nuzun bacısı vardır. May yasəməni kimi təravətli olan bu gözəlləri, bu
zərif, utancaq, incə, şux, füsunkar insanları nə gözləyir. Dilənçilik,
fahişəlik, polis idarəsi, Sen-Lazar xəstəxanası! Onların aqibəti budur!
Hə, deməli, siz özünüzü ölümə vermisiniz? Siz daha bu dünyada
yoxsunuz?! Çox gözəl, buna daha nə söz ola bilər! Siz xalqı kral
hakimiyyətindən xilas etmək istəyirsiniz, amma qızlarınızı polis
idarəsinə atırsınız. Ağla gəlin, dostlar, belə şey olmaz, mərhəmətli
olun! Zavallı, yazıq qadınlar, ah, biz onlar haqqında nə az düşünürük!
Biz ona arxayınıq ki, qadınlar bizim kimi oxumuş deyillər, onlara
oxuyub-yazmağa, düşünməyə mane olurlar, siyasətlə məşğul olmağı
qadağan edirlər; lakin siz onlara bu axşam gedib meyit damında sizin
meyitinizi tapmağı qadağan edə bilərsinizmi? Qulaq asın; kimin ki
ailəsi var, qoy inad eləməsin, bizim əlimizi sıxıb getsin, biz sizsiz də
bu işin öhdəsindən gələrik. Mən bir şeyi çox gözəl başa düşürəm:
buradan getmək üçün mərdlik lazımdır; bu, çətin işdir. Ancaq bu, nə
qədər çətin olsa da, xeyri bir o qədər böyükdür. Siz deyirsiniz: mənim
əlimdə tüfəngim var, mən barrikadayam, nə olur-olsun, mən burada
qalacağam. Bu “nə olur-olsun” sözü, bəlkə də, qızğın hisslə
söylənmişdir? Dostlar, sabahla gün olacaq; siz sabaha kimi
yaşamayacaqsınız, amma sizin ailəniz yaşayacaq, indi görün siz
onları necə əzaba salacaqsınız! Siz yanaqları alma kimi qırmızı sağ-
lam bir uşaq təsəvvür edin: O, dil-dil ötür, civildəyir, yorulmadan
danışır, gülür, öpəndə ondan xoş bir iy gəlir. Bilirsinizmi, o, başsız
qalanda nə hala düşür? Mən lap xırdaca, bax, bu boyda bir uşaq
gördüm. Onun atası ölmüşdü. Yoxsul adamların ona yazığı gəlmişdi,
onu aparıb öz yanlarında saxlayırdılar, onlann heç özlərinə çörək
çatmırdı, üşaq həmişə ac idi. Qış girmişdi, üşaq ağlamırdı. O, həmişə
sobanın ətrafında hərlənirdi, sobada heç od olmurdu; sobanın bacası
sarı gillə suvanmışdı, üşaq xırdaca barmaqları ilə gildən qoparıb
yeyirdi. Onun döşü xırıldayırdı, üzü solğundu, qıçları zəifdi, qarnı
köpmüşdü. O heç danışmırdı, suala cavab vermirdi. O öldü. Onu
ölməyə Neker xəstəxanasına gətirdilər, mən onu orada gördüm. Orada
bir intern kimi həkimlik təcrübəsi keçirdim. Bəli, sizin içinizdə ata
olan varsa, o, böyük və qüvvətli əli ilə uşağının xırdaca əlindən tutub
bazar günləri gəzməyə çıxmağı xoşlayırsa, bu, ona fərəh verirsə, qoy
o, bu ölən uşağın onun uşağı olduğunu təsəvvür etsin. O bədbəxt tifil
indi də mənim yadımdadır, onun təşrih stolu
23
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
üstünə qoyulan balaca bədəni indi də gözümün qabağındadır, onun
qabırğalan dəri altından, qəbiristanlıqda ot basmış xırdaca qəbir kimi
çıxmışdı. Onun mədəsindən bir qırıq palçıq tapdılar, dişləri arasında
kül vardı. Gəlin biz öz qəlbimizə baxaq, vicdanımızdan soruşaq,
görək o, nə məsləhət görür. Statistika göstərir ki, yetim qalan uşaq-
ların əlli beş faizi ölür. Bir də deyirəm: söhbət qadınlardan, analardan,
qızlardan gedir, xırda uşaqlardan gedir! Elə bilməyin ki, söhbət sizdən
gedir! Biz bilirik, siz kimsiniz, sizin igid olduğunuzu bilirik, buna söz
ola bilməz! Biz çox gözəl bilirik ki, siz bu böyük iş üçün fərəhlə,
iftixarla öz canınızdan keçməyə hazırsınız! Biz bilirik ki, bu işin xeyri
üçün siz şərəfli ölməyi lazım bilirsiniz! Biz bilirik ki, sizin hər biriniz
bu işin qalibiyyətlə nəticələnməsində öz vəzifəsini yüksək tutur! Bu
çox gözəl, uğur olsun! Ancaq siz bu dünyada tək deyilsiniz, başqa
adamlar da var ki, siz onların halını nəzərə almalısınız. Xudbin
olmayın.
Hamı qaşqabağını salladı.
Belə təntənəli anda insan qəlbində nə qəribə ziddiyyətlər əmələ
gəlir! Bu sözləri söyləyən Kombefer heç də yetim deyildi. O, başqa
anaları düşünürdü, öz anasını yaddan çıxarmışdı. O, ölümə gedirdi.
“Xudbin” elə onun özü idi.
Aclıq və qızdırma Mariusu əldən salmışdı, o, bir-birinin ardınca
bütün ümidlərini itirmiş, bütün fəlakətlərin ən dəhşətlisi olan ruh düş-
künlüyünə məruz qalmışdı, coşqun həyəcanlar qəlbini parçalamışdı,
O, son günlərinin yaxınlaşdığını hiss edirdi - bunun da nəticəsində
get-gedə qəribə bir vəziyyətə düşürdü: daha artıq keyləşirdi; bu hal
könüllü ölməyin mənhus dəqiqələrindən əvvəl meydana gəlir.
Fizioloq onun varlığında adamın öz daxili aləmi ilə daha artıq
məşğul olmasını, elm tərəfindən öyrənilən və təsnif edilən bu xəstə
halın get-gedə artan əlamətlərini tədqiq edə bilər: ehtiras kef və nəşə-
yə aid olan kimi, bu hal da iztiraba aiddir, ümidsizliyin də özünəməx-
sus vəcdlə dolu dəqiqələri var. Marius belə bir hal keçirirdi. Ona elə
gəlirdi ki, o, baş verən bütün hadisələrin xaricindədir; o, hər şeyi,
sanki, uzaqdan görürdü, hadisələr onun təsəvvüründə bütünlüklə
canlanırdı, o, hadisələrin təfərrüatını seçmirdi - biz bunu əvvəl də
demişdik. Sanki, insanlarla onun arasında odlu bir pərdə vardı,
adamlar bu pərdənin o üzündə hərəkət edirdilər, səslər, elə bil ki,
quyu dibindən gəlirdi.
24
downloaded from KitabYurdu.org
Lakin Kombeferin nitqi hamını mütəəssir elədi. Bu vəziyyətdə
kəskin və əzabverici bir şey vardı, bu, Mariusun qəlbinə nüfuz etdi,
onu düşdüyü unutqanlıqdan ayıltdı. Onun ancaq bir fikri vardı, o da
ölməkdi, buna görə də heç bir şeyin onu bu fikirdən yayındırmasını
istəmirdi; lakin bu məşum unutqanlıq vəziyyətində o, belə düşündü:
“Özünü məhv etmək - heç də başqalarını xilas etməyi qadağan
eləmir”.
O, ucadan dedi:
-
Anjolrasla Kombefer haqlıdırlar: boş yerə qurban vermək
lazım deyil. Mən onların fikri ilə razıyam. Ancaq tələsmək lazımdır.
Kimin ki ailəsi var, anası var, bacısı var, arvadı var, uşağı var, qabağa
çıxsın!
Heç kəs yerindən tərpənmədi.
Marius bir də dedi:
-
Kim evlidirsə, ailə başçısıdırsa, qabağa çıxsın!
Mariusun oradakı adamlar üzərində böyük təsiri vardı. Doğrudur,
barrikadanın rəhbəri Anjolras idi, lakin Marius onun xilaskan idi.
Anjolras çığırdı:
-
Mən əmr edirəm!
Marius dedi:
-
Mən sizdən xahiş edirəm.
Kombeferin nitqilə sarsılan, Anjolrasın əmri ilə hərəkətə gələn,
Mariusun xahişi ilə yumşalan igidlər bir-birini göstərməyə başladılar.
Cavan bir oğlan yaşlı bir qiyamçıya dedi: “Bu doğrudur, sən ailə
başçısısan, sən get!” - “Yaxşısı budur, sən get, sənin iki xırda bacın
var”. Görünməmiş qızğın bir mübahisə başlandı. Hər kəs qəbirdən
çıxarılmasına müqavimət göstərirdi.
Kombefer:
-
Tələsin, - dedi, - on beş dəqiqədən sonra gec olacaq.
Anjolras öz sözündə israr etdi:
-
Vətəndaşlar, biz burada respublika düzəltmişik, hər şey səsə
qoymaqla həll olunur. Kim getməlidirsə - özünüz seçin.
Onun sözünü yerinə yetirdilər. Bir neçə dəqiqənin içində beş
adam seçildi; hamı onların getməsinə səs vermişdi; onlar sıradan
çıxdılar.
Marius həyəcanla dedi:
-
Bunlar beş adamdır!
Mundir dörd dənə idi.
25
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |