www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
orada möhkəm qaydaya uyğun olaraq zəruri meydana
gəlməsini göstərə bilər, hər bir hadisənin daxili mahiyyəti isə bu
yolda həmişə örtülü qalacaq, o, hər bir etioloji izahda yalnız
güman olunur və yalnız müxtəlif adlarla işarə olunur: qüvvə, və
ya təbiət qanunu, və ya, əgər söhbət əməllərdən gedirsə, onda
xarakter, iradə adları ilə.
Beləliklə, hər bir ayrıca əməl müəyyən bir xarakter
olması şərtilə verilmiş motivdən zəruri olaraq çıxarılır və
baxmayaraq ki, boy artımı, qidalanma prosesi və canlı bədəndə
bütün dəyişikliklərin məcmusu zəruri olaraq təsir göstərən
səbəblər (qıcıqlandırıcılar) üzrə baş verir, bununla belə
əməllərin bütün sırası və deməli, ayrılıqda götürüldükdə onların
hər biri, həmçinin də onların şərti, onları icra edən bədənin özü,
deməli və həm də vasitəsilə və daxilində onun mövcud olduğu
proses, – bütün bunlar iradənin təzahürü, aşkara çıxması,
obyektliyi olmaqdan başqa bir şey deyildir. İnsani və həm də
heyvani orqanizmin, ümumiyyətlə, insani və heyvani iradəyə
tam uyğunluğu buna əsaslanır; o, xüsusi hazırlanmış alətin öz
istehsalçısının
iradəsinə
uyğunluğuna
bənzəyir
(amma
əhəmiyyətli dərəcədə ondan üstündür) və buna görə də
məqsədəuyğunluq, yəni bədənin teleoloji izaha yatımlılığıdır.
Elə buna görə də, bədənin orqanları əsas istəklərə tamamilə
uyğun gəlməlidir, iradə bu istəklərdə özünü göstərir, bu
orqanlar onların görünən ifadəsi olmalıdır: dişlər, udlaq və
bağırsaq kanalı – obyektivləşdirilmiş aclıqdır; genitaliyalar–
obyektivləşdirilmiş cinsi həvəsdir; yapışan əllər, cəld ayaqlar isə
iradənin artıq daha çox vasitəli, dolayı meyllərinə uyğun gəlir və
bu meylləri təmsil edirlər. Ümuminsani formanın ümuminsani
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
iradəyə uyğun gəlməsinə oxşar olaraq, ayrıca bir şəxsin fərdi
olaraq modifikasiya olunmuş iradəsinə, xarakterinə bədənin
fərdi quruluşu uyğun gəlir, həmin bu fərdi quruluş da elə buna
görə də tamamilə və özünün bütün hissələrində xarakterik və
ifadəlidir. Son dərəcə diqqətəlayiqdir ki, bunu artıq Parmenid
özünün aşağıdakı şeirində söyləmişdir (bu şeir bizə qədər
Aristotelin Metafizikasında gəlib çatmışdır: III, 5):
Fasiləsiz olaraq dəyişən üzvlərdə qarışığın *elementlərin]
proporsiyası hər an necədirsə
İnsanların ağlına gələn fikir də elədir. Zira üzvlərin təbiəti
onun dərk etdiyilə eynidir insanlarda
Və bütün *varlıqlarda+, hər şeydə, yəni: nə çoxdursa
[onda], o barədə də düşünülür
.**
HAŞİYƏ
**
bax:kitab,səh.198
(Feofrast
deyir:
İnsan
bədənində üstünlük təşkil edən-fikirdir.Bax. S.N.Trubetskoyun
“Qədim
Yunanıstanda
metafizika”kitabı.
Səh.282
(rus
tərcüməçisinin qeydi))
§ 21
II cildin 20-cu fəsli və mənim «İradə təbiətdə» adlı əsərimdə
"Fiziologiya" və "Müqayisəli anatomiya" rubrikaları buraya aiddir.
Mənim burada yalnız qeyd etdiklərim «İradə təbiətdə» əsərində
təfsilatı ilə işlənib hazırlanmışdır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Bütün bu mülahizələr sayəsində hamının in concrete,
bilavasitə olaraq, yəni hisslər şəklində malik olduğuna həmçinin
in abstracto olaraq, yəni aydın və möhkəm şəkildə malik olan,
öz məxsusi təzahürünün daxili mahiyyətini dərk edən kəs bilir
ki, onun təzahürü onun qarşısında təsəvvür olaraq onun
əməllərində və onun qərarlaşmış olduğu substratda, onun öz
məxsusi bədənində çıxış edir, mahiyyət isə onun iradəsidir və o,
onun şüurunda ən çox bilavasitə olandır, amma özlüyündə
bütövlükdə təsəvvür formasına daxil olmamışdır, harada ki
obyekt və subyekt bir-birinə əksdirlər, iradə isə özü barədə
subyektin və obyektin tamamilə aşkar fərqləndirilməsi
olmadan, bilavasitə olaraq xəbər verir və üstəlik fərd qarşısında
bütövlükdə deyil, yalnız özünün ayrıca aktlarında açılır – mən
deyirəm ki, mənimlə birgə bu əqidəyə gələn kəs üçün onun özü
bütün təbiətin daxili mahiyyətinin dərkinə aparan açara çevrilə,
əgər o, onu həm də bütün o hadisələrə gətirərsə ki, onlar ona
bilavasitə idrakda deyil, vasitəli (onun öz məxsusi hadisəsi kimi)
idrakda, yəni birtərəfli olaraq, yalnız bir təsəvvür olaraq
verilmişdir. Yalnız öz məxsusi hadisələrinə tamamilə oxşar olan
hadisələrdə, insanlarda və həm də heyvanlarda o, onların daxili
mahiyyəti olan elə həmin iradəni görəcəkdir, bitkini hərəkətə
gətirən və yaşadan qüvvədə də, kristalı quran, maqniti şimala
yönəldən, müxtəlifcinsli metallarla toqquşma zamanı onu zərbə
ilə qarşılayan, maddi cisimlərin bir-birini cəzb etməsində və dəf
etməsində də, ayrılması və birləşməsində də və nəhayət, daşı
yerə doğru çəkən və yeri günəşə doğru çəkən, bütün
materiyaya xas olan qüdrətli cazibədə də tanımağa gətirib
çıxaracaqdır, – bütün bunlar onun tərəfindən yalnız hadisədə
müxtəlif olan kimi, öz daxili mahiyyətində isə eyni olan kimi