Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə24/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

 
98 
ƏSKİK SATMA 
Ölçüdə  və  çəkidə  əskiklik,  müştərini  və  şəriki  malın 
qədərində  aldatma  Quran  ayələri  və  Əhli-beyt  (ə) 
hədislərinə  görə  haram  və  böyük  günahdır.  Qurani 
kərimin 114 surəsindən biri olan “Mutəffifin” surəsi bu 
mövzuya həsr olunmuşdur. Bu surədə oxuyuruq: “Vay 
halına çəkidə və ölçüdə aldadanların; O kəslər ki, özləri 
xalqdan  bir  şey  aldıqları  zaman  onu  tam  ölçüb  alar; 
xalq  üçün  bir  şey  ölçdükdə  və  çəkdikdə  isə  onu 
əskildərlər; 
məgər 
onlar 
diriləcəklərini 
düşünmürlərmi?!  Özü  də  dəhşətli  bir  gündə!  O  gün 
bütün insanlar aləmlərin Rəbbi olan Allahın hüzurunda 
duracaqlar!  Xeyr!  Şübhəsiz  ki,  pis  əməllərə  uyanların 
əməl dəftəri siccindədir!”
85
  
Allahın  Rəsulu  (s)  buyurur:  “Hər  kəs  peyman  və 
vəzndə xəyanət edərsə qiyamət günü onu cəhənnəmin 
dibinə  gətirər  və  iki  yanar  dağ  arasında  yerləşdirərlər. 
Ona deyilər ki, bu dağları çək. O da daim bu işə məşğul 
olar».
86
 
Uyğun  ayələrin  təfsirində  İslam  Peyğəmbəri  (s.ə.v.v) 
buyurur:  «Beş  şey  beş  şeylə  yanaşıdır:  qövmlər  əhd-
peymanı  pozdular  və  Allah-Taala  düşmənləri  onlara 
qalib  etdi,  zina  kimi  çirkin  günaha  batdılar  və  ölüm 
onların  sorağına  gəldi,  Allah  -  hökmünün  ziddinə 
hökm  verdilər  və  fəqirliyə  tuş  gəldilər,  zəkat 
ödəmədilər  və  yağışdan  məhrum  oldular,  ölçüdə  və 
çəkidə aldatdılar və quraqlığa məhkum edildilər». 
                                                 
85
 «Mutəffifin, ayə 1-7. 
86
 «Günahani-kəbirə», 1-ci cild, səh.418. 


 
99 
 
«Əllahumməğfirliyəz-zunubəl-ləti tuğəyyirun-niəm» 
(«Pərvərdigara,  ne’mətləri  dəyişən  günahlarımı 
bağışla»). 
Ne’mət  dəyişən  günahlar  İmam  Səccaddan  (ə)  nəql 
olunmuş bir hədisə görə bunlardır: xalqa zülm, xeyir iş 
ruhunu itirmək, xeyir işlərdən kənarlaşmaq, ne’mətlərə 
küfr etmək (naşükürlük), şükür etməkdən uzaqlaşmaq. 
Bu  günahlar  insanı  ne’mətlərdən  məhrum  edib 
əvəzində bəla, müsibət və əzaba salır. 
XALQA ZÜLM 
Xalqa zülm etmək çox çirkin, ağır və şeytani bir işdir. 
İnsan  yol  verdiyi  ən  kiçik  zülmə  görə  qiyamət  günü 
hesab  verəsidir.  «Ənbiya»  surəsinin  47-ci  ayəsində 
oxuyuruq:  «Əgər  sizin  əməliniz  xardal  dənəsi 
ağırlıqda  olsa  belə  ölçü  üçün  qiyamət  səhnəsinə 
gətiriləcək və biz hesab çəkəcəyik». 
XEYİRXAHLIQ RUHİYYƏSİNİ TƏRK ETMƏK 
Allahın  yardımı  ilə  insanda  yaranan  və  rəhmət 
qapılarını  onun  üzünə  açan  xeyirxahlıq  ruhiyyəsi  çox 
dəyərli ne’mətlərdəndir. İnsan bütün vücudu ilə bu ne’ 
məti  qorumalıdır  ki,  xənnaslar,  şeytanlar  bu  dəyəri 
onun əlindən almasınlar. 
Mə’rifət  qazanmaq,  təvazökarlıq  ruhiyyəsi  əldə 
etmək,  bəndələrə  xidmət  göstərmək  yolunda  bir  çox 
təhlükələr vardır. İnsan bu ruhiyyə’ni özündə qorumaq 
üçün  ayıq  olmalıdır.  İstənilən  bir  zəiflik  xeyirxahlıq 
adətlərini  süstləşdirir.  Bu  ruhiyyə’ni  qoruya  bilməyən 


 
100 
insan  günaha  yol  verir  və  nəticədə  ilahi  ne’mətlərin 
yerini çətinliklər tutur. 
XEYİRXAHLIQDAN UZAQLAŞMA 
Xalqa  yaxşılıq  və  ehsan  iman  və  insanlıq  nişanəsidir. 
Xeyir əməl sahiblərinin mükafatı ilahi məhəbbətdir.
87
  
Xeyirxah insanlar kiçik maneələr səbəbindən yaxşılıq 
və  ehsanı  tərk  etməməlidirlər.  Xalqa  yaxşılıq  Allaha 
ibadətdir.  Bu  əməllərin  böyük  mükafatı  vardır  və 
xeyirxah insan Allahın razılığını qazanır. 
Heç  şübhəsiz,  xeyirxahlıqdan  uzaqlaşmaq  böyük 
günahdır. Bu uzaqlaşma insanı Allahın razılığından və 
gözəl əxlaqdan məhrum edir. 
NE’MƏTƏ QARŞI KÜFR ETMƏK 
Qur’ani-Kərimin  ağır  əzab  və’d  etdiyi  günahlardan 
biri də ne’mətlər qarşısında naşükürlük etməkdir.
88
  
Ne’mətə qarşı küfr etməyin ən çirkin forması ne’məti 
günaha, haram işlərə puç istəklərə sərf etməkdir. 
ŞÜKRÜN TƏRKİ 
İnsanın  fiziki  və  mə’nəvi  inkişafı  üçün  ona  ne’mətlər 
bəxş  etmiş  Allaha  şükür  etmək  vacibdir.  Misilsiz 
ne’mətlər  qarşısında  şükür  etməmək  insanlıqdan  uzaq 
bir xüsusiyyətdir. 
Şükür  ne’mət  verəni  və  ne’məti  tanımaq,  bu  ne’məti 
halal yerlərdə sərf etməkdir. Qəlb ne’mətinin şükrü onu 
imanla  bəzəmək,  Allah,  qiyamət,  peyğəmbər  və 
imamlara  inanmaqdır.  Göz  ne’mətinin  şükrü  Allahın 
                                                 
87
 «Ali-İmran» surəsi, ayə 134. 
88
 «İbrahim» surəsi, ayə 7. 


 
101 
əzəmətini  seyr  etmək,  elm  öyrənmək,  Qur’an  oxumaq 
və onu haramlardan qorumaqdır.  
Qulaq ne’mətinin şükrü haqqı dinləmək, batil, haram 
musiqi,  qeybət  və  böhtana  qulaq  asmamaqdır.  Dil 
ne’mətinin  şükrü  gözəl  danışıq,  suallara  doğru  cavab, 
Qur’an  oxumaq  və  s.  Dili  qeybətdən,  yalandan, 
böhtandan, puç danışıqdan qorumaq lazımdır. 
Qarın ne’mətinin şükrü halal və qədərincə yeməkdir. 
Şəhvət  ne’mətinin  şükrü  bu  yolda  haram  işlərdən 
çəkinməkdir. 
Ayaq  ne’mətinin  şükrü  məscidə  getmək,  elmi 
məclislərdə 
iştirak 
etmək, 
qohumları 
və 
din 
qardaşlarının 
görüşünə 
getməkdir. 
Var-dövlət 
ne’mətinin  şükrü  onu  ailə-övlada  xərcləmək,  fəqirlərə 
yardım etmək, xüms və zəkat ödəməkdir. 
Bəli,  bu  işlərdən  istənilən  birinin  tərki  günahdır  və 
gec-tez ne’məti bəlaya çevirəsidir. 
 
«Allahumməğfirliyəz-zunubəl-ləti-təhbisud-dua» 
(«Pərvərdigara!  Dualarımı  həbsə  salmış  günahlarımı 
bağışla»). 
Həzrət  Səccad  (ə)  duanın  qəbuluna  mane  olan  yeddi 
günah  göstərir:  1.  Pis  niyyət;  2.  Gizli  çirkin  sifət;  3. 
İkiüzlülük və din qardaşı ilə nifaq; 4. Duanın qəbuluna 
inamsızlıq  və  onun  vaxtını  əldən  buraxmaq;  5.  Vacib 
namazı  tə’xirə  salıb  vaxtını  ötürmək;  6.  Yaxşılıq  və 
sədəqəni tərk etmək; 7. Xalqla danışarkən yersiz sözlərə 
yol verib söyüş işlətmək.
89
  
                                                 
89
 «Məaniül-əxbar» səh-269. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə