394. 
236
 «Ğürərul-hikəm», səh-333. 
237
 «Məhəccətul-bəyza», 2-ci cild, səh-153. 
238
 «Təfsire-Muin», səh-193. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə