Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə40/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

 
162 
qaldı».
219
 Həzrət Əli (ə) buyurur: «Az ruziyə və sərvətə 
qane  olmayan  kəs  hansı  güclə  özünü  islah  edə 
bilər?!»
220
  
 
 
Bir qoca əynində dərviş libası 
Çör-çöp toplayırdı meşə arası. 
Yığdığı şələni çatıb dalına, 
Şükr edirdi gününə iqbalına. 
Deyirdi: ya Rəbbi, min şükür sənə 
Bir beləcə ne’mət vermisən mənə. 
Çatdırmısan izzətimi səmaya, 
Gücüm çatmır layiqli həmd-sənaya. 
Bəsirət gözümü açan da Sənsən, 
Mənə xoşbəxtliyi seçən də Sənsən. 
Məndə qüdrət yoxdu bu yerə çatım, 
Rəzilliyi atıb, kamalı tutum. 
Bax beləcə qoca sınıq səs ilə 
Danışırdı ruzi verən kəs ilə. 
Bu vaxt yoldan ötən məğrur bir cavan 
Üz tutdu qocaya sanki bir heyvan. 
Dedi nə gününə şükr eyləyirsən, 
Yoldan çör-çöp yığmaq deyilmi peşən? 
Tikanlar belini çalır ilan tək, 
Ayaqların, çiyinlərin döyənək. 
Bu işi izzətli bilirsən, qoca, 
Alçaq həyat görünür sənə uca. 
Qoca dedi: xoşbəxtlikmi bilirsən 
                                                 
219
 «Kafi» 7-ci cild, 243. 
220
 «Ğürərul-hikəm», səh-237. 


 
163 
Veyil gəzib, müftə dolanmağı sən? 
Bilirsənmi nəyə şükr edirəm mən, 
Şükür sənin kimi nankor deyiləm. 
Şükr edirəm çırpı yaranmamışam, 
Ayı olmamışam sənin tək çaşam. 
Ağa qapısında durmaqdansa qul, 
Azad çırpıçı ol, budur doğru yol. 
 
4-Bütün hallarda təvazökar olmaq. 
Təvazökarlıq  ilahi  həqiqətlərə  çatmaq  üçün  olduqca 
tə’sirli  olan  əxlaqi  bir  dəyərdir.  Təvazökarlıq  o  qədər 
qiymətlidir  ki,  Həzrət  Əli  (ə)  «Kumeyl»  duasında 
Allah-Taaladan  bu  sifəti  təmənna  edir.  Təvazökar  və 
sadə  insan  axirət  əzabından  qurtular,  əbədi  səadətə  və 
Allahın razılığına nail olar. 
Təvazökarlıq  iki  yerdə  işlənməlidir:  Allah  və  xalq 
qarşısında.  Allah  qarşısında  təvazö’  odur  ki,  insan  öz 
Rəbbinin  göstərişlərini  səmimi  qəlbdən  qəbul  edib 
böyük  eşqlə  əməl  etsin.  Xalq  qarşısında  təvazö’  isə 
insanın 
özünü 
başqa 
müsəlmanlardan 
üstün 
bilməməsi,  onlara  həqarətlə  baxmamasıdır.  Mö’min 
şəxs  öz  din  qardaşlarına  yardım  əli  uzatmalı,  onların 
səhvini  bağışlamalı,  gizlində  və  aşkarda  mö’minlərin 
hörmətini saxlamalıdır. 
QUR’ANDA TƏVAZÖKARLIQ HAQQINDA 
Qur’ani-Məcid  bütün  insanları  Allah  qarşısında 
təvazökarlıqa 
çağırmaqla 
bərabər, 
mö’minlər 
qarşısında  da  təvazökar  olmağı  tapşırır.  Hətta 
mələklərdən  üstün  olan  İslam  Peyğəmbəri  (s)  də 
təvazökarlığa  də’vət  edilir.  «Hicr»  surəsinin  88-ci 


 
164 
ayəsində 
oxuyuruq: 
«Bütün 
mö’minlərə 
qarşı 
təvazökar  ol».  «Qəsəs»  surəsinin  83-cü  ayəsində 
oxuyuruq:  «Biz  axirət  evini  yer  üzündə  üstünlük  və 
fəsad istəyində olmayanlar üçün qərar vermişik». 
Qur’ani-Kərimdə  açıq-aşkar  bəyan  olunur  ki,  Allah 
təkəbbürlüləri  sevmir  və  bu  sifətdə  olanlar  cəhənnəm 
əhlidirlər.  «Nəhl»  surəsinin  23-cü  ayəsində  buyurulur: 
«Şübhəsiz  ki,  Allah  təkəbbürlüləri  sevmir».  «Zumər» 
surəsinin 60-cı ayəsində isə belə bəyan olunur: «Məgər 
təkəbbürlülər üçün cəhənnəmdə yer yoxdurmu? 
RƏVAYƏTLƏRDƏ TƏVAZÖKARLIQ HAQQINDA 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Nə  olub  ki,  sizdə 
ibadət  şirinliyi  görmürəm?»  Soruşdular  ki,  ibadətin 
şirinliyi nədir? Buyurdu: «Təvazökarlıq». 
Həzrət  Əli  (ə)  qədim  mö’minlərin  təvazökarlığından 
danışaraq  xalqa  belə  nəsihət  edir:  «Pak  Allah  onlar 
üçün  təkəbbürü  yox,  təvazökarlığı  bəyəndi.  Onlar 
surətlərinin bir hissəsini ibadət nişanəsi olaraq torpağa 
qoydular,  üzlərini  bəndəlik  əlaməti  olaraq  yerə 
sürtdülər  və  bütün  mö’minlər  qarşısında  təvazökar 
oldular».
221
 Həzrət  (ə)  başqa  bir  hədisdə  buyurur: 
«Təvazökarlığı  gözlə  çünki  təvazökarlıq  ən  böyük 
ibadətlərdəndir».
222
 
İmam  Sadiq  (ə)  təvazökarlığın  sərhədlərini  bəyan 
edir:  «Təvazö’  odur ki,  öz  böyüklüyündən  aşağı  yerdə 
oturmaqdan  xoşhal  olasan.  Görüşdüyün  şəxsə  salam 
                                                 
221
 «Nəhcül-bəlağə». 
222
 «Biharul-ənvar», 72-ci cild, səh-119. 


 
165 
ver,  höcətləşmədən  haqlı  olsan  belə  çəkin.  Xeyirlərin 
üstünü təvazödür».
223
 
Allahın  Rəsulu  (s)  buyurur:  «Şübhəsiz  ki,  bəndəlik 
cəhətindən  ən  üstün  olan  şəxs  məqamının  yuxarı 
olduğu  halda  təvazökarlıq  göstərən  şəxsdir».
224
 
«Təvazökarlıq  öz  sahibinin  məqamını  qaldırar. 
Təvazökar olun ki, Allah sizi uca  məqamlı etsin».
225
 
Əxlaq alimlərinin fikrincə, şeytani sifət olan təkəbbür 
ifrat,  hər  bir  kəsin  qarşısında  özünü  alçaltmaq  isə 
təfritdir.  Orta  hədd  isə  təvazökarlıqdır.  Mə’sum 
imamlardan  rəvayət  olunmuşdur  ki,  Allah  qarşısında 
təvazökarlıq  bütün  vücudunu  bəndəlik  məqamında 
qərarlaşdırmaq  və  insanlarla  ədalətlə  rəftar  edib, 
onların hüququna riayət etməkdir. 
HƏZRƏT PEYĞƏMBƏR (S) VƏ HƏZRƏT ƏLİNİN 
(Ə) TƏVAZÖKARLIĞI 
Həzrət  Peyğəmbər  (s)  kasıblar,  məzlumlar,  fəqirlərlə 
oturub-durardı.  Hətta  kiçik  uşağa  da  salam  verər, 
torpaq  üstündə  oturar,  ən  zəif  imkanlılarla  ünsiyyətdə 
olar,  ən  adi  at  minər,  qoyunlarını  özü  sağar,  paltarını 
özü yuyar, xidmətçilərlə bir süfrədə oturar, cəmiyyətdə 
ən adi fərd kimi keçinərdi. 
Həzrət  Əli  (ə)  də  çox  təvazökar  halda  yaşayardı.  İbn 
Abbas  nəql  edir  ki,  bir  gün  onun  öz  ayaqqabılarını 
yamadığını  gördüm.  Dedim  ki,  bu  ayaqqabını 
yamamağa  dəyməz.  Buyurdu:  «And  olsun  Allaha,  bu 
                                                 
223
 «Biharul-ənvar», 72-ci cild, səh-123. 
224
 «Biharul-ənvar», 74-ci cild, səh-181. 
225
 «Kafi», 2-ci cild, səh-121. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə