Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə45/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   41   42   43   44   45   46   47   48   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

141 


qoyuluşu  ixtiyari,  təsadüfidir  və  işin  mahiyyətini  aydınlaşdırmır. 

Bununla 


belə, 

stoisizm 

tərəfdarları 

peripatetiklər 

və 

epikürçülərlə



41

 bu  barədə  usanmadan  mübahisə  etmiş  və 

tamamilə  ölçüyəgəlməz  iki  kəmiyyətin  əsassız  müqayisəsi  ilə 

məşğul olmuş və bundan irəli gələn əks paradoksal kəlamlarla bir-

biri ilə deyişmişlər. Onların kəlamlarından ibarət maraqlı külliyyatı– 

stoisizm  tərəfdarları  tərəfindən  –  Siseronun  «Paradokslar»ı  bizə 

təklif edir.  

Stoisizm  məktəbinin  banisi  Zenon,  görünür,  əvvəlcə  bir 

qədər digər yol seçmişdi. Onun çıxış nöqtəsi belə idi: ali rifaha, yəni 

xoşbəxtlik  və  ruhi  rahatlığa  nail  olmaq  üçün  özü-özü  ilə  razılıqla 

yaşamaq  lazımdır.  («Rizada  yaşamaq:  bu,  vahid  fikircə  uyğun  və 

özünlə  razılıqla  yaşamaq  deməkdir»  (Stob.  Ecl.  L.  II.,  c.7.  s.132). 

Həmçinin,  «fəzilət-  bu,  ruhun,  qəlbin  bütün  ömür  boyu  özü  ilə 

olması  halıdır  (L,  bid.,  s.  104.)  (seçdirmə  redaktorundur).  Lakin 

bunu  o  zaman  həyata  keçirmək  olar  ki,  öz  hərəkətlərini  hökmən 

ağılla,  dəyişkən  təəssüratlar  və  əhvala  yox,    anlayışlara  uyğun 

müəyyənləşdirəsən.    Hökmümüz  altında  nəticələr  və  xarici  şərait 

yox,  yalnız  davranış  prinsipləri  olduğuna  görə,  həmişə  ardıcıl 

olmaqdan ötrü   birincilərə deyil, sonunculara can atmaq lazımdır. 

Fəzilət haqqında təlim belə tətbiq edilir. 

Lakin  artıq  Zenonun  ortabab  ardıcıllarına  onun  «rizada 

yaşamaq»  mənəvi  prinsipi  həddən  ziyadə  formal  və  mənasız 

göründü. Bu səbəbdən onlar həmin prinsipə maddi məzmun əlavə 

etdilər:  «təbiətlə  razılıqda  yaşamaq»,  Stobeyin  başqa  bir  yerdə 

qeyd  etdiyi  kimi,  ilk  dəfə  Kleanf  tərəfindən  edilmiş  bu  əlavə  

anlayışın  həcminin  böyüklüyü  və  ifadələrin  qeyri-mümkünlüyü 

üzündən  çox  geniş  şərhlərə  səbəb  oldu.  Belə  ki,  Kleanf, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

142 


ümumiyyətlə,  təbiəti,  Xrisipp  isə  yalnız  insan  təbiətini  nəzərdə 

tuturdu  (Dioq.  Laert.,  7,  89).  Heyvanlar  üçün    heyvani  meyllərin 

təmin  edilməsi  kimi,  yalnız  insan  təbiətinə  xas  olan,  sonradan 

fəzilət  kimi  qəbul  edilmişdir.  Bununla,  yenə  də  zorla  fəzilət 

haqqında  təlim  daxil  edilir,  etika  isə  nəyin  bahasına  olursa-olsun, 

fizika  ilə əsaslandırılmalı idi. Çünki  stoisizm tərəfdarları hər  yerdə 

prinsipin vəhdətinə çalışırdılar, Allah və dünya onlarda iki başlanğıc 

deyildi. 

Bütövlükdə  götürülən  stoisizm  etikası  həqiqətən  çox 

dəyərli  və  insanın  böyük  üstünlüyündən  –  zəkadan  mühüm  və 

xilasedici  məqsəd  naminə  –  insanı  hər  bir  həyatın  məruz  qaldığı 

əzab və qəm-qüssə üzərində ucaltmaqdan ötrü istifadə etmək kimi 

hörmətə layiq cəhddir. 

Öz ömrünü bu yolla sən sakit başa vura bilərsən,  

Ki,  doymaz  tamahkarlıq,  yaxud  itirmək  qorxusu,  ya  da 

lüzumsuz şeyləri 

əldə etmək ümidi qoy səni usandırmasın

42

 



Bu cür istiqamətləndirmədə məqsəd ona heyvanların əksinə 

olaraq zəkalı məxluq kimi ən ali ləyaqəti verməkdir, belə ki, onun 

haqqında    daha  hansısa  başqa  yox,  yalnız  bu  mənada  danışmaq 

olar. 


Stoisizm  etikasına  bu  baxışlarım  məni  məcbur  edir  ki, 

burada onu yada salaraq ağlın nə olduğu və onun verə biləcəyini 

şərh  edim.  Hərçənd  adı  çəkilən  məqsədə  zəkanın  və  zəka 

etikasının  tətbiqi  sayəsində  müəyyən  dərəcədə  nail  olmaq 

mümkündür və təcrübə göstərir ki, adətən praktiki filosof adlanan 

(bu ədalətlidir, çünki əsl, yəni nəzəri filosof həyatı anlayışa keçirdiyi 

kimi, onlar da anlayışları həyata tətbiq edirlər) sırf zəkalı xilqətlər 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

143 


ən  xoşbəxt  insanlardır,  bununla  belə  bu  qəbildən  nəsə  kamil  bir 

şey  yaratmaq  və  zəkadan  düzgün  istifadənin  həqiqətən  bizi 

həyatın  bütün  məşəqqətləri  və  iztirablarından  xilas  edib,  rifaha 

gətirib  çıxarmasından  ötrü  çox  şey  çatışmır.  İztirabsız  yaşamaq 

arzusu  ümumişlək  «bəxtiyar  həyat»  ifadəsinin  məzmununda  da 

əksini  tapmış  ziddiyyətdən  ibarətdir;  bunu  yalnız  mənim  sonrakı 

şərhlərimlə  axıradək  tanış  olanlar  dərk  edə  bilərlər.  Bu  ziddiyyət 

xalis  zəka  etikasının  özündə  onunla  aşkar  edilir  ki,  stoisizm 

tərəfdarı, hər ehtimala qarşı, özünün bəxtiyar həyat (onun etikası 

məhz  bundan  ibarətdir)  haqqında  təlimatına  həm  də  intihar 

məsləhətini  (bu  ona  bənzəyir  ki,  Şərq  müstəbidlərinin  cah-cəlallı 

bərbəzək və qabları arasında içərisində zəhər olan qiymətli şüşə də 

saxlanılır)  daxil  etmək  məcburiyyətindədir.  Belə  ki,  heç  bir 

fəlsəfəçilik,  heç  bir  əqli  hökm  və  prinsiplərlə  aradan  qaldırılması 

mümkün  olmayan  cismani  əzablar  qələbə  çalacaq  və  sağalmaz 

olacaq,  insanın  yeganə  məqsədi  –  rifah  əldə  edilməyəcək  və  bu 

iztirablardan  yaxa  qurtarmaq  üçün  ölümdən  savayı  vasitə 

qalmayacaqdır. Onu da hər bir dərman  kimi sakitcə qəbul etmək 

lazımdır.  Burada  stoisizm  etikası  və  məqsədləri  ən  ağır  iztirablar 

zamanı  belə  bilavasitə  və  özlüyündə  fəzilətət  olan  və  əzablardan 

xilas  olmaq  üçün  həyatla  haqq-hesabı  kəsməyə  icazə  verməyən 

bütün  digər  yuxarıda  qeyd  edilmiş  təlimlər  arasında  kəskin 

ziddiyyət açıq-aşkardır. Bu nəzəriyyələrdən heç biri intiharın rədd 

edilməsi səbəbini aydın izah etmək qüdrətində olmasa da, onların 

hamısı  cidd-cəhdlə  bunun  uydurma  əsasını  tapmağa  çalışır:  əsl 

əsas  bizim  bütün  şərhlərimizlə  əlaqədar  dördüncü  kitabda 

aydınlaşacaqdır.  Lakin  göstərilən  ziddiyyət  əslində  evdemonizmin 

xüsusi  növü  olan  Stoya  və  adları  çəkilən  nəzəriyyələr  arasında 

mühüm,  köklü  fərqi  aşkar  edir  və  təsdiqləyir,  hərçənd  onlar  çox 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə