Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə35/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

 
142 
Allahdan  qeyri  nə  varsa,  fani  olur.  O,  Allahın  izni  ilə 
xilafət  kürsüsünə  oturub,  ilahi  qüdrətdən  faydalanır. 
«Ənisül-ləyl»  kitabında  nəql  olunmuş  qüdsi  hədisdə 
Allah-Taala buyurur: «Ey mənim bəndəm, mənə itaət et 
ki,  səni  Özüm  kimi  edim.  Mənim  «ol»  dediyim  dərhal 
olur. Sən də bir şeyə «ol» desən, dərhal olar». 
Digər  bir  hədisdə  buyurulur:  «Mən  əbədi  ölməyən 
diri bir sultanam. Ey mənim bəndəm, mənə itaət et ki, 
səni də əbədi, ölməz sultan edim».
165
 
Mə’rifət  əhli  bu  fikirdədir  ki,  bütün  zahiri  və  batini 
ibadətlərdə  məqsəd  Allaha  yaxın  məqama  çatmaqdır. 
İtaət və ibadətləri qaydasınca yerinə yetirən şəxs bu ali 
mərtəbəyə çatası və öz iradəsini Allahın iradəsinə tabe 
edəsidir.  Haqq  yolçusu  öz  itaət  və  ibadəti  ilə  Həzrət 
Haqqa doğru hərəkət etdiyi zaman Allahın rəhməti, ad 
və  sifətləri  sür’ətlə  ona  yaxınlaşır.  Qüdsi  hədisdə 
deyilir:  «Mənə  bir  qarış  yaxınlaşana  bir  dirsək 
yaxınlaşaram.  Mənə  bir  dirsək  yaxınlaşana  bir  «ba’» 
(qollar  üfüqi  açıldıqda  alınan  məsafə)  yaxınlaşaram. 
Hər kəs mənə doğru addım atsa, mən sür’ətlə ona tərəf 
gedərəm.»
166
  
Bəli,  ibadət  və  itaət,  Allaha  yaxınlaşma  nəticəsində 
Allah  da  insana  yaxınlaşar.  Ayə  və  rəvayətlərdə  bu 
məqam  «yaxın  məqam»  adlandırılmışdır  və  bu 
məqama  çatanlara  «muqərrəbin»  deyilir.  Hal  əhli  o 
şəxsləri  müqərrəbin  adlandırır  ki,  onların  fe’l  və 
sifətləri  Allahın  fe’l  və  sifətləri  qarşısında  fani 
olmuşdur. Müqərrəbinin iradəsi Allah  iradəsi, danışığı 
                                                 
165
 «Ruhul-bəyan». 
166
 «Müstədrəkul-vəsail», 5-ci cild, səh-298. 


 
143 
Allah  danışığıdır.  Qüdsi  hədisdə  buyurulur:  «Allah-
Taala  buyurur:  «Haqq  yolçusu  daim  nafilələrlə  (əlavə 
ibadətlərlə) Mənə yaxınlıq axtarır. Ona eşq bağladığım 
vaxt  eşidən  qulağı,  görən  gözü,  danışan  dili  oluram. 
Ona düşünən qəlb oluram. Məni çağırdığı zaman cavab 
verir, istədiyini əta edirəm.»
167
  
Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Müttəqinin  sözü 
vəhy  mərtəbəsindədir.  Onlardan  bə’zilərinin  dilindən 
çıxan  söz  haqqında  «səninlə  bu  şəkildə  kim  danışıb» 
soruşulduqda  belə  deyər:  qəlbim  fikrimdən,  fikrim 
batinimin  dərinliyindən,  batinimin  dərinliyi  Allah 
tərəfindən mənimlə danışdı».
168
 
Bu 
məqamın 
ən 
üstün 
mərhələsində 
İslam 
Peyğəmbəri  (s)  olmuşdur.  Həzrət  (s)  buyurur:  «Məni 
görən  kəs  şübhəsiz  haqqı  görmüşdür.»
169
   «Allahla 
mənim  aramda  elə  bir  zaman  var  ki,  heç  bir  yaxın 
mələk  və  mürsəl  peyğəmbər  həmin  zamana  mənimlə 
sığmaz».
170
 
Həzrət Peyğəmbərdən (s) sonra bu məqamın ən üstün 
mərhələsinə  çatan  ariflər  mövlası  Həzrət  Əli  (ə) 
buyurur:  «Batin  nuru  ilə  məni  tanımaq  Allahı 
tanımaqdır.»
171
  
Arif  şair  Cəlaləddin  Rumi  Allahın  müqərrəb  bəndəsi 
olan  Həzrət  Nuhun  (ə)  məqamını  onun  dilindən 
qələmə almışdır. (İstər Rumi, istər Sədi, istərsə də başqa 
                                                 
167
 «Kənzül-əmmal», 1155. 
168
 «Bəhrul-məarif», 1-ci cild, səh-40. 
169
 «Biharul-ənvar», 58-ci cild, səh-234. 
170
 «Biharul-ənvar», 18-ci cild, səh-360. 
171
 «Biharul-ənvar», 26-1. 


 
144 
arif  şairlərin  şe’rlərini  olduğu  kimi  tərcümə  etmək 
gücündə  olmadığımızdan  tərcümələrdə  sadəcə  şe’rin 
əsas mövzusunu saxlaya bilirik. -Mütərcim. 
 
Ey azğınlar, məndə məndən əsər yox,  
Onda fani olmayandan səmər yox. 
Dünya sevgisindən yığıldım cana, 
Qatıldım büsbütün o bir canana. 
Dediklərim ol mövlanın sözləri,  
Oda çəkər ondan dönən üzləri. 
 
MÜQƏRRƏBLƏRİN KƏRAMƏTLƏRİ 
1-Hacı Seyyid Əli Qazi. 
Böyük ustadım mərhum ayətullah Hacı Şeyx Əbülfəzl 
Nəcəfi  Xansari  ölümündən  bir  neçə  ay  əvvəl  yanında 
olduğum  vaxt  öz  ustadı  mərhum  Hacı  Seyyid  Əli 
Qazinin kəramətini belə yad edirdi: 
Bir  gecə  biz  bir  neçə  tələbə  ustadla  birgə  Kufə 
məscidinə  ibadətə  getdik.  Onunla  yanaşı  ibadətə 
dayanıb, Allah-Taala ilə münacata başladıq. İbadətimizi 
bitirəndən  sonra  məsciddən  çıxarkən  qarşımıza  çox 
zəhərli bir ilan çıxdı. Ustaddan başqa hamı özünü itirdi. 
O isə həmişəki kimi çox sakit bir halda ilana yaxınlaşıb 
pıçıltı  ilə  «öl!»  dedi.  İlan  qurumuş  budaq  tək 
hərəkətdən düşdü. Heyrət içində  ilanın yanından ötüb 
keçdik. 
2-Daha bir hekayət. 
 
Hekayət edirlər dində böyüklər,  
Həqiqəti tanımışlar bəs qədər. 


 
145 
Bir arif oturub pələng belində  
Tutmuşdu zəhərli ilan əlində. 
Dedilər ki, ey doğru yol yolçusu,  
Bizimçün də ol hidayət elçisi. 
Nə etmisən, yırtıcılar olub ram, 
Səadətdə çatmaz sənə bir adam. 
Söylədi bu pələng, bu qorxunc ilan 
Allahın əmriylə dayanmış aram. 
Hər kim öz Rəbbindən döndərməsə üz 
Onun da önündə vəhşi durar düz. 
Hər vücudun halı Onun əlində 
İtaət var haqqa, mə’sum gülündə. 
Səni sevən əlbət qoruyar oddan. 
Onu razı salsan, hər bir iş asan. 
Doğru yol bir budur, qaçma kənara,  
Qədəm atsan ömür dönər bahara. 
İnsan, haqq yolçunun sözü kəsərli,  
Baxışı şimşəkdən qat-qat hünərli. 
 
3-Mirza Tahir Tonkabuninin hekayəti. 
Son  dövrün  böyük  filosoflarından  olan  Mirza  Tahir 
buyurur  ki,  bir  gün  Tehranda  keçmiş  tələbə 
yoldaşlarımdan  olan  bir  Seyyidlə  rastlaşdım.  Nə 
etdiyini soruşdum, dedi ki, «bekaram». Onu mədrəsəyə 
də’vət  etdim.  Oturub  çay  içdikdən  sonra  soruşdu  ki, 
«Quma  getmək  istəyirsən.  Dedim  ki,  hava  soyuqdur, 
gecədir,  nəqliyyat  tapmaq  çətin  olar.»  Amma  o,  israr 
etdi.  Razılaşdım.  Qəfildən  «bu  da  Qum»-  deyə 
pıçıldadı.  Özümü  Həzrət  Mə’sumənin  (ə)  hərəmində 
gördüm... 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə