www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
öz mənbəyinə, sadəcə olaraq, hadisədə, əyani təsəvvürdə malik
deyildir, öz başlanğıcını daxildən, hər bir kəsin bilavasitə
şüurundan götürür, o şüurdan ki, hər bir kəs burada öz
fərdiliyini onun varlığında dərk edir, bilavasitə olaraq, hər hansı
bir formanın xaricində, hətta subyektin və obyektin
formasından da xaricdə, o özü bu şüurdur, zira burada dərk
edən və dərk olunan bir-biri ilə uyuşur.
Buna görə də, qüvvə anlayışını iradə anlayışına aid
edərək, biz əslində daha az məlum olanı sonsuz dərəcədə daha
çox məlum olana, əslində, bizə yeganə olaraq həqiqətən,
bilavasitə və mükəmməl olaraq məlum olana aid edirik və öz
idrakımızı genişləndiririk.
Bu vaxta qədər edildiyi kimi iradə anlayışını qüvvə
anlayışına aid etməklə isə, biz yeganə bilavasitə idrakdan imtina
edirik, o idrakdan ki, dünyanın daxili mahiyyəti barədə biz
həmən o idraka malikik, onu hadisədən mücərrədləşmiş anlayış
içərisində əritdikdə isə, belə bir anlayışla biz heç bir vaxt hadisə
sərhədindən kənara çıxa bilmərik.
§ 23
İradə özündə şey olaraq öz təzahüründən tamamilə
fərqlidir və onun bütün formalarından tamamilə azaddır, bu
formaları o, yalnız təzahür olunduğu zaman qəbul edir ki, bu
formalar elə buna görə də onun yalnız obyektliliyinə aiddir,
onun özünə isə yaddır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Hər hansı bir təsəvvürün ən ümumi formasının, subyekt
üçün obyekt formasının artıq ona aidiyyəti yoxdur; ona daha az,
onlar bu sonuncuya tabe olan və öz ümumi ifadəsini əsas
qanununda tapan, o formaların aidiyyəti vardır; buraya məlum
olduğu kimi, həmçinin zaman və məkan da və deməli, həm də
yalnız onların sayəsində mövcud olan və mümkün olan çoxluq
da aiddir. Bu sonuncu münasibətdə mən zamanı və məkanı
köhnə, əsl sxolastikadan alınmış principium individuationis
termini ilə adlandıracağam və xahiş edirəm ki, bunu həmişəlik
nəzərə alasınız. Zira yalnız zamanın və məkanın sayəsində öz
mahiyyətinə və anlayışına görə eyni və vahid olan müxtəlif və
çoxluq kimi bir-birinin yanında üzə çıxır: deməli, zaman və
məkan Suaresdə toplanan bu qədər sxolastik müdriklik və
mülahizələrin predmeti- principium individuationisdir, (Disp. 5,
sect. 3).
Deyilənlərə uyğun olaraq, iradə özündə şey kimi özünün
bütün şəkillərində əsas qanuni sferasının xaricində durur və o,
buna görə də, əsasdan tamamilə məhrumdur, baxmayaraq ki,
onun hər bir təzahürü sözsüz olaraq əsas qanununa tabedir.
Bunun ardınca qeyd etmək lazımdır ki, o, hər hansı bir
çoxluqdan azaddır, baxmayaraq ki, onun zamanda və
məkandakı təzahürləri saysız-hesabsızdır; onun özü vahiddir,
amma vahidliyi yalnız mümkün çoxluğun kontrastından dərk
edilən bir obyekt kimi yox, yalnız çoxluqdan mücərrədləşmə
vasitəsilə meydana çıxan anlayışının vahidliyi kimi yox: iradə
zaman və məkan xaricində olan kimi principium individuationis-
in, yəni çoxluq imkanının xaricində qalan kimi vahiddir. Yalnız
iradənin təzahürlərinin və müxtəlif manifestasiyalarının sonrakı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
icmalından bütün bunlar bizim üçün tamamilə aydın olduqları
zaman və yalnız o zaman biz Kant təliminin mənasını tamamilə
başa düşəcəyik, biz başa düşəcəyik ki, zaman, məkan və
səbəbiyyət özündə şeyə məxsus deyillər, yalnız idrak
formalarıdır.
İradənin əsasa malik olmamasını o yerdə həqiqətən dərk
etmişlər ki, orada o, insan iradəsi olaraq ən aşkar bir şəkildə
təzahür olunur və orada onu azad, müstəqil adlandırmışlar.
Amma bu zaman iradənin özünün əsasa malik olmaması
ucbatından onun təzahürlərin hər yerdə tabe olduğu zərurəti
gözdən qaçırmışlar və əməlləri azad elan etmişlər, əslində isə,
azad əməl yoxdur, belə ki, hər hansı bir ayrıca əməl ciddi bir
zərurətlə motivin xarakterə təsirindən irəli gəlir. Hər hansı bir
zərurət – artıq deyildiyi kimi, nəticənin əsasa olan münasibətidir
və qətiyyən bundan başqa bir şey deyildir. Əsas qanunu – bütün
hadisələrin ümumi formasıdır və insan öz fəaliyyətində hər
hansı başqa bir hadisə kimi ona tabe olmalıdır. Amma iradə
özünüdərkdə bilavasitə olaraq və özlündə dərk olunur, ona görə
də bu idrakda azadlığın dərki də kök salmışdır. Amma bu zaman
o diqqətdən kənarda qalır ki, fərd, şəxsiyyət – özündə şey olaraq
iradə deyildir, artıq iradə hadisəsidir və şəxsiyyət bu statusda
artıq determinasiya olunmuşudur və hadisə əsas qanunu –
formasını almışdır. Buradan təəccüb doğuran belə bir fakt
meydana çıxır ki, hər bir kəs, hətta öz ayrıca əməllərində belə a
priori olaraq özünü tamamilə azad hesab edir və düşünür ki,
guya o, istənilən an başqa həyat yolu seçə bilər, yəni başqası ola
bilər. Amma a posteriori olaraq, təcrübədə, o, təəccüb
içərisində əmin olur ki, o, azad deyildir, zərurətə tabedir, o, öz
Dostları ilə paylaş: |