www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
münasibətdə iradənin obyektliyi adlandırıram. Buna görə də
müəyyən mənada, həmçinin demək olar ki, iradə– bədənin a
priori olaraq dərk olunması, bədən isə – iradənin a posteriori
olaraq idrakıdır.
İradənin gələcəyə aid olan qərarları məxsusi mənada
iradə aktları deyildir,– zəkanın yalnız bizim haçansa
arzulayacaqlarımız barədə düşüncələridir: qərara özünün son
möhürünü yalnız yerinə yetirilmə vurur, buna qədər isə qərar,
sadəcə olaraq, səbatsız bir niyyət olaraq qalır və müstəsna olaraq
zəkada, in abstracto mövcuddur. Arzu və əməl yalnız
refleksiyada müxtəlifdir: əslində isə onlar eyni şeydir. Hər bir
həqiqi, gerçək, bilavasitə iradə aktı, eyni zamanda, həm də
bilavasitə təzahür olunan bədən aktıdır; buna uyğun olaraq,
digər tərəfdən, bədənə göstərilən hər bir təsir həm də dərhal və
bilavasitə olaraq iradəyə göstərilən təsirdir; o, əgər iradəyə
əksdirsə o özlüyündə ağrı, əgər onu təmin edirsə həzz adlanır.
Onların dərəcələri çox müxtəlifdir, amma ağrını və həzzi
təsəvvür adlandırmaq qətiyyən düzgün olmazdı, onlar heç də
belə deyillər; onlar iradənin öz təzahüründə bədəndəki bilavasitə
halları, bədəndə yaşanan təəssüratın məcburi və ani olaraq arzu
edilməsi və ya arzu edilməməsidir. Bilavasitə sadə təsəvvürlər
və buna görə də deyilənlərdən istisna kimi yalnız bədəndəki bir
neçə bəzi təəssüratları nəzərdən keçirmək mümkündür ki, onlar
iradəni oyatmırlar və yalnız bunların sayəsində də bədən idrakın
bilavasitə obyekti olur, halbuki, dərrakə üçün seyr olaraq o, artıq
bütün başqaları kimi vasitəli obyektdir. Burada xalis obyektiv
hisslərin – görmənin, eşitmənin və lamisənin halları nəzərdə
tutulur, amma yalnız o ölçüdə ki, həmin ölçüdə bu orqanlar
onlara xas olan, spesifik və onların təbiətinə uyğun üsulla
affiksasiya olunur, o isə, bu hissələrin yüksək və xüsusi olaraq
dəyişdirilmiş həssaslığının o qədər zəif oyanmasıdır ki, iradəyə
təsir etmir və onun tərəfindən heç bir oyandırma ilə
həyəcanlanmır, dərrakəyə yalnız o məlumatları xəbər verir ki,
seyr onlardan meydana çıxır. Bu hiss orqanlarına hər hansı daha
güclü və ya başqa qəbildən olan təsirsə ağrılıdır, yəni iradəyə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
əksdir, axı onlar özləri də onun obyektinə məxsusdurlar.
Əsəblərin zəifliyi onda ifadə olunur ki, onları dərrakə üçün
materiallara çevirməyi mümkün edən dərrakə qüvvəyə malik
olmalı olan təəssüratlar iradəyə toxunduqları daha yüksək
dərəcəyə çatırlar, yəni ağrı və ya həzz yaradırlar, əksər hallarda
isə bu ağrı olur; nə qədər küt və qeyri-müəyyən olsa da, o, hər
halda təkcə bəzi səsləri və güclü işığı əzablı bir tərzdə hiss
etməyə məcbur etmir, həm də, ümumiyyətlə, ağrılı ipoxondrik
əhval-ruhiyyə doğurur, baxmayaraq ki, bütün bunlar aydın dərk
olunmur. Bunun ardınca qeyd etmək lazımdır ki, bədənin və
iradənin eyniyyəti, yeri gəlmişkən, onda aşkar olur ki, iradənin
hər hansı güclü və həddini keçən hərəkəti, yəni hər hansı bir
affekt bədəni və onun daxili mexanizmini tamamilə bilavasitə
olaraq sarsıdır və onun həyati funksiyalarının gedişini pozur. Bu
hal xüsusi olaraq "Təbiətdə iradə" əsərində şərh olunmuşdur.
Nəhayət, malik olduğum iradə barədə bilavasitə idrakım
olmasına baxmayaraq hər halda o, bədənim haqqında idrakdan
ayrılmazdır. Mən öz iradəmi onun bütövlüyündə, vəhdət olaraq,
tam şəkildə onun mahiyyətində deyil, onun yalnız ayrıca
aktlarında, yəni hər hansı obyekt kimi mənim bədənimin də
təzahür forması olan zaman daxilində dərk edirəm; buna görə də
bədən mənim iradəmin dərk olunmasının şərti olaraq çıxış edir.
Bu səbəbdən də bədən olmadan əslində mən bu iradəni təsəvvür
edə bilmərəm. Mənim əsas qanunu haqqında traktatımda iradə
(və ya, daha doğrusu, arzunun subyekti), doğrudur ki,
təsəvvürlərin və ya obyektlərin xüsusi sinfi kimi təsvir
olunmuşdur, amma biz artıq orada görmüşdük ki, bu obyekt
subyektlə üst-üstə düşür, yəni obyekt olmaqdan qalır; bu
uyğunluğu biz orada κατ' εξοχην [daha çox] möcüzə
adlandırmışıq və mənim bütün bu əsərim müəyyən dərəcədə
onun izahıdır.
Mən öz iradəmi əslində obyekt kimi dərk etdiyimdən,
mən onu bədən olaraq anlamış oluram; amma belə halda mən
bir daha yuxarıda göstərilən traktatda müəyyənləşən birinci
sinif təsəvvürlərə, yəni real obyektlərə gəlib çıxmış oluram.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Sonrakı tədqiqatlar bizi getdikcə daha çox əmin edəcəkdir ki,
birinci sinif təsəvvürlər öz açarını, öz açmasını yalnız elə oradaca
müəyyənləşmiş dördüncü sinifdə tapır, bu isə, əslində, artıq bir
obyekt olaraq subyektə qarşı durmaq istəmir və bundan sonra
əmin olacağıq ki, buna uyğun olaraq dördüncü sinifdə hakim
olan motivasiya qanunundan biz birinci sinifdə fəaliyyət
göstərən səbəbiyyət qanununun daxili mahiyyətini və ona
uyğun olaraq baş verən hər bir şeyi anlamalı olacağıq.
İradənin və bədənin burada qabaqcadan nəzərdə
tutulmuş eyniyyəti – burada mənim bunu ilk dəfə olaraq
etdiyim və bunun sonrakı izahda da təkrar olunacağı kimi –
yalnız göstərilə bilər, yəni bilavasitə şüurdan, in concreto
idrakdan əqli biliyədək yüksəldilə və ya in abstracto idraka
keçirilə bilər. Amma öz təbiəti etibarı ilə o, heç bir vaxt sübut
oluna, yəni vasitəli idrak olaraq başqa, bilavasitə idrakdan
çıxarıla bilməz, – məhz ona görə ki, o, özü ən yüksək dərəcədə
bilavasitədir və əgər biz onu belə halda qavramasaq və
saxlamasaq, onda bizim onu bir daha, hansısa dolayı yolla,
törəmə idrak olaraq əldə etmək gözləntimiz əbəs olacaqdır. Bu
eyniyyət tamamilə xüsusi qəbildən olan idrakdır və onun
həqiqiliyi buna görə də, əslində, əsas qanunu haqqında
traktatda (§ 29 və sonrakılar) mənim bütün həqiqətləri
böldüyüm dörd rubrikadan, yəni məntiqi, empirik, metafizik və
metaməntiqi rubrikalardan birinə gətirilə bilməz. Zira bu
eyniyyətin doğruluğu bütün bu həqiqətlər kimi bir mücərrəd
təsəvvürün başqa bir təsəvvürə və ya intuitiv və ya mücərrəd
təsəvvür edən fəaliyyətin zəruri formasına münasibət deyildir:
yox, o, mühakimənin o əlaqəyə münasibətidir ki, ona əyani
Dostları ilə paylaş: |