Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə28/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

 
114 
(ə)  buyurdu:  «Təqva  imanlı  edər,  tamah  imanı  əldən 
alar».
125
 
İmam Hadi (ə) buyurur: «Tamah çirkin bir sifətdir».
126
 
İmam  Sadiq  (ə)  buyurur:  «Əgər  xoşhal  olub  dünya  və 
axirət  xeyrinə  çatmaq  istəyirsənsə,  xalqın  əlində  olana 
tamah  salma».
127
 Həzrət  Əli  (ə)  buyurur:  «Ömür  boyu 
azad  qalmaq  istəyən  kəs  qəlbində  tamaha  yer 
verməz».
128
 
HƏSƏD, PAXILLIQ 
Çox  çirkin  sifət  olan  həsəd  odur  ki,  camaatın  var-
yoxunun  onların  əlindən  çıxmasını  arzulayasan. 
Paxıllıq  Allahın  bölgüsünə  Onun  başqalarına  ne’mət 
verməsinə  e’tirazdır.  Təkəbbür  və  özünü  bəyənmək, 
rəyasətə  və  üstünlüyə  məhəbbət  insanda  həsəd 
doğuran  amillərdir.  İmam  Sadiq  (ə)  buyurur:  «Alov 
çör-çöpü  yandırdığı  kimi,  həsəd  də  imanı  yandırır».
129
 
«Həsəd, xudbinlik və lovğalıq dinin bəlasıdır.»
130
  
İmam  Sadiq  (ə)  buyurur:  «Həzrət  Musa  (ə)  Allah-
Taala  ilə  münacat  etdiyi  vaxt  buludun  bir  kişiyə  kölgə 
saldığını  görür.  Allaha  ərz  edir  ki,  bu  şəxs  kimdir? 
Allah-Taala  buyurur:  «Bu  o  şəxslərdəndir  ki,  Allahın 
ehsan əta etdiyi insanlara paxıllıq etmir».
131
 
                                                 
125
 «Biharul-ənvar», 70-ci cild, səh-171. 
126
 «Biharul-ənvar», 69-cu cild səh-199. 
127
 «Xisal», 1-ci cild, səh-121. 
128
 «Məcmueye-vərram», 1-ci cild, səh-49. 
129
 «Kafi», 2-ci cild, səh-306. 
130
 «Kafi», 2-ci cild, səh-307. 
131
 «Biharul-ənvar», 70-ci cild səh-255. 


 
115 
ALLAH DÜŞMƏNLƏRİNƏ MƏHƏBBƏT 
Allah düşmənlərinə sevgi qəlbin xəstəliyindən doğur. 
İnsan yaxşı insanları və yaxşı işləri sevməli, pis işlər və 
pis  insanlara  düşmən  olmalıdır.  Əgər  qəlb  bunu 
istəmirsə,  deməli  xəstədir.  Əgər  bu  xəstəlik  ayə  və 
rəvayətlərlə  müalicə  olunmazsa,  böyük  çətinliklərə 
səbəb olar. 
Qur’ani-Kərimdə  Peyğəmbər  (s)  və  mö’minlər 
kafirlərə  qarşı  amansız,  öz  aralarında  isə  mehriban 
tanıtdırılırlar. 
«Fəth» 
surəsinin 
29-cu 
ayəsində 
oxuyuruq:  «Məhəmməd  (s)  Allahın  rəsuludur.  Onunla 
olanlar  kafirlərə  qarşı  amansız,  öz  aralarında  isə 
mehribandırlar».  Mö’minlərə  belə  buyurulur:  «Nə 
mənim düşmənimi, nə də öz düşməninizi dost tutun. 
Onlar  sizə  gələn  haqqı  inkar  etdikləri  halda  siz 
onlarla  dostluq  edir,  mehribanlıq  göstərirsiniz».
132
 
«Mucadilə» surəsinin 22-ci ayəsində oxuyuruq: «Allaha 
və  axirət  gününə  inanan  bir  tayfanın  -  ataları, 
oğulları, qardaşları, qohumları olsalar da belə - Allah 
və  onun  rəsuluna  qarşı  çıxanlarla  dostluğunu 
görməzsən».  
İKİÜZLÜLÜK VƏ NİFAQ 
Nifaq,  ikiüzlülük,  üzdə  özünü  mö’minlərə  dost  kimi 
göstərib,  arxada  düşmənçilik  etmək  o  qədər  çirkin 
sifətlərdir  ki,  Allah-Taala  Qur’anda  bu  sifətlərə  görə 
ağır əzab və cəhənnəm və’d edir. Münafiq, düşmənlərlə 
müntəzəm  əlaqə  saxlayıb,  mö’minlər  üçün  çətinlik 
yaradan 
şəxsdir. 
O, 
mö’minlərin 
sirrini 
xain 
                                                 
132
 «Mumtəhinə» surəsi, ayə 1. 


 
116 
şeytansifətlərə 
fir’onməslək 
zalımlara 
açmaqla 
məşğuldur.  Münafiq  çox  çətin  müalicə  olunan  bir 
xəstədir.  Münafiqin  imanı  dilində  küfrü  qəlbindədir. 
Onun  ruhu  çirkin,  əxlaqı  puç,  əməli  ləyaqətsiz, 
düşüncəsi  şeytanidir.  Münafiq,  işi-gücü  hiylə  qurmaq 
olan təhlükəli bir mövcuddur. 
Bu 
xainlərin 
nişanələrini 
açıqlayan 
Qur’an 
ayələrindən  əlavə,  onların  iç  üzünü  göstərən  mö’təbər 
hədislər də vardır. 
Həzrət Riza (ə) Məhəmməd ibn Fuzeylə yazdığı cavab 
məktubunda  münafiqlər  haqqında  buyurur:  «Allaha, 
İslam ayinlərinə Peyğəmbərə (s) və müsəlmanlara hiylə 
quran  ikiüzlülər  Peyğəmbər  (s)  ardıcıllarından,  iman 
əhlindən,  müsəlman  zümrəsindən  deyildirlər.  Onlar 
özlərini zahirdə imanlı və mö’min kimi göstərir, küfr və 
inkarlarını  gizlədirlər.  Allah  onların  hamısına  lə’nət 
etsin».
133
 
İmam  Sadiq  (ə)  buyurur:  «Nifaqın  nişanələri 
daşqəlblilik,  gözüyaşsızlıq,  günahda  israr,  dünyaya 
həddindən  artıq  rəğbətdir».
134
 İslam  Peyğəmbəri  (s) 
buyurmuşdur: «Batini zahiri ilə bir olmayan şəxs - kim 
olur-olsun,  necə  olur-olsun,  harada  olur-olsun,  hansı 
məqamda olur-olsun, münafiqdir».
135
 
Duanın qəbul olmasına mane olan səbəblərdən biri də 
inamsızlıq,  sui-zəndir.  Ötən  söhbətlərdə  bu  barədə 
ətraflı  danışdığımız  üçün  bu  mövzunun  üzərində 
dayanmırıq. 
                                                 
133
 «Biharul-ənvar», 69-cu cild, səh-175. 
134
 «İxtisase-mufid», səh-228. 
135
 «Misbahuş-şəriə», səh-25. 


 
117 
NAMAZI TƏ’XİRƏ SALMAQ 
Namaz  kamil  bir  ibadət,  bəndəliyin  ən  gözəl 
mərasimi,  Allah  qarşısında  kiçikliyin  izharıdır.  Ayə  və 
rəvayətlərdə  namaz  haqqında  çox  mühüm  həqiqətlərə 
işarə olunmuşdur. 
Namaz  insanı  çirkin  işlərdən  uzaqlaşdırır.  Namaz 
qılmaq  mö’minlik  nişanəsidir.  Bütün  peyğəmbərlər 
namaz  qılmış,  öz  ailə  üzvləri  və  yaxınlarını  namaza 
də’vət etmişlər. 
Namazı  hifz  etmək  vacib  vəzifələrdəndir.  Namaz 
qılmayan  şəxs  Allahın  rəhmətindən  və  şəfaətçilərin 
şəfaətindən  məhrumdur.  Namaz  dinin  qanunlarından, 
Allahı  razı  salan  məqamlardan  və  peyğəmbərlərin 
aşkar  yollarından  biridir.  Dini  qəbul  edən  insan  üçün 
ilk  vəzifə  namazdır.  Namaz  dinin  şərəfi  və  qüdrətidir. 
Şeytanın  həmlələri  qarşısında  namaz  möhkəm  bir 
səddir.  Namaza  görə  İlahi  rəhmət  nazil  olar.  Allaha 
doğru  ən  sevimli  əməl  namazdır.  Həzrət  Peyğəmbərin 
(s)  son  vəsiyyəti  də  namaz  olmuşdur.  O,  namazı 
gözünün  nuru  adlandırırdı.  Namaz  insanı  təqvaya  və 
pəhrizə  yaxınlaşdırır.  İlahi  mə’rifətdən  sonra  ən  üstün 
əməl  namazdır.  O,  dinin  sütunudur.  Qaydasınca 
qılınan namaz  bağışlanma səbəbidir. Qiyamətdə də ilk 
öncə  onun  haqqında  soruşular.  Allah-Taalanın  nəzər 
saldığı  ilk  əməl  də  namazdır.  İlk  hesaba  çəkilən  də 
namaz  olar.  Namaz  insanı  təkəbbürdən  uzaqlaşdırır. 
Namazın  qəbul  olunması  üçün  təqvalı  və  pak  olmaq, 
günaha yol verməmək lazımdır. 
Namazı  əvvəl  vaxtında  qılmaq  axirəti  dünyadan 
üstün  tutmaqdır.  Mö’min  şəxs  üçün  vaxtında  qılınan 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə