Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə31/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

 
126 
Bu dövrün zülmünə çatmadı gücüm, 
Zülmətə qərq oldu gündüzüm, gecəm. 
Nəfsin hiyləsindən bəlaya düşdüm, 
Həvəslər ardınca həddimi aşdım. 
Saralıb könlümün sevgi qönçəsi, 
Ulduzlara həsrət görüş gecəsi. 
Bəlalar odunda yanır ciyərim, 
Sanki aqibətdən yoxmuş xəbərim. 
Düşüncə bağımda amansız xəzan 
Vaxtı dayandırmış zalım hökmüran. 
Bütün addımlarım günah, xətadır, 
Ümidlər qırılsa, həyat cəfadır. 
Rəhmət yağışında islat ruhumu. 
Dərgahına yetir tövbə’ ahımı. 
Vüsal hərəminə bir yol aç mənə 
Bu qurumuş könül cücərsin yenə. 
Səndən özgəsinə axmasın gözüm,  
Pak olsun əməlim, pak olsun sözüm. 
Tofiq şərbətindən içim doyunca, 
Üyüdülüm, sınım haqqa uyunca. 
 
«Allahummə inni ətəqərrəbu iləykə bizikrikə» 
(«Pərvərdigara,  Səni  zikr  etməklə  Sənə  yaxınlıq 
axtarıram») 
HİCRAN XARABASI 
Maddi  işlərə  ifrat  surətdə  bağlılıq,  şəhvətə  əndazəsiz 
meyl,  ləzzətə  aludəçilik,  bütün  vaxtı  dünya  malı 
qazanmağa  sərf  etmək,  qafil  insanlarla  yoldaşlıq,  xeyir 
işlərdən  uzaqlıq,  israfçılıq,  xalqın  problemlərinə 
biganəçilik,  vacib  işlərdə  süstlük,  günaha  batmaq,  elm 


 
127 
və  maarifdən  xəbərsizlik  hicran  xarabasında  sakinliyin 
nişanələridir. 
Bu 
xarabada 
ilan-çayandan, 
hiyləgərlikdən,  heyvanlıq  və  şeytançılıqdan,  qarətçilik 
və  quldurluqdan,  yalan  və  xəyanətdən,  riyakarlıq  və 
eqoizmdən, qeybət və böhtandan, zina və oğurluqdan, 
təkəbbür və lovğalıqdan, bir sözlə günahdan başqa bir 
şey tapılmaz. Bu xarabalıqda qiymətli ömür puça çıxır, 
mə’nəvi  dəyərlər  havaya  sovrulur,  Adəm  övladı  əbədi 
bədbəxtliyə  düçar  olur.  Bu  xarabada  bütün  ixtiyar 
şeytansifət  cin  və  insanların  əlindədir.  Burada  əksər 
insanlar  daxilən  heyvandır.  Bu  xarabadakı  varlıqlar 
həqiqətə  arxa  çevirərək,  zənn  və  gümana  əsaslanırlar. 
Günahla  qol-boyun  olan  bu  dəstə  ismət  pərdəsini 
aradan  qaldırmış,  azğın  nəfsin  laylasından  yatmışdır. 
Onların  arvadları  günahkar,  qızları  hiyləgər,  oğlanları 
qəddar,  cavanları  şəxsiyyətsiz,  qocaları  fasiq  və 
bədəməldir.  Onlar  siçovul,  dovşan,  ilan,  əqrəb 
xislətlidirlər.  Biri  dişi,  o  biri  isə  quyruğu  ilə  sancır.  Bu 
xarabanın  adı  təbiət,  padşahı  cəhalət,  ordusu 
çirkinliklər,  tərkibi  haram,  məqsədi  insanı  məhv 
etməkdir. 
VÜSAL MƏMLƏKƏTİ 
Hicran  xarabasının  sakininə  əqlən  və  şər’ən  vacibdir 
ki, səmərəsiz və zərərli şeyləri qəlbindən çıxarıb, vüsal 
məmləkətinə  doğru  hicrət  etsin.  İnsan  eşq  və 
çalışqanlıqla  hərəkətə  gəlməli,  zikrdən  güc  alaraq 
mə’rifət və fəzilət, sədaqət və düzlük, haqq və həqiqət, 
vəfa  və  səfa,  bəndəlik  və  ibadət,  səbir  və  təvəkkül... 
məmləkətinə  qədəm  qoymalı,  Allahla  yaxınlığın 
şirinliyini  duymalı,  vüsal  çiçəyinin  ətrini  almalı,  İlahi 


 
128 
əxlaqla bəzənməli, peyğəmbərlər, siddiqlər, şəhidlər və 
salehlərlə  yoldaşlığa  nail  olmalıdır.  Qur’ani-Kərim 
çirkinlikdən  gözəlliklərə  doğru  yönəlmiş  bu  aşiqanə 
hicrət  haqqında  buyurur:  «Allah  yolunda  hicrət  edən 
şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim 
evindən çıxıb Allaha və onun peyğəmbərinə tərəf hicrət 
etsə  sonra  isə  ölüm  onu  haqlasa,  həmin  şəxsin 
mükafatını  Allah  özü  verər.  Allah  bağışlayan  və  rəhm 
edəndir.  
 
İstəklər tüğyanda, mənzilsə uzaq, 
Doğru yol gərəkmiş hər şeydən qabaq. 
Qəflət yuxusunda sovuşmuş ömür,  
Könül qəm odunda qızarmış kömür. 
 Bu dəryada dalğa qılıncdan iti,  
Təkində gövhəri düşünmə qəti. 
Dəyərli anları xərcləmə heçə’  
Haqqı sevən gərək dünyadan keçə. 
Sevgi günəşidir zülməti yaran, 
Kölgədə oturan gətirməz davam. 
 
ZİKR 
Araşdırmalara  əsasən,  «bizikrikə»  kələməsindəki  «b» 
hərfi  səbəb  mə’nasındadır.  Demək,  cümlənin  mə’nası 
belə  olur:  «Pərvərdigara,  mən  Sənin  zikrinin  səbəbi  ilə 
Sənə  yaxınlıq  axtarıram».  «Zikr»  kəlməsi  üç  mə’na 
ifadə  edə  bilər:  Allah-Taalaya  diqqət  və  onu  qəlbən 
xatırlamaq; Qur’an; Peyğəmbər (s) və Əhli-beyt (ə). 
Zikr  qəflətin  ziddidir.  Allahdan  qəflətdə  olan  şəxs 
ömrünün puça çıxmasından, günaha batmaqdan, haqqı 


 
129 
tapdamaqdan, haram yeməkdən qorxmur. Amma daim 
Allahı xatırlayıb qəlbində Onu zikr edən şəxs inanır ki, 
peyğəmbərlər və kitablar hidayət üçün göndərilib, itaət 
edənləri  behişt,  etməyənləri  cəhənnəm  gözləyir.  Bu 
qəbil  insanlar  yalnız  Allahın  razılığını  qazanmaq  üçün 
ibadət  edir,  insanlara  xidmət  göstərir,  haramdan  uzaq 
olur, başqalarının hüququna riayət edir, elm və mə’rifət 
öyrənir  və  s.  Batinə  aid  olan  zikr  və  diqqət  o  qədər 
qüdrətlidir  ki,  qısa  bir  müddətdən  sonra  insanı  ibadət 
şirinliyinin duyulduğu bir məqama çatdırır. 
Ağır  qəflətə  düçar  olmuş  Yunus  qövmü  alim  və  aşiq 
bir  şəxsin  köməkliyi  ilə  qəflətdən  oyandılar.  Allah 
zikrinin  köməyi  ilə  qəflət  pərdələri  yırtıldı,  üzlər 
torpağa  sürtüldü,  göz  yaşları  qəlbləri  çirkinlikdən 
təmizlədi.  Onlar  həqiqi  tövbə  etməklə  öz  vətənlərini 
ölüm  saçan  şimşəklərin  bəlasından  qorudular.  Bütün 
qalan ömürlərini ibadət və bəndəlikdə keçirib, nəhayət, 
əbədi  behiştdə  sakin  oldular.  İbadət  və  bəndəlik,  zikr 
və  diqqət  vasitəsi  ilə  qaranlıq  keçmişlərinin  üstündən 
xətt  çəkən  bu  günahkarlar  qaranlıqdan  işığa  çıxmağın 
yolunu  bütün  dünyaya  göstərdilər.  Bəşər  tarixinin 
səhifələrini  öz  qəlblərinin  nuru  ilə  işıqlandırmış  Asya, 
Əshabi-Kəhf,  Bəhlul  Nəbbaş,  Hürr  ibn  Yəzid,  Fuzeyl 
Əyaz kimi şəxsiyyətlər zikr və diqqət vasitəsi ilə şeytan 
qurğusundan qurtulub Allahın rəhmətinə qovuşdular. 
 
Haqqı axtaran insan 
Könül verməz dünyaya. 
Tutar Tanrı yolunu, 
Təslim olmaz xülyaya. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə