Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə61/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   57   58   59   60   61   62   63   64   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

demokritsayağı  və  həqiqətən  də  yöndəmsiz  nəzəriyyələr 



tamamilə  o  cənablara  layiqdir  ki,  onlar  rənglər  barədə  Höte 

təliminin  meydana  çıxmasından  əlli  il  keçdikdən  sonra  da  hələ 

Nyutonun bircinsli şüalarına inanırlar və bunu deməkdən, ifadə 

etməkdən  utanmırlar.  Onlar  öz  məxsusi  təcrübələrindən 

öyrənirlər ki, uşaq (Demokrit) üçün bağışlanıla bilən böyük üçün 

cəzasız qalmır. Bir zaman keçdikdən sonra onları biabırçı sonluq 

gözləyə bilər; özü də, o zaman onların hamısı aradan çıxacaqlar 

və özlərini elə göstərəcəklər ki,  bunların onlara heç dəxili belə 

yoxdur.  Təbiətin  ilkin  qüvvələrinin  bir-birinə  beləcə  qeyri-

düzgün olaraq müncər edilməsi ilə bağlı daha bir hal barədə də 

biz  tezliklə  danışmalı  olacağıq;  hələ  ki  deyilənlərlə 

məhdudlaşaq.  Əgər  belə  nəzəriyyələrin  düzgünlüyünü  güman 

etsək, onda, əlbəttə ki, bütün hər bir şey izah edilmiş və aşkara 

çıxarılmış  və  son  nəticədə  hesabı  məsələyə  müncər  edilmiş 

olardı  ki,  bu  da  müdriklik  məbədində  ən  müqəddəs  olana 

çevrilərdi,  əsas  qanunu  ən  sonda  bizi  buraya  gətirib  çıxarmış 

olardı.  Amma  o  zaman  təzahürün  hər  hansı  bir  məzmunu  yox 

olmuş  və yalnız forma qalmış olardı: təzahür olunan hər bir şey, 

necə  təzahür  olunduğuna  gətirilib  çıxarılmış  və  bu,  haradasa 

dərkolunan  və  a  priori  olmuş,  buna  görə  də  subyektdən  tam 

asılı olmuş, yalnız onun üçün mövcud olmuş olardı və nəhayət, 

sadəcə  olaraq  fenomen,  bütövlükdə  təsəvvür  və  təsəvvürün 

forması olmuş olardı: hər hansı bir özündə şey barədə soruşmaq 

belə  olmazdı.  Əgər  güman  etsək  ki,  bu,  belədir,  onda  bütün 

dünya  həqiqətən  də  subyektdən  çıxarıla  bilərdi  və  əslində,   

Fixtenin  öz boşboğazlığı ilə  ona  nail  olduğunu  bəyan  etdiyi  şey 

əldə edilmiş olardı.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

Lakin  bu,  belə  deyildir:  belə  qaydada  elm  deyil, 



fantasmaqoriyalar,  sofizmlər,  səma  qəsrləri  qurulmuşdur.  Ona 

müvəffəq  olunmuşdur  ki,  təbiət  hadisələrinin  çoxluğu  və 

müxtəlifliyi ayrı-ayrı əzəli qüvvələrə müncər edilmişdi; və hər bir 

uğur  həqiqi  tərəqqiyə  təkan  vermişdir;  əvvəlcə  müxtəlif  hesab 

olunan  bir  çox  qüvvələr  və  xassələr  bir-birindən  çıxarılmışdır 

(məsələn, maqnetizm elektrikdən) və beləliklə, onların miqdarı 

azaldılmışdır.  Etiologiya  öz  son  məqsədinə  o  zaman  çatacaqdır 

ki,  bu  zaman  təbiətin  özlüyündə  bütün  əzəli  qüvvələrini  dərk 

edəcək və onların təsir üsulunu aydınlaşdıracaq, yəni o qanunu 

müəyyənləşdirəcək  ki,  ona  görə  onların,  bütün    təzahürləri 

səbəbiyyəti əldə əsas tutaraq zamanda və məkanda baş verir və 

bir-birinə  münasibətdə  öz  yerini  müəyyənləşdirirlər,–  amma 

həmişə əzəli qüvvələr, hadisənin formaya aid edilə bilməyən və 

buna  görə  də  əsas  qanununa  görə  nədənsə  çıxış  edilərək  izah 

edilə  bilməyən  məzmunu  həmişə  həll  olunmayan  bir  çöküntü 

olaraq qalırlar. Zira təbiətdə hər bir şeydə nəsə elə bir şey vardır 

ki,  onun  üçün  heç  bir  vaxt  əsas  tapmaq,  sonrakı  səbəbini 

göstərmək,  onu  izah  etmək  olmaz;  bu,  onun  fəaliyyətinin, 

təsirinin  spesifik  üsulu,  yəni  onun  mövcudolma  tərzi,  onun 

mahiyyətidir.  Doğrudur,  şeyin  hər  bir  ayrıca  təsiri  üçün  səbəb 

göstərmək  mümkündür  ki,  bunun  da  nəticəsində  bu  şey  öz 

təsirini  məhz  indi,  məhz  burada  göstərməlidir,  amma  heç  bir 

vaxt izah etmək olmaz ki, o, ümumiyyətlə, niyə təsir göstərir və 

nədən  məhz  belə  təsir  göstərir.  Əgər  onda  başqa  xassələr 

yoxdursa, əgər o, günəş şüalarında bir zərrədirsə, onda, ən azı, 

öz  ağırlığında  və  keçirməzliyində  o,  bu  izah  edilə  bilməyən 

nəyisə  aşkara  çıxarır  ki,  bu,  da  mən  deyirəm  ki,  onun  üçün  o, 

insan  üçün  iradə  nədirsə,–  ona  oxşar  olaraq  o  öz  daxili 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

varlığında  izaha  gəlmir  və  onunla  eynidir.  Əlbəttə  ki,  iradənin 



hər  hansı  bir  təzahürü  üçün,  onun  verilmiş  zamanda,  verilmiş 

yerdə  hər  hansı  bir  ayrıca  aktı  üçün  elə  bir  motiv  göstərmək 

mümkündür  ki,  onun  təsiri  ilə  bu  akt  insanın  məlum  xarakteri 

olması  şərti  ilə  zəruri  olaraq  baş  verməli  idi.  Amma  onun 

verilmiş  xarakterə  malik  olmasını,  onun  ümumiyyətlə  nə 

istədiyini,  onun  iradəsini  çoxsaylı  motivlərdən  başqası  deyil, 

niyə  məhz  bu  motivin  idarə  etməsini  heç  bir  vaxt  izah  etmək 

olmaz.  Və  insan  üçün  onun  dərkəgəlməz  xarakteri  nədir  ki, 

onun motivləşdirilmiş əməllərinin hər hansı bir izahı zamanı biz 

bu  xarakteri  nəzərdə  tuturuq,  belə  ki,  hər  bir  qeyri-üzvi  cisim 

üçün onun mühüm keyfiyyəti, onun fəaliyyət üsulu mövcuddur 

ki,  onun  da  təzahürləri  xarici  təsirlərlə  törədilir,  halbuki,  bu 

üsulun  özü  xarici  heç  nə  ilə  müəyyənləşmir,  və  buna  görə  də 

izah oluna da bilməz: onun yalnız vasitəsilə aşkara çıxdığı ayrıca 

təzahürləri  əsas  qanununa  tabedir,  onun  özü  isə  əsasdan 

məhrumdur.  Artıq  sxolastiklər    mahiyyəti  etibarı  ilə  bunu 

düzgün  anlamış  və  forma  substantial  [substansial  forma] 

adlandırmışdılar  (bu  barədə  baxın:  Suares,  Disput.  Metaph., 

disp. XV, sect. 1). 

Belə  bir  adi  yanılma  da  o  qədər  böyükdür  ki,  guya  biz 

bütün hər şeydən daha yaxşı ən çoxsaylı, ən ümumi və ən sadə 

hadisələri  başa  düşürük,  halbuki,  biz  görməyə  daha  çox 

alışdığımız  hadisələri daha çox başa düşməməyə vərdiş etmişik. 

Bizim üçün daşın yerə düşməsi heyvanın hərəkət etməsi qədər 

izah  olunmazdır.  Yuxarıda  söylənildiyi  kimi,  düşünürdülər  ki, 

guya  təbiətin  ən  ümumi  qüvvələrindən  (məsələn,  cazibədən, 

sürtünmədən, keçirməzlikdən) çıxış edərək onların içərisində bir 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə