www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
böyüklükdə"
olduğunu
yüksək
dərəcədə
dəqiqliklə
müəyyənləşdirəcəkdir, amma bu, həmişə yalnız nisbidir, yəni
təkcə bir təsəvvürün başqası ilə müqayisəsidir və kəmiyyətə
yalnız bu birtərəfli münasibətdə müqayisədir, buna görə də
oxşar cavab bizə bizim başlıca olaraq axtardığımız məlumatları
verməyəcəkdir.
Nəhayət, əgər biz təbiətşünaslığın çoxlu hissələrə
bölünmüş geniş sahəsinə müraciət etsək, onda biz hər şeydən
öncə onun iki əsas bölməsini fərqləndirə bilərik. O, ya
formaların təsviridir, ya da dəyişikliklərin izahıdır. Birincini
mən morfologiya, ikincini isə etiologiya
2
adlandırıram. Birinci
dəyişməz formaları, ikinci isə– onun bir formadan başqasına
keçid qanunlarına uyğun olaraq dəyişkən materiyanı öyrənir.
Birinci bütövlükdə bir o qədər də düzgün olmamasına
baxmayaraq, təbii tarix adlanır: o, xüsusən botanika və
zoologiya olaraq bizi müxtəlif, fərdlərin aramsız əvəzlənməsi
zamanı dəyişilməyən üzvi və buna görə də davamlı müəyyən
edilmiş formalar ilə tanış edir. Bu formalar isə əyani təsəvvürün
məzmununun əksər hissəsini təşkil edir. Morfologiya bu
formaları təbii və süni sistemlər üzrə təsnif edir, bölür,
birləşdirir, bütün formaların nəzərdən keçirilməsini və
öyrənilməsini mümkün edən məlum anlayışların altına gətirir.
O, sonra bütün bu formalara nüfuz edən, sonsuz çalarlarla dolu
olan analogiyasını onların bütövlüyündə və təfərrüatlarındakı,
(unite de plan [planın vahidliyi]) göstərir, bunun təsiri ilə də
onlar hansısa naməlum mövzunun müxtəlif variasiyalarına
oxşayırlar. Materiyanın bu formalara keçidi, yəni fərdlərin
mənşəyi öyrənilmənin əsas anını təşkil etmir, ona görə ki, hər
bir fərd özünə oxşar olan fərddən doğuluş vasitəsilə törəyir,
doğuluş isə, hər bir yerdə eyni dərəcədə sirlidir, bu vaxta qədər
tam izahdan yayınır, onun barəsində bizim bildiyimiz az
məlumat isə fiziologiyada özünə yer tapır, fiziologiya isə artıq
etioloji təbiətşünaslığa məxsusdur. Sonuncuya, həmçinin əsasən
morfologiyaya aid olan mineralogiya meyllidir, – xüsusən o
yerdə ki, o, geologiyaya keçir. Etiologiya məxsusi mənada
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
təbiətşünaslığın bütün o qollarını əhatə edir ki, onlarda əsas
səbəbin və təsirin dərk olunması çıxış edir; onlar sanki səhvsiz
bir qaydaya uyğun olaraq öyrədirlər ki, materiyanın bir halının
ardınca zəruri olaraq onun digər müəyyən bir halı gəlir,
müəyyən dəyişiklik zəruri olaraq digər, həmçinin müəyyən bir
dəyişikliyi şərtləndirir və öz ardınca gətirir: bunu göstərmə izah
adlanır. Etiologiyaya başlıca olaraq mexanika, fizika, kimya,
fiziologiya aiddir.
Amma əgər onların nəyi öyrətdiklərinə varsaq, tezliklə
əmin ola bilərik ki, etiologiya bizə arzu olunan cavabı vermir,
onu, eləcə də, morfologiya da vermir. Sonuncu bizim qarşımıza
saysız-hesabsız, sonsuz müxtəlif və amma hər halda aşkar ailə
oxşarlığına malik olan qohum formaları– bizim üçün
təsəvvürləri çıxarır, bu yolda bizim üçün əbədi olaraq yad olan
və yalnız bu baxımdan nəzərdən keçirilən həmin təsəvvürlər
anlaşılmaz heroqliflərə oxşayır. Etiologiya isə bizi öyrədir ki,
səbəb və təsir qanununa görə materiyanın verilmiş müəyyən halı
digər halı doğurur: bununla da, o onu izah etmiş və öz işini
yerinə yetirmiş olur. Halbuki, mahiyyəti etibarı ilə o, yalnız
qanunauyğun nizamı üzə çıxarır, bu qanunauyğun nizam
daxilində isə məkanda və zamanda müxtəlif vəziyyətlər
meydana çıxır və bizi birdəfəlik öyrədir ki, verilmiş yerdə və
verilmiş zaman zəruri olaraq hansı hadisə baş verməlidir.
Beləliklə, o, qanuna görə, hadisələrə onların zamanda və
məkanda yerini göstərir, bu qanunun müəyyən məzmunu
təcrübə ilə verilir, amma onun ümumi forması və zəruriliyi isə
bizim tərəfimizdən təcrübədən asılı olmayaraq dərk olunur.
Amma bu hadisələrdən hansınınsa daxili mahiyyəti barədə isə
biz buradan kiçicik belə bilik almırıq; bu mahiyyət təbiət
qüvvəsi adlanır və dəyişməzliyi təbiət qanunu adlandıran etioloji
izah sferasının xaricində qalır, əgər etiologiyaya məlum olan
uyğun şərait verilmişsə, belə bir qüvvənin təzahürü bu cür
dəyişməzliklə baş verir.
Amma bu təbiət qanunu, bu şərtlər, müəyyən yerə və
müəyyən zamana münasibətdə bu təzahür – etiologiyanın bildiyi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
və ümumiyyətlə, bilə bildiyi, bax, bunlardır. Burada təzahür
olunan qüvvənin özü, bu qanunlar üzrə baş verən hadisələrin
daxili mahiyyəti həm ən sadə, həm də ən mürəkkəb hadisələrdə
onun üçün əbədi sirr, tamamilə yad və naməlum bir şey olaraq
qalır. Əslində, baxmayaraq ki, etiologiya bu vaxta qədər öz
məqsədinə daha yaxşı mexanikada və daha pis isə fiziologiyada
nail olmuşdur, amma o qüvvə ki, onun sayəsində daş yerə düşür
və ya bir cisim digərini itələyir, öz daxili mahiyyətində bizim
üçün heyvanın hərəkətinə və artımına təsir göstərən qüvvədən
daha az yad və sirlidir. Mexanika materiyanı, ağırlığı,
keçirməzliyi, hərəkətin təkan vasitəsilə ötürülməsini, ətaləti və
sairi nəsə izaha gələn bir şey kimi nəzərdə tutur və onları təbiət
qüvvələri, onların məlum şəraitdə zəruri və müntəzəm
təzahürünü isə təbiət qanunu adlandırır və yalnız sonra o, öz
izahını başlayır. Bu izah ondan ibarətdir ki, o, hər bir qüvvənin
necə, harada və nə zaman aşkar olduğunu düzgün və riyazi
olaraq dəqiq göstərir. Bu izah həm də ondan ibarətdir ki, o,
rastlaşdığı hər bir hadisəni bu qüvvələrdən birinə gətirib çıxarır.
Bunu öz sahələrində fizika, kimya, fiziologiya da edir, fərq isə
yalnız ondadır ki, onlar daha çox güman edir və daha az şey
verirlər. Elə buna görə də, bütün təbiətin ən mükəmməl etioloji
izahı heç bir vaxt izah edilə bilməyən qüvvələrin siyahısından və
qanunların dəqiqliklə göstərilməsindən savayı başqa bir şey ola
bilməzdi, həmin qanunlara uyğun olaraq bu qüvvələrin təzahürü
zamanda və məkanda baş verir, bir-birinin ardınca gəlir, yerini
bir-birinə verir; beləliklə, təzahür olunan qüvvələrin daxili
mahiyyəti isə etiologiya üçün həmişə izah edilə bilməyən olaraq
qalmalıdır, ona görə ki, onun riayət etdiyi qanun buna gətirmir,
və o, hadisələrlə və onların nizamı ilə məhdudlaşır. Etioloji izahı
bu baxımdan mərmər kəsiyi ilə müqayisə etmək olar: biz bir-
birinin yanında çoxlu damarcıqlar görürük, amma mərmər
daxilində onların axını bizim üçün onun əks səthinə qədər
örtülüdür. Və ya– əgər zarafatsayağı müqayisəni özümüzə rəva
bilsək, zira o, daha çox heyrətamizdir– bütün təbiətin tam
etiologiyası filosof-tədqiqatçıda özü də bilmədən tamamilə tanış
Dostları ilə paylaş: |