Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə26/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   22   23   24   25   26   27   28   29   ...   81

 
106 
qorxmağın  daha  yaxşıdır.  Doğrudan  da,  özünü 
bəyənənin heç bir işi Allah dərgahına qalxmaz.»
99
  
İslam  Peyğəmbəri  (s)  buyurur:  «Allah-Taala  Davuda 
buyurdu:  Ey  Davud!  Günahkarlara  müjdə  ver, 
siddiqləri  (mö’minləri)  qorxut.  Davud  ərz  etdi  ki, 
günahkarlara  müjdə  verim  siddiqləri  qorxudum? 
Allah-Taala  buyurdu:  Ey  Davud!  Günahkarlara  müjdə 
ver 
ki, 
tövbələrini 
qəbul 
edər, 
günahlarını 
bağışlayaram.  Siddiqləri  qorxut  ki,  əməllərini  bəyənib 
lovğalanmasınlar.  Çünki  mənə  hesab  verən  bəndə 
(bağışlamasam) həlak olar».
100
 
RİYA 
İstənilən bir əməl və ibadətdə özünü xalqa göstərmək 
haramdır  və  Allahın  qəzəbinə  səbəb  olar.  Qur’ani-
Kərimdə 
riyakar 
namaz 
qılanlara 
müraciətlə 
buyurulur:  «Vay  o  namaz  qılanlara  ki,  namazlarında 
qəflətdə olub riya edirlər».
101
 
Bir  şəxs  Həzrət  Peyğəmbərdən  (s)  soruşdu:  «İnsanın 
qurtuluşu  nədədir?»  Həzrət  (s)  buyurdu:  «Xalqın 
diqqətini cəlb etmək üçün ibadət etməməsindədir.»
102
  
Bir  rəvayətdə  deyilir:  Kimi  cihadda  öldürülür,  kimi 
var-dövlətini  sədəqə  verir,  kimi  Qur’an  oxuyur.  Əgər 
cihad  edənin  məqsədi  özünü  şücaətli  göstərmək, 
sədəqə  verənin  məqsədi  səxavətli  tanınmaq,  Qur’an 
oxuyanın  istəyi  qari  kimi  məşhurlaşmaqdırsa  onların 
                                                 
99
 «Kafi», 2-ci cild, səh-313. 
100
 «Kafi», 2-ci cild, səh-314. 
101
 «Maun» surəsi, ayə 4-6. 
102
 «Məhəccətul-bəyza», 6-cı cild, səh-139. 


 
107 
heç  birinin  mükafatı  yoxdur  və  riya  əməllərini  puça 
çıxarmışdır.
103
  
Bir  hədisdə  İslam  Peyğəmbəri  buyurur:  «Allah  taala 
mələklərə  buyurar  ki,  bu  şəxs  iş  gördüyü  vaxt  bizi 
nəzərdə  tutmadığı  üçün  onu  cəhənnəmə  göndərin» 
(eyni mənbə). 
İslam 
Peyğəmbəri 
(s) 
buyurur: 
«Sizin 
üçün 
qorxduğum  ən  təhlükəli  şey  kiçik  şirkdir,  yə’ni  riya»; 
«Bir əməldə zərrə qədər riya olarsa, Allah o əməli qəbul 
etməz»
104
 
Şəddad  ibn  Ous  deyir:  «Gördüm  ki,  Həzrət 
Peyğəmbər (s) ağlayır. Səbəbini soruşdum. Buyurdu ki, 
ümmətimin  şirk  edəcəyindən  qorxuram,  onlar  bütə 
günəşə’  aya,  daşa  pərəstiş  etməyəcəklər,  amma 
əməllərində riya və xudpəsəndlik olacaqdər.»
105
 
 
TƏKƏBBÜR 
İstər  Allah  və  Onun  göstərişləri,  istərsə  də  xalq 
qarşısında  özünü  çəkib  təkəbbür  göstərmək  şeytani 
sifətdir.  İblis  Allah  hökmü  qarşısında  təkəbbür 
göstərdiyi  üçün  Allahın  hüzurundan  əbədilik  qovuldu 
və  lənətə  düçar  oldu.  Təkəbbürlü  insan  Allahın 
məhəbbət dairəsindən kənardır. «Nəhl» surəsinin 23-cü 
ayəsində  buyurulur:  «Həqiqətən  O,  təkəbbürlüləri 
sevməz». 
Qur’ani-Kərim 
təkəbbürlü 
insanları 
                                                 
103
 Həmən mənbə. 
104
 Həmən mənbə. 
105
 Həmən mənbə. 


 
108 
cəhənnəm  əhli  hesab  edir:  «Cəhənnəm  təkəbbürlülər 
üçün pis yerdir.»
106
  
Bəli,  özünü  başqalarından  üstün  bilmək,  özünü 
hamıdan  ağıllı  hesab  etmək,  ilahi  göstərişlərə  itaətdən 
boyun  qaçırmaq  böyük  günahdır  və  bu  günahın 
müqabilində  ağır  əzab  və’d  edilmişdir.  İnsanın  öz 
biliyinə  ibadətinə,  saleh  əməlinə,  əsil-nəcabətinə, 
gözəlliyinə,  var-dövlətinə,  övladlarına,  dostlarına 
rəğmən xalq qarşısında özünü yuxarı tutması çox çirkin 
işdir.  İmam  Sadiq  (ə)  buyurur:  «İzzət  və  əzəmət, 
üstünlük və böyüklük Allaha məxsus xüsusiyyətlərdir. 
Özünü  belə  göstərmək  istəyənləri  Allah  cəhənnəmə 
atar».
107
 
Həzrət  Baqir  (ə)  və  İmam  Sadiq  (ə)  buyururlar: 
«Qəlbində bir zərrə ağırlığında təkəbbür olanlar behiştə 
daxil  olmaz».
108
 İmam  Sadiq  (ə)  buyurur:  «Doğrudan 
da,  cəhənnəmdə  təkəbbürlülərə  məxsus  «səqər»  adlı 
yer  var.  Buranın  istisindən  Allaha  şikayət  edər,  nəfəs 
almaq  üçün  icazə  istəyərlər.  Elə  ki,  nəfəs  çəkərlər, 
nəticədə cəhənnəm alışar.
109
  
Əbdül-Ə’la  deyir:  «İmam  Sadiqdən  (ə)  soruşdum  ki, 
təkəbbür  nədir?  İmam  (ə)  buyurdu  ki,  təkəbbürün  ən 
böyük dərəcəsi həqiqəti yüngül, xalqı alçaq saymaqdır. 
Soruşdum ki, həqiqəti yüngül saymaq nədir? Buyurdu 
ki, onu anlamayıb, əhlinə tənə etmək.»
110
  
                                                 
106
 «Nəhl» surəsi, ayə 29. 
107
 «Biharul-ənvar», 70-ci cild, səh-213. 
108
 «Kafi», 2-ci cild, səh-310. 
109
 «Kafi», 2-ci cild, səh-310. 
110
 «Kafi», 2-ci cild səh-311. 


 
109 
ALDANIŞ (QÜRUR) 
İnsanı  həqiqətdən  qafil  saxlayan  maddi  və  mə’nəvi 
işlərə  aldanış  çox  təhlükəlidir.  Dünyanın  bər-bəzəyinə 
aldanıb  həqiqəti  inkar  edənlər,  dünyanın  müvəqqəti 
olduğunu,  bir  gün  qəbrə  sakin  olacaqlarını,  bərzəx 
səhnəsində  çirkin  əməllərə  görə  əziyyət  çəkəcəklərini 
və cəhənnəm əzabına düçar olacaqlarını unudurlar. 
Onlar  dünyanı  nağd,  axirəti  isə  nisyə  zənn  edirlər. 
Müvəqqəti  dünya  ləzzətləri  ardınca  qaçır  və  əbədi 
axirətə  şəkk  edirlər.  Onlar  Allahın,  124  min 
peyğəmbərin,  mə’sum  imamların  axirət  və’dələrini 
qəbul  etmək,  iman  yolunda  addım  atmaq,  günahdan 
çəkinmək  və  əxlaqlarını  zinətləndirmək  fikrində 
deyildirlər.  Bu  insanlar  düşünmürlər  ki,  axirət 
ne’mətləri  dünyadakı  zəhmətlərin  məhsuludur.  İslam 
Peyğəmbəri  (s)  buyurur  ki,  dünya  axirətin  tarlasıdır. 
Axirət  dünyadan  təcrid  olunmuş  bir  şey  deyil.  O, 
dünya  həyatının  bir  başqa  formasıdır.  Dünyanı  nağd, 
axirəti  nisyə  bilmək  isə  nadanlıq  əlamətidir.  İlahi 
göstərişlərdən  qəflətdə  olanlar  elə  düşünürlər  ki,  əgər 
Allahın  rəhməti  hər  şeyi  bürümüşsə  ibadətə  təqvaya, 
günahdan  çəkinməyə  ehtiyac  yoxdur.  Onların  fikrincə 
Allahın  nəhayətsiz  rəhməti  müqabilində  insanın 
günahları o qədər kiçikdir ki, bu günahlar əzaba səbəb 
ola  bilməz.  Onlar  anlamırlar  ki,  şeytan  və  azğın  nəfs 
insanı zahiri gözəl, batini isə çirkin və’dələrlə aldadır. 
İslam  Peyğəmbəri  (s)  buyurur:  «Ayıq  və  zirək  o 
kəsdir  ki,  nəfsinə  qarşı  çıxıb,  ölümdən  sonra  üçün 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə