www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
bizim şüurumuzdadır; və ya, başqa sözlə, subyektdən və ya
obyektdən çıxış edərək onlara eyni cür gəlib çıxmaq
mümkündür; buna görə də, onları bərabər hüquqla həm
subyektin seyr üsulları, həm də obyektin xassələri adlandırmaq
mümkündür, çünki sonuncu - obyekt (Kantda: hadisə, təzahür),
yəni təsəvvürdür. Bu formaları həmçinin subyekt və obyekt
arasında şərikli sərhəd kimi də nəzərdən keçirmək mümkündür;
buna görə də, hər bir obyektin onlarda üzə çıxmalı olmasına
baxmayaraq, subyekt üzə çıxan obyektdən asılı olmayaraq
onlara tam sahib olur və onları nəzərdən keçirir. Amma əgər
yalnız bu formalarda üzə çıxan obyektlər boş kabuslar
deyildirlərsə, real mənaya malikdirlərsə, onda onlar nəyisə
göstəriş etməli, elə bir şeyin ifadəçisi olmalıdırlar ki, o, artıq
onların özləri kimi obyekt, təsəvvür deyildir, nəsə yalnız nisbi
olan, yəni subyekt üçün mövcud olan deyildir, ona qarşı duran
əsas şəraitdən və onun formalarından belə bir asılılığın
xaricində qalandır, yəni təsəvvür deyildir, özündə şeydir. Elə
buna görə də, ən azı, aşağıdakı sual mümkündür: bu
təsəvvürlər, bu obyektlər subyektin obyektləri təsəvvürlər
olmaqdan savayı və ondan asılı olmayaraq başqa da
nəsədirlərmi? Və əgər – hə, onda onlar bu mənada nədirlər?
Onların başqa, toto genere təsəvvürdən fərqli tərəfi nədir?
Özündə şey nədir? – İradə: bizim cavabımız belə idi, amma mən
onu hələ ki, kənarda saxlayıram.
Özündə şey nə olursa- olsun, Kant hər halda düzgün
olaraq belə bir nəticəyə gəlmişdir ki, zaman, məkan və
səbəbiyyət (bunları biz əsas qanununun növləri kimi, bu
qanunun özünü isə hadisə, təzahür formalarının ümumi ifadəsi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
kimi qəbul etmişik) onun tərifləri ola bilməzlər, onlar ona yalnız
o zaman və o ölçüdə qoşulmuşlar ki, bu zaman və bu ölçüdə o,
təsəvvürə çevrilmişdir,– yəni onlar onun özünə deyil, onun
yalnız hadisəsinə, təzahürünə aiddirlər. Doğrudan da, subyekt
onları hər hansı bir obyektdən asılı olmayaraq, tamamilə
özündən çıxış edərək dərk etdiyi və qurduğu üçün, onlar
təsəvvürə çevrilənə deyil, təsəvvür olunanı bilməyə xas
olmalıdır. Onlar özlüyündə təsəvvürün forması olmalıdırlar, bu
formanı qəbul edənin xassələri olmamalıdırlar. Onlar artıq
subyektin və obyektin əksliyinin özündə verilməlidirlər
(anlayışda deyil, gerçəklikdə), yəni, ümumiyyətlə, idrak
formasının yalnız ən yaxın təyini kimi çıxış etməlidir, bunun isə
ən ümumi təyini bu əksliyin özüdür. Hadisədə, obyektdə olan
bütün hər şey yəni, – yanaşılıqdan və bir-birinin ardınca
gəlmədən doğulan çoxluq, səbəbiyyət qanunundan doğulan
dəyişkənlik və irəligəlmə; bundan sonra, yalnız səbəbiyyət şərti
ilə, təsəvvür olunan materiya; nəhayət, öz növbəsində yalnız
onlar təsəvvür oluna bilən bütün hər şey zamanla, məkanla və
səbəbiyyətlə şərtlənmişdir və yalnız onların vasitəsilə təsəvvür
oluna bilər, –bütün bunlar mahiyyəti etibarı ilə burada təzahür
olana, təsəvvür formasına düşənə xas deyildir, yalnız bu
formanın özü ilə bağlıdır. Əksinə, təzahürdə zamanla, məkanla
və səbəbiyyətlə şərtlənməyən və onlara müncər edilə bilməyən,
onlardan çıxış edilərək izah oluna bilməyən məhz təzahür
edənin bilavasitə olaraq onda ifadə olunduğu şey, özündə şey
olacaqdır. Bunun nəticəsində də, mükəmməllik, yəni ali
aydınlıq, dəqiqlik və qəti olaraq sübuta yetirilmə zəruri olaraq,
özlüyündə idraka xas olana aiddir, yəni idrakın formasına,
özlüyündə təsəvvür, obyekt olmayan, yalnız bu formaları qəbul
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
etdikdən sonra dərk olunan, yəni təsəvvür, obyektə çevrilənə
aid deyildir. Beləliklə, yalnız yeganə olaraq, dərk olunanlıqdan
özlüyündə ümumiyyətlə təsəvvür olunanlıqdan asılı olan (dərk
olunandan və yalnız təsəvvür olandan yox), buna görə də bütün
dərkə gələnlərə fərq qoymadan xas olan və bunun nəticəsində
də, öz başlanğıcını həm subyektdən, həm də obyektdən götürən
yolda eyni dərəcədə əldə oluna bilən şey və yalnız təkcə o, qane
edici, tamamilə qəti olan, sonuncu əsaslarına qədər aydın olan
idrakı verə bilər. İdrak isə hər hansı bir hadisənin a priori olaraq
bizə məlum formalarından ibarətdir; onların ümumi ifadəçisi
olaraq isə əsas qanunu çıxış edə bilər, onun əyani idraka
(burada biz yalnız onunla iş görürük) aid olan növləri isə zaman,
məkan və səbəbiyyətdir. Bütün xalis riyaziyyat və xalis
təbiətşünaslıq a priori olaraq yalnız onlara əsaslanır. Elə buna
görə də, idrak yalnız bu elmlərdə zülmətlə qarşılaşmır, dərk
olunmayanla (əsasdan məhrum olanla, yəni iradə ilə) rastlaşmır,
o şeylə ki, o, artıq başqasına gətirilib çıxarılmır; bu baxımdan,
həmçinin Kant da məntiqlə birgə bu bilikləri, əsasən, artıq
deyildiyi kimi, hətta müstəsna dərəcədə elmlər adlandırmaq
istəmişdi. Lakin, digər tərəfdən, bu fənlər bizə sadəcə olaraq bir
təsəvvürün digər təsəvvürə münasibətlərindən savayı başqa
heç nə vermirlər, hər hansı bir məzmun olmadan forma verirlər.
Onların aldıqları hər bir məzmun, bu formaları dolduran hər bir
hadisə, onu ehtiva edir ki, o, artıq özünün bütün mahiyyətində
dərk olunan , artıq bütövlükdə başqasından çıxış edilərək izah
olunan deyildir, o, deməli ki, əsasdan məhrum olandır: buradan
da idrak dərhal öz aşkarlığını itirir və tam şəffaflıqdan məhrum
olur. Amma əsaslanmaya gəlməyən bu şey - məhz özündə
şeydir, odur ki, o, mahiyyəti etibarı ilə təsəvvür, idrakın obyekti
Dostları ilə paylaş: |