|
Dünya əDƏBİyyati klassiKLƏRİ
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
ŞƏRHLƏR
SƏFİLLƏR
Beşinci hissə
Jan Valjan
Oxlokratiya demosun üzərinə qalxır.
—
Oxlokratiya hərfi mənada
qara camaatın hakimiyyəti deməkdir. Yunan tarixçiləri (Polibi,
Aristotel) bu sözlə antik demokratiyanın pozulmasım ifadə etmişlər.
Hüqo, buıjua respublikasını müdafiə edərək, bu sözü 1848-ci ibn
iyununda barrikadalarda buıjuaziyaya qarşı vuruşan Paris
proletariatı haqqmda işlətmişdir.
...Gezlər Hollandiyanı yaratdı.
- Gez Niderland inqilabı dövründə
(XVI əsrin ikinci yarısı) üsyançı xalq dəstələrinə deyilirdi, gezlər
Niderlandları ispan əsarətindən azad etmək uğrunda mübarizə
aparırdılar.
Sizif -
Yunan mifologiyasının əqli və bicliyi təcəssüm etdirən
personajı. O, Allahın sirrini insanlara açdığı üçün öləndən sonra
səmərəsiz işə məhkum edilmişdir: böyük bir daşı həmişə dağa
qaldırar, daş da həmişə əlindən çıxıb aşağı diyirlənərmiş.
Akropol -
Qədim yunan şəhərinin təpə üstündə yerləşən,
möhkəmləndirilmiş mərkəz hissəsi; bütün mühüm tikintilər,
məbədlər buradadır, düşmən hücumları zamanı son sığmacaq yeri
də bura imiş.
. . .
Ossa və Pelion...
Ossa - Fessaliyada bir dağ; bu dağ Olimpdən
dərə ile ayrılır, öz qolu ile Pelion dağı ile birleşir. Yunan
mifologiyasma görə, Zevsin düşmənləri olan titanlar Ossa və Pelion
dağım Olimp dağının üstünə qoyaraq, göyə qaldırmaq istəmişlər.
. . .
21 yanvar, vandemyer...prerial...
-21 yanvar 1793-cü ildə kralXVI
Lüdovik edam edilmişdir. Vandemyer - VI hissənin qeydlərinə
baxm. Prerial - Paris xalq kütlələrinin 1 prerialda (20 may 1795-ci il)
termidor Konventinə qarşı olan son üsyan nəzərdə tutulur; üsyan
nizami ordu tərəfindən yatırılmışdır; fəhlələr tərksilah edilmiş, ağ
terror başlanmışdır.
Karmanyola Marselyezanı döyüşə çağırırdı.
-
Karmanyola - Tüilri
sarayı alman günlərdə və kral XVI Lüdovik həbs ediləndə (Avqust,
1792-ci il) Paris küçələrində qoşulan inqilabi nəğmə; bu nəğmə 1830
və 1848-ci illərdə aşağı təbəqələrin döyüş nəğməsi olmuşdur. Marsel
könüllüləri tərəfindən 1792-ci ildə Parisə gətirilən Marselyeza isə
sonralar
807
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
buıjua-respublika hərəkatının bayrağı, Paris kommunasından sonra
Fransa buıjuaziyasınm rəsmi himni olmuşdur.
Harmodi və Aristokiton, Brut, Hereas, Stefanus, Kromvel, Şarlotta, Korde,
Zand
-
Hamıodi və Aristokiton - Birinci cildin qeydlərinə baxın. Brut
Yuni (er. əv. 85-42-ci illər) - Yuri Sezan öldürən Roma aristokratları
süi-qəsdçilərinin başçısı; XVIII əsrin sonunda, Fransa buıjua
inqilabı dövründə Brut respublika xeyirxahlığı nümunəsi kimi
tərənnüm edilmişdir. Hereas Kassi - pretoriançı; Kaliqulam
öldürmüş, Romada respublikanı bərpa etmək istəmişdir. Şarlotta
Korde - aristokratlardan olan bir qız; jirondist əksinqilabı ilə
əlaqədar olmuş; 13 iyul 1793-cü ildə Maratı öldürmüşdür. Zand Karl
- alman tələbəsi olmuş; 13 iyul 1819-cu ildə, casus hesab edilən
mürtəce yazıçı Kotsebunu öldürmüşdür. Vyana konqresindən sonra,
ağır irtica illərində Kotsebunun öldürülməsi Avropada azadlıq
uğrunda göstərilən qəhrəmanlıq hesab edilirdi; bunu Puşkin
“Xəncər” (1821) şerində tərəmıüm etmişdir.
“Georgiklər
”
-
qədim Roma şairi Vergilinin (er. əv. 70-19-cu illər)
əkinçilik haqqında didaktik poeması.
...Zoil Homeri, VizeMolyeri, Pop Şekspiri, Freron Volteri təhqir edir.
-
Zoil (er. əv. IV-III əsrlər) - yunan natiqi və filosofu; “İliada” və
“Odis- seya” poemalarını acı sözlərlə tənqid etmişdir, bununla da
məşhurdur. Vize - fransız jurnalisti, Molyerin müasiri, onun ən
qəddar düşmənlərindən biri olmuşdur. Pop Aleksandr (1688-1744)
ingilis klassisizminin görkəmli şairi; 1721-ci ildə Şekspirin əsərlərini
nəşr etməyə başlamış, yazdığı müqəddimədə böyük dramaturqa
mənfi münasibət bəsləmişdir. Freron - mürtəce fransız jurnalisti,
Volterin qəddar düşməni; Volter “Şot- landiyalı qız” pyesində ona
gülmüşdür.
Sen-Lazar
-
qadın həbsxanası, islah evi və xəstəxana; yurdsuz, sər-
səri qadınlar, cinayət işləmiş qadınlar, fahişələr bura salınarmış.
O, Sen-Jüstə çox bənzəsə də, Anaxarsis Klotsa kifayət qədər oxşamırdı.
Sen-Jüst - birinci cildin qeydlərinə baxın. Anaxarsis Klots (1755-
1794) - filosof, publisist, XVIII əsrin sonunda Fransa burjua
inqilabının siyasi xadimi, utopik “Ümumdünya qardaşlığı”
layihəsinin (ümumdünya ateist respublikasının) müəllifi. Sen-Jüst
burada, inqilabi vəzifənin mücəssəməsi kimi Anaxarsis Klotsa qarşı
qoyulmuşdur.
Amfiktionların iclası ildə iki dəfə olardı: bir dəfə Delfada, allahlar
məskənində, bir dəfə də Fermopildə qəhrəmanlar sərdabəsində.
Amfiktion
808
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |
|
|